Naxçıvan Şəhər İcra Hakimiyyəti
Source: http://nakhchivan-ih.gov.az/xeber/s-hid-novruzov-arzu-els-n-oglunun-dogum-gunu-qeyd-olunub
Archived: 2026-04-23 17:29
Naxçıvan Şəhər İcra Hakimiyyəti
Şəhid Novruzov Arzu Elşən oğlunun doğum günü qeyd olunub
Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 22 aprel 2026-cı il tarixində şəhid Novruzov Arzu Elşən oğlunun doğum günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri, şöbə müdirinin müavini İsmayıl Gülməmmədov çıxış edərək, şəhid Arzu Novruzovun göstərdiyi vətənpərvərlik nümunəsinin bu gün və gələcək nəsillər üçün örnək olduğunu vurğulayıb. O, şəhidin valideynlərinə belə övlad böyütdükləri üçün minnətdarlığını ifadə edib.
Tədbirdə şəhidin atası Elşən Novruzov və Davud Həsənov da çıxış ediblər.
Sonda şəhid ailəsi ilə xatirə şəkli çəkdirilib.