“Şəhərlərin davamlı inkişafı: davamlı infrastruktur həlləri” mövzusunda təlim keçirilib » Azərbaycan Respublikasının Prezidenti
Archived: 2026-04-23 17:16
“Şəhərlərin davamlı inkişafı: davamlı infrastruktur həlləri” mövzusunda təlim keçirilib » Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Skip to main content
“Şəhərlərin davamlı inkişafı: davamlı infrastruktur həlləri” mövzusunda təlim keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tərəfindən ASAN Xidmət mərkəzlərinin əməkdaşları üçün 14 aprel 2026-cı il tarixində “Şəhərlərin davamlı inkişafı: davamlı infrastruktur həlləri” mövzusunda onlayn təlim təşkil olunub. Təlim şəhər mühitində davamlı inkişaf prinsiplərinin sistemli tətbiqi, iqlim dəyişmələri fonunda dayanıqlı infrastrukturun formalaşdırılması, habelə bu sahədə qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi və tətbiqi istiqamətində iştirakçıların biliklərinin artırılmasına yönəlib.
Təlim AR ETSN yanında Milli Hidrometeorologiya Xidmətinin Beynəlxalq əməkdaşlıq və iqlim dəyişmələri şöbəsinin müdiri, eyni zamanda Akademiyanın “Davamlı inkişafın planlaşdırılması və idarəedilməsi” kafedrasının müəllimi, r.e.f.d., dosent Fuad Hümbətov tərəfindən aparılıb. Təqdimat zamanı şəhərlərin davamlı inkişafı konsepsiyası, iqlim dəyişmələrinin urban mühitə təsiri, eləcə də bu çağırışlara uyğun infrastruktur həllərinin formalaşdırılmasında institusional və idarəetmə mexanizmləri elmi-nəzəri və praktiki aspektlərdə təhlil olunub.
Təlim çərçivəsində iştirakçılara müxtəlif ölkələrin şəhərsalma təcrübəsində tətbiq edilən dayanıqlı infrastruktur modelləri, iqlimə davamlı urban sistemlərin qurulması istiqamətində innovativ yanaşmalar və beynəlxalq təşkilatların bu sahədə irəli sürdüyü yanaşmalar barədə geniş məlumat verilib. Eyni zamanda, yerli idarəetmə kontekstində bu təcrübələrin adaptasiyası imkanları müzakirə olunub. Təlim interaktiv müzakirələrlə davam edib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bu kimi təlimlər dövlət qulluqçularının davamlı şəhər inkişafı, iqlim siyasəti və müasir şəhərsalma yanaşmaları sahəsində nəzəri biliklərinin və praktiki bacarıqlarının gücləndirilməsinə, eləcə də beynəlxalq təcrübənin milli idarəetmə sisteminə inteqrasiyasına xidmət edir.