“Davamlı şəhərsalma və insan potensialı: Azərbaycanın inkişaf prioritetləri” mövzusunda təlim proqramı təşkil olunub » Azərbayca
Archived: 2026-04-23 17:24
“Davamlı şəhərsalma və insan potensialı: Azərbaycanın inkişaf prioritetləri” mövzusunda təlim proqramı təşkil olunub » Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Skip to main content
“Davamlı şəhərsalma və insan potensialı: Azərbaycanın inkişaf prioritetləri” mövzusunda təlim proqramı təşkil olunub
21 aprel 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə “Davamlı şəhərsalma və insan potensialı: Azərbaycanın inkişaf prioritetləri” mövzusunda təlim proqramı təşkil olunub.
Təlim proqramı ASAN Xidmət mərkəzlərinin əməkdaşları üçün nəzərdə tutulmuşdur və onların davamlı inkişaf, müasir şəhərsalma yanaşmaları və insan potensialının effektiv idarə olunması sahəsində nəzəri biliklərinin və praktiki bacarıqlarının artırılmasını hədəfləmişdir.
Təlim DİA-nın “Davamlı inkişaf” kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Ülfət Mehdiyev tərəfindən aparılmışdır. Təqdimat zamanı dosent Ülfət Mehdiyev davamlı şəhərsalmanın iqtisadi, sosial və ekoloji komponentlərini, eləcə də Azərbaycanın strateji inkişaf prioritetləri kontekstində insan kapitalının rolunu elmi-praktiki əsaslarla təhlil etmişdir. Təlim çərçivəsində davamlı şəhərsalma modelləri üzrə neqativ və pozitiv ssenarilər müqayisəli şəkildə araşdırılmış, insan kapitalı və insan potensialı anlayışları izah edilmiş, həmçinin milli prioritetlər, davamlı iqtisadiyyat və yaşıl şəhər yanaşmaları müzakirə olunmuşdur.
Bununla yanaşı, təlim zamanı bərpa olunan enerji və şəhər mühitinin keyfiyyətinin artırılması istiqamətləri ayrıca nəzərdən keçirilmişdir. Davamlı iqtisadiyyatın əsas komponentləri kimi sənaye zonaları və bilik iqtisadiyyatı təhlil edilmişdir. Eyni zamanda şəhərsalma siyasətində inklüzivlik və universal dizayn prinsipləri, xüsusilə həssas qruplar üçün əlçatan mühitin formalaşdırılması məsələləri geniş müzakirə olunmuşdur.
İnteraktiv müzakirələr və praktiki nümunələr əsasında keçirilən təlim çərçivəsində iştirakçılar mövzu üzrə fikir mübadiləsi aparmış, müasir idarəetmə yanaşmalarının tətbiqi imkanlarını dəyərləndirmişlər.
Təlim proqramı dövlət qulluqçularının peşəkar inkişafının dəstəklənməsi, habelə dövlət idarəçiliyində innovativ və davamlı yanaşmaların təşviqi baxımından əhəmiyyət kəsb edir.