Kvota üzrə iş / Məşğulluq sahəsində nəzarət / Funksional istiqamətlər / Fəaliyyət - Dövlət Məşğulluq Agentliyi

Kvota üzrə iş / Məşğulluq sahəsində nəzarət / Funksional istiqamətlər / Fəaliyyət - Dövlət Məşğulluq Agentliyi
Abunə olduğunuz üçün
təşəkkür edirik!
Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu
Dövlət Məşğulluq Agentliyi
Fəaliyyət
Funksional istiqamətlər
Məşğulluq sahəsində nəzarət
Kvota üzrə iş
Kvota üzrə iş
Xidmət haqqında qısa məlumat
Kvota iş yerləri sosial müdafiəyə xüsusi ehtiyac olan işaxtaran və işsiz  şəxslərin işlə təmin edilməsi üçün işəgötürənlər üzərində tətbiq edilən iş yerləridir.
Sosial müdafiəyə xüsusi ehtiyac olan şəxslər dedikdə kimlər nəzərdə tutulur?
əlilliyi olan şəxslər
,
şəhid ailəsinin üzvləri,
20 yaşadək gənclər,
1 və ya daha çox uşağını təkbaşına böyüdən,
5 və daha artıq uşağı olan,
habelə
18 yaşınadək əlilliyi müəyyən edilmiş
uşaqları tərbiyə edən valideynlər,
pensiya yaşına iki ildən az qalmış şəxslər,
cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər,
məcburi köçkünlər.
Hansı işəgötürənlərə kvota iş yerləri təyin edilir?
İşçilərinin orta illik sayı 25-dən çox olan işəgötürənlərə kvota iş yerləri təyin edilir.
Hansı işəgötürənlərə kvota iş yerləri təyin edilə bilməz?
1. İşçilərinin orta illik sayı 25-dən az olanlara
2. Dövlət orqanları;
3. Mərkəzi və yerli seçkili orqanlar (seçki yolu ilə tutulmayan vəzifələr istisna olmaqla);
4. Elm və ali təhsil müəssisələri (elmi və elmi-pedaqoji fəaliyyətlə bağlı müsabiqə yolu ilə tutulmayan vəzifələr istisna olmaqla)
5. Hərbi qurumların, hüquq mühafizə, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat və prokurorluq orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən struktur bölmələri, penitensiar müəssisələr və istintaq təcridxanaları
İşəgötürən kvota iş yerləri üzrə göndəriş əsasında göndərilmiş şəxsləri işə qəbul etməsə, hansı inzibati xəta tədbirləri həyata keçirilir?
İnzibati xətalar məcəlləsinin 194-cü maddəsinə əsasən min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
QAYDA
ELEKTRON XİDMƏTƏ KEÇİD
İŞİN AXIŞI