Argentina — Vikipediya
Məzmuna keç
Vikipediya, azad ensiklopediya
Bu adın digər istifadə formaları üçün bax:
Argentina (dəqiqləşdirmə)
Argentina Respublikası
República Argentina
Bayraq
Gerb
En unión y libertad
"In Union and Liberty"
Himn:
Rəsmi dili
İspan dili
Etnik qrupları
ispanlar
italyanlar
almanlar
yəhudilər
ərəblər
ermənilər
irlandiyalılar
britaniyalılar
fransızlar
amerikalılar
afrikalılar
Paytaxt
Buenos Ayres
Ən böyük şəhəri
paytaxtı
İdarəetmə forması
federal respublika
[d]
Prezident
Xavyer Miley
Sahəsi
Dünyada
8-ci
Ümumi
2766890 km²
Su sahəsi (%)
1,1
Əhalisi
Əhali (2023)
46,234,830 nəfər (
31-ci
Siyahıyaalma (2022)
47,327,407 nəf.
Sıxlıq
14,4 nəf./km² (
178-ci
ÜDM
AQP
Ümumi (2023)
1.239 trilyon
dollar
30-cu
Adambaşına
26,506
dollar
66-cı
ÜDM
(nominal)
Ümumi (2023)
621.833 milyard
dollar
24-cü
Adambaşına
13,297
dollar
66-cı
İİİ
0.842
Valyuta
Argentina pesosu
(ARS)
İnternet domeni
.ar
ISO kodu
AR
Telefon kodu
54
Nəqliyyatın yönü
sağ
Vikianbarda əlaqəli mediafayllar
Argentina
Salta
Argentina
isp.
Argentina
) rəsmi adı:
Argentina Respublikası
isp.
República Argentina
) 34' 36
Cənub paralelləri və 58' 27
Qərb meridianları arasında,
Cənub Amerika
qitəsində yerləşən ölkə.
Argentinanın ümumi sahəsi 2,791,810
km²-dir
, əhalisi isə 2012-ci ildə aparılmış rəsmi siyahıyaalmanın nəticələrinə əsasən 41 281 631 nəfərdir
Argentina Cənubi Amerika qitəsinin cənub seqmentində,
And dağları
və
Atlantik okeanı
arasında yerləşəir; sahil xəttinin uzunluğu 4989 kilometrdir. Ərazisinin böyüklüyünə görə Argentina Cənubi Amerika materikinin ikinci, dünyanın səkkizinci dövlətidir.
Çili
(5308
km),
Boliviya
(832
km),
Paraqvay
(1880
km),
Braziliya
(1261
km) və
Uruqvay
(580
km) ilə sərhəddi vardır.
Ölkə əhalisinin böyük əksəriyyəti ispan və italyan mühacirlərinin törəmələridir.
Adın etimologiyası
redaktə
vikimətni redaktə et
Çoxları Argentinanın adının – latınca "argentum" mənası "gümüş" deməkdir deyirlər, Amma bunu vurğulamaq lazımdır ki adı gümüşlə bağlı deyil, ölkə də heç bir gümüş ehtiyatı yoxdur. Bəzi insanlar Argentinada gümüş ehtiyatı çoxdur və ölkənin də adı bununla bağlıdır deyir. Bu tamamilə səhv məlumatdır.
Əhali
redaktə
vikimətni redaktə et
Ölkə əhalisinin sayı 2010-cu ilin siyahıyaalınmasına əsasən 40 091 359 nəfərdir. Bütün latınamerikalılar kimi argentinalılar da qarışıq genetik köklərə malikdirlər, lakin əhalinin əksər hissəsinin fenotipində (bədənində)
cənubi Avropa
, xüsusilə
Aralıq dənizi
cizgiləri üstünlük təşkil edir. Əhalinin böyük əksəriyyəti avropalı miqrantlarla yerli hindular və Afrikadan gətirilən qulların qarişığından yaranıb (Argentinada Afrika qullarının sayı elə də çox olmayıb). Müasir əhali əsasən iki proses nəticəsində formalaşıb — 1 — metizasiya (müxtəlif xalqların qarışması); 2 — kütləvi Avropa immiqrasiyası (müəyyən qədər Argentinanı avropalaşdırmış və ya bədən baxımından avropoidləşdirmiş). İspanların gəlişinə qədər Argentinada azsaylı
hindu
tayfaları məskunlaşmışdılar. Beləki, ispanlar tərəfindən yerli əhalinin kişi hissəsi öldürüldükdən sonra ispan kolonistləri yerli hinduların və Afrikadan gətirilmiş qul qadınlarla evlilik qurmağa başladılar və yeni bir metis-qauço etnik qrupunu formalaşdırdılar.
Argentinaya kütləvi Avropa immiqrasiyası 1880–1940-cı illərə təsadüf edib. Bu immiqrasiyada italyanlar — 48% üstünlük təşkil edirdilər, ispanlar-40%, o cümlədən basklar — 10%, digərləri — 12% —
almanlar
fransızlar
ukraynalılar
polyaklar
ərəblər
ermənilər
yəhudilər
, uelslilər, o cümlədən asiyalılardır (
yaponlar
koreyalılar
çinlilər
). Son vaxtlar miqrantların əksər hissəsi
Peru
Boliviya
Paraqvay
Uruqvay
və
Afrikadandır
Argentinada yaşayan hindilərin mədəniyyətində ispan istilasına qədər bir neçə yerli təsərrüfat tipi ("mədəni vilayətlər") mövcud idi:
And dağlarının
ətəklərində və öndağlıqda məskunlaşmış və keçuaların təsiri ilə Diagita arxeoloji mədəniyyətini (suvarma əkinçilik, lama yetişdirilməsi, toxuculuq, qalaların inşası və s.) yaratmış ən çoxsaylı xalqlar; ovçuluq və yığıcılıqla məşğul olmuş Çako hindiləri (
aravaklar
, matakolar, tobalar, tupilər); Çayarası xalqları
quaranilər
, çarrualar, kerandilər (qırılıb-yandırılan əkinçilik);
Pampa
və
Pataqoniya
hindiləri teuelçelər, 18-ci əsrdən
araukanlar
(dəvəquşu və quanako ovu); Odlu Torpaq adalarında yaşayan və odlutorpaqlılar qrupuna aid edilən onalar və
yaqanlar
. İspan istilası gedişində, əsasən, şəhərlərdə yaşayan və sənətkarlardan xırda ticarətçilərdən və qulluqçulardan ibarət ispan-hindi metisləri təbəqəsi yarandı. 17,18-ci əsrlərdə Afrikadan qulların gətirilməsi nəticəsində Argentinada
zəncilər
və
mulatlar
meydana gəldi. 18-ci əsrin sonlarında Argentinalıların mədəniyyətinin formalaşmasında maldar qauçoların böyük rolu oldu. Argentina cəmiyyətinin imtiyazlı ali təbəqəsini əslən metropoliyadan olanlar təşkil edirdi. Bu, yerli sakinlərin həm sayca, həm də iqtisadi cəhətdən güclənən qrupunun – ispan istilaçılarının ağdərili nəsilləri olan və əsasən, sahilyanı vilayətdə yaşayan kreolların narazılığına səbəb olurdu. 19-cu əsrin əvvəllərində Argentinalıların istiqlaliyyət uğrunda mübarizəsinə
kreollar
başçılıq etdilər. 19-cu əsrin son rübü – 20-ci əsrin əvvəllərində Avropadan (əsasən, İspaniya və İtaliyadan) kütləvi surətdə mühacirət edənlər Argentinalıların tərkibinə qatıldı. Avropalıların köməyilə pampanı məskunlaşdırmaq istəyən hökumətin siyasəti də bu prosesə rəvac verirdi. 1870–1880-ci illərdə bir sıra hərbi ekspedisiyalar nəticəsində pampanın hindi əhalisi məhv edildi, ya da dağlara sıxışdırıldı. Qauçolar, Argentinanın şəhər və kənd əhalisinə qarışaraq mədəni münfəridliklərini itirdilər. 1914-cü ildə mənşəcə Avropadan olanlar Argentinalıların 30%-ini təşkil edirdi. İkinci dünya müharibəsi illərində və sonrakı illərdə sənayenin inkişafı ilə əlaqədar kənd yerlərindən şəhərlərə (əsasən,
Buenos-Ayresə
) əhalinin kütləvi axını baş verdi. Ayrı-ayrı etnik qruplardan ibarət olan və əsasən, Çakoda, And öndağlığında (
Çili
və
Boliviya
ilə sərhəddə) və Pataqoniyada yaşayan hindilər ilk dəfə əhalinin ümumi siyahıyaalınmasına daxil edildilər (2001). Ölkənin daxili vilayətlərində bir neçə etnoqrafik bölgə mövcuddur: şimal-qərbində naxışlı toxuculuq (parça, xalça və s.), göndəri məmulatı, şimal-şərqində (Çako) zoomorf formalı
polixrom
keramika
, sombrero toxunuşu, ağacdan, keramikadan, sümükdən və həsirdən dini səciyyəli kiçik plastika inkişaf etmişdir; cənubun toxuculuq məmulatında (ponço, örtük, çanta, kəmər) Çili araukanlarının təsiri əksini tapmışdır; pampadan qauçoların sənətkarlıq (metal, sümük, at qoşqusu üçün dəri emalı) və folklor ənənələri qorunub saxlanmışdır.
Din
redaktə
vikimətni redaktə et
Əhalinin 90 faizi katolikdir.
İdman
redaktə
vikimətni redaktə et
Ölkədə ən məşhur idman növü
futbol
sayılır. Ölkədə
Dieqo Maradona
Lionel Messi
Serxio Aqüero
kimi futbolçular yetişmişdir.
Argentina milli futbol komandası
dünya reytinqində ön sıralardadır. Komanda 1978, 1986 və 2022-ci illərdə
Dünya Kubokunu
qazanmışdır.
Tarix
redaktə
vikimətni redaktə et
Argentinada yaşayan hindilərin mədəniyyətində ispan istilasına qədər bir neçə yerli təsərrüfat tipi ("mədəni vilayətlər") mövcud idi: And dağlarının ətəklərində və öndağlıqda məskunlaşmış və keçuaların təsiri ilə Diagita arxeoloji mədəniyyətini (suvarma əkinçilik, lama yetişdirilməsi, toxuculuq, qalaların inşası və s.) yaratmış ən çoxsaylı xalqlar; ovçuluq və yığıcılıqla məşğul olmuş Çako hindiləri (
aravaklar
, matakolar, tobalar, tupilər); Çayarası xalqları quaranilər, çarrualar, kerandilər (qırılıb-yandırılan əkinçilik); Pampa və Pataqoniya hindiləri teuelçelər, 18 əsrdən araukanlar (dəvəquşu və quanako ovu);
Odlu Torpaq adasında
yaşayan və odlutorpaqlılar qrupuna aid edilən onalar və yaqanlar.
Amerika
qitəsi kəşf edildikdən sonra Avropa dövlətləri sürətlə bu qitədə müstəmləkələr yaratmağa başladılar. 1536-cı ildə Argentinaya gələn ispanlar bu gün Buenos Aires olaraq bilinən yerdə ilk müstəmləkələrini yaratdılar, lakin onların bu şəhərdə məskunlaşması yalnız XVIII əsrdə oldu. Argentina 1776-cı ilə qədər İspaniyanın Peruda yerləşən ümumi qubernatorluğu tərəfindən idarə edilirdi. Bir ildən sonra La Plata ümumi qubernatorluğu təşkil olundu və Buenos Aires ümumi qubernatorluğun paytaxtı oldu.
İspan istilası gedişində, əsasən, şəhərlərdə yaşayan və sənətkarlardan xırda ticarətçilərdən və qulluqçulardan ibarət ispan-hindi metisləri təbəqəsi yarandı. 17–18 əsrlərdə Afrikadan qulların gətirilməsi nəticəsində Argentinada
zəncilər
və
mulatlar
meydana gəldi. 18 əsrin sonlarında Argentinanın mədəniyyətinin formalaşmasında maldar qauçoların böyük rolu oldu. Argentina cəmiyyətinin imtiyazlı ali təbəqəsini əslən metropoliyadan olanlar təşkil edirdi. Bu, yerli sakinlərin həm sayca, həm də iqtisadi cəhətdən güclənən qrupunun – ispan istilaçılarının ağdərili nəsilləri olan və əsasən, sahilyanı vilayətdə yaşayan kreolların narazılığına səbəb olurdu.
1806-cı ildə Buenos-Ayresin ingilislər tərəfindən qısa bir müddət işğal edilməsi, Argentinanın istiqlal mübarizəsi üçün bir başlanğıc olmuşdur. 1808-ci ildə Napoleonun İspaniyaya girməsi müstəqillik mübarizəsini sürətləndirdi. Ölkə 1812-ci ildə istiqlaliliyyətini qazansa da, 1816-cı ilə qədər müstəqil bir dövlət olduğu rəsmən elan edilmədi. 19-cu əsrin əvvəllərində Argentinanın istiqlaliyyət uğrunda mübarizəsinə
kreollar
başçılıq etdilər. 19-cu əsrin son rübü – 20-ci əsrin əvvəllərində Avropadan (əsasən,
İspaniya
və
İtaliyadan
) kütləvi surətdə mühacirət edənlər Argentinanın tərkibinə qatıldı. Avropalıların köməyilə pampanı məskunlaşdırmaq istəyən hökumətin siyasəti də bu prosesə rəvac verirdi. 1870–80-ci illərdə bir sıra hərbi ekspedisiyalar nəticəsində pampanın hindi əhalisi məhv edildi, ya da dağlara sıxışdırıldı. Qauçolar, Argentinanın şəhər və kənd əhalisinə qarışaraq mədəni münfəridliklərini itirdilər. 1914-cü ildə mənşəcə Avropadan olanlar Argentinanın 30%-ni təşkil edirdi.
İkinci dünya müharibəsi
illərində və sonrakı illərdə sənayenin inkişafı ilə əlaqədar kənd yerlərindən şəhərlərə (əsasən, Buenos-Ayresə) əhalinin kütləvi axını baş verdi.
İkinci Dünya müharibəsi ərəfəsində Argentina hökumətlərinin gizli və satın alınmış nasist tərəfdarları Amerika Birləşmiş Ştatları və cənub yarımkürəsinin digər ölkələri ilə münasibətlərinin gərginləşməsinə və Argentinanın Pan-Amerikan təşkilatından çıxarılmasına səbəb oldu. İkinci Dünya müharibəsi zamanı bitərəf olan Argentina, 1945-ci ilin yazında müttəfiqlər tərəfindən müharibəyə girdi. ABŞ-nin köməyi ilə Argentina həmin ilin sonuna doğru Birləşmiş Millətlər daxil oldu və təşkilatın məsələlərində önəmli bir rol oynadı.
Müharibədən sonra general olan Juan Domingo Peron özünə qüvvətli bir mövqe hazırlamağı bacarmış və 1946-cı ilin fevralında Argentinada prezident seçilmişdir. Yoldaşı Eva Peronun yardımıyla dinamik və sərt bir idarə qurmağı başararaq, zamanında, siyasi dəstəyini silahlı qüvvətlərdən almağa çalışan siniflərə sözünü keçirməsini bilmişdir. Mətbuatı bir dövlət orqanı halına gətirmiş və totalitar bir rejimin başçısı olaraq özünə daha böyük səlahiyyət verməsi üçün konstitusiyanı dəyişdirmişdir.
Peron, işçi siniflərı arasında çox sevilmiş və hətta qəhrəman olaraq tanınmışdır, lakin o, 1955-ci ildə hərbi çevriliş nəticəsində devrilmiş, uzun illər sürgündə yaşamış və sonra dönərək 1973-cü ildə dövlət başçısı olmuşdur. Bir ill sonra ölməsi üzerinə İsabel Peron olaraq tanınan üçüncü həyat yoldaşı dövlət başçısı oldu. Ölkənin birlik və bərabərliyini saxlayamayınca 1976-cı ildə ordu tərəfindən devrildi. Argentinanın köhnə dövlət başçılarından General Galtier İngiltərəyə aid, fəqət özlərinə çox yaxın olan Folkland adalarını 1982-ci ildə işğal etdi. İngiltərə ilə olan savaşda Argentina məğlub oldu və adalar təkrar İngiltərənin tabeliyində qaldı.
Dövlət quruluşu
redaktə
vikimətni redaktə et
Əsas məqalə:
Argentinanın dövlət quruluşu
Argentina məhdud hakimiyyətli
prezident
idarəetmə üsuluna malik
Respublikadır
. Milli bayram günü olan Müstəqillik Günü 1816-cı il 11 noyabr tarixindən qeyd olunur. Ölkə
Konstitusiyası
1853-cü ildən (1860, 1898, 1957, 1994-cü illərdə edilmiş düzəlişlərlə) qüvvədədir.
Argentina 23 əyalətə (Korrientes, Santa-Krus, Mendosa, Kordova, Santa-Fe, Katamarka, Rio-Neqro, Sanxuan, Salta və s.) və 1 muxtar paytaxt dairəyə (Buenos-Ayres)
bölünür.
Coğrafiyası
redaktə
vikimətni redaktə et
Argentina ərazisinin coğrafiyası mürəkkəbdir. Ölkə ərazisi şərq tərəfdən Atlantik okeani ilə, qərb tərəfdən isə And dağları ilə əhatə olunub. And dağlarının bəzi zirvələrində daimi buzlaqlar mövcuddur. Ölkınin ən cənub əraziləri isə Antarktidaya yaxınlığı ilə seçilir.
Ərazi quruluşu
redaktə
vikimətni redaktə et
Əsas məqalə:
Argentinanın ərazi quruluşu
Argentina vilayətləri
Argentina 23 vilayətdən və muxtar paytaxt ərazisindən ibarətdir.
Federal paytaxt Buenos-Ayres
Buenos-Ayres
Katamarka
Çako
Çubut
Kordova
Korrientes
Entre-Rios
Formosa
Jujuy
La-Pampa
La-Rioxa
Mendosa
Misones
Neuken
Rio-Neqro
Salta
San-Xuan
San-Luis
Santa-Krus
Santa-Fe
Santyaqo-del-Estero
Odlu Torpaq, Antarktida və Cənubi Atlantika adaları
Tukuman
Argentinada əhalisinin sayına görə ən böyük şəhərlər siyahısı.
Argentinanın ən böyük 20 şəhəri
(2007-ci il.
INDEC
Yer
Adı
Vilayət
Əhali
Yer
Adı
Vilayət
Əhali
bax
müzakirə
redaktə
Kordova
Buenos-Ayres
(muxtar şəhər)
3 050 728
11
Resistensiya
CHA
377 564
Kordova
CBA
1 346 092
12
Santyaqo-del-Estero
SGO
327 974
Rosario
SFE
1 249 594
13
Korrientes
CTS
328 689
Mendosa
MZA
885 434
14
Neuken
RNO
NQN
327 534
San-Miqel-de-tukuman
TMN
789 504
15
Baiya-Blanka
BUE
310 657
La-Plata
BUE
732 503
16
Posadas
MNS
279 961
Mar-del-Plata
BUE
604 563
17
Parana
ERS
270 968
Santa-Fe
SFE
493 547
18
San-Salvador-de-Jujuy
JUJ
231 229
Salta
STA
464 678
19
San-Luis
SLS
162 011
10
San-Xuan
SJN
453 229
20
Rio-Kuarto
CBA
149 303
İqlimi
redaktə
vikimətni redaktə et
Argentina əsasən subtropik iqlim qurşağında yerləşməsinə baxmayaraq Santa Cruz, Chubut, Tierra del Fuego, Rio Negro vilayətlərində və həmçinin And dağlarında və dağətəyi ərazilərdə qar yağması adi bir haldır. Qeyd etmək lazımdır ki bütün cənub yarımkürəsində olduğu kimi Argentinada da fəsillər şimal yarımkürəsindəki gedişatından əksinə baş verir(qışda yay, yayda isə qış). Həmçinin Argentinanın ən cənub əraziləri Antarktidaya nisbətən yaxın yerləşdiyi üçün burada bəzən sərt hava şəraiti müşahidə olunur.
Silahlı qüvvələri
redaktə
vikimətni redaktə et
Argentinanın silahlı qüvvələri Müdafiə Nazirliyi tərəfindən, baş komandanları ölkənin Prezidenti olaraq idarə edilir. Tarixən, Argentinanın silahlı qüvvələri regionda (məsələn, 1950-ci illərdə artıq öz qabaqcıl reaktiv qırıcılarını yaratmışdı) ən yaxşı təchiz edilmişlərdən biri olmuşdur, ancaq son zamanlar, bir çox
Latın Amerikası
silahlı qüvvələri ilə müqayisədə böyük xərclər azalması ilə üzləşilir. Həqiqətən, 1981-ci ildən bəri, real hərbi xərclər yarıya kimi azaldılmışdı və bu gün 3 milyard dollardan aşağıdır.
Hərbi xidmətə çağırılışa yaş həddi 18 yaşdır; və məcburi hərbi xidmət və hal-hazırda hərbi mükəlləfiyyət yoxdur. Bu yaxınlarda, Argentinanın silahlı qüvvələri təxminən 70 000 həqiqi hərbi xidmət personalını qeydə aldı, bu isə 1983-cü ildə demokratiyanı qaytardıqdan əvvəlki səviyyənin üçdə birini təşkil edir.
Silahlı qüvvələr ənənəvi olaraq
Ordudan
Donanmadan
və
Hava Qüvvələrindən
ibarətdir. Ayrı nazirlik (Daxili İşlər Nazirliyi) tərəfindən idarə edilən, Argentina
ərazi sularına
Hərbi-dəniz Prefekturası
və sərhəd rayonlarına
Milli Jandarmeriya
tərəfindən patrul keşiyi çəkilir. Hər iki qüvvələr hər halda müdafiə Nazirliyi ilə əlaqə saxlayır.
BMT mandatlarına
müvafiq olaraq, Argentinanın Silahlı Qüvvələri hazırda
Haitidə
və
Kiprdə
əsas əməliyyatlarda iştirak edir.
Argentinalılar
redaktə
vikimətni redaktə et
Argentinanın əsas əhalisi, xalq. Sayları 32,3 mln. nəfərdir (2005). İspan dilinin Argentina variantında danışırlar. Dindarların əksəriyyəti katolikdir; protestanlar, müsəlmanlar, iudeylər də var. Argentinada yaşayan hindilərin mədəniyyətində ispan istilasına qədər bir neçə yerli təsərrüfat tipi ("mədəni vilayətlər") mövcud idi: And d-rının ətəklərində və öndağlıqda məskunlaşmış və keçuaların təsiri ilə Diagita arxeoloji mədəniyyətini (suvarma əkinçilik, lama yetişdirilməsi, toxuculuq, qalaların inşası və s.) yaratmış ən çoxsaylı xalqlar; ovçuluq və yığıcılıqla məşğul olmuş Çako hindiləri (aravaklar, matakolar, tobalar, tupilər); Çayarası xalqları quaranilər, çarrualar, kerandilər (qırılıb-yandırılan əkinçilik); Pampa və Pataqoniya hindiləri teuelçelər, 18 əsrdən araukanlar (dəvəquşu və quanako ovu); Odlu Torpaq a.-nda yaşayan və odlutorpaqlılar qrupuna aid edilən onalar və yaqanlar. İspan istilası gedişində, əsasən, şəhərlərdə yaşayan və sənətkarlardan xırda ticarətçilərdən və qulluqçulardan ibarət ispan-hindi metisləri təbəqəsi yarandı. 17–18 əsrlərdə Afrikadan qulların gətirilməsi nəticəsində Argentinada zəncilər və mulatlar meydana gəldi. 18-ci əsrin sonlarında Argentinalıların mədəniyyətinin formalaşmasında maldar qauçoların böyük rolu oldu. Argentina cəmiyyətinin imtiyazlı ali təbəqəsini əslən metropoliyadan olanlar təşkil edirdi. Bu, yerli sakinlərin həm sayca, həm də iqtisadi cəhətdən güclənən qrupunun – ispan istilaçılarının ağdərili nəsilləri olan və əsasən, sahilyanı vilayətdə yaşayan kreolların narazılığına səbəb olurdu. 19-cu əsrin əvvəllərində Argentinalıların istiqlaliyyət uğrunda mübarizəsinə kreollar başçılıq etdilər. 19-cu əsrin son rübü – 20-ci əsrin əvvəllərində Avropadan (əsasən, İspaniya və İtaliyadan) kütləvi surətdə mühacirət edənlər Argentinalıların tərkibinə qatıldı. Avropalıların köməyilə pampanı məskunlaşdırmaq istəyən hökumətin siyasəti də bu prosesə rəvac verirdi. 1870–80-ci illərdə bir sıra hərbi ekspedisiyalar nəticəsində pampanın hindi əhalisi məhv edildi, ya da dağlara sıxışdırıldı. Qauçolar, Argentinanın şəhər və kənd əhalisinə qarışaraq mədəni münfəridliklərini itirdilər. 1914-cü ildə mənşəcə Avropadan olanlar Argentinalıların 30%-nı təşkil edirdi. İkinci Dünya müharibəsi illərində və sonrakı illərdə sənayenin inkişafı ilə əlaqədar kənd yerlərindən şəhərlərə (əsasən, Buenos-Ayresə) əhalinin kütləvi axını baş verdi. Ayrı-ayrı etnik qruplardan ibarət olan və əsasən, Çakoda, And öndağlığında (Çili və Boliviya ilə sərhəddə) və Pataqoniyada yaşayan hindilər ilk dəfə əhalinin ümumi siyahıyaalınmasına daxil edildilər (2001). Ölkənin daxili vilayətlərində bir neçə etnoqrafik bölgə mövcuddur: şm.-q.-də naxışlı toxuculuq (parça, xalça və s.), göndəri məmulatı, şm.-ş.-də (Çako) zoomorf formalı polixrom keramika, sombrero toxunuşu, ağacdan, keramikadan, sümükdən və həsirdən dini səciyyəli kiçik plastika inkişaf etmişdir; c.-un toxuculuq məmulatında (ponço, örtük, çanta, kəmər) Çili araukanlarının təsiri əksini tapmışdır; pampadan qauçoların sənətkarlıq (metal, sümük, at qoşqusu üçün dəri emalı) və folklor ənənələri qorunub saxlanmışdır.
Həmçinin bax
redaktə
vikimətni redaktə et
Argentina Qırmızı Xaç Cəmiyyəti
Argentina qarışqaları
İstinadlar
redaktə
vikimətni redaktə et
"Arxivlənmiş surət"
4 iyul 2012 tarixində
orijinalından
arxivləşdirilib
İstifadə tarixi:
2 aprel
2009
"3218.0 - Instituto Nacional de Estadistica y Censos, Argentina, 2006-07"
(PDF)
INDEC
21 avqust 2011 tarixində
orijinalından
(PDF)
arxivləşdirilib
İstifadə tarixi:
20 fevral
2012
Xarici keçidlər
redaktə
vikimətni redaktə et
Álbum de Estampillas
Vikianbarda
Argentina
ilə əlaqəli mediafayllar var.
Argentina
mövzularda
Gerb
Bayraq
Himn
Dövlət quruluşu
Konstitusiya
Parlament
İnzibati bölgü
Coğrafiya
Şəhərlər
Paytaxt
Əhali
Dillər
Tarix
İqtisadiyyat
Kənd təsərrüfatı
Energetika
Valyuta
Mədəniyyət
Din
Kinematoqraf
Ədəbiyyat
Musiqi
Bayramlar
İdman
Təhsil
Elm
Nəqliyyat
Turizm
Poçt
tarixi və markaları
) •
İnternet
Silahlı qüvvələr
Xarici siyasət
Portal "Argentina"
Latın Amerikasının subregionaları
Mərkəzi Amerika
Meksika
Nikaraqua
Honduras
Beliz
Qvatemala
Panama
Kosta-Rika
Salvador
Vest-Hind
Kuba
Dominikan Respublikası
Haiti
Baham adaları
Yamayka
Dominika
Trinidad və Tobaqo
Qrenada
Barbados
Sent-Lüsiya
Antiqua və Barbuda
Sent-Vinsent və Qrenadin
Sent-Kits və Nevis
Cənubi Amerikanın mərkəzi və şimal-şərqi
Qayana
Surinam
Braziliya
La-Plata hövzəsi
Argentina
Paraqvay
Uruqvay
And ölkələri
Peru
Kolumbiya
Boliviya
Çili
Ekvador
Venesuela
G20
Argentina
Avstraliya
Braziliya
Kanada
Çin
Avropa İttifaqı
Fransa
Almaniya
Hindistan
İndoneziya
İtaliya
Yaponiya
Meksika
Rusiya
Səudiyyə Ərəbistanı
Cənubi Afrika
Koreya Respublikası
Türkiyə
Böyük Britaniya
ABŞ
Argentina
ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni
redaktə
edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "
Kateqoriyalar
Əlifba sırasına görə dövlətlər
1816-cı ildə yaranmış dövlətlər və ərazilər
Argentina qaralamaları
Argentina
Federativ dövlətlər
G20 ölkələri
Federativ konstitusiya respublikaları
Respublikalar
BMT üzvü olan ölkələr
G15 ölkələri
Gizli kateqoriyalar:
Articles with hatnote templates targeting a nonexistent page
Kartographer uzantısından istifadə edən səhifələr
Argentina
Mövzu əlavə et
US