Naxçıvan Şəhər İcra Hakimiyyəti
Archived: 2026-04-23 17:13
Naxçıvan Şəhər İcra Hakimiyyəti
“EKTİSİ-nin və pay torpaqlarına verilən dövlət aktının Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla əvəz olunmasının əhəmiyyəti, payızlıq əkinlərin vaxtında gübrələnməsi, yazlıq əkinlərə hazırlıq” mövzularında maarifləndirici tədbir keçirilib
Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə “EKTİSİ-nin və pay torpaqlarına verilən dövlət aktının Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla əvəz olunmasının əhəmiyyəti, payızlıq əkinlərin vaxtında gübrələnməsi, yazlıq əkinlərə hazırlıq” mövzularında maarifləndirici tədbir keçirilib.Tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Səyyad Əliyev mövzunun aktuallığını və əhəmiyyətini vurğulayıb.Daha sonra tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı İntiqam Hüseynbəyli “Aqrar Subsidiya Şurası” tərəfindən müəyyən edilmiş əmsalların tətbiqi və müasir suvarma sistemlərinin əhəmiyyəti barədə məlumat verib.Akademik Həsən Əliyev adına Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Gülü Məhsimova erkən yaz dövründə əkin sahələrində aparılmalı aqrotexniki qulluq işlərindən danışıb.“Naxçıvan Aqroservis” ASC-nin əməkdaşı Mübariz Əliyev kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqların lizinq yolu ilə əldə edilməsi imkanlarını diqqətə çatdırıb.“Aqrar Sığorta Fondu”nun Naxçıvan filialının rəhbəri Sərxan Məmmədov aqrar sığortanın meyvə bağlarını qoruduğu risklər barədə ətraflı məlumat verib.Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Naxçıvan şəhər Ərazi Bölməsinin əməkdaşı Həsən Mahmudov isə vətəndaş mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı mövzusunda çıxış edib.Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb, həmçinin onların təklifləri dinlənilib.