Naxçıvan Şəhər İcra Hakimiyyəti
Source: http://nakhchivan-ih.gov.az/xeber/liabad-q-s-b-sind-v-t-ndaslarla-novb-ti-gorus-kecirilib
Archived: 2026-04-23 17:21
Naxçıvan Şəhər İcra Hakimiyyəti
Əliabad qəsəbəsində vətəndaşlarla növbəti görüş keçirilib
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, başçının vəzifələrini müvəqqəti icra edən Əhməd Vəliyev dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən məsələlərin yerində araşdırılması və operativ həlli məqsədilə 15 aprel 2026-cı il tarixdə Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin əhatə etdiyi ərazidə yaşayan vətəndaşlarla növbəti səyyar qəbul keçirib.
Qəbula başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, başçının vəzifələrini müvəqqəti icra edən Əhməd Vəliyev çıxış edərək bildirib ki, Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, yerlərdə vətəndaşların müraciətlərinə diqqətlə yanaşılması, onların qaldırdıqları məsələlərin araşdırılması və həlli istiqamətində məqsədyönlü tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır.
Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən məsələlər müzakirə olunub. Qaldırılan problemlərin həlli məqsədilə məsul şəxslərin iştirakı ilə müvafiq tapşırıqlar verilib, həlli vaxt tələb edən məsələlər nəzarətə götürülüb. Naxçıvan Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə icrası üçün aidiyyəti dövlət qurumlarına yönləndirilməsi məqsədilə qeydiyyata alınıb.
Vətəndaşlar müraciətlərinə diqqətlə yanaşıldığına və əvvəlki səyyar qəbullarda qaldırdıqları məsələlərin operativ həllinə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, qəbulda Naxçıvan Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, tabeliyində olan qurumların rəhbərləri və vətəndaşlar iştirak ediblər.