Naxçıvan Şəhər İcra Hakimiyyəti

Naxçıvan Şəhər İcra Hakimiyyəti
“Erkən nikah uşaq hüquqlarının pozulmasıdır” mövzusunda növbəti tədbir keçirilib
14 aprel 2026-cı il tarixdə Heydər Əliyev adına tam orta məktəbdə “Erkən nikah uşaq hüquqlarının pozulmasıdır” mövzusunda tədbir keçirilib.Tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyətinin İctimai -siyasi və humanitar məsələlər sektorunun müdiri Orxan Məhərrəmov mövzunun aktuallığından və əhəmiyyətindən bəhs edib.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Uşaq problemləri şöbəsinin baş məsləhətçisi Müşərrəf Bağırova təqdimatla çıxış edərək bildirib ki, nikah yaşından az olan yeniyetmələrin ailə qurmağa təhrik edilməsi qadın və uşaq hüquqlarının kobud şəkildə pozulması deməkdir. Erkən nikah hallarının və qohum evliliklərinin qarşısının alınması istiqamətində ölkə qanunvericiliyində cəzaların sərtləşdirilməsi gələcəkdə bu halların təkrarlanmamasına və sağlam nəslin formalaşmasına hesablanıb. Qeyd edilib ki, bu kimi tədbirlər uşaqların maarifləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Sonda tədbir diskussiya şəklində davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı broşürlər paylanılıb.