US
Lənkəran Dövlət Universiteti — Vikipediya
Lənkəran Dövlət Universiteti — Vikipediya
Məzmuna keç
38°45′16″
şm.
e. 48°51′04″
ş.
u.
Vikipediya, azad ensiklopediya
Lənkəran Dövlət Universiteti
LDU
Tip
Dövlət
Əsası qoyulub
23 iyul 1992
Rektor
Natiq İbrahimov
Tələbə sayı
7400 nəfər
Bakalavr sayı
7000
Magistrant sayı
420
Ölkə
Azərbaycan
Şəhər
Lənkəran
Ünvan
General Həzi Aslanov xiyabanı - 50
Sayt
lsu.edu.az
38°45′16″
şm.
e. 48°51′04″
ş.
u.
Lənkəran Dövlət Universiteti
və ya qısaca
LDU
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin
tabeliyində olan
ali təhsil müəssisəsi
LDU şahmat yarışı 2024
LDU Zoomühəndislik 2023
Tarixi
redaktə
vikimətni redaktə et
Lənkəran Dövlət Universiteti 1991-ci ildə Bakı Dövlət Universitetinin filialı kimi fəaliyyətə başlamış, 1992-ci ildə isə müstəqil dövlət universitetinə çevrilmişdir.
32 il ərzində universiteti 11 mindən çox məzun bitirmişdir.
Hazırda universitetdə bakalavr və magistratura üzrə 7000 nəfər tələbə, doktorantura səviyyəsi üzrə 20 nəfər təhsil alır, 400-dən çox professor-müəllim və inzibati heyət çalışır.
Universitetdə mütəmadi olaraq Beynəlxalq və Respublika elmi konfransları keçirilir.
Tələbə və müəllimlərimiz Respublika və Beynəlxalq bilik müsabiqələrinə, idman yarışlarına da fəal qatılır, həmçinin bir sıra sosial-siyasi və mədəni tədbirlərin təşəbbüskarı kimi çıxış edirlər.
LDU Xəzəryanı Ölkələrin Dövlət Universitetlərinin, Avrasya Universitetləri, Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyalarının, Qafqaz Universitetləri Birliyinin üzvüdür, 50-dən artıq xarici ölkələrin ali təhsil müəssisələri ilə akademik əməkdaşlıq qurmuş və ikitərəfli müqavilələr imzalamışdır.
Lənkəran Dövlət Universiteti ERASMUS+, Mevlana, HORİZON-2020 və digər beynəlxalq layihələrinin iştirak-çısıdır. Bu layihələr çərçivəsində universitetimiz bir çox xarici universitetlərlə tələbə və müəllim mübadiləsi həyata keçirmiş, "QS Rankings"ə qoşulmuş, həm xarici, həm də respublika ali təhsil müəssisələri ilə ikili diplom müqavilələri imzalamışdır.
Hazırda təhsil və tədqiqat işləri 6 fakültə və 14 kafedrada həyata keçirilir:
"Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması — REFRESH" layihəsi çərçivəsində
UNEC
ilə tərəfdaşdır.
Maddi-texniki bazası
redaktə
vikimətni redaktə et
Lənkəran Dövlət Universitetinin infrastrukturuna 4 tədris binası, 10 laboratoriya, aqrar təcrübə sahəsi, istixanalar, turizm təcrübə mərkəzi, İngilis dili mərkəzi, linqofon kabineti, idman zalı, iki kiçik və bir böyük futbol meydançası, fitness zalı, konfrans zalları, elmi kitabxana (elektron), elmi kitabxananın nəzdində internet şəbəkəyə çıxışı olan 5 oxu zalı (üç oxu zalı tədris korpuslarındadır), müasir standartlara cavab verən TV, internet və s. ilə təchiz olunmuş oğlanlar və qızlar üçün ayrı-ayrı yataqxanalar, professor-müəllim heyəti üçün xidməti mənzillər, yeməkxanalar və mətbəə daxildir. Universitetin elektronlaşdırılması məqsədilə "Elektron Universitet" layihəsi işlənib hazırlanmış və layihə uğurla tətbiq edilməkdədir.
"Turizm və Otelçilik" və "Qida məhsulları mühəndisliyi" ixtisası üzrə mütəxəssis hazırlığının aparılması məqsədilə Turizm tədris-təcrübə bazası, Qida texnologiyası, Qida təhlükəsizliyi laboratoriyaları fəaliyyət göstərir. Universitetin ərazisində 3 hektar sahədə sitrus bitkiləri və kənd təsərrüfatı məhsulları becərəlir. Hər bir tədris binasının ətrafında tələbələrin asudə vaxtlarını səmərəli keçirməsi üçün yeməkxanalar, yaşıllıqlarla əhatə olunmuş parklar mövcuddur.
Tədris müəssisəmizdə Respublika və Beynəlxalq elmi konfranslar, mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün müasir tələblərə cavab verən böyük konfrans zalı vardır. Universitet auditoriyaları interaktiv lövhələr, kompüterlər, proyektorlar və digər tədris yönlü avadanlıqlarla təchiz olunmuşdur.
Tərkibi
redaktə
vikimətni redaktə et
Kolleclər
redaktə
vikimətni redaktə et
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollec
fəaliyyət göstərir.
Rektorları
redaktə
vikimətni redaktə et
Hacıbaba Əzimov
; (1992–1997)
Mirzə Ağa Bağırov
; (1997–2005)
Asəf İskəndərov
; (7 aprel 2005 – 28 mart 2016) rektor olmuşdur.
Natiq İbrahimov
; LDU-nun hazırkı rektorudur.
Beynəlxalq əlaqələri
redaktə
vikimətni redaktə et
Lənkəran Dövlət Universitetinin (LDU) Beynəlxalq Əməkdaşlıq Şöbəsində xarici universitetlərlə ikitərəfli əməkdaşlığın istiqamətləri, tələbə və professor-müəllim heyətinin mübadiləsi proqramları, beynəlxalq təhsil proqramlarında iştirakı, universitetə əcnəbi tələbələrin qəbulu, müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlığı və s. həyata keçirilir.
LDU-da xarici universitetlərlə əməkdaşlığı, tələbə və akademik heyətin mübadiləsi, birgə Yay Məktəbləri və İkili Diplom proqramlarının həyata keçirilməsi, birgə elmi konfrans və seminarların təşkilini və qarşılıqlı faydalı təcrübənin keçirilməsi nəzərə alınır.
Lənkəran Dövlət Universiteti ölkəmizdə fəaliyyət göstərən ERASMUS+, Mövlana (Türkiyə) və digər beynəlxalq təşkilatlarla layihələr həyata keçirir və onlarla əməkdaşlıq edir.
Bu layihələr çərçivəsində Ukraynanın (Xarkov Milli Radioelektronika Universiteti), Çexiyanın (Mendel Universiteti), İspaniyanın (Leon Universiteti), Polşanın (Varmia və Mazuri Universiteti, Rzsezov Universiteti), Macarıstanın (Kaposvar Universiteti, Debrecen Universiteti), Rumıniya (Qalati Universiteti),
Türkiyə
(Marmara Universiteti,
İstanbul Universiteti
Ankara Universiteti
, Ege Universiteti,
Qazi Universiteti
və s.) və digər ölkələrin bir sıra universitetləri ilə əlaqələr qurulmuş, akademik heyət və tələbələrin uyğun universitetlərin təlimlərində iştirakı həyata keçirilmişdir.
LDU Xəzəryanı Ölkələrin Dövlət Universitetlərinin, Avrasiya Universitetlərinin, Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələrinin və Qafqaz Universitetinin üzvüdür. Bu birliklərlə yanaşı, LDU dünyanın 100-ə yaxın universiteti və akademik institutu ilə elmi və təhsil əlaqələrini inkişaf etdirir və müvafiq ikitərəfli müqavilələr imzalanır.
Hazırda bir sıra beynəlxalq layihələrdə tərəfdaş universitet kimi fəal iştirak edilir və LDU-nun professor-müəllim və tələbələri Avropanın müxtəlif universitetlərində olmuşlar. Onlar Erasmus+KA171, Erasmus+ KA2 proqramı (Ali təhsildə potensialın gücləndirilməsi) çərçivəsində Avropa ölkələrinin universitetlərində mühazirələr oxumuş və təlimlərdə iştirakı təmin edilmişdir.
Universitetin ISSN indeksli "Scientific News" jurnalı ildə iki dəfə riyaziyyat, təbiət elmləri və humanitar elmlər seriyasından ibarətdir.
Universitetimiz dünyanın nüfuzlu ali təhsil reytinqləri "QS World University Rankings" və "Webometrics" siyahısına qoşulub və hazırda reytinqlərin zirvəsinə yüksəlməyi hədəfləyir.
2024-cü ildən Lənkəran Dövlət Universiteti dünyanın ən nüfuzlu reytinq təşkilatlarından olan QS stars reytinq sistemində iştirak etməyə başlamışdır. QS Stars-də məlumatları yeniləmək və Beynəlxalq Əməkdaşlıq Şöbəsində bir neçə əsas fəaliyyətə diqqət yetirilmişdir. Xüsusilə LDU-nun Websaytında məlumatların yenilənməsi və QS Stars meyarlarına uyğunlaşdırmaq üçün LDU-nun siyasəti yenilənmişdir.
QS World University Rankings-də (WUR) mövqeyimizi yaxşılaşdırmaq üçün Beynəlxalq Əməkdaşlıq Şöbəsində bir neçə əsas fəaliyyətə diqqət yetirilmişdir. Xüsusilə tədqiqat nəticəsi, fakültə performansı və tələbə cəlbi kimi sahələrdə WUR meyarlarına uyğunlaşdırmaq üçün LDU-nun siyasəti yenilənmişdir. Fakültənin nailiyyətləri, tədqiqata təsiri və beynəlxalq əməkdaşlıqlar haqqında dəqiq və əlçatan məlumatı təmin etmək üçün kafedraların veb-saytı yenilənmişdir. Həmçinin WUR portalına tədqiqat nəticələri, fakültə/tələbə nisbətləri, işçilərin sayı, tələbə və müxtəliflik daxil olmaqla ətraflı və sübuta əsaslanan məlumatları daxil edilmişdir. Universitetin vebsaytında fakültə nailiyyətlərini və WUR meyarlarını dəqiq vurğulamaq üçün mühüm yeniləmələr edilmişdir.
İstinadlar
redaktə
vikimətni redaktə et
REFRESH" layihəsi çərçivəsində yerli tərəfdaş universitetlər təlimlər keçirilib"
. news.unec.edu.az
(az.)
. 21 may 2024.
23 aprel 2025 tarixində
arxivləşdirilib
İstifadə tarixi:
13 dekabr
2024
"Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi (ƏLAVƏ OLUNUB)"
28 mart 2022 tarixində
arxivləşdirilib
İstifadə tarixi:
22 dekabr
2018
Xarici keçidlər
redaktə
vikimətni redaktə et
- Lənkəran Dövlət Universiteti
Azərbaycandakı ali təhsil müəssisələri
Dövlət ali təhsil
müəssisələri
"ADA" Universiteti
Azərbaycan Dillər Universiteti
Azərbaycan Dövlət Aqrar Universiteti
Azərbaycan Dövlət Dəniz Akademiyası
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
Azərbaycan İdman Akademiyası
Azərbaycan İlahiyyat İnstitutu
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Azərbaycan Milli Konservatoriyası
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Azərbaycan Texniki Universiteti
Azərbaycan Texnologiya Universiteti
Azərbaycan Tibb Universiteti
Azərbaycan Turizm və Menecment Universiteti
Bakı Ali Neft Məktəbi
Bakı Dövlət Universiteti
Bakı Xoreoqrafiya Akademiyası
Bakı Musiqi Akademiyası
Bakı Mühəndislik Universiteti
Bakı Slavyan Universiteti
Gəncə Dövlət Universiteti
Lənkəran Dövlət Universiteti
Milli Aviasiya Akademiyası
Mingəçevir Dövlət Universiteti
Naxçıvan Dövlət Universiteti
Naxçıvan Müəllimlər İnstitutu
Sumqayıt Dövlət Universiteti
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı
Türkiyə–Azərbaycan Universiteti
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı
İtaliya-Azərbaycan Universiteti
Özəl ali təhsil
müəssisələri
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası
Azərbaycan Kooperasiya Universiteti
Azərbaycan Universiteti
Bakı Avrasiya Universiteti
Bakı Biznes Universiteti
Bakı Qızlar Universiteti
"Naxçıvan" Universiteti
Odlar Yurdu Universiteti
Qərbi Kaspi Universiteti
Xəzər Universiteti
Xüsusi
təyinatlı ali təhsil
müəssisələri
Azərbaycan Daxili Qoşunlarının Hərbi İnstitutu
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyası
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası
Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası
Milli Müdafiə Universiteti
Bağlanan
və ya
birləşdirilən
Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi
Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi
Azərbaycan Beynəlxalq Universiteti
Azərbaycan İctimai-Siyasi Universiteti
Azərbaycan Müəllimlər İnstitutu
Bakı Asiya Universiteti
Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutu
Bakı İslam Universiteti
Mingəçevir Politexnik İnstitutu
Müstəqil Azərbaycan Universiteti
Qafqaz Universiteti
Təfəkkür Universiteti
Universitet
haqqında olan bu məqalə
qaralama halındadır
. Məqaləni
redaktə edərək
Vikipediyanı zənginləşdirin.
Sosial şəbəkələrdə
Foto, video və audio
Normativ yoxlama
ISNI
0000000094197940
LCCN
n2006078681
VIAF
138590573
WorldCat VIAF
138590573
Mənbə — "
Kateqoriyalar
Əlifba sırasına görə təhsil müəssisələri
1992-ci ildə yaradılmış təhsil müəssisələri
Universitet qaralamaları
Lənkəran Dövlət Universiteti
Azərbaycan universitetləri
23 iyulda yarananlar
1992-ci ildə Azərbaycanda yarananlar
Gizli kateqoriyalar:
Infobox mapframe without OSM relation ID on Wikidata
Kartographer uzantısından istifadə edən səhifələr
Lənkəran Dövlət Universiteti
Mövzu əlavə et