Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Qarabaldır kəndində səyyar qəbul keçirib | Azərbaycan Respublikası Qax Rayon

Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Qarabaldır kəndində səyyar qəbul keçirib | Azərbaycan Respublikası Qax Rayon İcra Hakimiyyəti
Azərbaycan Respublikası Qax Rayon İcra Hakimiyyəti
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Qarabaldır kəndində səyyar qəbul keçirib
17 aprel 2026 | 10:06
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Qarabaldır kəndində sakinlərlə görüşüb.
Görüşdə Aparatın məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak edib.
Kənd sakinləri ilə görüşdə rayon İcra Hakimiyyəti başçısı Elvin Paşayev respublikamızda aparılan sosial-iqtisadi islahatlardan, əhalinin rifah halının yüksəldilməsi sahəsində görülən işlərdən, dövlət-vətəndaş münasibətlərinin yüksələn xətlə inkişafından danışaraq, uğurlu siyasət nəticəsində ölkədə bütün sahələrdə əldə olunan nailiyyətlərdən söz açıb.
Görüşdə eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması və bu xidmətin əlçatan və üstünlükləri barədə vətəndaşlara məlumat verilərək, onlara https://rih.gov.az/ platformasından istifadə etmək tövsiyə olunmuşdur.
Səyyar görüşdə sakinlər tərəfindən kəndin giriş hissəsinin təmiri, kənddə qanunsuz kömür istehsalı ilə məşğul olan şəxslərin fəaliyyətinin dayandırılması, kənd ümumi orta məktəbinin akt zalının təmir olunması və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib.
Hər bir vətəndaşın müraciətini dinləyən RİH başçısı Elvin Paşayev bəzi məsələlərin yerindəcə həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
Share
Twitter
WhatsApp
Telegram
Mail
Keçidlər