Saatlı rayonunda Novruz bayramı münasibətilə “Baharın gəlişi” adlı ümumrayon tədbiri keçirildi | Azərbaycan Respublikası Saatlı
Archived: 2026-04-23 17:16
Saatlı rayonunda Novruz bayramı münasibətilə “Baharın gəlişi” adlı ümumrayon tədbiri keçirildi | Azərbaycan Respublikası Saatlı Rayon İcra Hakimiyyəti
Azərbaycan Respublikası Saatlı Rayon İcra Hakimiyyəti
Saatlı rayonunda Novruz bayramı münasibətilə “Baharın gəlişi” adlı ümumrayon tədbiri keçirildi
18 mart 2026 | 17:50
18 mart 2026-ci il tarixdə Saatlı Rayon İcra Hakimiyyətinin və Mil-Muğan Regional Mədəniyyət idarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev meydanında xalqımızın zəngin mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən Novruz bayramı münasibətilə “Baharın gəlişi” adlı ümumrayon tədbiri keçirilib.
Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri və rayon ictimaiyyəti iştirak edib. Əvvəlcə idarə, müəssisə və təhsil müəssisələri tərəfindən hazırlanmış sərgiyə baxış keçirilib, tədbir iştirakçıları meydanda nümayiş etdirilən rəsm əsərləri, milli adət-ənənələrimizi, bayram atributlarını və bahar əhval-ruhiyyəsini əks etdirən əl işləri, eləcə də milli mətbəx nümunələri ilə tanış olub.
Daha sonra bədii hissə ilə davam edən tədbirdə vətənpərvərlik və milli ruhda mahnılar ifa olunub, milli musiqi sədaları altında uşaqlardan ibarət rəqs qruplarının çıxışları şənliyə xüsusi rəng qatıb. Tədbirdə idmançılar və pəhləvanlar tərəfindən güc, çeviklik və məharət nümayiş etdirilən maraqlı nömrələr təqdim olunmuş, eyni zamanda kosa və keçəlin meydana gəlişi tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanmışdır. Tədbirin sonunda şəhid atası Qabil Nəciyevin iştirakı ilə bayram tonqalı yandırılıb.
Share
Twitter
WhatsApp
Telegram
Mail
Keçidlər