Azərbaycan Kooperasiya Universiteti – aku.edu.az

Source: http://aku.edu.az

Archived: 2026-04-23 15:41

Azərbaycan Kooperasiya Universiteti – aku.edu.az
Skip to content
Əcnəbi tələbələrin qəbulu
Karyera Mərkəzi
İnklüziv Mərkəzi
Kooperasiya-Journal.az
Mərkəzi Bankın Virtual Platforması
Webmail
Elmi
nəzəri seminar
Ətraflı oxu
Azərbaycan
Kooperasiya Universitetinin 60 illik, onun tərkibində olan Bakı Biznes və Kooperasiya Kollecinin 85 illik yubileylərinə həsr edilmiş “Yeni reallıqlar şəraitində Azərbaycanın iqtisadi və sosial inkişafı
Ətraflı oxu
Yeni
reallıqlar şəraitində Azərbaycanın iqtisadi və sosial inkişafı
Ətraflı oxu
Azərbaycan
Kooperasiya Universitetində Elmi nəzəri seminar keçiriləcək
Ətraflı oxu
Azərbaycan
Kooperasiya Universitetinin tələbələri Rusiya Federasiyası Ural Dövlət İqtisad Universiteti və UNEC-in Rus İqtisad Məktəbi ilə birgə təşkil olunmuş “XV Avrasiya İqtisadi Gənclər Forumu”nda iştirak ediblər.
Ətraflı oxu
Azərbaycan
Kooperasiya Universitetində Təhsil Tələbə Krediti Fondunun təqdimatı baş tutub.
Ətraflı oxu
Azərbaycan
Kooperasiya Universitetinin “Beynəlxalq əlaqələr” və “Keyfiyyət təminatı” şöbələrinin təşkilatçılığı ilə “Erasmus+ Info Day” adlı tədbir təşkil edilib
Ətraflı oxu
01
02
03
04
05
06
07
07
Fakültələr
Kafedralar
Kooperasiya Jurnalı
AKU TV
Tələbə Gənclər Təşkilatı (TGT)
Uğurlu təhsil və yüksək karyera pilləsinə bizimlə qalx !
Improve the hIgher educatIon career wIth us !
Xəbərlər
Elmi nəzəri seminar
Posted on
Dekabr 17, 2025
Dekabr 17, 2025
Azərbaycan Kooperasiya Universitetinin 60 illik, onun tərkibində olan Bakı Biznes və Kooperasiya Kollecinin 85 illik yubileylərinə həsr edilmiş “Yeni reallıqlar şəraitində Azərbaycanın iqtisadi və sosial inkişafı
Posted on
Dekabr 9, 2025
Dekabr 9, 2025
Yeni reallıqlar şəraitində Azərbaycanın iqtisadi və sosial inkişafı
Posted on
Dekabr 5, 2025
Dekabr 5, 2025
Azərbaycan Kooperasiya Universitetində Elmi nəzəri seminar keçiriləcək
Posted on
Aprel 23, 2025
Aprel 23, 2025
Azərbaycan Kooperasiya Universitetinin tələbələri Rusiya Federasiyası Ural Dövlət İqtisad Universiteti və UNEC-in Rus İqtisad Məktəbi ilə birgə təşkil olunmuş “XV Avrasiya İqtisadi Gənclər Forumu”nda iştirak ediblər.
Posted on
Aprel 8, 2025
Aprel 8, 2025
Azərbaycan Kooperasiya Universitetində Təhsil Tələbə Krediti Fondunun təqdimatı baş tutub.
Posted on
Oktyabr 3, 2024
Oktyabr 3, 2024
Azərbaycan Kooperasiya Universitetinin “Beynəlxalq əlaqələr” və “Keyfiyyət təminatı” şöbələrinin təşkilatçılığı ilə “Erasmus+ Info Day” adlı tədbir təşkil edilib
Posted on
Yanvar 17, 2024
Yanvar 17, 2024
Azərbaycan Kooperasiya Universitetinin akademik heyətinə “Soft Skills”, “Karyera planlaması” və “Hard Skills” mövzularında təlimlər təşkil olunmuşdur
Posted on
Yanvar 17, 2024
Yanvar 17, 2024
Previous
Next
Bütün xəbərlər
ELANLAR
ştatda
boş olan aşağıdakı vəzifələri tutmaq üçün MÜSABİQƏ ELAN EDİR
Ətraflı Oxu
Əlavə
təhsilin təkrar ali təhsil üzrə qəbul qaydaları
Ətraflı Oxu
FTLRC
2024 - beynəlxalq elmi konfrans
Future Trends in Leisure & Recreation - FTLRC 2024 mövzusunda beynəlxalq elmi konfrans keçiriləcəkdir
Ətraflı Oxu
Beynəlxalq
Konfrans (AKU)
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və müasir türk dünyası” mövzusunda beynəlxalq elmi-praktiki konfrans
Ətraflı Oxu
Respublika
konfransı (BDU)
2023-cü il 16 və 17 may tarixlərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr
olunmuş “Ekologiya və torpaqşünaslıq elmləri XXI əsrdə” mövzusunda IV Respublika elmi konfransı konfransı
keçiriləcəkdir.
Ətraflı Oxu
Respublika
konfransı (Pİ)
Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutu “Ulu Öndər Heydər Əliyev və liderlik fenomeni” mövzusunda Respublika elmi-nəzəri konfransı təşkil edir.
Ətraflı Oxu
Respublika
konfransı (WU)
Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə 26 aprel 2023-cü il tarixində Ümummilli lider Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Rəqabətqabiliyyətli mütəxəsis hazırlığı müasir təhsilin əsas məqsədidir” mövzusunda Respublika elmi-praktik konfrans keçiriləcək.
Ətraflı Oxu
Beynəlxalq
konfrans (WU)
Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə 19 aprel 2023-cü il tarixində Ümummilli lider Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Mühəndislikdə riyazi metodlar və mexatronik sistemlər” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
Ətraflı Oxu
Şuşa
ili
Respublikamızda keçirilən “Şuşa İli” çərçivəsində Azərbaycan Kooperasiya Universiteti və Bakı Biznes və Kooperasiya Kolleci tələbələri arasında
“Şuşa milli rəmzimizdir” adlı şeir, hekayə və esse müsabiqəsi ELAN edilir.
Ətraflı Oxu
Azerbaijan
Cooperation University announces
Azerbaijan Cooperation University announces a call for 2nd and 3rd year students
Ətraflı Oxu
Şəhid Məzunlarımız
Əhməd
Vaqif oğlu Kərimov
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Noyabrın 10-da Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olmuşdur.
Kənan
Sadıq oğlu Süleymanlı
Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsi şəhidi.
Kənan Süleymanlı 9 noyabr 2020-ci ildə Xocavənd rayonu ərazisində Üçtəpə istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
Rövşən
Məmmədağa oğlu İsmayılov
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Ağdərə istiqamətində gedən döyüşlərdə oktyabrın 13-də snayper gülləsi nəticəsində şəhid olub.
Emil
Rasif oğlu Abduləzimli
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Emil Abduləzimli 19 oktyabr 2020-ci ildə Cəbrayıl döyüşləri zamanı şəhid olmuşdur.
Hüseyn
Akif oğlu Həmidzadə
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı ağır yaralanan Hüseyn 01 noyabr 2020-ci ildə şəhid olmuşdur.
Rəcəb
Yolçu oğlu Məmmədov
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
7 noyabr 2020-ci ildə Xocavənd uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Nicat
Şöhrət oğlu Tarıverdiyev
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
9 Noyabr 2020-ci il tarixində Talış - Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub.
Balaş
İltizam oğlu Fərziyev
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Fərziyev Balaş 2015-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci ildə müharibə başlıyan zaman könüllü kimi yazılıb. 29 sentyabrda Füzuli uğrunda gedən döyüşlərdə mina düşməsi nəticəsində şəhid olmuşdur.
Haqqımızda
Azərbaycan Kooperasiya Universiteti
2001-ci ilədək Azərbaycan Kooperasiya İnstitutu
Yaradıldığı il: 1964-cü il
Dövlət Akkreditasıyası: ARTN-nin Akkreditasiya Şurasının qərarına əsasən Təhsil Nazirliyinin 13.07.2012-ci il tarixli 1361 saylı əmri ilə özəl ali təhsil müəssisəsi kimi 5 il müddətinə akkreditə olunmuşdur.
Lisenziya: ARTN-nin 15.03.2012-ci il tarixli 411 saylı əmri ilə ali təhsilin bakalavriat və magistratura səviyyələrində kadr hazırlığı aparılmasına (071001 nömrəli qeydiyyat №-si 137) lisenziya verilmişdir.
Heydər Əliyev
Ümummilli Lider
Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz.
Çoxprofilli Universitet
Azərbaycan Kooperasiya Universiteti ali təhsilin bütün səviyyələri üzrə geniş profilli mütəxəssislər hazırlığını, əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatları aparan çoxprofilli aparıcı qeyri-dövlət ali təhsil müəssisəsidir.
Bütövlük
Müxtəliflik
Mükəmməllik
Əməkdaşlıq
Təhsil
Birlik
Bilik
Təcrübə
Tarixçə
Azərbaycan Kooperasiya Universitetinin əsası 1964-cü ildə qoyulmuşdur. Azərbaycan hökümətinin və Azərittifaqın İdarə Heyətinin müraciətinə əsasən keçmiş SSRİ Mərkəzi İstehlak Cəmiyyətləri İttifaqı (Sentrosoyuz) İdarə Heyətinin 8 yanvar 1964-cü il tarixli qərarı ilə ilk dəfə Moskva Kooperativ İnstitunun (MKİ) Bakı Tədris-Məsləhət Məntəqəsi yaradılaraq Ticarətin iqtisadiyyatı və Əmtəəşünaslıq ixtisasları üzrə tələbə qəbulu aparılmışdır.
Bakı Tədris-Məsləhət Məntəqəsi keçmiş SSRİ Sentrosoyuzu İdarə Heyətinin müvafiq qərarları ilə 1969-cu ildə MKİ-nun Bakı Qiyabi İqtisad fakültəsinə, 1974-cü ildə MKİ-nun Bakı filialına çevrilmişdir. 1975-ci ildə Sentrosoyuzun qərarı ilə filial MKİ-nun tərkibindən çıxarılaraq Ukraynanın Poltava Kooperativ İnstitunun tərkibinə verilmiş, 1990-cı ildə yenidən MKİ-nun tabeliyinə keçirilmişdir. Bu illərdə filialda 5 ixtisas üzrə, o cümlədən respublikada ilk dəfə Kənd təsərrüfatı məhsulları tədarükünün iqtisadiyyatı və təşkili ixtisası üzrə ali təhsilli mütəxəssis hazırlığı aparılmışdır.
Respublikamız müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 1992-ci il tarixli 8 saylı qərarı ilə Moskva Kooperativ İnstitunun (MKİ) Bakı filialı Azərittifaqın mülkiyyətinə verilmiş, Azərittifaq İdarə Heyətinin 19 mart 1993-cü il tarixli 31 saylı qərarı ilə həmin filialın bazasında müstəqil Azərbaycan Kooperasiya İnstitutu yaradılmış və Nizamnaməsi təsdiq edilmişdir. İnstitut yaradılarkən onun tərkibində 2 fakültə, 6 kafedra fəaliyyət göstərirdi.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmri ilə 1997-ci ildən başlayaraq Universitetdə magistr hazırlığı həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti, xalqımızın ümummilli lideri Heydər Əliyevın 30 avqust 2000-ci il tarixli 391 saylı fərmanı ilə verilmiş tapşırığa müvafiq olaraq Azərittifaqın və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə institutun profili genişləndirilərək 3 may 2011-ci ildə onun bazasında Azərbaycan Kooperasiya Universiteti yaradılmış, onun Nizamnaməsi 8 may 2002-ci ildə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınaraq Dövlət qeydiyyatı haqqında 46 nömrəli Şəhadətnamə verilmişdir.
Ümumi məlumat
Azərbaycan Kooperasiya Universiteti yaradıldıqdan sonra onun maddi-texniki bazasının möhkəmləndirilməsi, professor-müəllim heyətinin tərkibinin yaxşılaşdırılması, kadr hazırlığı aparılan ixtisasların sayının genişləndirilməsi, təhsilin səviyyəsinin yüsəldilməsi istiqamətində ardıcıl və məqsədyönlü iş aparılmışdır. Tədris korpusunun ümumi sahəsi 10500 kv. metrdir. Bundan əlavə Azərittifaqın İdarə Heyətinin sədrinin 2011-ci il 16 avqust tarixli F-16 nömrəli sərəncamı ilə Bakı Biznes və Kooperasiya Kollecinin 4-cü və 5-ci mərtəbələrindən Universitetin istifadəsinə 2000 (iki min) kv.m. tədris sahəsi ayrılmışdır.
Hazırda Universitetdə bakalavriat, magistratura və doktorantura səviyyələrində kadr hazırlığı aparılır. Universitetin 8 fakültəsində tələbələr 19 ixtisas üzrə Azərbaycan və Rus dillərində əyani və qiyabi formada təhsil alırlar. Universitetdə 20kafedra, 50-dən artıq laboratoriya və fənn kabinetləri, 4 komputer laboratoriyası, 30 min nüsxədən artıq kitab fonduna malik olan kitabxana və oxu zalı, mətbəə, tibb məntəqəsi, idman zalı, iaşə müəssisəsi, arxivfəaliyyət göstərir. Təhsil alan tələbələrin yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasında 17 nəfər professor, 112 nəfər dosent və elmlər namizədi (fəlsəfə doktoru), 96nəfər, baş müəllim və assistent çalışır. Tədrisin və dərsdənkənar hazırlığın təşkili 86 nəfərdən ibarət tədris – köməkçi heyət və tyutor xidməti tərəfindən həyata keçirilir.
Azərbaycan Kooperasiya Universiteti MDB ölkələri Kooperasiya ali təhsil müəssisələri, eləcə də ABŞ, Türkiyə, Baltikyanı ölkələrin ali məktəbləri ilə sıx əməkdaşlıq edir. Təhsil sahəsində əldə etdiyi nailiyyətlərə görə bu təhsil müəssisəsi 1998-ci ildə ABŞ-nın Beynəlxalq Marketinq İnstitutunun Qran-pri mükafatına layiq görülmüşdür. Universitetin Türkiyə, Rusiya, Belorus, Ukrayna, Moldova, Latviya, Litva, Estoniya, Gürcüstan və digər ölkələrin ali təhsil müəssisələri ilə müəllim-tələbə mübadiləsi haqqında müqavilə öhdəlikləri vardır.
2009-cu ildə Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu qəbul olunduqdan sonra 21 yanvar 2011-ci il tarixdə Respublikası Nazirlər Kabineti tərəfindən Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsinin təsdiq olunması ilə əlaqədar olaraq Azərbaycan Kooperasiya Universitetinin yeni Nizamnaməsi qəbul edilərək 7 dekabr 2011-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində Dövlət qeydiyyatına alınmışdır.
Fakültələrimiz
İqtisadiyyat
İdarəetmə
Maliyyə
Mühasibat uçotu və sənayenin təşkili
Marketinq və menecment
Ekspertiza və texnologiya
Sosial iş və Tərcümə
Qiyabi şöbəsi
Doktorantura şöbəsi
Magistratura şöbəsi