Azərbaycan Dəmir Yolları | AZCON Holding
Source: https://azcon.gov.az/az/portfolio/azerbaycan-demir-yollari-1
Archived: 2026-04-23 17:19
Azərbaycan Dəmir Yolları | AZCON Holding
Rahat yol, təhlükəsiz daşınma!
İnsanları, regionları və iqtisadiyyatları birləşdiririk!
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) sərnişinlərin və yüklərin dəmir yolları ilə daşınmasını təmin edir. ADY-nin bütün səhmləri dövlətə məxsusdur.
Ətraflı
Əsas statistik göstəricilər*
Daşınmış yük həcmi (ton)
16,8 milyon+
Tranzit daşımalar (ton)
6,5 milyon+
Limanda aşırılmış konteyner (TEU)
107 min+
Sərnişin sayı
10,3 milyon+
*Göstəricilər 2025-ci ili əhatə edir
Sərnişinlərə və biznes tərəfdaşlara yüksək xidmət
ADY Azərbaycanın qlobal nəqliyyat qovşaqlarından birinə çevrilməsinə mühüm dəstək göstərir. Cəmiyyətə, ölkə iqtisadiyyatına faydalı olmaq üçün qabaqcıl texnologiya və yeniliklər tətbiq edilir.
ADY göstərdiyi fəaliyyətlə dürüstlüyə, innovasiyaya və xoşməramlı dəyərlərə əsaslanaraq dayanıqlı gələcək üçün ətraf mühit, sosial və idarəetmə (ESG) prinsiplərini dəstəkləyir.
Prezident İlham Əliyevin 25 fevral 2025-ci il Fərmanı ilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC “Azərbaycan Dəmir Yolları” QSC-yə qoşulub. Məqsəd dəmiryol nəqliyyatı sahəsində əməliyyatları və logistika proseslərini daha səmərəli və operativ qaydada həyata keçirməkdir.
www.ady.az