Nəqliyyat | AZCON Holding

Source: https://azcon.gov.az/az/structure/neqliyyat-1

Archived: 2026-04-23 17:29

Nəqliyyat | AZCON Holding
Nəqliyyat
Azərbaycanda nəqliyyat sektoru ölkənin iqtisadi və sosial inkişafında mühüm rol oynayan sahələrdən biridir. Ölkənin əlverişli coğrafi mövqeyi – Avropa ilə Asiyanı birləşdirən ticarət yolları üzərində yerləşməsi nəqliyyat infrastrukturunun strateji əhəmiyyətini daha da artırır. Avtomobil, dəmir yolu, hava və dəniz nəqliyyatı Azərbaycanın nəqliyyat sisteminin əsas sahələrini təşkil edir və bu sahələrdə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilib.
Azərbaycan Hava Yolları
Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti ölkəmizin milli bayraq daşıyıcısıdır və Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunu əsas baza kimi istifadə edərək 50-dən artıq istiqamət üzrə beynəlxalq və daxili sərnişin, eləcə də yük daşımalarını həyata keçirir.
Ətraflı
Azərbaycan Dəmir Yolları
Azərbaycanda ilk xəttin istifadəyə verildiyi 1880-ci ildən bu günə qədər dəmir yolları ölkəmizin iqtisadiyyatında, mədəniyyətində, əhalinin gündəlik həyatında önəmli rol oynamaqda davam edir.
Ətraflı
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) unikal gəmiçilik şirkəti kimi Dəniz Nəqliyyatı Donanması ilə yükdaşımalarda fəal rol oynamaqla yanaşı, Xəzər Dəniz Neft Donanması ilə neft-qaz layihələri üçün müxtəlif növ ixtisaslaşmış ofşor xidmətlər göstərir.
Ətraflı
Bakı Metropoliteni
1967-ci ildən fəaliyyət göstərən Bakı Metropoliteni paytaxtın ictimai nəqliyyat sistemində mühüm rol oynamaqda davam edir. Şəhərdaxili sərnişindaşımada təhlükəsizlik, dəqiqlik və operativlik prinsiplərini əsas tutaraq xalqa dəqiq və qərəzsiz xidmət göstərir.
Ətraflı
BakuBus
“BakuBus” MMC 2015-ci ildən etibarən Bakı şəhərində müasir, təhlükəsiz və keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin təşkili üzrə fəaliyyət göstərir.
Ətraflı
Bakı Taksi Xidməti
“Bakı Taksi Xidməti” MMC 2018-ci ildən etibarən Bakı şəhərində və ətraf ərazilərdə sərnişin daşımalarının təşkilində ixtisaslaşmış dövlət müəssisəsidir.
Ətraflı