Laçın şəhərində “Dövlət idarəçiliyində innovativ texnologiyalar” mövzusunda səyyar təlim proqramı baş tutmuşdur » Azərbaycan Res
Archived: 2026-04-23 17:18
Laçın şəhərində “Dövlət idarəçiliyində innovativ texnologiyalar” mövzusunda səyyar təlim proqramı baş tutmuşdur » Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Skip to main content
Laçın şəhərində “Dövlət idarəçiliyində innovativ texnologiyalar” mövzusunda səyyar təlim proqramı baş tutmuşdur
15-16 aprel 2026-cı il tarixilərində Laçın şəhərində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Dövlət idarəçiliyində innovativ texnologiyalar” mövzusunda səyyar təlim proqramının ikinci sessiyasına baş tutmuşdur. Təlim proqramı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən “Bərpa, Tikinti və İdarəetmə Xidmətləri”nin əməkdaşları üçün nəzərdə tutulmuş və dövlət idarəçiliyində müasir yanaşmaların, innovativ texnologiyaların tətbiqi sahəsində bilik və bacarıqların artırılmasını hədəfləmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunmuşdur. Açılış mərasimində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov və “Regional İnkişaf” İctimai Birliyinin Qarabağ regional nümayəndəsi Ceyhun Əzizov çıxış etmişlər. Çıxışlarda dövlət idarəçiliyində innovativ yanaşmaların rolu xüsusi vurğulanmış, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və idarəetmə proseslərində peşəkar kadr potensialının əhəmiyyəti ön plana çəkilmişdir.
Akademik Urxan Ələkbərovun təqdim etdiyi “Şəhərsalma və memarlıqda davamlı innovativ inklüziv inkişaf siyasəti” mövzusunda təlimdə müasir şəhərsalma siyasətinin əsas prinsipləri, innovativ və inklüziv yanaşmalar, eləcə də beynəlxalq təcrübə ilə milli modelin müqayisəsi təqdim olunmuşdur. Çıxışda inkişaf indikatorlarının (ÜDM, insan inkişafı, davamlı və inklüziv inkişaf göstəriciləri) şəhərsalma prioritetlərinin müəyyənləşdirilməsində rolu vurğulanmış, resursların səmərəli idarə olunması, enerji istehlakı mədəniyyəti və texnoloji həllərin əhəmiyyəti qeyd edilmişdir. Bildirilmişdir ki, müasir şəhərsalma yalnız infrastrukturla məhdudlaşmamış, sosial inklüzivlik, ekoloji tarazlıq və effektiv idarəetmə yanaşmalarının inteqrasiyasını tələb etmişdir.
Proqramın davamında hüquq elmləri doktoru, professor, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Hüquq” kafedrasının müdiri İsaxan Vəliyev tərəfindən “Dövlət idarəçiliyində maraqların toqquşması və antikorrupsiya siyasəti” mövzusunda təlim keçirilmişdir. Təlim çərçivəsində korrupsiya ilə mübarizənin hüquqi və institusional əsasları, maraqların toqquşmasının qarşısının alınması mexanizmləri, şəffaflıq və etik davranış prinsipləri barədə iştirakçılara ətraflı məlumat verilmişdir.
Təlim proqramının ikinci günündə Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov tərəfindən “Milli iqtisadiyyat və dövlət idarəçiliyi” mövzusunda təlim keçirilmişdir. Təlim çərçivəsində dövlət idarəçiliyində institusional təcrübə, milli iqtisadi inkişaf modeli, iqtisadi islahatların əsas istiqamətləri və müasir çağırışlar barədə iştirakçılara ətraflı məlumat verilmişdir.
Daha sonra Akademiyanın dekanı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elnur Əliyev tərəfindən “Dövlət idarəçiliyi islahatları: beynəlxalq təcrübə və Azərbaycan modeli” mövzusunda təlim keçirilmişdir. Təlimdə beynəlxalq təcrübə ilə Azərbaycan modelinin uyğunlaşdırılması, qabaqcıl idarəetmə yanaşmalarının tətbiqi, milli xüsusiyyətlərə uyğun adaptasiya mexanizmləri, institusional islahatlar, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, eləcə də şəffaflıq, hesabatlılıq və vətəndaş məmnunluğuna yönəlmiş prinsiplər üzrə müzakirələr aparılmışdır.
Təlim proqramının üçüncü sessiyasının may ayında davam etdirilməsi nəzərdə tutulmuşdur.