Aspaziya — Vikipediya
Məzmuna keç
Vikipediya, azad ensiklopediya
Aspaziya
q.yun.
Ἀσπασία
Doğum tarixi
təq.
e.ə.
470
-470
[…]
Doğum yeri
Milet
Vəfat tarixi
e.ə.
400
-400
(69–70 yaşında)
Vəfat yeri
Afina
Həyat yoldaşları
Perikl
(5678–)
Fəaliyyəti
ritor
filosof
orator
yazıçı
Vikianbarda əlaqəli mediafayllar
Aspaziya
ya da
Miletli Aspaziya
yun.
Ἀσπασία
təq.
e.ə.
470
[…]
Milet
e.ə.
400
Afina
) —
Afinalı
dövlət xadimi
Perikllə
olan əlaqəsi ilə tanınmış
Miletli
qadın.
Həyatı haqqında çox az məlumat vardır. Yetkinlik dövrünün böyük hissəsini Afinada yaşayan Aspaziyanın, Periklə və Afina siyasətinə təsir etməsi mümkündür.
Platon
Aristofan
Ksenofont
ilə birlikdə dövrün digər yazıçılarının əsərlərində ondan bəhs edilmişdir.
Antik yazıçılar Aspaziyanın eyni vaxtda bir fahişəxana işlətdiyini və
fahişə
olduğunu da yazmışlar. Ancaq bu məlumatların, Perikli alçaltmağa çalışan komik yazıçılar tərəfindən irəli sürüldüyünü söyləyən müasir tarixçilər tərəfindən mübahisəli məsələ kimi təqdim edilir.
Hətta, bəzi tədqiqatçılar Aspaziyanın
hetera
ya da fahişə olduğu haqqındakı tarixi ənənəni şübhə altına alaraq, Perikllə evlənmiş ola biləcəyini də irəli sürməkdədir. Aspaziyanın Perikldən olan oğlu Gənc Perikl daha sonra Afinada general olmuş və
Arqinus döyüşündən
sonra edam edilmişdir. Periklin ölümündən sonra, Aspaziyanın digər bir afinalı dövlət xadimi və general olan
Lisikl
ilə evləndiyi barədə məlumat vardır.
Mənşəyi və erkən həyatı
redaktə
vikimətni redaktə et
Aspaziya, müasir dövrdə
Aydın
ilində olan, antik yunan dövründə
İoniya
şəhəri
Miletdə
doğulmuşdur. Atasının adının Axiochus olduğundan başqa ailəsi haqqında məlumat yoxdur, ancaq aldığı mükəmməl təhsili yalnız zəngin ailələrin verə biləcəyi düşünülsə, belə bir ailədən gəldiyi aydındır. Bəzi antik mənbələr isə Aspaziyanın
Kariyalı
bir müharibə qəniməti olduğunu bildirir, ancaq bu məlumatlar ciddi olaraq müdafiə edilmir.
[β]
Afinaya ilk dəfə hansı şərtlərlə getdiyi bilinmir.
IV əsrə
aid, üzərində Axiochus ilə Aspaziyanin adları olan bir məzar daşının tapılması, tarixçi Peter K. Biknelin Aspaziyanın ailə keçmişini və Afina ilə olan əlaqələrinə dair yeni mülahizəni irəli sürməsinə səbəb olmuşdur. Biknelin versiyası, Aspaziya ilə
E.ə. 460
–cı ildə Afinadan sürgün edilən və bu dövrü Miletdə yaşadığı güman edilən skambonideli II Alkiviadı (məşhur
Alkiviadın
babası) eyniləşmişdir. Biknelin fikrincə, Alkiviad sürgün edilərək Miletə getmiş, burada Axiochus adında birinin qızı ilə evlənmişdir. Daha sonra Alkiviad, yeni arvadı və onun kiçik bacısı Aspaziya ile birlikdə Afinaya qayıtmışdır. Biknel eyni zamanda bu nikahdan olan ilk uşağın adının Axiochus, ikinci uşağın adının da Aspasios olduğunu iddia edir. Habelə Periklin Aspaziya ile tanış olmasının, Alkiviadın ailəsi ilə olan yaxın əlaqələri sayəsində olduğu fikrini də irəli sürməkdədir.
Afinadakı həyatı
redaktə
vikimətni redaktə et
Jean-Léon Gérôme
(1824–1904):
Sokrat, Aspaziyanın evində Alkibiadesi axtararkən
, 1861.
Antik yazıçıların və bəzi müasir dövr tarixçilərinin mübahisəli ifadələrinə görə Aspaziya, Afinada hetera (elitar fahişə) olmuş və ehtimal ki, bir fahişəxana işlətmişdir.
[α]
10
Hetera, aristokratiyaya xidmət edən peşəkar fahişələrə verilen addır. Fiziki gözəlliklərindən əlavə, çox zaman Aspaziyanın vəziyyətində olduğu kimi yüksək təsilə malik olmaları, müstəqil olmaları və vergi vermələri ilə digər afinalı qadınlardan seçilirdilər.
11
12
Aspaziya, müstəqil qadınlar olaraq adlandırıla biləcək olan heteralar içərisinde, Afina cəmiyyətində öndə gedən bir fiqur olması ilə nümunə olmuşdur.
11
13
Plutarx
Aspaziyanı bir başqa məşhur ioniyalı hetera olan Thargelia ilə müqayisə etmişdir.
14
Əcnəbi və ehtimal ki, hetera olması Aspaziyanı ənənəvi olaraq afinalı qadınları evinə bağlayan qanuni məcburiyyətlərdən xilas etmiş və şəhərin ictimai həyatında iştirak etməsinə şərait yaratmışdır. Aspaziya, 440-cı illərin əvvəllərində Periklin məşuqəsi oldu. Perikl
ilk arvadından
boşandıqdan sonra (təx.
E.ə.. 445
) Aspaziya ilə bərabər yaşamağa başlamışdır, ancaq evliliklərin qanuniləşib-qanuniləşmədiyi mübahisəlidir.
[γ]
15
Oğulları Gənc Perikl
E.ə. 440
-cı ildə doğulmuş olmalıdır. Əgər
E.ə. 428
-ildə Lisiklə bir uşaq doğan Aspaziya bu dövrdə gənc olmalıdır.
16
Sosial zümrələrdə Aspaziya, bir fiziki gözəllik obyekti olmaqdan çox natiqlik qabiliyyəti və məsləhətçilik bacarığı ilə diqqət çəkmişdir.
10
Plutarxa görə, Afinadakı evləri, içində
Sokratın
de olduğu tanınmış bir çox yazıçı və mütəfəkkiri cəlb edən bir intellektual mərkəzə çevrilmişdir. Bioqrafiyasında, Afinalı kişilərin, əxlaqsız həyatına baxmayaraq nitqini eşitmələri üçün üçün arvadlarını da Aspaziyanın evinə gətirdiyi yazılmışdır.
[δ]
14
17
Şəxsinə qarşı təzyiqlər
redaktə
vikimətni redaktə et
Demokratik Afinada mütləq idarə olmadığından Perikl, Aspaziya və dostları kimi idarəçilər qanun qarşısında tam özbaşına deyildilər
18
. Aspaziyanın Perikl ilə olan əlaqəsi ve buna bağlı siyasi nüfuzu etirazla qarşılanmışdır.
Yeyl Universitetindən
tarixçi
Donald Kagan
, Aspaziyanın xüsusilə
Samos müharibəsindən
sonrakı illərdə populyar olmadığını irəli sürür
19
E.ə. 440
-cı ildə
Samos
Milet
ilə
Mikalenin
ətəklərindəki
İoniyanın
antik
Priene
şəhəri uğrunda müharibə edirdilər. Məğlub olmuş miletlilər, samoslulara qarşı mühakimə açmaq üçün Afinaya gəldi.
20
Afinalılar, iki tərəfə də müharibəni dayandırıb, məsələni Afinanın hakimliyinə buraxmalarını əmr edəndə samoslular buna qarşı çıxdı. Bunun qarşılığında Perikl Samosa əsgər göndərilməsi üçün bir qərar çıxardı
21
. Bu hərbi səfər, çətin keçdi ve afinalılar samosluları məğlub edənə qədər, ağır itkilərlə üzləşdi. Plutarxa görə, Miletdən gələn Aspaziya Samos müharibəsindən cavabdeh idi və Perik onu məmnun etmək üçün Samosa hücum etmişdi.
14
"Bəzi gənc sərxoşlar Meqaraya gedib fahişə Simaethanı oğurladı, bundan qəzəblənən meqaralılar qarşılığında Aspaziyanın evindən iki fahişəni qaçırdı, sonda üç fahişə üçün bütün Yunanistanı alov bürüdü. Sonra Perikl Olimp sakini kimi şimsəkləri çaxdı, Yunanistanı bir-birinə qatdı və gülünc bir qərar çıxardı: Meqaralılar həm şəhərimizdən həm bazarlarımızdan, həm limanlarımızdan, həm də torpaqlarımızdan sürgün edilməlidir.
yun.
καὶ ταῦτα μὲν δὴ σμικρὰ κἀπιχώρια,
πόρνην δὲ Σιμαίθαν ἰόντες Μεγαράδε
νεανίαι κλέπτουσι μεθυσοκότταβοι· 525
κᾆθ᾽ οἱ Μεγαρῆς ὀδύναις πεφυσιγγωμένοι
ἀντεξέκλεψαν Ἀσπασίας πόρνα δύο·
κἀντεῦθεν ἀρχὴ τοῦ πολέμου κατεῤῥάγη
Ἕλλησι πᾶσιν ἐκ τριῶν λαικαστριῶν.
ἐντεῦθεν ὀργῇ Περικλέης οὑλύμπιος 530
ἤστραπτ᾽ ἐβρόντα ξυνεκύκα τὴν Ἑλλάδα,
ἐτίθει νόμους ὥσπερ σκόλια γεγραμμένους,
ὡς χρὴ Μεγαρέας μήτε γῇ μήτ᾽ ἐν ἀγορᾷ
Aristofanin
komediyası
Axarniyalılar
(523–533)
Peloponnes müharibəsi
E.ə. 431
E.ə. 404
) başlamazdan əvvəl Perikl, bəzi yaxın dostları və Aspaziya, xeyli sayda şəxsi və qanuni hücumla üz-üzə qaldı. Aspaziya, xüsusilə Periklin pozğunluğunu ödəmək üçün, afinalı qadınları yoldan çıxarmaqda ittiham edildi.
[ε]
Plutarxa görə Aspaziya tanrılara hörmətsizlik iddiası ilə, komik şair
Hermippin
şikayəti iıə məhkəməyə çıxarıldı.
[στ]
22
Bütün bu ittihamlar ehtimal ki, sübut edilməmiş iftiralar idi, ancaq bu hadisələr afinalı lider üçün çox çətin idi. Aspaziya, Periklin nadir görünən emosionallığı sayəsində bəraət alsa da,
[ζ]
dostu
Fidi
, həbsdə öldü. Bir başqa dostu
Anaksaqor
dini inancı səbəbiylə Afina Məclisi tərəfindən hücuma uğradı.
23
Kagana görə Aspaziyanın məhkəməsi və bəraəti hekayəsi daha sonra uydurulmuşdur.
19
Britaniya Kolumbiyası Universitetində Klassik Dövr professoru olan Entoni J. Podlecki Plutarxın, və ya mənbəsinin böyük ehtimalla bir komediyadakı səhnəni yanlış anladığını bildirmişdir.
24
Kagan, bu hekayələrə inansaq da, Aspaziyanın Periklin köməyi ilə və ya köməyi olmadan hansısa zərərə uğramadığını iddia edir.
25
Aristofan
Axarniyalılar
da, Aspaziyanı
Peloponnes müharibəsindəki
məsuliyyətindən bəhs edir.
Meqaranı
afinalılar və müttəfiqlərilə ticarət etməyi qadağan edən Periklin
Meqara qərarının
, meqaralılar tərəfindən Aspaziyanın evinden qaçırılan fahişələrə qarşı bir qisas olduğunu irəli sürür.
Aristofanın şəxsi səbəblərə görə
Sparta
ilə müharibəyə başlamaqdan Aspaziyanı cavabdeh tutması daha əvvəlki Milet və Samos hadisəsinin yadda qalmasından ola bilər.
26
Plutarx Eupolis və Kratinus kimi başqa komik şairlərin də rişxəndli qeydlərindən də bəhs edir.
14
Podleckiyə görə
Douris
, Aspaziyanın həm
Samos
, həm də Peloponnes müharibəsinin səbəbkarı olduğunu irəli sürmüşdür.
27
Aspaziyaya "Yeni
Omfala
",
[η]
Deyanira
",
[η]
Hera
[θ]
və "
Yelena
" adları verilmişdir.
[ι]
28
Periklin Aspaziya ilə olan əlaqəsinə qarşı daha sonrakı hücumlar
Athenaeus
tərəfindən yazılmışdır.
29
Hətta siyasətçi olan Periklin oğlu,
Ksantipp
, evindəki hadisələrə görə atasına iftira atmaqdan çəkinməmişdir.
23
Həyatının sonrakı dövrü və ölümü
redaktə
vikimətni redaktə et
Periklin büstü, Altes Museum (Köhnə Muzey),
Berlin
E.ə. 429
-cu ildə,
Afina vəba epidemiyası
zamanı Periklin bacısı və ilk arvadından olan iki oğlu, Ksantipp və Paral öldü. Kefi pozulan və daim ağlayan Perikli Aspaziyanın dostluğu belə təskin ede bilməmişdir. Ölümünden əvvəl afinalılar E.əş 451-ci ildəki vətəndaşlıq qanununu dəyişdirərək Aspaziydan olan yarı afinalı oğlu Gənc Perikin vətəndaş və hüquqi varis olmasına imkan verdilər.
30
Həm ana, həm də atadan afinalı olmayanlara vətəndaşlıq haqqını məhdudlaşdıran bu qanunu ilk olarak Periklin təklif etdiyi nəzərə alındığında, bunun çox maraqlı bir qərar olduğu görülür.
31
Perikl e.ə 429-cu ilin payızında vəfat etdi.
Plutarx indi itmiş
Aeschines Socraticusun
Aspaziya haqqında yazdığı dialoqdan istifadə edərək Aspaziyanın Periklin ölümündən sonra afinalı lider və general Lisikl ilə yaşadığı, ondan bir oğlu olduğu və Aspaziyanın Lisikli Afinanın ən qabaqcıl adamı etdiyini yazar.
[β]
14
Lisikl
E.ə. 428
-ci ildə müharibə əsnasında öldü.
32
33
Lisiklin ölümündən sonra Aspaziya haqqında yazılı bir məlumat yoxdur.
17
Məsələn oğlu Perikl general olduğunda və
Arqinus döyüşündən
sonra edam edildiyində yaşayıb-yaşamadığı bilinmir. Bir çox tarixçinin Aspaziyanın ölümü için verdiyi (təx.
E.ə. 401
E.ə. 400
) tarixi Aeschinesin
Aspasia
dialoqundakı xronologiyaya görə Aspaziyanın Sokratın
E.ə. 399
-cı ildəki ölümündən əvvəl öldüyü məlumatdan çıxarmaqdadır.
Fəlsəfi əsərlərdəki istinadlar
redaktə
vikimətni redaktə et
Antik fəlsəfi əsərlər
redaktə
vikimətni redaktə et
Aspaziya,
Platon
Ksenofont
, Aeschines Socraticus və
Antisthenesin
fəlsəfi əsərlərində yer alır. Bəzi alimlərə görə Platon Aspaziyanın zəkası və ağlından elə təsirlənmişdir ki,
Simpoziumdakı
Mantinealı Diotima
obrazına əsas götürmüşdür. Bəzıləri isə Diotimanın həqiqətən yaşamış olduğunu iddia edir.
34
35
Pensilvaniya Universitetində fəlsəfə professoru olan Çarlz Kana görə Diotima bir çox tərəfdən Aeschinesin Aspaziyasına Platonun cavabıdır.
36
"İndi, samoslulara qarşı belə davranmasının Aspaziyanı məmnun etmək üçün olduğu düşünüldüyündən artıq burada dövlətin öndə gələn adamlarını məmnun etməyi bacaran və mütəfəkkirlərin, ondan uzun təriflərlə danışmasına nail olan bu qadının nə qədər böyük bir sənət və qüdrət sahibi olduğu sualını soruşmaq uygun olar. "
Plutarx,
Perikl
, XXIV
Menexenus
da, Platon Aspaziyanın Perikllə olan əlaqəsini tənqid edərkən,
37
Sokratdan sitat gətirərək ələsalıcı formada Aspaziyanın bir çox natiqə təhsil verdiyini söylər. Sokratın niyyəti Periklin xitabət qabiliyyətini pisləyərək, yenə ələsalıcı şəkildə afinalı dövlət xadiminin Aspaziya tərəfindən öyrədilməsi səbəbindən
Antifon
tərəfindən təhsil verilən birindən daha üstün olacağını deməkdir.
38
Eyni vaxtda Qəbirüstü nitqin müəllifliyini də Aspaziyaya verən
Sokrat
, müasirlərinin Periklə olan hörmətinə hücum edir.
39
Kana görə Platon, Aspaziyanın Perikl və Sokratın xitabət müəllimi olduğu fikrini Aeschinesdən almışdır.
36
Platonun Aspaziyası və Aristofanın
Lisistratası
qadınların xitabət mövzusunda bacarıqlı olmadığı düşüncesinə bariz iki istisnadır, ancaq bu iki obraz bizə qadınların Afinadakı əsl statusu mövzusunda məlumat vermir.
40
Truman Universitetində tarix professoru olan Marta L. Rouz "yalnızca komediyalarda itlər məhkəməyə müraciət edir, quşlar idarə edir, ya da qadınlar nitq söyləyir".
41
Ksenofont,
Memorabilia
da və
Oeconomicus
da Aspaziyanı iki dəfə yada salır. Hər ikisində də Sokrat Critobulusa, Aspaziyanın tövsiyələrinə əməl etməsini deyir.
Memorabilia
da Sokrat, Aspaziyadan sitat gətirərək çöpçatanın kişinin yaxşı cəhətləri haqqında doğru məlumat verə biləcəyini deyir.
42
Oeconomicus
da Sokrat, Aspaziyanın ev idarəsi və ər-arvad arasındakı iqtisadi əlaqə haqqında daha məlumatlı olduğundan hörmətlə söz açır.
43
Hector Leruanun (1682–1740) rəsmi. Perikl və Aspaziya,
Fidinin
emalatxanasında Afinanın nəhəng heykəlinə heyranlıqla baxarkən.
Aeschines Socraticus və Antisthenes bir Sokrat dialoqlarına Aspaziyanın adını vermişlər, ancaq hər iki dialoq da ancak parçalar halınde masir dövrə gəlib çatmışdır. Aeschines Socraticusun
Aspaziya
sı haqqında ana mənbələrimiz Athenaeus, Plutarx, və
Siserondur
. Dialoqda, Sokrat Calliasa oğlu Hipponicusu təhsil alması üçün Aspasziyaya göndərməsini tövsiyə edir. Callias, qadın müəllim fikrindən çəkinəndə Sokrat Aspaziyanın Perikli və ölümündən sonra da Lisikli müsbət mənada təsiri altına aldığını bildirir. Dialoqun Siseron tərəfindən
Latinca
olaraq qorunmuş olan bir bölümündə əvvəlcə Ksenofontun arvadına sonra da Ksenofonta (bu məşhur tarixçi Ksenofont deyil) müdrikliyə gedən yolun özünü tanımaqdan keçdiyi mövzusunda tövsiyə verən "qadın Sokrat" olaraq yer alır.
36
44
Aeschines Aspaziyanı bir müəllim və mükəmməlliyin ilham qaynağı olaraq göstərir və bu fəzilətləri hetera olması ilə əlaqələndirir.
45
Kana göre Aeschinesin Aspaziyasındakı hər bir bölüm yalnız uydurma deyil, eyni zamanda inanılmazdır.
46
Antisthenesin
Aspaziya
sından yalnız iki ya da üç sitat qalmışdır. Bu dialoqda daha çox iftira olmasından əlavə Periklin bioqrafiyasına dair hekayələr də var.
47
Antisthenes yalnız Aspaziyaya deyil, oğulları da daxil olmaqla Periklin bütün ailesinə hücum edir. Mütəfəkkir böyük dövlət xadiminin fəzilətli həyatın yerinə zövqü seçdiyine inanır.
48
Dolayısı ilə Aspaziya zövq içərisinde həyatı temsil edir.
45
Müasir ədəbiyyat
redaktə
vikimətni redaktə et
Mari Buların
, Aspaziya olaraq öz portreti, 1794.
Aspaziya müasir ədəbiyyatın bəzi mühüm əsərlərində görünür. Perikl ilə olan romantik əlaqəsi, keçmiş əsrlərin bəzi məşhur yazıçı və şairlərinə ilham vermişdir. Xüsusilə XIX əsrin
romantikləri
ilə XIX əsrin tarixi romançıları onların hekayəsində tükənməyən ilham mənbəsi tapmışlar. 1835-ci ildə ABŞ-da quldarlıq əleyhdarı yazıçı və jurnalist
Lidiya Çayld
, Perikl və Aspaziyanın dövründə keçən
Filothea
adlı klassik bir məhəbbət romanını nəşr etdirdi. Bu kitab yazıçının ən uğurlu və diqqətli əsəri olaraq görülməktdəir, çünki qadın obrazlar, xüsusilə də Aspaziya böyük bir gözəllik və diqqətlə qələmə alınmışdır.
49
1836-cı ildə ingilis yazıçı və şair
Uolter Savaj Landor
, ən məşhur kitablarından biri olan
Perikl və Aspaziya
nı yazdı. Bu kitab, içində saysız şeir olan uydurma məktubların köməyilə klassik Afina dövrünü araşdırır. Məktublar əsasən tarixi reallıqlara uymasa da
Perikl Dövrünün
ruhunu anlamağa çalışır.
50
Robert Hamerlinq
, Aspaziyanın şəxsiyyətindən təsirlənən bir başqa yazıçı və şairdir. 1876-cı ildə Perikl Dövrünün davranış və əxlaq qaydalarından bəhs edən
Aspaziya
nı yazmışdı. Romantizm cərəyanından təsirlənən italyan şair
Cakomo Leopardi
, beş şeirlik bir seriya yayımladı. Bu Leopardi şeirlərinin ilham mənbəyi, Fanni Targioni Tozzetti adlı qadına qarşı olan ümidsiz və qarşılıqsız məhəbbətinin nəticəsində yaşadığı ağrılı təcrübələrdir. Leopardi bu qadına, Miletli Aspaziyadan hərəkət edərək, Aspaziya adını verir.
51
1918-ci ildə yazıçı-dramaturq Corc Kram Kuk ilk uzun pyesi olan
The Athenian Women (Afinalı Qadınlar)
ı yazdı. Pyesdə Aspaziya sülh üçün tətil edən bir qadın olaraq göstərilir. D.D. Anderson,
The Literature of the Midwest
, 120 Kuk antik yunan dövründə müharibə əleyhdarlığı mövsunu işləmişdir.
52
ABŞ-dən olan yazıçı
Gertrude Atherton
The Immortal Marriage (Ölümsüz Evlilik)
(1927) adlı əsərinde Perikl ilə Aspaziyanın hekayəsindən söz açır və Samos Müharibəsi, Peloponnes müharibəsi ilə Afina vəba epidemiyası dövrünü açıqlar.
Teylor Kolduelin
Glory and the Lightning (Ehtişam və İldırım)
(1974) adlı əsəri Aspaziya ilə Periklin tarixi əlaqəsindən söz açan bir başqa romandır.
53
Şöhrəti və fəlsəfədəki yeri
redaktə
vikimətni redaktə et
Aspaziya
Aspaziyanın adı Periklin ehtişamı və şöhrətinə çox yaxından bağlıdır.
54
Plutarx onu həm siyasi, həm de düşüncə yönündən mühüm bir şəxsiyyət olaraq qəbul edir və "dövlətin öndə gələn adamlarını məmnun etməyi bacaran və mütəfəkkirlərin haqqında uzun təriflərlə danışmasına nail olan" bu qadına heyranlığını bildirir.
14
Bioqrafiya yazıçısı, Aspaziyanın çox şöhrətləndiyini, hətta İran şahı II Artakserks ilə döyüşən Gənc Sirusun, adı Milto olan arvadlarından birinə Aspaziyanın adını verdiyini söylər. Sirus müharibədə öldükdən sonra, bu qadın əsir alınaraq şaha aparılır və daha sonra şah üzərində böyük bir nüfuz qazanır.
14
Lusian
Aspaziyadan bir "fəzilət modeli", "heyranlıq duyulan Olimpiyalının heyranlıq duyduğu" deye danışar və "onun siyasi bilgisi və müdrikliyini, bacarığı və nüfuzunu" tərifləyir.
55
Süryanice
bir yazıda, Aspasziyanın bir nitq yazaraq bir adama məhkəmədə onun adına oxuması üçün öyrətdiyindən bəhs edərək, Aspaziyanın xitabət qabiliyyətini təsdiqləyir.
56
X əsr
Bizans
ensiklopediyası
Suda
ya görə Aspaziya "kəlmələrlə qıvraq bir zəkaya sahib" bir
sofistdir
və xitabət öyrətmişdir.
57
"Sonra ise Fəziləti təsvir etməliyəm; və bu sırada çoxu antik dövrdən bir çox model göstərmə imkanım olacaq; biri xanımın özü kimi İoniyadandır. Sənətçilər Aeschines və onun ustadı Sokrat, rəssamların ən yaxşsıdır, çünki qəlbləri işlərinə aid idi. Heyranlıq duyulan olimpiyalının heyranlıq duyduğu miletli Aspaziyadan daha yaxşı bir fəzilət modeli seçə bilmərik; onun onun siyasi bilgisi və müdrikliyi, bacarığı və nüfuzu mükəmməel ölçülərilə molbertimizə keçəcəkdir. Aspaziya yalnız miniatür olarak gəldiysə də bizim fərqlərimiz nəhəng olmalıdır. "
Lucian
A Portrait-Study (Bir Portret Çalışması)
, XVII
Bu əyərləndirmələrdən hərəkət edərək, Pensilvaniya Universitetində professor Şeril qlen kimi tədqiqatçılar, Aspaziyanın antik Yunanıstanda cəmiyyət içində ortaya çıxmış tək qadın olduğunu müdafiə edir və Periklin snitqlərinin yazılmasında təsirii olmuş olacağını düşünməkdədir.
58
Bəzi alimlər Aspaziyanın yaxşı ailələrin gənc qadınları qçqn bir akademiya açdğına və hətta
Sokrat üsulunu
tapdığına inanır.
59
60
Ancaq Nortvestern Universitetindən Klassik Dövr professoru Robert U. Uolles "Aspaziyanın Periklə necə danışması lazım gəldiyini öyrətdiyi zarafatını, dolayısı ilə usta bir natiq və mütəfəkkir olduğunu tarixi olaraq qəbul edə bilmərik" deyə vurğulamışdır. Uollesə görə Aspaziyaya Platon tərəfindən biçilen intellektual rol, bir Antik Yunan komediyasından gəlməkdədir.
Kagan Aspaziyanı "gözəl, müstəqil, parlaq zək sahibi, Yunanıstanın ən ağıllıları ilə danışa biləcək və əri ilə hansısa məsələni müzakirə edərək həll edə biləcək" biri olaraq tanıdır.
61
Kent Universitetində
sosial antropologiya
professoru və Klassik Dövr mütəxəssisi olan Rocer Just, Aspaziyanın istisna bir şəxsiyyət olduğunu v yalnız onun varlığının belə, bir kişinin sosial və intellektual bərabəri olan hər qadının hetera olmaq vəziyyətində qaldığını göstərdiyini deyirr.
10
Mütəfəkkir və ilahiyyatçı Sr. Prudence Allenə görə Aspaziya, qadınların mütəfəkkir olma potensialını
Safonun
şairanə ilhamlarından bir addım daha uzağa aparmışdır.
37
Həyatı: gerçək, yoxsa?
redaktə
vikimətni redaktə et
Jona Lenderinqin
ifadə etdiyi kimi
əsas problem Aspaziya haqqında bildiklərimizin çoxunun yalnız təxminlərdən ibarət olmasıdır.
Fukidid
Aspaziyadan danışmır, yeganə mənbəmiz, Aspaziyanın tarixi bir şəxsiyyət olub-olmadığı ilə maraqlanmamış ədib və mütəfəkkirlərin şübhəli təsvir və təxminləridir.
40
Dolayısı ilə Aspaziyanın şəxsiyyətində ziddiyyətli izahlarla qarşılaşırıq. Aspaziya, ya
Theano
kimi yaxşı arvad, ya da
Thargalia
kimi fahişədir.
62
Müasir alimlərin Aspaziyanın tarixi həqiqətinə duyduqları şübhənin mənbəyi də budur.
Uollesə görə "Aspaziyanın heç bir tarixi gerçəkliyi yoxdur və ola da bilməz".
Dolayısı ilə Ayova Universitetində Klassik Dövr professoru Madeleine M. Henry "Aspaziya haqqnda antik dövrdə ortaya çıxan bioqrafik hekayələr olduqca rəngarəngdir, demək olar ki, heç birinin isbatı yoxdur və XX əsrdə belə həyatda qalmağı bacarmışdır" deyir və nəticə olaraq "Aspaziynın] həyatı üçün yalnız çox zəif ehtimallar var" demişdir.
63
Klassik Dövr və tarix professorları Charles W. Fornara və Loren J. Samons II-yə görə isə "bildiyimiz qədər əsl Aspaziya, hekayələrdə danışılan prototipindən daha da yaxşı olmuş ola bilər".
28
Qeydlər
redaktə
vikimətni redaktə et
Vikianbarda
Aspaziya
ilə əlaqəli mediafayllar var.
α.
Henry, antik yazıçı və şairlərin Aspaziyanın bir fahişəxana işlətdiyi və fahişə olduğundan bəhs edən yazılarına bir iftira olduğundan yazmışdır. Henry bu hücumların Afinanın liderini alçaltmqa məqsədilə edildiyini irəli sürür, çünki Perikl vətəndaşlıq qanunu səbəbilə Aspaziya ilə evlənə bilməmiş və qeyri-qanuni şəkildə onunla yaşamağa məcbur olmuşdur.
64
Bu səbələrlə tarixçi Nicole Loraux, antik yazıçıların Aspaziyanın hetera ya da fahişə olduğuna dair şahidliklərinə də şübhə ilə baxır.
65
Fornara və Samons da Aspaziyanın fahişə olduğu və fahişə evlərini işlətdiyi V əsr ənənsini qəbul etmirlər.
28
β.
Miçiqan Universitetində fəlsəfə professoru Debra Nailsə gör əgər Aspaziya azad bir qadın olmasaydı, Perikldən olan oğlunu varis edən qərar və daha sonra Lisikl ilə evlənməsi (Nails, Aspaziya ilə Lisiklin evləndiyini ehtimal edir) demək olar ki, mümkün ola bilməzdi.
γ.
Fornara və Samons Periklin Aspaziya ilə evləndiyini, ancaq vətəndaşlıq qanununun onu arvad olaraq qəbul etmədiyini müdafiə edir.
28
Uolles əəgər Aspaziya ilə evlənmişsə, onda Periklin afinalı aristokratların əlaqələri yaxşı olan əcnəbilərlə evlənmə ənənəsini davam etdirdiyini irəli sürür.
Henry Periklin vətəndaşlıq qanunu səbəbilə Aspaziya ilə evlənməsinə maneə yarandığı, dolayısı ilə də evlənmədən bərabər yaşadıqlarına inanır.
64
Komik bir mətnə istinad edən Henry Aspaziyanın bir
pallake
, yəni
cariyə
olduğunu deyir.
66
Tarixçi Uilyam Smit Aspaziyanın Perikl ilə olan əlaqəsini "müasir şahzadələrin özlərinə bərabər olmayanlarla evlənməsinə bənzər" olduğunu yazır.
67
Tarixçi Arnold c. Qomme isə "müasirləri Periklin Aspaziya ilə evli olduğunu qeyd edirlər" deyir.
68
δ.
Kanın fikrincə, Sokratın dostları və arvadları ilə birgə Aspaziyanı ziyarətləri və Aspaziyanın Lisikllə olan əlaqəsi böyük ehtimalla tarixi bir həqiqət deyil. Aeschinesin Afina hekayələrinin tarixi doğruluğuna laqeyd qaldığına, və bu hekayələrin Lisiklin ölüm tarixinin unudulduğu, ancaq gördüyü işləein hələ də xatırlandığı bir zamanda uydurulduğuna inanır.
45
ε.
Kagan əgər Aspaziyanın məhkəməsi həqiqətən oldusa "bir başqa vaxtdansa 438-ci ildə olduğuna inanmaq üçün kifayət qədər səbəbimizin olduğunu" təxmin edir.
19
στ.
Ayova Üniversitetində professor Ceyms F. MacGlyuya görə Aspaziyaya qarşı Hermippin iddia irəli sürməsi o qədər də mümkün deyil. "Plutarx və ya mənbələrinin məhkəmə ilə teatrı səhs saldıqlarını" bildirir.
69
ζ.
Afiney Periklin Aspaziyaya qarşı ittihamları rədd edərkən "həyatı və malı təhlükədə olduğu vaxtlardan daha artıq ağladığını" deyən Antistendən sitat gətirir.
70
η.
Omfala və Deyanira müvafiq olaraq Herakla bir il sahiblik etmiş Lidiya kraliçası və onun ölümünə səbəbkar olmuş arvadı idi. Afina dramaturqları e.ə. V əsrin ortalarından etibarən Omfalanın hekayəsinə maraq göstərirdilər. Komiklər Omfala-Aspaziyanın nəzarətində olan Perikli Herakla bənzədirdilər
71
. Aspaziya Cratinusun
Kheirones
və Eupolisin
Philoi
əsərlərində Omfala adlandırılmışdır
26
θ.
Yəni "Olimpiyalı" Periklin arvadı kimi
71
. Antik yunan müəllifləri Perikli "Olimpiyalı" adlandırırdılar, çünki o, "Yunanıstanı titrədir, işıqlandırır və ələ keçirir, nitq deyəndə də Zevsin silahından istifadə edir"
72
ι.
Cratinus (
Dionysalexandros
əsərində) Perikl və Aspaziyanı Yelena və Parisə bənzədir; necə ki, Parisin Yelenaya olan hissləri spartalı Menelayla olan müharibənin başlanmasına səbəb oldu, eləcə də Perikl yadelli Aspaziyanın təsiri altında Afina ilə Spartanın müharibəsinə başladı
73
. Həmçinin Eupolis Aspaziyanı
Prospaltoi
əsərində Yelena adlandırır.
71
İstinadlar
redaktə
vikimətni redaktə et
Koutsopetrou-Møller
S.
R., Mæhle
I.
B.
Aspasia
(норв.)
2025.
Aspasia of Miletus
Аспазия
(rus.)
. //
Энциклопедический словарь
/ под ред.
И.
Е.
Андреевский
СПб
Брокгауз — Ефрон
, 1890. Т.
II. С.
299–300.
Любкер
Ф.
Aspasia
(rus.)
. //
Реальный словарь классических древностей по Любкеру
/ под ред.
Ф.
Ф.
Зелинский
А.
И.
Георгиевский
М.
С.
Куторга
Ф.
Гельбке
П.
В.
Никитин
В.
А.
Канский
, пер.
А.
Д.
Вейсман
Ф.
Гельбке
Л.
А.
Георгиевский
А.
И.
Давиденков
В.
А.
Канский
П.
В.
Никитин
И.
А.
Смирнов
Э.
А.
Верт
О.
Ю.
Клеменчич
Н.
В.
Рубинский
СПб
Общество классической филологии и педагогики
, 1885. С.
169–170.
S. Monoson,
Plato's Democratic Entanglements
, 195
R.W. Wallace,
Review of Henry's book
Arxivləşdirilib
2008-12-11 at the
Wayback Machine
J. Lendering,
Aspasia of Miletus
Arxivləşdirilib
2013-09-12 at the
Wayback Machine
P.J. Bicknell,
Axiochus Alkibiadou, Aspasia and Aspasios
, 240–250
Aristophanes,
Acharnians
523–527
Arxivləşdirilib
2008-02-09 at the
Wayback Machine
R. Just,
Women in Athenian Law and Life",144
"Aspasia". Encyclopaedia Britannica. (2002).
A. Southall,
The City in Time and Space
, 63
B. Arkins,
Sexuality in Fifth-Century Athens
ölü keçid
Plutarch,
Pericles
XXIV
Arxivləşdirilib
2009-01-25 at the
Wayback Machine
M. Ostwald,
Athens as a Cultural Center
, 310
P.A. Stadter,
A Commentary on Plutarch's Pericles
239
Arxivləşdirilib
2008-02-09 at the
Wayback Machine
H.G. Adams,
A Cyclopaedia of Female Biography
, 75–76
Fornara-Samons,
Athens from Cleisthenes to Pericles
31
Arxivləşdirilib
2019-09-25 at the
Wayback Machine
D. Kagan,
The Outbreak of the Peloponnesian War
, 197
Thucydides, I,
115
Arxivləşdirilib
2008-02-09 at the
Wayback Machine
Plutarx,
Perikl
XXV
Arxivləşdirilib
2008-02-09 at the
Wayback Machine
Plutarch,
Pericles
XXXII
Arxivləşdirilib
2008-02-09 at the
Wayback Machine
Plutarch,
Pericles
XXXVI
Arxivləşdirilib
2008-02-09 at the
Wayback Machine
A.J. Podlecki,
Pericles and his Circle
, 33
D. Kagan,
The Outbreak of the Peloponnesian War
, 201
A. Powell,
The Greek World
, 259–261
A.J. Podlecki,
Pericles and his Circle
, 126
Fornara-Samons,
Athens from Cleisthenes to Pericles
162–166
Arxivləşdirilib
2019-09-25 at the
Wayback Machine
Athenaeus,
Deipnosophistae
, 533c-d
Plutarch,
Pericles
XXXVII
Arxivləşdirilib
2008-02-09 at the
Wayback Machine
W. Smith,
A History of Greece
, 271
Thucydides, III,
19
Arxivləşdirilib
2008-02-09 at the
Wayback Machine
For year of death, see
OCD
"Aspasia"
K. Wider, "Women philosophers in the Ancient Greek World", 21–62
I. Sykoutris,
Symposium (Introduction and Comments)
, 152–153
C.H. Kahn,
Plato and the Socratic Dialogue
, 26–27
P. Allen,
The Concept of Woman
, 29–30
Plato,
Menexenus
236a
Arxivləşdirilib
2008-02-09 at the
Wayback Machine
S. Monoson,
Plato's Democratic Entanglements
, 182–186
K. Rothwell,
Politics & Persuasion in Aristophanes' Ecclesiazusae
, 22
M.L. Rose,
The Staff of Oedipus
, 62
Xenophon,
Memorabilia
, 2, 6.
36
Arxivləşdirilib
2008-02-09 at the
Wayback Machine
Xenophon,
Oeconomicus
, 3.14
Cicero,
De Inventione
, I, 51–53
C.H. Kahn,
Aeschines on Socratic Eros
, 96–99
C.H. Kahn,
Plato and the Socratic Dialogue
, 34
Bolansée-Schepens-Theys-Engels,
Biographie
, 104
C.H. Kahn,
Plato and the Socratic Dialogue
, 9
E.A. Duyckinc-G.L. Duyckinck,
Cyclopedia of American Literature
, 198
R. MacDonald Alden,
Readings in English Prose
, 195
M. Brose,
A Companion to European Romanticism
, 271
M Noe,
Analysis of the Midwestern Character
Arxivləşdirilib
2007-01-22 at the
Wayback Machine
L.A. Tritle, The Peloponnesian War, 199
K. Paparrigopoulos, Ab, 220
Lucian,
A Portrait Study
, XVII
L. McClure,
Spoken like a Woman
, 20
Suda, article
Aspasia
Arxivləşdirilib
2017-10-03 at the
Wayback Machine
C. Glenn,
Remapping Rhetorical Territory
, 180–199
C. Glenn,
Locating Aspasia on the Rhetorical Map
, 23
Jarratt-Onq,
Aspasia: Rhetoric, Gender, and Colonial Ideology
, 9–24
D.Kagan,
Pericles of Athens and the Birth of Democracy
, 182
J.E. Taylor,
Jewish Women Philosophers of First-Century Alexandria
, 187
M. Henry,
Prisoner of History
, 3, 10, 127–128
M. Henry,
Prisoner of History
, 138–139
N. Loraux,
Aspasie, l'étrangère, l'intellectuelle
, 133–164
M. Henry,
Prisoner of History
, 21
W. Smith,
A History of Greece
, 261
A.W. Gomme,
Essays in Greek History & Literature
, 104
J.F. McGlew,
Citizens on Stage
, 53
Athenaeus,
Deipnosophistae
, XIII, 589
P.A. Stadter,
A Commentary on Plutarch's Pericles
240
Arxivləşdirilib
2008-02-09 at the
Wayback Machine
Aristofan,
Axarniyalılar
528–531
Arxivləşdirilib
2008-09-25 at the
Wayback Machine
və Diodorus, XII,
40
Arxivləşdirilib
2008-04-11 at the
Wayback Machine
M. Padilla,
Labor's Love Lost: Ponos and Eros in the Trachiniae
Arxivləşdirilib
2012-03-10 at the
Wayback Machine
Mənbə
redaktə
vikimətni redaktə et
Ana mənbələr (Antik Yunan və Romalılar)
Aristophanes,
Acharnians
. Orijinal mətn üçün
Perseus program
Athenaeus,
Deipnosophistae
. İngiliscə tərcümə
University of Wisconsin Digital Collections Center
Cicero,
De Inventione
, I. Orijinal mətn üçün
Latin Library
Diodorus Siculus
Library
, XII. Orijinal mətn üçün
Perseus program
Lucian,
A Portrait Study
. İngiliscə tərcümə:
sacred-texts
Plato,
Menexenus
. Orijinal mətn üçün
Perseus program
Plutarch,
Pericles
. Orijinal mətn üçün
Perseus program
Thucydides,
The Peloponnesian War
, I and III. Orijinal mətn üçün
Perseus program
Xenophon,
Memorabilia
. Orijinal mətn üçün
Perseus program
Xenophon,
Oeconomicus
. İngiliscə tərcümə
H.G. Dakyns
Yardımçı mənbələr
Adams, Henry Gardiner (1857). A Cyclopaedia of Female Biography. Groombridge.
Allen, Prudence (1997). "The Pluralists: Aspasia", The Concept of Woman: The Aristotelian Revolution, 750 B.C. — A.D. 1250. Wm. B. Eerdmans Publishing.
ISBN 0-8028-4270-4
Arkins, Brian (1994). "Sexuality in Fifth-Century Athens". "Classics Ireland" 1.. 2006–08–29 tarihinde erişildi.
"Aspasia". Encyclopaedia Britannica. (2002).
Bicknell, Peter J. (1982). "Axiochus Alkibiadou, Aspasia and Aspasios". "L'Antiquité Classique" 51 (No.3): 240–250.
Bolansée, Schepens, Theys, Engels (1989). "Antisthenes of Athens", Die Fragmente Der Griechischen Historiker: A. Biography. Brill Academic Publishers.
ISBN 90-04-11094-1
Cecilia Cozzi. Aspasia, story of a woman, historical novel (italian), David and Matthaus, 2014 Italy.
ISBN 978-88-98899-01-2
Margaret, Brose (2005). "Ugo Foscolo and Giacomo Leopardi", A Companion to European Romanticism edited by Michael Ferber. Blackwell Publishing.
ISBN 1-4051-1039-2
Duyckinck, G.L., Duyckinc, E.A. (1856). Cyclopedia of American Literature. C. Scribner.
Fornara Charles W., Loren J. Samons II (1991). Athens from Cleisthenes to Pericles. Berkeley: University of California Press.
Glenn, Cheryl (1997). "Locating Aspasia on the Rhetorical Map", Listening to Their Voices. Univ of South Carolina Press.
ISBN 1-57003-172-X
Glenn (1994). "Sex, Lies, and Manuscript: Refiguring Aspasia in the History of Rhetoric". "Composition and Communication" 45 (No.4): 180–199.
Gomme, Arnold W. (1977). "The Position of Women in Athens in the Fifth and Fourth Centurie BC", Essays in Greek History & Literature. Ayer Publishing.
ISBN 0-8369-0481-8
Anderson, D.D. (2001). "The Origins and Development of the Literature of the Midwest", Dictionary of Midwestern Literature: Volume One: The Authors by Philip A Greasley. Indiana University Press.
ISBN 0-253-33609-0
Jarratt, Susan, Onq, Rory (1995). "Aspasia: Rhetoric, Gender, and Colonial Ideology", Reclaiming Rhetorica edited by Andrea A. Lunsford. Berkeley: Pittsburgh: University of Pitsburgh Press.
ISBN 0-7661-9484-1
MacDonald Alden, Raymond (2005). "Walter Savage Landor", Readings in English Prose of the Nineteenth Century. Kessinger Publishing.
ISBN 0-8229-5553-9
Henri, Madeleine M. (1995). Prisoner of History. Aspasia of Miletus and her Biographical Tradition.
Oxford University Press
ISBN 0-19-508712-7
Kagan, Donald (1991). Pericles of Athens and the Birth of Democracy. The Free Press.
ISBN 0-684-86395-2
Kagan, Donald (1989). "Athenian Politics on the Eve of the War",
{{{başlık}}}
. Ithaca:
Cornell University Press
ISBN 0-8014-9556-3
Kahn, Charles H. (1997). "Antisthenes", Plato and the Socratic Dialogue.
Cambridge University Press
ISBN 0-521-64830-0
Kahn, Charles H. (1994). "Aeschines on Socratic Eros", The Socratic Movement edited by Paul A. Vander Waerdt. Cornell University Press.
ISBN 0-8014-9903-8
Just, Roger (1991). "Personal Relationships", Women in Athenian Law and Life. Routledge (UK).
ISBN 0-415-05841-4
Loraux, Nicole (2003). "Aspasie, l'étrangère, l'intellectuelle", La Grèce au Féminin (in French). Belles Lettres.
ISBN 2-251-38048-5
McClure, Laura (1999). "The City of Words: Speech in the Athenian Polis", Spoken Like a Woman: Speech and Gender in Athenian Drama.
Princeton University Press
ISBN 0-691-01730-1
McGlew, James F. (2002). "Exposing Hypocrisie: Pericles and Cratinus' Dionysalexandros", Citizens on Stage: Comedy and Political Culture in the Athenian Democracy. University of Michigan Press.
ISBN 0-472-11285-6
Monoson, Sara (2002). "Plato's Opposition to the Veneration of Pericles", Plato's Democratic Entanglements. Hackett Publishing.
ISBN 0-691-04366-3
Nails, Debra (2000). The People of Plato: A Prosopography of Plato and Other Socratics. Princeton University Press.
ISBN 0-87220-564-9
Ostwald, M. (1992). "Athens as a Cultural Center", The Cambridge Ancient History edited by David M. Lewis, John Boardman, J. K. Davies, M. Ostwald (Volume V). Cambridge University Press.
ISBN 0-521-23347-X
Paparrigopoulos, Konstantinos (-Karolidis, Pavlos) (1925), History of the Hellenic Nation (Volume Ab). Eleftheroudakis (in Greek).
Podlecki, A.J. (1997). Perikles and His Circle. Routledge (UK).
ISBN 0-415-06794-4
Powell, Anton (1995). "Athens' Pretty Face: Anti-feminine Rhetoric and Fifth-century Controversy over the Parthenon", The Greek World. Routledge (UK).
ISBN 0-415-06031-1
Rose, Martha L. (2003). "Demosthenes' Stutter: Overcoming Impairment", The Staff of Oedipus. University of Michigan Press.
ISBN 0-472-11339-9
Rothwell, Kenneth Sprague (1990). "Critical Problems in the Ecclesiazusae", Politics and Persuasion in Aristophanes' Ecclesiazusae. Brill Academic Publishers.
ISBN 90-04-09185-8
Smith, William (1855). "Death and Character of Pericles", A History of Greece. R. B. Collins.
Southall, Aidan (1999). "Greece and Rome", The City in Time and Space.
ISBN 0-521-78432-8
Stadter, Philip A. (1989). A Commentary on Plutarch's Pericles. University of North Carolina Press.
ISBN 0-8078-1861-5
Sykoutris, Ioannis (1934). Symposium (Introduction and Comments) -in Greek. Estia.
Taylor, 2001. "Minor Socratic Dialogues: Hippias Major, Hippias Minor, Ion, Menexenus", Plato: The Man and His Work. Courier Dover Publications.
ISBN 0-486-41605-4
Taylor, Joan E. (2004). "Greece and Rome", Jewish Women Philosophers of First-Century Alexandria. Oxford University Press.
ISBN 0-19-925961-5
Tritle, Lawrence A. (2004). "Annotated Bibliography", The Peloponnesian War. Greenwood Press.
ISBN 0-313-32499-9
Wider, Kathleen (1986). "Women philosophers in the Ancient Greek World: Donning the Mantle". "Hypatia" 1 (No.1): 21–62.
Oxumaq üçün
redaktə
vikimətni redaktə et
Atherton, Gertrude (2004). The Immortal Marriage (İngilizce). Kessinger Publishing.
ISBN 1-4179-1559-5
Becq de Fouquières, Louis (1872). Aspasie de Milet (Fransızca). Didier.
Hamerling, Louis (1893). Aspasia: a Romance of Art and Love in Ancient Hellas (İngilizce). Geo. Gottsberger Peck.
Savage Landor, Walter (2004). Pericles And Aspasia (İngilizce). Kessinger Publishing.
ISBN 0-7661-8958-9
Xarici keçidlər
redaktə
vikimətni redaktə et
Bioqrafik
"Aspasia of Athens"
. Brainard, Jennifer.
"Aspasia"
. Britannica, 11th Edition.
4 mart 2016 tarixində
orijinalından
arxivləşdirilib
"Aspasia"
. Encyclopædia Romana.
"Aspasia of Miletus – Prisoner of History, by Madeleine Henry"
. Gill, N.S.
"Aspasia of Miletus"
. Lendering, Jona.
12 sentyabr 2013 tarixində
orijinalından
arxivləşdirilib
"Aspasia of Miletus"
. O'Grady, Patricia.
1 dekabr 2006 tarixində
orijinalından
arxivləşdirilib
İstifadə tarixi:
20 iyun
2012
"Aspasia, from PBS's "The Greeks
. The Greeks: Crucible of Civilization on PBS.
Müxtəlif
"Aspasia in Greek Comedy"
. Gill, N.S.
"Aspasia, the Ancient Philosopher and Teacher of Athens"
. Gill, N.S.
"Thoughts on Aspasia and Diotima"
. Ratliff, Clancy.
Mənbə — "
Kateqoriyalar
Vikipediya:Əlifba sırasına görə seçilmiş məqalələr
E.ə. 470-ci ildə doğulanlar
Miletdə doğulanlar
E.ə. 400-cü ildə vəfat edənlər
Afinada vəfat edənlər
Qədim Yunanıstan filosofları
Gizli kateqoriyalar:
Vikipediya:Vikidatada mənbələri olan məqalələr
Vikipediya:Coğrafi zənciri olan səhifələr
Əlifba sırasına görə şəxslər
Vikipediya:Fərqli coğrafi zəncirləri olan səhifələr
ISBN sehrli keçidlərinin istifadə olunduğu səhifələr
Aspaziya
Mövzu əlavə et