BakuBus | AZCON Holding
Source: https://azcon.gov.az/az/portfolio/bakubus-4
Archived: 2026-04-23 17:09
BakuBus | AZCON Holding
İctimai nəqliyyatda sərnişin daşımaları
Sərnişin yönümlü müasir nəqliyyat yanaşması
AZCON Holding şirkətlərindən olan “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti 2015-ci ildən etibarən Bakı şəhərində müasir, təhlükəsiz və keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin təşkili üzrə fəaliyyət göstərir. Şirkət şəhəriçi sərnişindaşıma sahəsində innovativ həllər, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri və yüksək xidmət standartları ilə seçilir.
Ətraflı
Əsas statistik göstəricilər*
Gündəlik orta sərnişin sayı
557 min+
Cari avtobus parkı
1,337
Ümumi marşrut xətləri
83
Gəncə şəhəri və şəhərlərarası marşrutlar daxil olmaqla
*Göstəricilər 2025-ci ili əhatə edir
“BakuBus” – Sizin yol yoldaşınız
“BakuBus” MMC paytaxt sakinlərinə və şəhərin qonaqlarına müasir, təhlükəsiz və komfortlu ictimai nəqliyyat xidməti təqdim etməyi qarşısına məqsəd qoyub. Şirkətin əsas fəaliyyət istiqaməti yüksək xidmət keyfiyyəti və vətəndaş məmnuniyyəti prinsipinə əsaslanaraq Bakı şəhərində şəhərdaxili sərnişindaşımaların innovativ yolla təşkil edilməsidir.
İstismarında olan marşrut xətləri Bakı şəhərinin müxtəlif inzibati ərazilərini əhatə etməklə gündəlik sərnişin axınının effektiv və davamlı şəkildə idarə olunmasına şərait yaradır. Avtobus parkında yer alan nəqliyyat vasitələri ekoloji normalara cavab verən, beynəlxalq standartlara uyğun müasir texniki göstəricilərə malikdir. Hər bir marşrut üzrə xidmətlər peşəkar sürücü heyəti və nəzarət sistemləri ilə müşayiət olunur.
www.bakubus.az