Milli Süni İntellekt Mərkəzi | AZCON Holding

Milli Süni İntellekt Mərkəzi | AZCON Holding
Süni intellekt sahəsində innovativ həllər yaradırıq!
Süni intellekt sahəsində yenilikçi həlləri və qabaqcıl layihələri həyata keçiririk!
AZCON Holding-in törəmə cəmiyyəti olan Milli Süni İntellekt Mərkəzinin məqsədi Azərbaycanın süni intellekt transformasiyasını sürətləndirmək üçün istedadlı mütəxəssislər yetişdirmək, qabaqcıl tədqiqatlar aparmaq və iqtisadi rifahı, ictimai irəliləyişi təşviq edən innovativ həllər qurmaqdır. Eyni zamanda ölkəmizin qlobal süni intellekt ekosistemində mövqeyini möhkəmləndirmək əsas məqsədlərdəndir.
Ətraflı
Əsas statistik göstəricilər*
Sİ əsaslı layihə
3+
İcma üzvləri
3 min+
Sİ mütəxəssisi
15+
Tələbə
100+
*Göstəricilər 2025-ci ili əhatə edir
Süni intellekt üzrə tədqiqatlar, layihələr və təhsilin mərkəzi
Milli Süni İntellekt Mərkəzinin vizyonu Azərbaycanı regionun aparıcı süni intellekt mərkəzinə çevirmək, etik prinsiplərə əsaslanan süni intellektin inkişafı ilə qlobal nümunə yaradaraq texnoloji tərəqqini təşviq etməkdir. Məqsəd hər bir vətəndaşın süni intellekt innovasiyalarından faydalandığı inklüziv və rəqəmsal gələcək qurmaqdır.
www.naic.az