NATO-nun "Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı"(DEEP) çərçivəsində distant təhsilin inkişaf etdirilməsi məqsədilə Polş

NATO-nun "Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı"(DEEP) çərçivəsində distant təhsilin inkişaf etdirilməsi məqsədilə Polşa Respublikasında işçi görüş keçirilib » MİLLİ MÜDAFİƏ UNİVERSİTETİ - MMU.EDU.AZ
NATO-nun "Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı"(DEEP) çərçivəsində distant təhsilin inkişaf etdirilməsi məqsədilə Polşa Respublikasında işçi görüş keçirilib
Tarix: 16.03.2026 | 10:25
Cari ilin 9–13 mart tarixlərində NATO-nun "Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı"(DEEP) çərçivəsində distant təhsilin inkişaf etdirilməsi məqsədilə Polşa Respublikasında işçi görüş keçirilib. Sözügedən tədbirdə Milli Müdafiə Universitetinin nümayəndə heyəti iştirak edib.
Tədbir zamanı distant təhsilin təşkili və tətbiqi üçün mövcud texniki imkanlar, müasir rəqəmsal platformalar və proqram təminatları haqqında təqdimatlar keçirilib. Həmçinin istifadə olunan proqram təminatlarının funksional xüsusiyyətləri, texniki imkanları və tədris prosesində tətbiq perspektivləri MMU nümayəndə heyətinin diqqətinə çatdırılıb.
Tədbir çərçivəsində distant təhsil texnologiyalarının tətbiqi, tədris prosesinin rəqəmsallaşdırılması və müasir təhsil platformalarının imkanları barədə ətraflı müzakirələr aparılıb.
Qeyd olunub ki, müasir dövrdə distant təhsil texnologiyalarının tətbiqi təhsilalanlar üçün daha geniş imkanlar yaradır, tədris prosesinin çevikliyini artırır və biliklərə daha operativ çıxış imkanı təmin edir.
XƏBƏR ARXİVİ
«
Aprel 2026    »
Be
Ça
Ç
Ca
C
Ş
B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
Azərbaycan Respublikasının
Prezident Administrasiyası
Azərbaycan Respublikasının
Milli Məclisi
Azərbaycan Respublikasının
Nazirlər Kabineti
Azərbaycan Respublikası
Müdafiə Nazirliyi
Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi
Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi