Məşğul şəxslərin reyestri / Rəqəmsal layihələr / Layihələr - Dövlət Məşğulluq Agentliyi

Məşğul şəxslərin reyestri / Rəqəmsal layihələr / Layihələr - Dövlət Məşğulluq Agentliyi
Abunə olduğunuz üçün
təşəkkür edirik!
Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu
Dövlət Məşğulluq Agentliyi
Layihələr
Rəqəmsal layihələr
Məşğul şəxslərin reyestri
Məşğul şəxslərin reyestri
Məşğul şəxslərin reyestrində qanunvericilikdə məşğul hesab edilən şəxslərin məlumatları ilə yanaşı, digər gəlirli şəxslərin məlumatları, o cümlədən şəxslərin xərclərinin (kommunal, kredit və s.) strukturu öz əksini tapacaqdır. Əmək bazarı ilə bağlı informasiya resurslarını inkişaf etdirmək, təhlillərə əsaslanaraq qeyri-formal məşğulluğa nəzarət tədbirlərini daha da gücləndirmək məqsədilə yaradılan xidmətdə vətəndaşların iş yerləri, torpaq pay mülkiyyətçiləri, ailə kəndli təsərrüfatının üzvləri, sahibkarlar, haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər və s. barədə məlumatlar toplanacaq. “Əmək münasibətləri və məşğulluq” altsisteminin tərkib hissəsi kimi hazırlanan reyestr ölkə əhalisi içərisindən istənilən vətəndaş qrupunu müəyyən edərək, istənilən Dövlət proqramının tətbiqinə imkan yaradacaqdır.
"Əmək və məşğulluq" altsistemi
Ətraflı
Məşğulluq xəritəsi
Ətraflı
BACAR
Ətraflı
Elektron əmək birjası
Ətraflı
Monitorinq və qiymətləndirmə elektron sistemi
Ətraflı