Məşğulluq proqramlarının hazırlanması / Əmək bazarının təhlili / Funksional istiqamətlər / Fəaliyyət - Dövlət Məşğulluq Agentliy

Məşğulluq proqramlarının hazırlanması / Əmək bazarının təhlili / Funksional istiqamətlər / Fəaliyyət - Dövlət Məşğulluq Agentliyi
Abunə olduğunuz üçün
təşəkkür edirik!
Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu
Dövlət Məşğulluq Agentliyi
Fəaliyyət
Funksional istiqamətlər
Əmək bazarının təhlili
Məşğulluq proqramlarının hazırlanması
Məşğulluq proqramlarının hazırlanması
Xidmət haqqında qısa məlumat
Respublika və ərazi məşğulluq proqramlarının hazırlanması
Ərazi Məşğulluq Proqramları regional və yerli səviyyədə məşğulluq vəziyyətini yaxşılaşdırmaq üçün məşğulluq siyasətini digər siyasətlərlə daha yaxşı əlaqələndirmək üçün tətbiq olunan yerli tərəfdaşlıq proqramlarıdır.
Əsas istiqamətlər aşağıdakılardır:
resursların effektivliyini və səmərəliliyini artırmaq
müəyyən olunmuş hədəf qruplarına dəstəyi artırmaq
mövcud iş yerlərini qorumaqla, yeni iş yerlərini yaratmaq
həyat standartlarının davamlılığını qorumaq
Ərazi məşğulluq proqramları adətən 4 əsas məqsəddən ibarət olur.
yeni iş yerlərinin yaradılması
yerli insanların məşğulluğunun artırılması
insanlara iş tapmaq üçün köməyin göstərilməsi
əhali qrupları arasında bərabərsizliyin azaldılması
Respublika Məşğulluq Proqramı Ərazi Məşğulluq Proqramları əsasında hazırlanan sənəddir. Bu sənəd əhalinin məşğulluğuna kömək göstərilməsini nəzərdə tutmaqla yanaşı əmək bazarı təhlili əsasında növbəti il üçün proqnoz göstəricilərini əks etdirir.
Statistik məlumatlar, eləcə də proqnoz göstəricilər aşağıdakı kimi formalaşır:
əmək bazarının hesablanması
yeni iş yerləri haqqında məlumat
fərdi sahibkarlıqla məşğul olanlar
illər üzrə əsas göstəricilər
vətəndaşların peşə hazırlığına cəlb olunması
vətəndaşların haqqı ödənilən ictimai işlərə cəlb olunması
işaxtaran kimi qeydiyyatda olanların peşə və ixtisas üzrə bölgüsü
sosial müdafiəyə daha çox ehtiyacı olan vətəndaşların kvota iş yerləri
proqramda nəzərdə tutulmuş tədbirlərin maliyyə təminatı
vətəndaşların özünüməşğulluq proqramına cəlb olunması
QAYDA
QANUNDAN ÇIXARIŞ
ELEKTRON XİDMƏTƏ KEÇİD