Aztelekom | AZCON Holding
Source: https://azcon.gov.az/az/portfolio/aztelekom-7
Archived: 2026-04-23 17:16
Aztelekom | AZCON Holding
Rəqəmsal gələcəyə bağlayan xətt
Fiber-optik gücümüzlə hər kəsi yüksəksürətli internetlə birləşdiririk
“Aztelekom” MMC 1992-ci ildə respublikanın milli rabitə operatoru kimi yaradılıb, 2015-ci ildən etibarən Məhdud Məsuliyyətli Cəmiyyət formatında fəaliyyət göstərir. 25 aprel 2025-ci il tarixli qərarla Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi – AZCON Holding-in tərkibinə daxil olaraq genişlənmiş struktur və strateji baxışla fəaliyyətini davam etdirir.
Ətraflı
Əsas statistik göstəricilər*
GPON şəbəkəsinin əhatə dairəsi
100%
Fiber-optik müştəri nisbəti
98,9%
Orta sabit internet sürəti
114,6 Mbit/s
Mənbə: “Ookla”
*Göstəricilər 2025-ci ili əhatə edir.
Hər evə rəqəmsal gələcək
“Aztelekom” ölkənin rəqəmsallaşmasında əsas rol oynayan qurumlardan biri olaraq genişzolaqlı internet infrastrukturunu bölgələrdə inkişaf etdirməklə sosial və iqtisadi inkişafın önünü açır. “Onlayn Azərbaycan” layihəsi çərçivəsində minlərlə ev təsərrüfatı və biznes subyektlərinə keyfiyyətli və sabit bağlantı təmin edilib.
“Aztelekom”un beynəlxalq müstəvidə də tanınması onun texnoloji inkişafla ayaqlaşdığını sübut edir. 2025-ci ildə “Ookla” tərəfindən təqdim olunan “Azərbaycanın ən sürətli sabit şəbəkə internet provayderi” mükafatı bu sahədəki peşəkarlığını təsdiqləyir.
“Aztelekom”a, həmçinin “Gigacity Champion” və “Ev Təsərrüfatlarının Genişzolaqlı İnternetə Qoşulmasının İnkişafı ilə Bağlı Ən Yaxşı Təcrübə” beynəlxalq mükafatları təqdim olunub.
www.aztelekom.az