Dəniz samuru — Vikipediya
Məzmuna keç
Vikipediya, azad ensiklopediya
Dəniz samuru
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Ağızçənəlilər
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Sümüklü balıqlar
Klad:
Xoanlar
Klad:
Rhipidistia
Klad:
Tetrapodomorpha
Klad:
Eotetrapodiformes
Klad:
Elpistostegalia
Klad:
Stegocephalia
Klad:
Dördayaqlılar
Klad:
Reptiliomorpha
Klad:
Amniota
Sinif:
Məməlilər
Klad:
Theriimorpha
Klad:
Theriiformes
Klad:
Trechnotheria
Klad:
Cladotheria
Klad:
Prototribosphenida
Klad:
Zatheria
Klad:
Tribosphenida
Yarımsinif:
Vəhşi heyvanlar
Klad:
Euteriyalar
İnfrasinif:
Plasentalılar
Maqndəstə:
Boreoeutheria
Dəstəüstü:
Lavrazioterilər
Klad:
Scrotifera
Qranddəstə:
Ferungulata
Mirdəstə:
Ferae
Klad:
Pan-Carnivora
Klad:
Carnivoramorpha
Klad:
Yırtıcıkimilər
Dəstə:
Yırtıcılar
Yarımdəstə:
İtkimilər
İnfradəstə:
Arctoidea
Fəsiləüstü:
Musteloidea
Fəsilə:
Dələlər
Yarımfəsilə:
Susamurları
Cins:
Enhydra
Növ:
Dəniz samuru
Beynəlxalq elmi adı
Enhydra lutris
L.
1758
Şəkil
axtarışı
ITIS
180547
NCBI
34882
EOL
46559130
FW
46078
Dəniz samuru
lat.
Enhydra lutris
) —
heyvanlar
aləminin
xordalılar
tipinin
məməlilər
sinfinin
yırtıcılar
dəstəsinin
dələlər
fəsiləsinin
enhydra
cinsinə aid heyvan növü.
Dəniz samurları dəniz mühitinə uyğunlaşan, üstəlik silahdan istifadə etməyi bacaran, primat olmayan nadir və unikal canlılardan biridir.
Dəniz samurları
Sakit okeanın
Rusiya
Yaponiya
ABŞ
və
Kanada
kimi ölkələrin sahil ərazilərində yayılmışlar. XVIII–XIX əsrlərdə dəniz samurları qiymətli xəzlərinə görə
kütləvi ovlanmaya
məruz qalmışdır. Nəticədə sayları olduqca azalmış və nəsli kəsilmək həddinə çatmışdır. Dəniz samurları
SSRİ
qırmızı kitabına
daxil edilmişdir. Eynilə bu canlıların yayıldığı digər ölkələrdə də onlar qırmızı kitaba əlavə edilib. 2009-cu il məlumatına görə dünyanın hər yerində bu canlıların ovuna qadağa qoyulmuşdur. Onların ovlanmasına bircə
Alyaskanın
köklü əhalisi olan
aleutlara
icazə verilir. Buna səbəb isə bir istisna olaraq xalq sənayesi və qida rasionunun qorunmasıdır.
Tarixi araşdırılması
redaktə
vikimətni redaktə et
Qeorq Vilhem Stellerin
təsviri əsasında çəkilmiş şəkil. (XIX əsr)
Dəniz samurları haqqında ilk məlumat 1751-ci ildə
Qeorq Vilhem Steller
tərəfindən verilmiş və dəniz canlısı təsvir edilmişdir. O,
Vitus Berinqin
rəhbərlik etdiyi
İkinci Kamçatka ekspedisiyasında
iştirak etmişdir. Ekspedisiya
Komandor adaları
yaxınlığından keçərkən qəzaya uğrayır. Bu səbəbdən ekspedisiya üzləri 1741–1742-ci ilin qışını bu arxipelaqa daxil olan
Berinq adası
adasında qışlamalı olur. Dəniz canlıları ilə qidalanma sayəsində ekspedisiya üzvlərinin bir qismi sağ qalmışdır (ekpedisiyada 78 nəfər iştirak etmiş və yalnız onlardan 47 nəfər sağ qalmışdır. Ekpedisiyanın rəhbəri olan Vitus Berinqdə burada canını tapşırmışdır). Steller ekspedisiyanın naturalisti olmuş və daima qeydlər etmişdir. Onun ölümündən 10 il sonra İmperator Elmlər Akademiyası onun əməyini
De Bestiis Marinis
adı ilə çap etdirir. Burada adalarda yaşayan canlıların xüsusi ilə dəniz samurunun aydın təsviri verilir.
XVIII əsrə aid mənbələr
XX əsrin
30-cu illərində qədər əsas olaraq qalırdı. Səbəb isə 200 il müddətində bu canlıların araşdırılması ilə heç kəsin məşğul olmaması idi.
1751-ci ildə Stellerin təsviri və
Avropaya
gətirilən dəniz samurlarının xəzləri, sümükləri əsasında onların təsnifatını verməyə çalışırdılar. Dəniz samurlarının unikal morfoloji xüsusiyyətləri səbəbindən onların təsnifatı dəfələrlə dəyişdirilmişdir. Stellerin özü və onun izini təqib edən
İohann Xristian Erksleben
lat.
Lutra
onları
susamuru
cinsinə daxil etmişdir.
Karl Linney
dəniz samurlarını
lat.
Mustela
cinsinə daxil edir.
Peter Simon Pallas
isə bu canlıları
suiti
cinsinə
Phoca
daxil etmişdir. Nəhayət XIX əsrin ortaları dəniz samurları müstəqil bir cinsə daxil edilir
lat.
Enhydra
(cinsin adı şotland naturalisti
Con Fleminq
tərəfindən 1822-ci ildə
10
verilir). Ancaq elmi cəmiyyət məqsədyönlü şəkildə cinsi susamurlarına aid bir alt fəsiləyə daxil etmişdir (
lat.
Lutrinae
) və bu
XX əsrin
ortalarına qədər davam etmişdir. Günümüzdə bu cins
Enhydra
susamurları
yarımfəsiləsinə daxildir. Təsnifatla bağlı son fikir susamurlarının
miosen
və
pliosen
dövrlərində yaşamış
lat.
Potamotherium dubia
lat.
Aonyx hessica
və
lat.
Enhydra reevei
növlərinə aid qalıqlarının araşdırılması ilə əldə edilmişdir. Belə ki, susamurları yarımfəsiləsinə daxil canlılarla dəniz samurlarının ümumi quruluşa malik olması bu fikrin təsdiqlənməsinə imkan vermişdir.
11
12
Dəniz samurlarının unikallığı,
paleontoloji
məlumatların azlığı, uzun sürən araşdırma və təsnifatı ilə bağlı debatların nəticəsi olaraq çoxlu sayda
latın
adlarının yaranmasına səbəb olur:
Dəniz samurunun latınca adları
redaktə
vikimətni redaktə et
Latın adları
Mənası
Araşdıırmaçının adı, il
Lutra marina
"Dəniz samuru"
Qeorq Vilhem Steller
, 1751
; Erxleben, 1777
Mustela lutris
"Kunis samuru"
Linnaeus
, 1758
Lutra gracilis
"Şux samur"
Bechstein
, 1800
Phoca lutris
"Samur suitisi"
Pallas
, 1811–1831
Pusa orientalis
"Şərq nerpası"
Oken, 1816
13
Enhydra Stelleri
Fleming, 1822
10
Latax lutris
Gloger, 1827
14
; Stejneger, 1898
15
Lutra Stelleri
"Steller samuru"
Lesson, 1827
16
Enhydris lutris
Lichtenstein, 1827
17
Engydris marina
Brandt
, 1880
Enhydra lutris
Hazırda qəbul olunmuş ad
Müasir təsnifat
redaktə
vikimətni redaktə et
Dəniz samurları
dələkimilər
fəsiləsinin ən iri nümayəndələridirlər.
18
19
Yarımsu həyatı sürən canlıdır. Bu canlılar unikal morfoloji xüsusiyyətlərə malikdir. Onlar duzlu dəniz suyuna uyğunlaşmışlar.
lat.
Enhydra
cinsinə daxil olan yeganə növdür. Bu canlılar
suitilər
morjlar
dəniz şirləri
və s. kimi
dəniz məməliləri
arasında ən kiçiyidir. Ancaq ölçülər baxımından onlardan
Delfinlərə
aid olan
Kommerson delfini
və
Cənubi Amerikada
yayılmış, olduqca az öyrənilən və nadir sayılan
pişik susamuru
lat.
Lontra felina
) geri qalır.
Dələkimilər fəsiləsində
susamuru
ilə birlikdə alt fəsiləyə daxil edilirlər
Lutrinae
. Buna səbəb kimi isə onların
adi susamuru
və
Asiya dırnaqsız susamuru
ilə eyni kökə malik olmasıdır. Belə ki, onlarda daxil olduqları alt fəsilədə dəniz samurları kimi müstəqil cinsə aid edilirlər. Dəniz samurlarının Avrasiyada yayılmış əcdadı nəsli kəsilmiş növ olan
Potamotherium valletoni
olması düşünülürdü. Onların miosen dövründə yaşaması ehtimal edilirdi.
12
Ancaq son araşdırmalar göstərki
Potamotherium valletoni
növü sadəcə bir keçid növ olmuşdur. Bu canlı
lat.
Lutrinae
alt fəsiləsinə daxil canlıların ümumi əcdadı sayılır və erkən miosen dönəmində yaşaması ehtimal edilir.
20
Belə düşünülür ki,
Lutrinae
dəniz samurlarının əcdadları
Avrasiyadan
dünyanın digər ərazilərinə orta pleystosen dönəmində köç etmişlər.
Dəniz samurlarının diploid dəstinə görə 38 xromosona sahibdirlər.
21
Yarımnövləri
redaktə
vikimətni redaktə et
Hazırda dəniz samurlarının ümumi qəbul edilmiş üç yarımnövü vardır:
Yarımnövlər
Qeydə almış alimlər
Adı
Yayılma arealı
Sinonimləri
E. l. lutris
Linnaeus, 1758
Dəniz samuru
22
Asiya dəniz samuru
22
Komandor dəniz samuru
Kuril dəniz samuru
Əsasən
Kuril adaları
Komandor adaları
və
Kamçatka
yarımadasının şərq sahillərində yayılmışlar
22
gracilis
(Bechstein, 1800)
kamtschatica
(Dybowski, 1922)
marina
(Erxleben, 1777)
orientalis
(Oken, 1816)
stelleri
(Lesson, 1827)
E. l. nereis
Merriam, 1904
23
Cənub dəniz samuru
22
Kaliforniya dəniz samuru
22
24
Kaliforniyanın
mərkəzi sahillərində yayılmışdır.
E. l. kenyoni
25
26
Wilson, 1991
Şimal dəniz samuru
Alyaska,
Sakit okeanın
şimal-şərq və şimal sahilləri,
Aleut adalarından
Britaniya Kolumbiyası, Vaşlnqton, Oreqonun şimal-qərbi
Keçmişdə bəzi araşdırmaçılar adi dəniz samurları ilə
Komandor adaları
sahillərində yayılmış susamurları "
kamçatka dəniz samurlarına
" ayırmağı təklif edirdilər. İkinci yarımnövün nümayəndələri
Kuril adaları
və Kamçatka yarımadası sahillərində yayılmışdır. Hətta Kamçatka dəniz samurları üçün iki latın adı düşünülürdü:
lat.
Enhydra lutris gracilis
Bechstein
1799) və
lat.
Enhydra lutris kamtschatica
(Dybowski, 1922). Üstəlik bu yarımnövün digər yarımnövlərdən fərqləri belə müəyyənləşdirilmişdi.
27
Bununla belə yarımnövün müəyyənləşdirilməsi ilə bağlı bu qədər işlərin görülməsinə baxmayaraq yalnız üç yarımnöv qəbul edilmişdir.
28
Dəniz samurları ilə bağlı bağlı yaranan yanlış fikirlər onunla izah edilir ki, uzun illər ərzində
SSRİ
alimləri tərəfindən dəniz samurları hazırda
Rusiyanın
ucqar şərq hissəsində yayılmış arealı, qərb alimləri isə
Kanada
, Kaliforniya,
Alyaska
və
Aleut adaları
ərazisində yayılmış dəniz samurlarının tətqiqatı ilə məşğul olmuşlar. Ancaq hazırda bu işlə dünyanın bir çox ölkələrinin alimləri müştərək şəkildə fəaliyyət göstərdiyindən xüsusən adi dəniz samurları ilə şimal dəniz samurları arasında olan təbii sərhədin müəyyənləşməsi asanlaşmışdır. Bu sərhəd
ABŞ
və
Rusiya
arasında olan dövlət sərhədi ilə eynilik təşkil edir. Belə düşünülür ki, Komandor adalarında aparılacaq araşdırmalar bu məsələyə işıq salacaqdır.
Dəniz samurlarına qoyulan adlar
redaktə
vikimətni redaktə et
Bəzi mənbələrdə dəniz samurları "kalan" olaraq adlandırılır. Bu söz
koryak
mənşəli olub (kolaxa) "yırtıcı" mənasını verir. Bu rus sözü əsasən keçmişdə və müəyyən dövr ərzində beynəlilən söz olmuşdur. Buna qədər isə "kamçatka samuru" və ya "dəniz samuru" olaraq keçərli idi. Hətta şimal rayonlarında onlar yaş kateqoriyalarına görə müxtəlif cür adlandırılırdı. Belə ki, yeni doğulmuş balalardan 6 aylarına qədər dəniz samurları "medvedka", bir illiklər isə "koşlak" adlandırılırdı. Dəniz samurlarının yayıldığı ərazilərdə yaşayan xalqların hər birinin dilində müxtəlif adlarla adlandırılırlar:
Aleut adalarında
"çnatox",
itelmen dilində
"keykoç" və "kakku",
Kuril adalarında
"kayku",
Aynu dili
"traçka" və
yapon dili
"rakko" (
yap.
猟虎
).
Rus-Amerika şirkəti
dəniz samurlarının ovlanması təsərrüfatını XVIII—XIX əsrlərdə
Kamçatkada
yerləşən rus köçünləri hesabına həyata keçirirdi. Rus dilində işlənən "kalan" sözü bu minvalla
ingilis dilinə
ing.
kalan
) keçmişdir. Ancaq bu termin XIX əsrin
29
30
sonlarına qədər işlədilir. Hazırda ingilis dilli və Avropa mənbələrində bu canlıların adı "dəniz samuru" (
ing.
sea otter
) olaraq keçərlidir.
Təsviri
redaktə
vikimətni redaktə et
Ölçüləri, ömür müddəti
redaktə
vikimətni redaktə et
Dəniz samurları nisbətən iri canlılardır: onun uzunluğu 1,5 metr, çəkisi 45 kq olur. Erkəklər bir qayda olaraq dişilərdən iridir. Erkəklər dişilərdən çəki baxımından 35
%, uzunluq baxımından isə 10
% üstün olur. Yetkin erkəklər 22–45 kq arası çəkiyə, 120–150 sm arası uzunluğa malikdirlər. Kaliforniya dəniz samurunun yetkin dişisi 14–36 kq çəkiyə və 100–140 sm
31
32
uzunluğa malik olur.
Susamurları
yarım fəsiləsinıə daxil olan ən böyük növlərdən biridir. Açıq dənizlərdə yaşayan dəniz samurları uzunluq baxımından nəhəng su samurlarına çata bilməsə də çəki baxımından oları ötür.
Yeni doğulan babaların çəkisi 1,5 kq, uzunluğu isə 50 sm (quyruğu ilə birlikdə) olur. Yarım illik canlı artıq ("
koşlak
") 110–115 sm uzunluğa və 11 kq
31
çəkiyə sahiblənir. Yetkin dəniz samurlarının ölçülərinə artıq üç yaşında malik olurlar. Dəniz samurları ortalama 9–11 il, nadir hallarda isə 23 il yaşaya bilirlər. Zoopark şəraitində bir çox hallarda 20 il yaşaya bilirlər.
32
Bədən quruluşu
redaktə
vikimətni redaktə et
Baş və bədən quruluşuna görə adi susamuruna bənzəyirlər. Ancaq dəniz samurları daha uzun və iri bədən quruluşu ilə
silindrik
formaya malik olur. Boğazı olduqca qısa olub kökdür. Başı yumrudur. Kiçik qulaqlara və zun bığcıqlara sahibdirlər. Xəzi sanki geyinilmiş kisəni xatırladır.
Baş
redaktə
vikimətni redaktə et
Dəniz samurlarının başı yumru olub iri buruna sahibdirlər. Yuxarı dodağı olduqca inkişaf etmişdir. Böyüdükcə başlarının rəngində dəyişiklik baş verir. Belə ki, yetkin fərdlərin başının rəngi boz və ya demək olar ki tam ağ rəngə çalır. Bığcıqları bu canlılar üçün olduqca əhəmiyyətli orqanlar hesab edilir. Bığcıqlar əsasən dodağın üzərində və gözün alt nahiyələrində rast gəlinir. Əsasən ağ rəngdə olurlar. Üst dodaq üzərində olan bığcıqlar 50–70 mm, göz altında olanlar isə 30 mm
31
olur. Göz qapaqları hər zaman tünd-boz rəngdə olur. Çənələri olduqca güclüdür. Güclü əzələyə sahib olduğundan bərk qidanın dişlənməsi və gəmirilməsi baxımından çətinlik çəkmir.
Baş beyin
yaxşı inkişaf etmişdir. Serebral boşluğun inkişaf indeksi 5,80-dir (
susamurunda
isə 4,63).
33
Dəniz samurlarının baş quruluşu
Kaliforniya samurunun əsasında (
lat.
Enhydra lutris nereis
Burun
Qulaq
Göz
Ağız və dişlər
Burun
tükdən azad və qara rəngdə olur. Suyun dibinə enərkən burun dəlikləri qapanır və su buruna daxil ola bilmir.
Qulaq seyvanı
görünüş baxımından
qulaqlı suitiləri
lat.
Otariidae
) xatırladır. Suyun dibinə daxil olan canlının qulaq seyvanı qapanır bununla da su qulağa daxil olmur.
Gözləri
elə də böyük olmur. Bir qayda olaraq cavan fərdlərin gözləri parlaq-boz, yetkinlərin isə qara-qəhvəyi rəngdə olur. Yarım su həyatı keçirən
məməlilər
arasında buna ən yaxşı vərdiş etmiş canlılardır. Bu canlılar
emmetopik
görmə qabiliyyətinə malikdir. Belə ki, onlar həm su altında həm də su üzərində eyni səviyyədə görə bilirlər. Bununla belə onlar diqqət mərkəzindən aşağı hissədə yerləşən predmentləri daha yaxşı görürlər. Bu isə onların daha çox quruda yaşayan
dələkimilərlərə
31
bənzədir.
Diş
quruluşları baxımından onları
dələkimilər
və
yırtıcı
məməlilərə bənzətmək mümkün deyildir. Dəniz samurlarında cəmi iki cüt aşağı
kəsici diş
28
diş formulu
{\displaystyle {\begin{matrix}{\frac {3}{2}}\end{matrix}}}
) olur. Bu baxımdan onlar
pərayaqlılara
bənzəyir
{\displaystyle {\begin{matrix}{\frac {3}{3}}\end{matrix}}}
Dəniz samurları dişləri ilə birlikdə doğulur. Yeni doğulan balaların 26 dişi olur:
26
{\displaystyle i\ {\frac {3}{2}}\ c\ {\frac {1}{1}}\ pm\ {\frac {3}{3}}=26}
. Yetkin dəniz samurlarının tam diş formulu:
32
{\displaystyle i\ {\frac {3}{2}}\ c\ {\frac {1}{1}}\ pm\ {\frac {3}{3}}\ m\ {\frac {1}{2}}=32}
31
Bununla belə bəzən dişlərin sayı otuz dördə çatır.
Ətraflar və quyruq
redaktə
vikimətni redaktə et
Ön ətraflar olduqca qısadır. Ön ətrafların sonucu
it
pəncəsini xatırladır. Əllərində barmaqlar və yastıqcıqlar yoxdur. Əllər bütöv bir uzun lövhəni xatırladır və qara rəngdə olur. Ön ətrafların
dırnaqları
10 mm çatır. Yetkin fərdlərdə dırnaqlar küt, cavan fərdlərdə iti və aşağı əyilmiş formaya malikdir. Ön ətrafların pəncələrində olan döşəkçiklər bu canlılar üçün vacib orqandır.
Arxa ətraflar güclü şəkildə arxaya əyilir.
Barmaqlar
ona
əl falanqası
ilə birləşir. Bu isə arxa ətraflara pər xüsusiyyəti verir. Ayaqlarında yerləşən arxa barmaqlar ən uzun olanlardır. İçəri doğru isə digər barmaqlar qısalır. Barmaqların bu cür uzunluğu digər
məməlilərdən
fərqlənir. Belə ki, bu canlılarda çöcələ barmaq digər barmaqlardan böyük olur. Arxa ətraflarda olan dırnaqlar 12 mm çatır. Yaşlı fərdlərdə dırnaqlar güclü şəkildə yeyilmiş olur.
Dəniz samurlarının ətrafları
(Kaliforniya dəniz samurlarına aid şəkil (
lat.
Enhydra lutris nereis
))
Dəniz samurunun ön ətrafı (
solda
) arxa ətrafı (
sağda
).
Dəniz samurlarında
quyruq
olduqca kiçik, şişman və əzələlidir. Onun uzunluğu 30–36 sm, eni 6–7 sm, qalınlığı 4–5 sm təşkil edir. Onlar quyruqlarını sükan kimi istifadə edirlər.
Skelet
redaktə
vikimətni redaktə et
Bu canlıların
Skeleti
onların elastikliklərinin təmin olumasına uyğun formalaşmışdır.
Onurğa
50–51
fəqərədən
ibarətdir. Bunun 7-si boyun, 14-ü döş, 6 bel, 3
oma sümüyü
və 20–21 quyruq fəqərələrini təşkil edir. Bel fəqərələri istiqamətlənmiş formaya malikdir ki, bunlar canlıya elastiklik gətirir. Sinə qəfəsi 14 cüt qabırğadan ibarətdir. On cüt
qabırğa
sinə hissədə sıx şəkildə birləşir. Yaxşı inkişaf etmiş
çanaq
güclüdür, böyük çanaq sümüyü qalın, kiçik çanaq sümüyü isə olduqca nazikdir.
Əl sümükləri
yastıdır. Ümumilikdə götürdükdə bu növ samurların sümükləri
susamurunun
sümüklərinə nisbətdə daha geniş olur. Bəzən bu canlıların sümükləri müəyyən müddətdən sonra tədricən ağ-bənövşəyi rəng alır. Bu isə onların qida rasionunda
dəniz kirpilərinin
çox olması ilə izah edilir.
Dəniz samurlarının kəlləsi qısalmış quruluşa malik olaraq, ön hissədən kəsilmiş formadadır. Alt çənə isə güclü və uzundur. Burun dəliklərində yerləşən qığırdaqlar olduqca geniş və mürəkkəb quruluşa sahibdir. Bu isə onların üzərkən nəfəs almaları ilə əlaqədardır.
33
Daxili orqanlar
redaktə
vikimətni redaktə et
Bu canlıların daxili orqanları onların həyat tərzinə uyğun şəkildə formalaşmışdır. Bir çox orqanlar digər məməlilərə nisbətdə (bədənin çəkisinə olan nisbəti) böyükdür.
Mədələri
olduqca böyük olub və divarlarında çoxlu sayda ehtiyat yerlərə sahibdir.
Bağırsaqlar
olduqca uzundur və bədənin uzunluğunu 10 dəfə üstələyir. Mədə-bağırsaq traktatının çəkisi ümumi bədən çəkisinin 15,5
% təşkil edir.
Qaraciyər
5–6 qatdan ibarət olur və
öd kisəsi
ilə təmin olunmuşdur. Bu orqan bədən çəkisinin 8
% təşkil edir.
Mədəaltı vəzi
böyük və bir neçə qatdan ibarətdir. Həzm sistemi orqanları
ətyeyənlərdən
31
daha çox hər şey yeyənlərə bənzəyir. Dəniz samurunun
böyrəkləri
də həmçinin iri olur (ümumi bədən kütləsinin 2,8
%). Onların stukturu samurlara
dəniz suyunu
29
içməyə imkan yaradır. Dəniz samurlarının
ağciyərləri
pərayaqlılar
sinfinə daxil olan heyvanlardakından 2–4 dəfə iridir. Bu isə onların suyun daha dərinliklərinə üzməyə və su altında daha çox qalmağa imkan yaradır (
Arximed qanununa
əsasən). Ağciyərlər daha çox havanı saxlamağa imkan verir. Ağciyərlər ümumi kütlənin 6
% bərabər olur. Ancaq digər bir çox canlılardan fərqli olaraq
diafraqma
pərdəsi elə quruluşa sahibdir ki, canlının döş qəfəsinin axra hissəsi də genişlənə bilir.
Ürək
adi quruluşdadır (ümumi çəkinin 1
%). Güclü ürək
mədəciyinə
sahib olsa da,
sidik kisəsi
elə də böyük deyildir. Dəniz samurlarında ərazini müəyyənləşdirmək və ya etiketləmək üçün hazırlanmış tər vəzləri yoxdur.
Xəz
redaktə
vikimətni redaktə et
Struktur
redaktə
vikimətni redaktə et
Dəniz samurlarının xəzi olduqca sıxdır. Onun sıxlığı hər sm² 45 min tük düşür.
34
35
Xəz bir hava qatının mövcudluğunu təmin edir və heyvanı soyuqdan qoruyur.
31
Samurlar digər dəniz
məməlilərindən
fərli olaraq (məsələn:
Suitilər
və
Balinakimilər
) dəri altı piy qatına sahib deyillər. Bu səbəbdən onlar ancaq xəzin hesabına temperaturu sabit saxlaya bilirlər.
34
Xəz canlının bədəninə sərbəst şəkildə oturur. Üstəlik xəzin bədənə oturuşu sayəsində müəyyən boşluqlar əmələ gəlir. Samurun qolları altında olan bu boşluqlar sayəsində canlı üzərkən ovladığı şikarı saxlaya bilir.
Dəniz samurunun kürkü lələkvari (ümumi sayının 1% -dən az) və sıx astar tüklərdən ibarətdir. Samurlar hər zaman xəzlərinin təmizliyinə diqqət yetirir. Bu isə onların quru qalmasını təmin edir.
36
Bu canlılarda dəri altında böyük miqdarda skvalen ifraz edən piy vəzləri vardır ki, onlarda xəzin su keçirməzliyini təmin edir. Lələkvari tüklər düz olur. Onlar 15 – 45 mm uzunluğa, 40–175 mk qalınlığa sahibdirlər. Sıx astar tüklər qısa olur. Əsasən 8 – 30 mm uzunluğa, 5–19 mk
31
qalınlığa sahibdir.
Kürkün sıxlığı yaz və qışda bir qədər dəyişir, lakin dəniz samurları parlaq tük tökmə dövrü keçirmirlər. Tük dəyişdirilməsi bütün il boyu həyata keçirilir. Yaz-yay mövsümündə sadəcə bir az intensivlik artır. Bundan əlavə bu canlıların qarın nahiyyəsində tük örtüyü bədənin digər hissələrinə nisbətdə daha sıx olur. Bunu daha çox cavan fərdlərdə müşahidə etmək olar. Bu isə onların yaşlı fərdlərdən fərqli olaraq su altı daşlara az sürtünməsi ilə əlaqədardır. Dişi fərdlərin xəzi erkəklərdən azda olsa yumşaqlığın görə seçilir.
Heyvanın xəzi müstəsna sıxlığa sahib olmasından dolayı xəz geyimlərinin istehsalı üçün çox yüksək qiymətləndirilmişdir. Bu isə öz növbəsində XVIII–XIX əsrlərdə bu canlıların kütləvi ovuna yol açmışdır.
Rəngi
redaktə
vikimətni redaktə et
Dəniz samurlarına məxsus tünd qonur fərdlər arasında kürən çalarlardan tutmuş qara çalara qədər rənglər müşahidə edilir. Ancaq yaşdan asılı olaraq bədənin bəzi hissələri ağarır. Xüsusən baş nahiyə bu baxımdan seçilir. Nadir hallarda bütünlüklə ağ rəngdə olan
albinoslar
müşahidə edilir.
27
Bəzi fərdlər isə tam olaraq
qara
rəngdə olur.
31
Ümumi olaraq isə yaş artdıqca bədəndə bütünlüklə ağarma müşahidə edilmir. Bədən əsasən yaş artdıqca kürən ləpələrdən tutmuş qara olmaqla tündləşmə artır. Alimlər cinsindən asılı olaraq rəng fərqi müşahidə etməmişlər. Adi dəniz samuru yarım cinsində yay ayları günəşin təsiri ilə xəzin kürənləşməsi müşahidə etmişlər.
Dəniz samurlarının rəng variantları
(Kaliforniya dəniz samuru (
lat.
Enhydra lutris nereis
))
Yayılması
redaktə
vikimətni redaktə et
Tarixi areal
redaktə
vikimətni redaktə et
XVIII–XIX əsr səyyahlarının
27
37
38
səfərlərindən əldə edilən məlumatlara əsasən araşdırmaçılar dəniz samurlarının
Şimali sakit okean
sahilləri boyunca yayıldığını ehtimal edirlər:
Aşağı Kaliforniyanın
şimalından tutmuş (təxmini 27° ş. e.)
ABŞ
və
Kanadanın
qərb sahilləri boyunca, buradan isə 60° ş. e başlayaraq
Alyaskanın
cənub sahillərindən
Aleut
və
Komandor adalarının
zəncirvari xətti boyunca
Kamçatka
sahillərinə, buradan isə yarımadanın şərq sahilləri boyunca
Kuril adaları
ilə
Yaponiyanın
şimalında yerləşən
Honşu
adasına qədər (təqribi 40° ş. e.).
39
Dəniz samurlarının yayıldığı tarixi arealda bir çox coğrafi obyektlər onların say baxımdan çox olması əlaqədar adlandırılmışdır. Məsələn: Kamçatka sahillərində yerləşən
Kronos körfəzi
əvvəllər "Qunduz dənizi",
Kamçatka çayı
isə "Kalanka" adlanırdı.
Mednı adası
ətrafında yerləşən rif "Qunduz dirəkləri" adlanır.
Kuril adalarına
daxil olan iri adalardan biri olan
Urup
adasının
yaponca
əvvəlki adı "Rakkoshima" olmuşdur ki, bu isə "dəniz samuru adası"
mənasını verir. Dəniz samurlarının mütləvi ovu XVIII əsrin ortalarından
XX əsrin
əvvəllərinə kimi davam etmişdir. Nəticədə geniş zolaq şəklində uzanan areal talalar şəklində olan kiçik sahələrlə əvəzlənir. Üstəlik bu o ərazilər olur ki, həmin ərazilərə insan gəlişi olduqca çətin idi. Hesablamalara görə kütləvi ov dönəminin başlamasına qədər dünyada sayları bir necə yüz mindən 1 milyon arasında dəyişdiyi təqdirdə XX əsrin əvvəllərində sayları cəmi 2000 baş olaraq qiymətləndirilirdi.
32
40
Çağdaş areal
redaktə
vikimətni redaktə et
Hazırda dəniz samurlarının sayı ovuna qoyulan qadağa ilə əlaqədar olaraq
XX əsrin
əvvələri ilə müqayisədə artmışdır. Üstəlik 1950–60-cı illərdə
SSRİ
ABŞ
və
Kanadada
dəniz samurlarının əvvəlki arealına qaytarılması layihələri işlənmişdir. Bu görülən tədbirlər tam məqsədinə çatmamışdır, yalnız müəyyən ərazilərdə uğurlar əldə edilmişdir. Hazırda da arealın tam bərpası baş verməmişdir. Bununla belə dəniz samurları əsasən Uzaq Şərqdə,
Alyaska
və
Kaliforniya
sahillərində öz mövcudluğunu saxlayır. 2006-cı il məlumatına görə
Rusiyada
15 min, Alyaska,
Britaniya Kolumbiyası
və
Vaşinqton ştatı
ərazisində 70 min, Kaliforniya sahillərində 2,5 min baş samur müşahidə edilmişdir. Yaponiya sahillərində isə onlarla samurun müşahidəsi olmuşdur.
39
41
Bununla da dəniz samurlarının dünyada sayının 88 min olmasını demək olar ki, bu da
XVIII əsrin
əvvəllərinə nisbətdə 20
%-dən də azdır.
Dəniz samurlarının qapalı şəraitdə saxlanılması
redaktə
vikimətni redaktə et
XX əsrin əvvələrindən
SSRİ
tərəfindən dəniz samurlarının qapalı şəraitdə saxlanmasına cəhd göstərilmişdir. Hədəf isə onların qiymətli dərilərinin əldə edilməsi olmuşdur. İlk illərdə aparılan cəhdlər nəticəsiz olur. Səbəb isə qida rasionunun pozulması, təmiz şəraitdə saxlanılmamaq və s. Bu isə öz növbəsində müxtəlif xəstəliklərin yaranmasına səbəb olmuşdur — müstəlif
infeksiyalardan
tutmuş
sətəlcəmə
qədər.
Monterey
zooparkında olan
akvarium
Kaliforniya
XX əsrin 40-cı illərində nəhayət alimlər
dəniz suyu
təmizliyini təmin etməklə yanaşı həm də düzgün qida rasionunu tərtib etməklə məqsədə çatırlar.
42
43
1938–1941-ci illərdə bu tip volyerlərdə bir necə samur sağ qalır. Ancaq
Böyük Vətən müharibəsinin
başlaması ilə bu volyerlər ləğv edilir və dəniz samurları isə təbiətə buraxılır. Bununla məlum olur ki, qapalı şəraitdə dəniz samurlarının saxlanılması üçün kifayət qədər vəsait və çoxlu vaxt lazım gəlir. Bu isə onlara sərf olunanların ödənilməsini mümkünsüz edir. Hazırda dəniz samurları qapalı şəraitdə ancaq təcrübə məqsədi ilə və
Zooparklarda
akvarium
) saxlanılır. Onlar əsasən
Avropa
Şimali Amerika
və
Yaponiyaın
zoorparklarında saxlanılır. Onları
Sietl
Çikaqo
Vankuver
Nyuport
Monterey
Nyu-York
Lissabon
Osaka
Antverpen
və digər şəhərlərin zooparklarında müşahidə etmək mümkündür.
Davranışı
redaktə
vikimətni redaktə et
Həyat tərzi
redaktə
vikimətni redaktə et
Dəniz samuru sahildə
Dəniz samuru beli üzərində
Dəniz samurları
Kaliforniya
sahillərində
Dəniz samurları əsasən gündüz həyatı sürür. Günlərinin isə böyük qismini suda keçirirlər. Böyük ehtimal ki, dəniz samurları
XVIII əsrdə
kütləvi ovlanmağa məruz qalmamışdan öncə sahilə daha tez-tez baş çəkirdilər nəyinki indi. İnsanın əli çatmayan bölgələrdə bu gün də samurlar sahilə tez-tez baş çəkirlər.
Mednı adasında
yayılmış samurlar gecəni sahildən 10–15 m aralıda keçirirlər. Bu həmçinin fırtınalı günlərdə də müşahidə edilir. Səbəb isə onların fırtınaya tab gətirə bilməməsidir. Şimali dəniz samurlarının dişiləri bir qayda olaraq sahildən bir az aralıda və ya su səthinə çıxmış qayaların üzərində balalayırlar. Digər tərəfdən insanların gur yaşadığı ərazilərdə dəniz samurları nadir hallarda sudan çıxırlar. Bu canlılar suyun üzərində asanlıqla yata bilirlər. Buna səbəb onların ağ ciyərlərinin yastı formaya malik olmasıdır.
Ağciyərlərini
hava ilə dolduran canlı suyun üzərində sərbəst şəkildə qala bilir. Belə desək su mühiti dəniz samurları üçün daha təbii və təhlükəsizdir. Onların bədən quruluşu daha çox suya uyğunlaşmışdır nəyinki quruya. Onlar qidalarını da suda əldə edirlər. Sakit havada onlar sahildən 25 km məsafəyə qədər aralana bilirlər. Fırtınalar zamanı isə dayazlıqlara üz tuturlar. Dəniz samurlarının təcrübə məqsədi ilə tutan alimlər, onların dənizə olan yolunda maneə olduqda geri qayıtdıqları müddətcə böyük pisixoloji travma aldıqlarını müəyyən etmişlər.
31
Dəniz samurları nadir hallarda qurunun 15–20 metr dərinliyinə gedirlər.
Dəniz samurları — istər öz fərdlərinə istərsə digər heyvanlara qarşı olduqca mülayim münasibət bəsləyirlər. Bircə öz qida rasionuna daxil olan canlılar istisnadır. Hətta
Şimal dəniz şiri
suiti
və digər
qulaqlı suitilərə
daxil canlılarla sakit şəkildə qonşuluq edirlər. Bəzən hətta bir
yatağı
paylaşırlar.
Bu canlılar arasında münaqişələr nadir hallarda olur. Münaqişə əsasən erkəklərin əraziyə sahib olması uğrunda gedir və simbolik xarakter daşıyır. İlk əvvəllər dəniz samurları insanlara qarşı dostcasına və inamlı şəkildə yanaşırdılar. Bu isə onların kütləvi asan ova çevrilməsinə səbəb olurdu. XVIII–XIX əsrlərdə insan dəniz samurlarına yaxınlaşarkən sahildə dururdu, bu isə onlar da heç bir təşviş yaratmırdı.
29
Dəniz samurlarının sülh sevərliyi alimlərin fikrinə görə onunla əlaqədardır ki, bu canlıların kiçik bir zədə alması böyük fəsadlara səbəb olur. Xəzlərinin zədələnməsi isə bu canlıların ölümünə belə gətirib çıxara bilir.
31
Dəniz samurları bəzən tənha yaşayırlar. Ancaq qrup bir növ adətdir. Bununla belə bu qruplarda tabelilik xüsusiyyəti yoxdur. Ancaq əvvəllər araşdırmaçılar bunun əksini iddia edirdilər.
Hazırda alimlər onun üzərində dayanırlar ki, quruplarda başçılar yoxdur.
31
Bəzən istənilən fərd qrupu tərk edir və ya digər qrupa daxil olur. Maraqlı cəhət isə onların digər
məməli
növlərindən fərqli olaraq qrupa daxil olanları xoş münasibətlə qarşılamalarıdır. Bu qruplar bir qayda olaraq erkəklər, tənha dişilər və balalı dişilərdən ibarət olurlar. Bu qrupların hərəkətində sistemlik müşahidə edilmir. Gün ərzində samurlar 5,5 km² ərazidə üzürlər. Ayrı fərdlər isə nadir hallarda gün ərzində 2 km məsafədən uzağa üzür. Dəniz samurları arasında mövsümü miqrasiya mövcud deyildir.
29
31
Əraziyə sahib erməklərdən fərqli olaraq dişilər müəyyən əraziyə az bağlılığı ilə seçilir. Qruplar əsasən istirahət sahələrində qurulur. Bu düşərgələr bir qayda olaraq yosun cəngəlliklərində salınır. Tənha erkəklər olduqca böyük məsafə qət edə bilirlər. Onların ərazilərini işarələmələri bilinmir.
Samurların sutkalıq gündəmi 6 mərhələdən ibarətdir:
29
Günün çıxışı ilə onlar qida arxasınca yollanır və ovladıqları ilə qidalanırlar. Həmçinin xəzin təmizlənməsi də həyata keçirilir. Bu dövr günün 11–12 radələrinə qədər davam edir.
İlk gündüz yuxusu (30–45 dəqiqə çəkir).
Növbəti aktiv dövr qida arxasında suya dalışdan və xəzə qulluqdan ibarətdir. Bundan əlavə məhs bu mərhələdə samurlar müxtəlif oyunlar oynanırlar
44
(o cümlədən seksual oyunlar). Bu mərhələ günün saat 15–16 radələrində baş verir.
İkinci dündüz yuxusu adətən bir saatdan çox davam edə bilir.
Günün sonuncu aktiv mərhələsi digər aktiv dövlərdən fərqlənmir: qidalanma, xəzə qulluq, seksual oyunlar.
Dərin yuxu mərhələsi günün qürübündan sübh çağına qədər davam edir. Bu dövrü samurlar quruda keçirirlər. Bununla belə bir çox fərdlər bu perioduda suda keçirir.
Dəniz samurlarınımn lələkvarı tükləri daim təmizləməsi onlarının xəzinin təmiz vəziyyətdə saxlanması üçün mütləq lazımlıdır. Bu tüklərin kirlənməsi suyun bir-başa dəriyə təmasına yol açar və bədənin soyumasına gətirib çıxarar.
34
Dəniz samurlarının su üzərində yatması
Kaliforniya dəniz samurları (
lat.
Enhydra lutris nereis
Ön ətraflarını birləşdirərək yatmış dəniz samurları
45
Yosunlara
bürünmüş dəniz samuru
Belə bir fikir vardır ki, dəniz samurları ön ətrafları ilə bir-birinə bağlanaraq və ya yosunlara bürünərək suyun onları açıq dənizə aparmasını (və ya dalğaların onları sahilə atmasını)
29
əngəlləyirlər.
Əslində dəniz samurları gündüz canlıları olsalar da, alimlər
ay
işığı ilə aydınlanan gecələrdə
gecə həyat tərzi
keçirmələrini müşahidə etmişlər. Bununla belə gecə həyat tərzi samurlar üçün nadir görülən haldır.
31
Hərəkət
redaktə
vikimətni redaktə et
Dəniz samurlarının quruda və suda hərəkət tərzi arasında təəccüblü bir fərq var. Quruda onun hərəkətinə nəzər saldıqda elə düşünülür ki, canlıya burada hərəkət etmək olduqca çətindir. Suda isə sanki öz doğma məkanındadır. Asanlıqla üzür, sürətli və zövqlə hərəkət edir. Sanki oynayır.
Samurlar quruda iki tərz üsulla hərəkət edirlər. Onlardan biri heyvanın sanki həvəssiz sürünməsinə bənzəyir. Bu zaman samurun qarın nahiyəsi yerə sürtünür. Bu hərəkət üsulu olduqca yavaşdır və bu üsulla heyvan torpaqda bir yarım dairə cızığı yaradır, lakin sürətli hərəkət etməyə ehtiyac duyduqda ikinci üsuldan istifadə edir. Bu zaman canlı belini yığır, arxa və ön ətraflarını bir-birinə yaxınlaşdıraraq iti sürətlə hərəkət edir. Faktiki olaraq qaçır. Dəniz samurları bu üsuldan təhlükə anında dənizə tez şəkildə qayıtmaq məqsədi ilə istifadə edirlər. Ancaq bu üsulla hərəkət heyvanı tez əldən salır. Samurlar belə üsulla bir dəqiqədən artıq hərəkət edə bilmirlər.
31
Dəniz samurları suda özünü əmin hiss edir. Suda cəld üzürlər. Qida axtarışı zamanı onların sürəti 5–6 km/s olsa da mksimal sürət 12–16 km/s
46
bərabərdir. rahat şəkildə suyun 50 metr
39
dərinliyinə üzə bilirlər. Ancaq ehtimal edilir ki, maksimal dərinlik daha çoxdur.
47
Bir qayda olaraq bu canlılar qida arxansınca dayazlıqlara üz tuturlar. Bu zaman su altında 40 saniyə qalırlar. Ac olduqları təqdirdə və təhlükə anında dalış 5–8 dəqiqə çəkə bilir. Onlar həm sinə, həm də belləri üzərində üzə bilir. Gündüz heyvanlar suda olduqca mobildir və müntəzəm dalışlar həyata keçirirlər.
Əslində dəniz samurları üçün
balıqlar
əsas qida sayılmasa da, bəzən onlarla qidalanırlar. Bu əsasən yay aylarına təsadüf edir. Onlar balıq ovuna daha çox alışmış
susamurundan
fərqli ov strategiyasına sahibdirlər. Səbəb isə onların fərqli bədən quruluşuna sahib olmalarıdır. Dəniz samurlarının görmə strukturu digər samurlardan fərqləndirən cəhət onların düz deyil aşağı və yanlara yönəlməsidir. Bu səbəbdən dəniz samuru balığı tutmaq ərəfəsində beli üzərinə fırlanır və sürətini yavaşlatmalı olur.
31
Bu canlılar üçün balığı tutub saxlamaq heç də asan iş deyildir. Onlar bu məqsədlə həm hər iki əlini həm də dişlərini işə salmalı olurlar.
Suda olan dəniz samurları yırtıcıların gəlməsi (məsələn:
qatil balina
) anında bir qayda olaraq hərəkətsiz qalaraq, nəzərə çarpmamağa çalışırlar. Bu alınmadıqda isə dərhal sahilə üzürlər. Qatil balinaların bu canlıları ovlamaq üçün sahilə atılmaları belə dəfələrlə müşahidə edilmişdir.
Hissiyyat orqanları
redaktə
vikimətni redaktə et
Dəniz samurları elə də yaxşı inkişaf etməmiş eşitmə və zəif qoxu bilmə xüsusiyyətlərinə sahibdirlər. Bu səbəbdən onlar daha çox görmə və hiss etmə orqanlarına arxalanırılar. Hiss etmə bu canlılarda o qədər güclüdür ki, kor olmuş fərdlər belə qidalanaraq həyatlarını sürdürə bilirlər. Bu əsasən ön pəncələrində olan döşəkçiklər hesabına olur. Onlar şikarı lamisə orqanı olan bığcıqları vastəsi ilə analiz edə bilirlər.
31
Bununla belə hissiyyat orqanları quru sahələr üçün heç də ideal deyil. Quruda onlar ancaq öz ətraflarını görə bilir. Eşitmə və hiss etmə isə quruya uyğun inkişaf etməmişdir.
Səs siqnalları
redaktə
vikimətni redaktə et
Dəniz samurları müxtəlif
səslər
çıxardırlar. Onların əksəriyyəti cırıltıya bənzər səslərdir. Samurlar bu səsləri bir-birlərini təhlükə haqqında xəbərdar etmək, seksual oyunlar və nəslini yetişdirərkən istifadə edirlər. Təhlükəni birdirmək üçün əsasən hırıltı və tısıltı tipli səslərdən istifadə edirlər.
Qidalanma
redaktə
vikimətni redaktə et
Dəniz samurları gündüz həyat tərzi keçirirlər. Üstəlik ömürlərinin böyük hissəsini suda keçirdiklərindən bədən temperaturunu (38 °C) sabit saxlamaq üçün çoxlu enerji sərf edirlər. Bu səbəbdən onlar bədən kütləsinin 20–25
% qədər qida qəbul etmək məcburiyyətindədirlər. Bu canlılarda
maddələr mübadiləsi
quruda yaşayan və eyni ölçüyə malik canlılardan 8 dəfə yüksəkdir. Bununla da samurlar tez-tez və çox yeyirlər.
Dəniz kirpisi
ilə qidalanan samur
Dəniz samuru qidalanarkən
Samurların qida rasionu yaşadıqları ərazidən asılı olaraq dəyişə də, dəniz kipiləri,
molyusklar
və
yengəclər
ən sevimli qidalarını təşkil edir. Bu canlılar şikar arxasınca adədən dayazlıqlara üzürlər. Ovlanmış şikarı kürklərində olan boşluqlarda (ciblərdə) saxlayırlar. Bu adətən sağ ön ətrafın altında olan boşluq olur (Sol ətrafın altında da boşluq olmasına baxmayaraq qidanı burada saxlamırlar. Müşahidələr göstərir ki, bu canlılarda solaxay olmur).
31
Samurlar ciblərində bir necə şikarı saxlaya bilir. Yemək zamanı isə beli üzərində üzərək bu ciblərdən qidanı tək-tək çıxarır və onlarla qidalanır. Vaxt aşırı samur qarın nahiyəsinə toplanmış qida qalıqlarını təmizləmək üçün suda 360°Fırlanır. Bununla belə bu hərəkəti edərkən ciblər açılmır. Bu əməliyyat xəzin təmiz qalmasını təmin edir.
Kaliforniya dəniz samurları inanılmaz bir qabiliyyətə sahibdirlər. Onlar bərk molyuskların açılması üçün daşdan (3,5 kq qədər) istifadə edirlər. Daşı qarın nahiyyəsinə qoyan samur molyusku saniyəyə üç zərbə olmaqla daşa çırpır. Bu proses istənilən nəticə əldə edilənə qədər davam etdirilir. Onlar eyni daşdan dəfələrlə istifadə edə bilərlər. Bəzən isə daş sağ qolun altında olan cibə qoyulur. Bu xüsusiyyət onları
dələkimilər
arasında yeganə alətdən istifadə edən növ edir. Üstəlik onlar primat olmayan və alətdən istifadə etməyi bacaran nadir canlılardandır.
Uzun zaman belə düşünülürdü ki, dəniz məməliləri arasında onlar silahdan istifadə edən tək canlılardır.
Ancaq müşahidələr zamanı məlum olmuşdur ki,
afalinlər
öz şikarlarını tapmaq üçün
süngərlərdən
48
istifadə edirlər. Təbiətdə molyuskların sərt qabıqlarının sındırılması üçün daşlardan ancaq Kaliforniya dəniz samurları istifadə etsələr də, digər yarımnövlər bu xüsusiyyəti asanlıqla mənimsəyə bilirlər. Buna misal olaraq
Vankuver
zooparkında şimal dəniz samurunun 3 gün ərzində kaliforniya dəniz samuru ilə birgə yaşayışı nəticəsində, bu vərdişə yiyələnməsini göstərmək mümkün olmuşdur.
49
Bu canlıların mükəmməl mədə-bağırsaq sistemi onların rəngarəng qida rasionunun olmasına imkan verir. Həqiqətdir ki, aclıq çəkən dəniz samurları bəzən hətta sahil quşları və onları müşahidə edən ovçuların üzərinə hüçüm çəkirlər.
Onlar ölmüş heyvanların leşləri ilə qidalana bilirlər (əsasən
qütb tülküləri
).
Dəniz samurları
dəniz suyu
içirlər. Üstəlik digər dəniz məməlilərindən daha çox içmələri ilə seçilir. Ehtimal edilir ki, bu onların
zülallara
ehtiyac duymaları ilə əlaqədardır.
Əgər dəniz samuru iri bir dəniz canlısını ovlayıbsa (məsələn iri bir yengəci) və bir oturuşa onu yeyib bitirə bilmirsə, o zaman qidanı (qalıqlarıda həmçinin) qarnı üzərində saxlayaraq yuxuya gedir. Yuxudan ayıldıqdan sonra isə yeməyini bitirir. Dəniz samurlarının qida rasionuna ümumilikdə 40 növ dəniz canlısı daxildir —
dəniz kirpiləri
və
yengəclər
başıayaqlılar
və
ilbizlər
ikitaylılar
dəniz qulağı
zirehli molyusklar
, bir neçə
balıq
növü.
50
Xüsusilə şimal dəniz samurları kiçik
osminoqlarla
qidalana bilir, lakin onların başlarını yeməkdən çəkinirlər.
Çoxalma
redaktə
vikimətni redaktə et
Dəniz samurlarında çütləşmənin müəyyən bir vaxtı olmadığından balaların doğulması ilin istənilən vaxtı baş verə bilir. Bununla belə bəzi alimlər çütləşmənin bir sıra rayonlarda yazda baş verməsini qeyd edir.
Cütləşmə
redaktə
vikimətni redaktə et
Cütləşmə sonrası vəziyyət
Erkək samurlar yektiklik dövrünə 5–6 (ömürlərinin sonlarına qədər nəsil artırma qabiliyyətinə malik olurlar), dişilər 4, bəzənsə 2–3 yaşlarında qədəm qoyurlar. Çütlüyün görüşləri adətən şən və qıvraq keçir. Dişi və erkək bir-birinin ardınca üzür və birgə suya dalırlar. Bu proses çütləşmə anına qədər davam edir. Cütləşmə bir qayda olaraq suda baş verir. Yayılma arealı və cütləşmə formalarından asılı olmayaraq erkəklər hər zaman dişləri ilə dişinin burnundan yapışır. Çütləşmənin son anında isə dişini güclü şəkildə dişləyir. Bununla əlaqədar olaraq cütləşmə təsrübəsi çox olan dişilərin burun nahiyyəsində dərin çapıqlar olur. İstər birgə gəzindi zamanı, istərsə cütləşmə anında erkək üzüquylu olur. Dişiləri suyun altında saxlamağa cəhd göstərir (dişi adətən müqavimət göstərir). Bununla bağlı olaraq bəzi hallarda cütləşmə dişləmələr və ya suda boğulmalar səbəbindən dişi üçün ölümçül ola bilər. 2000–2003-cü illər ərzində aparılan araşdırmalar göstərmişdir ki, ölüm hallarının 11
% çütləşmə zamanı olan dişləmələrdən qaynaqlanır. Onların suiti balalarını zorlaması faktı belə məlumdur. Bu sonucda suiti balalarının ölümünə səbəb ola bilir. Bir çox hallarda samurlar suitilərin cəsədləri ilə bir neçə gün onun ölümündən sonra cütləşməyə davam etdirlər.
51
"Ailə" bu növ samurlarda
poliqamdır
. Yəni erkək eyni anda bir neçə dişi ilə maraqlana bilir. Erkəklər dişiləri bu ərəfədə 3–5 gün ərzində digər erkəklərdən qoruyur. Bununla belə dişilər səbəbindən erkəklər heç zaman dalaşmırlar. Məsələ hədə-qorxu səviyyəsindən oyana keçmir.
Boğazlıq dövrü və doğuş
redaktə
vikimətni redaktə et
Boğazlıq
dəniz samurlarında gecikmə ilə baş verir.
Embrion
gizli mərhələdən keçir. Bu mərhələ 2–3 ay davam edir. Bu müddətcə embrion
uşaqlıq
divarına yağışmır. Bu hal məməlilərə aid 100 növdə müşahidə edilir. Boğazlıq dövrü dəniz samurlarında 6 ay davam edir (şimal populyasiyasında isə 7–8 ay).
Doğuş yarımnövlərdən asılı olaraq ya su səthinə çıxmış qayaların ya da sahildə baş tutur. 99
% olaraq dişilər bir bala doğur. Nadir hallarda isə iki balanın doğulması müşahidə edilir. Bununla belə ekiz balalardan yalnız biri sağ qalır. Balalar qəhvəyi-sarımtıl rəngə və 1,5 kq çəkiyə malik olurlar. Dəniz samurlarında digərlərinin balalarını bəsləmə xüsusiyyəti vardır. Bu səbəbdən əgər hansısa dişinin balası ölərsə o digərinin ekiz balalarından birini saxlaya bilər. Bu halda ekiz balaların hər ikisi sağ qalır.
Balaların bəslənməsi
redaktə
vikimətni redaktə et
Anasının sinəsində olan bala dəniz samuru
Yeni doğulan balalar bir necə ay müddətində sərbəst yaşaya bilmədiklərindən tamamən analarından asılı olurlar. Erkəklər balaların bəslənməsində iştirak etmirlər. Onlar çütləşmədən bir necə gün sonra dişini tərk edir. Ana bir necə ay müddətində balanı qarnı üzərində saxlayır. Elə belə vəziyyətdə də onu yalayır və süd verir. Ana yalnız qidalanmaq məqsədi ilə balanı müvəqqəti ya daşların üzərinə ya da suya qoyaraq onu tərk edir. Bu zaman bala dəniz samuru həyəcanlı şəkildə müxtəlif səslər çıxararaq anasının gəlməsini gözləyir. Bala samur suda beli üzərində durur ancaq o nə üzə nə də ovlama imkanına malik olmur. Balalar analarından 5 aydan 15 aya qədər asılı olurlar (ortalama 6 ay). Dəniz samurları arasında uşaq ölümü yüksəkdir. Bir ilinə çatmadan ölən dəniz samurlarının sayı ümumi doğulanların 30
% təşkil edir.
İlk ay ərazində ana balasını ancaq südlə bəsləyir. Onların südünün tərkibi digər
dələkimilərdən
fərqlənir. Daha çox digər dəniz məməlilərin südünə bənzəyir. Südünün 23
yağ
, 13
zülal
və yalnız 1
laktozadan
təşkil olumuşdur. Bir müddət sonra ana artıq balanı "Böyüklərin yeməklərinə" alışdırır. Tədricən ana balanı müxtəlif ov taktikalarına, düzgün qidalanmağa və digər yeniliklərə alışdırır.
Analar balalara olduqca bağlı olurlar. Təhlükə anında ilkin olaraq balalarına qayğı göstərir. Bundan dəniz samurlarının ovu ilə məşğul olan ovçular istifadə edirdilər. Balalı samurlar ovçuların asan şikarına çevrilirdi. Bu haqda
Qeorq Steller
belə yazır:
Nəsilə sevgi olduqca yüksəkdir. Balalar naminə aşkar ölüm təhlükəsi ilə üz-üzə gələ bilirlər. Körpələrini itirdikdən sonra, var güçləri ilə kiçik uşaqlar kimi fəryad edirlər. O dərəcəyə gəlib çıxırlar ki, on və ya on dörd gün ərzində skelet vəziyyətinə düşür, xəstə və zəif olurlar Sahildən dənizə ayrılmaq istəmirlər. Təhlükə anında südəmər körpələri dişləri ilə tutur, böyük balaları isə qaşılarında qovurlar
Buna bənzər xatirələri İkinci Kamçatka ekspedisiyasının ovçusu Sven Baksel söyləmişdir:
Onlar öz balalarına olduqca bağlıdırlar. Biz sahildə ana ilə balaları birdə (birdən artıq balaları olmur) gördükdə onların ikicini də öldürə bilirdik. Dişi heç zaman balasını atmır. Onu dişləri ilə tutaraq suya aparmağa çalışır. Bir dəfə bala o qədər iri idi ki, anası onu güçlə qaldırırdı. Balalar bu zaman özlərinə heç nə ilə kömək edə bilmirlər. Bu hərəkət onların sürətini azaldır. Belə demişkən onları bir başa ovçunun əllərinə təslim edir
52
Dişilər balalarını incə şəkildə oxşayır. İtaətsizlik anında isə onları şapalaqla "mükafatlandırırlar". Müşahidəçilər bir mənalı olaraq dəniz samurlarında balaların tərbiyəsini insan tərəkətlərinin təcəssümü olaraq
Antropomorfizm
termini ilə ifadə edirlər.
Ekoloji aspektlər
redaktə
vikimətni redaktə et
Təbii yayılma əraziləri, təbiətdə rolu
redaktə
vikimətni redaktə et
Dəniz samurları okean ekologiyasında mühüm paya sahibdirlər. Onlar
Dəniz kirpilərinin
bir növ sayını balansda saxlayırlar. Bu onurğasız canlıların nəzarətsiz çoxalması dəniz yosunlarının kütləvi məhvinə gətirir. Bu isə öz növbəsində
dəniz ekosistemi
üçün pilləvarı qarşısı alınmaz fəlakət doğura bilir.
28
Britaniya Kolumbiyasındakı təcrübə (vaxtı ilə məhv olmuş ərazilərə dəniz samurlarının yerləşdirilməsi) onu göstərir ki, bu sahil ekosistemi üçün müsbət effekt doğurur.
53
Dəniz samurları bir çox iri dəniz məməliləri ilə xoş qonşuluq münasibətində yaşayır:
Şimal dəniz pişiyi
Halqaşəkilli suiti
adi suiti
ləkəli suiti
Şimal dəniz şiri
. Bununla belə oda məlumdur ki, dəniz samurları onlardan çəki və ölçü baxımından 2 dəfə böyük olan dəniz pişiklərini məğlub etməyi bacarırlar. Əslində onlar adi təbii şəraitdə bir-birlərinə düşmən deyillər (XVIII–XIX əsrlərdə ovçular eyni tora düşən bu canlılar arasında baş vermiş münaqişə zamanı hər zaman dəniz samurlarının qalibiyyətini müşahidə etmişlər).
Dəniz samurlarının təbii həyatda əsas düşmənləri:
Qatil balina
(ən əsas düşmənləri),
Qrenlandiya köpək balığı
lat.
Somniousus microcephalus Bl.
37
və
Ağ ayı
54
55
(bəzi rayonlarda). Bununla belə qütb köpək balıqları son zamanlar
Sakit okeanda
müşahidə edilmir.
Qidalanma baxımından rəqibləri
ləkəli suitilər
, ərazi baxımından isə bir çox dəniz quşları və
Atlantik treskasıdır
Qağayıkimilər
tez-tez dəniz samurlarının süfrəsinin artıqları ilə qidalanırlar. Əsasən bu dəniz kirpisi və yengəc qalıqları olur. Xəstə və qoca dəniz samuru sahilə çıxır. Bu səbəbdən onların leşlərinə sahildə daha çox rastlanılır. Ölmüş samurların leşlərini isə
Qütb tülküsü
və ayılar yeyir.
XVIII–XIX əsrlərdəki kütləvi ovlanma
redaktə
vikimətni redaktə et
Dəniz samurunun xəzi (1892)
Rusiya imperiyası
aktiv şəkildə bu canlıların xəzinin satışını təşkil edirdi.
XVI əsrdə
Avropa
ilə ticarət əlaqələrində xəz dəri əsas yerlərdən birini tuturdu. Bu yolla imperiya büccəsi doldurulurdu. Rusiya İmperiyası bu səbəbdən xəz dərisi əhəmiyyətli olan canlıların yayıldığı əraziləri mənimsəməyə cəhd göstərirdi.
XVIII əsrin
ortalarında,
Kamçatkanın
Rusiyaya birləşdirilməsindən sonra dəniz zabitləri olan
Vitus Berinq
və
Aleksey Çirikova
Kamçatka yarımadasının şərq sahillərinin kartoqrafik xəritəsini tərtib etmək tapşırılır. Onların hədəfi Amerika və Yaponiyaya gedən yolların araşdırılması olur. ikinci Kamçatka ekspedisiyası zamanı Vitus Berinqin komandası
Komandor adaları
yaxınlığında gəmi qəzası keçirir. Bu səbəbdən ekspedisiya üzvləri adalardan birində qışlamaq məcburiyyətində qalır. Qışlama zamanı ekspedisiya üzvləri dəniz samurlarını ovlayırdılar. Bu dövrdə bu canlılar insana qarşı dost münasibət bəstədiyindən asanlıqla ova çevrilirdi. Ekspedisiya üzvləri Sankt-Peterburqa
Beriq adasından
ovlanmış 900 dəniz samurunun dərisi ilə qayıtmışdılar. Samur dərisi London hərraclarına çıxarılmışdır. Onlar dərhal alınmış və Avropada yüksək qiymətləndirilmişdir. Bundan sonra dəniz samurlarının bütün areallarında kütləvi və nəzarətsiz ovu başladılmışdır:
Komandor adaları
, Kamçatka sahilləri,
Kuril adaları
və
Alyaska
. 1799-cu ildə dövlət xəzinəsinə daxil olmaları artırmaq mməqsədi ilə dəniz samurlarının yayılmış arealında ov sahəsini genişləndirmək hədəfə alınaraq yarıdövlət təşkilatı olan
Rus-amerika şirkəti
təşkil edilir. Şirkət
Aleut adalarından
Kaliforniyaya qədər olan ərazilərdə dəniz samurlarına olan ov hüququ əldə etmişdir. Hətta
Avrasiyanın
Sakit okean
sahillərində bəzi bölgələr də şirkətə həvalə edilir. Şirkət samurların bol olduğu ərazilərdə fortlar inşa edərək ovlanmış heyvan dərilərini Rusiya, Avropa və
Asiya
bazarlarına çatdırırdı.
56
Digər tərəfdən
Ceyms Kuk
Sakit okeandan
Atlantik okeana
şimal yolunu axtararkən 1778-ci ildə bir neçə dəniz samurunun dərisini əldə edir. Geri qayıdarkən isə Kuk
Havay adalarında
ölür. Onun ekspedisiyası isə
Kanton
limanında bu dərilərin çinlilər tərəfindən yüksək qiymətləndirdiyinə şahid olurlar.
28
Bu məlumatın yayılmasından sonra samurların ovuna ingilis və amerikanlılar da qoşulur.
Ruslar, ingilislər, amerikalılar və yaponlar 180 il müddətində dəniz samurunun dərisi uğrunda apardıqları sərt mübarizənin nəticəsi olaraq geniş bir ərazi bu canlılardan təmizlənmişdir. Artıq
XIX əsrin
əvvəllərində bu canlıların birinə belə Kamçatka yarımadasında rast gəlmək mümkün deyildi. Artıq Samur dənizi, Kalanka çayı və digər bu canlılarla bağlı toponimlər əhəmiyyətini itirmişdi.
XX əsrin
əvvəllərində dəniz samurlarının sayı kifayət qədər azaldığından onları ovlamaq bir o qədər çətinləşmişdi. Yaponlar XX əsrin əvvəllərində artıq bu canlıları ovlamaq üçün yeni vastələrdən istifadə etmək məcburiyyətində qalmışdılar. Onlar suyun sahil hissələrinə
neft
ağ neft
və ya Kreazot tökərək bu canlıları balıqçı torlarına yönləndirirdilər. Dəniz samurları ancaq iqlim şərtlərinin pis və gəmilərin hərəkəti üçün əlverişsiz ərazilərdə qalmışdı. XX əsrin əvvəllərində ən böyük populyasiya yaşayışı olmayan qayalı sahillərə sahib, əlçatmaz
Mednı adasında
cəmləşmişdi.
XIX — XX əsrlərdə dəniz samurlarının azalması ilə əlaqədar ovlama həcmindəki dəyişikliklər
1870-ci ildən 1924-cü ilə qədər
Komandor adalarında
ovlanma sayı (Komandor Su Məhsulları arxivinə əsasən
).
1871–1910-cu illər ərzində
London hərraclarına
daxil olan samur dərisinin sayı (Birja materiallarına əsasən
57
).
130 il ərzində samurların kütləvi ovu sayəsində artıq XX əsrin əvvəllərində onların sayı bir neçə yüz mindən 2 minə qədər azalmışdır.
58
Geniş arealda kiçik qruplarla yaşamaq məcburiyyətində idilər.
32
Dəniz samurlarının qorunması
redaktə
vikimətni redaktə et
1911-ci ildə "böyük ov" iştirakçılarına dəniz samurlarının taleyinin acınacaqlı olduğu bəlli olandan sonra onlar ovun qadağa qoyulması haqqında ilk beynəlxalq razılaşmanı imzalanır (
ing.
Fur Seal Treaty
). 1913-cü ildə dəniz samurlarının qorunması məqsədi ilə ilk qoruq təşkil edilir (
ABŞ
Aleut adaları
). Dəniz samuru ovuna qadağanı
SSRİ
1926,
Yaponiya
isə son olaraq 1946-cı ildə tətbiq edir. 1972-ci ildə qəbul olunan Beynəlxalq Dəniz məməlilərinin haqqında qanun bu məsələdə beynəlxalq hüququ daha da sərtləşdirmişdir. Bununla da bütün dünyada dəniz samurlarının ovuna qadağa qoyulmuşdur. Bu tədbirlər sayəsində artıq XX əsrin ortalarında bu canlıların sayı il ərzində 15
% artırdı və 1990-cı illərdə isə artıq əvvəlki sayın 1/5 çatır. 1990–2007-ci illərdə populyasiyalarda demək olar ki, inkişaf qeydə alınmamışdır.
39
Müasir ekoloji problemlər
redaktə
vikimətni redaktə et
Kaliforniya sahillərində görünən dəniz samurları
Bu canlıların ovuna qoyulan qadağaya baxmayaraq hazırda onların sayında artım yoxdur. Alimlərin fikrinə görə buna səbəb ekoloji problemdir. Dəniz samurlarının yayılma arealında insanların sayının artması texnogen riskləri artırır.
Neftlə çirklənmə
redaktə
vikimətni redaktə et
Neft sızıntıları ilə nəticələnən qəzalar əsasən
tankerlərdə
müşahidə edilir. Bu dəniz samuralının həyatı üçün böyük təhlükə törədə bilir. Xəzlərinə yapışmış neft samurlarda bədən temperaturunun itirilməsinə səbəb olur. Üstəlik neft qida zəhərlənməsi yaradır. Digər neqativ təsirlər isə qaraciyər və gözlərdə fəsadlar törədir.
Buna misal kimi "Exxon Valdez" neft tankerində, 1989-cu ildə Alyaska sahillərində baş vermiş qəza zamanı 4000 başdan ibarət olan böyük bir dəniz samuru populyasiyası zərər görmüşdür. İlk günlərdcə 1000 samur ölmüşdür. Yerdə qalanların xilası üçün könüllülər tərəfindən müxtəlif tədbirlər həyata keçirilməsinə (samurların neftdən təmizlənməsi, onlara vitaminlərin verilməsi) baxmayaraq dörd minlik populyasiyadan barmaqla sayılacaq sayda samur sağ qala bilmişdir. Bu qəzanın fəsadları hələ də bu region samurlarına öz mənfi təsirini göstərir.
39
Ətraf mühitin kirlənməsi və xəstəlik
redaktə
vikimətni redaktə et
Ətraf mühitin kirlənməsi, onların yayılma arealında insan fəaliyyətinin artması nəticəsində dəniz samurları birbaşa və ya dolayı yolla zərər görür. Belə ki, kirlənmə həm də onların qıda zəncirinə daxil olan canlılarında sayına təsir göstərir. Bir özəllik isə bu canlıların cütləşmə zamanı dişilərin burun nahiyyəsində meydana gələn yaralara çirli
dəniz suyundan
müxtəlif infeksiyaların düşməsidir. 1992–2002-ci illər ərzində dəniz samurlarının 40
% müxtəlif infeksiyalardan məhv olmuşdur. Dənizə axıdılan suların tərkibində pişiklərdə müşahidə parazitlər üstünlük təşkil edir.
Toxoplasma gondii
paraziti suya daxil olduqdan sonra dəniz samurlarına böyük ziyan vura bilir. Onlar dəniz samurları üçün ölümçül olurlar.
39
ABŞ sahillərində bir şimal dəniz samurunda H1N1 virusu aşkarlanmışdır.
59
Bu bir ilk hal olmuşdur.
Genetik müxtəliflik
redaktə
vikimətni redaktə et
Dəniz samurları arasında ölüm faktının artmasına səbəblərdən biri də populyasiyalarda genetik müxtəlifliyin kəskin azalmasıdır. Bu isə öz növbəsində XVIII–XIX əsrlərdə onların kütləvi ovlanmadan doğan nəticədir. Araşdırmaçılar bu qənayətə gəlmişlər ki, müasir samurların
genlərində
Allellərin
sayı bir neçədir, halbuki 300 il bundan öncə bu say onlarla idi.
39
60
Populyasiyalarda genetik müxtəlifliyin azalması öz növbəsində bir çox neqativ faktorlara gətirib çıxarır və
immuniteti
zəiflədir.
Alimlər müəyyən etmişlər ki, dəniz samurlarının bir çox populyasiyası kütləvi şəkildə ovlandığı ərazilərdə bir neçə samurun sayəsində bərpa olunmuşdur. Buna misal kimi Kaliforniya dəniz samurlarını göstərmək olar. Belə ki, artıq XIX əsrdə nəsli tükənmiş hesab edilən bu canlılar 1938-ci ildə gözlənilməz halda
Kaliforniyada
görünməyə başlamışlar.
61
Alimlər belə düşünürlər ki, XX əsrin əvvəllərində cəmi 2000 başdan az samur həyatını sürdürə bilmişdir.
Digər problemlər
redaktə
vikimətni redaktə et
Buna bənzər bir tədbirlər nəticə versə də, dəniz samurlarının kütləvi ovu həyata keçirilən (əsasən XX əsrin 70-ci və 80-ci illərində) tarixi ərazilərə onların qaytarılması bir çox hallarda heyvanların kütləvi məhvinə səbəb olmuşdur. Görünür ekoloqlar heyvanların köçürülməsi şərtləri və yeni ərazilərə alışqanlılıq imkanlarını düzgün dəyərləndirməmişlər.
Dəniz samurları həm də ABŞ tərəfindən
Alyaskada
Amçitka adasında
Aleut adaları
) keçirilən Nüvə sınaqlarından böyük zərərgörmüşlər. Sınaqlar XX əsrin 70-ci illərində
51°21′
şm.
e. 178°37′
ş.
u.
və
51°39′
şm.
e. 179°29′
ş.
u.
koordinatlarına həyata keçirilmişdir. Hər nüvə sınağından sonra heyvanlar arasında itki artmışdır. Nüvə sınaqları zamanı dəniz samurlarında əsasən
ağciyər
ürək
beyin
zərər çəkirdi.
Sayları
redaktə
vikimətni redaktə et
Bu canlılarəın yerli əhalinin təxminlərini tərtib etmək çətindir, çünki istifadə olunan metodlar elmi qruplara görə fərqlidir və müşahidə illərinin eyni deyil. Bununla belə 2007-ci ildəki təxmini hesablamalara görə bu heyvanların ümumi sayı 100,000 ilə 150,000 heyvan arasında qiymətləndirilir.
REGİON
DƏNİZ SAMURLARININ SAYI
İL
MƏNBƏ
ABŞ
Kaliforniya
2 026
2007
USGS, 2007
62
ABŞ —
Vaşinqton ştatı
814
2005
Jameson et Jeffries, 2005
63
Kanada
Britaniya Kolumbiyası
3 185
2001, 2004
Nichol et al., 2005
ABŞ –
Alyaska
10 563
2000, 2002, 2003, 2005
Compilation USFW, 2008
64
ABŞ –
Alyaskanın
cənubu
15 090
2000, 2002, 2003
Compilation USFW, 2008
65
ABŞ –
Aleut adaları
47 676
2000, 2001, 2002, 2004
Compilation USFW, 2008
66
; Doroff et al., 2003
67
Rusiya
Komandor adaları
5 546
2002
A. Burdin
68
Russiya –
Kamçatka
yarımadası və
Kuril adaları
16 910
1997
Gorbics et al., 2000
69
Yaponiya
Nosappu burnu
1997
Gorbics et al., 2000
69
Cəm
101 811
1996–2007
Dəniz samuru mədəniyyətdə
redaktə
vikimətni redaktə et
Kamçadallar
Aleutlar
və
Aynuların
dəniz samurları ilə eyni ərazidə yaşayan qəbilələrinin mədəniyyəti və
folklorunda
onların müəyyən yeri vardır. Belə ki onların folklorunda adədən insana aid xüsusiyyətlər dəniz samurlarında təcəssüm etdirilir. Məsələn: aleutların folklorunda iki sevgilidən bəhs edən əfsanadə onların dənizə atılması və dəniz samuruna çevrilməsi qeyd edilir. Hətta keçmişdə bu canlıların Şimal xalqlarının inanc sisteminə daxil olması belə məlumdur.
70
Alimlərin fikrin görə dəniz samurlarında olan bəzi özünəməxsusluq vardır ki, onları bir qədər insanlara bənzədır.
31
Bu canlıları araşdıran bir çox alimlər bu canlıların təsvirində sistematik olaraq
Antropomorfizm
terminologiyasından istifadə etmişlər.
Məsələn, samurlar "fleqmatikdirlər", "qolları ilə sinəsini yığırlar", "həzin civildəmək", "qaşınırlar" və s. Bu məsələdə böyük rolu dəniz samurlarının ilk əvvəllər insanlara qarşı xoşniyyətli olması oynayır.
Şimal xalqlarına aid qəbilələrin dəniz samurlarının təsviri ilə bağlı misallar.
Solda
Aleutlara
aid balası ilə birlikdə təsvir edilən ana dəniz samuruna bənzər totem.
Yuxarıda
— aleut ovçularının dəniz samurlarını ovlama səhnəsi. Foto qədim şəklin təsviridir. Aleutlar dəniz samurlarının təsvirlərində magik xüsusiyyətlər görürdülər. Hər iki ekponat
Rusiya Elmlər Akademiyasının Böyük Pyotr adına antropologiya və etnoqrafiya muzeyində
71
saxlanılır.
Dəniz samurlarının kütəlivi ovu zamanı (XVIII–XIX əsrlərdə) insan mədəniyyətinə bu heyvanın dərisindən hazırlanan xəzlər daxil idi. Məsələn:
II Yekaterinanın
məşhur çiyinliyi dəniz samuru dərisindən hazırlanmışdır.
Aleksandr Puşkin
Yevgeni Onegin
poemasındakı "
Onun qunduz yaxalığını şaxtalı gümüşü toz örtmüşdü
39
ifadəsində böyük ehtimalla dəniz samurunun dərisinə eyham vurur. XX əsrin ortalarında xüsusən qərb mədəniyyətində dəniz samurları çoxsaylı uşaq ədəbiyyatında əsas qəhrəmana çevrilmişdir.
İstinadlar
redaktə
vikimətni redaktə et
Bu məqalədəki istinadlar müvafiq
istinad şablonları
ilə göstərilməlidir.
Integrated Taxonomic Information System
(ing.)
1996.
Mammal Species of the World
(ing.)
: A Taxonomic and Geographic Reference.
D.
E.
Wilson
D.
Reeder
Baltimore
JHU Press
, 2005. 35, 2142
p.
ISBN 978-0-8018-8221-0
Hall K., Schaller G.
Tool-using behaviour of the Californian sea otter // Journal of Mammalogy, № 45, 1964
"U.S. Department of the Interior"
(PDF)
10 may 2009 tarixində
orijinalından
(PDF)
arxivləşdirilib
İstifadə tarixi:
25 noyabr
2016
10
11
Georg Wilhelm Steller
De Bestiis Marinis, 1751
Elektron variant
Arxivləşdirilib
2007-03-14 at the
Wayback Machine
(ing.)
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
Барабаш-Никифоров Н. И.
Калан (
Enhydra lutris
L.) его биология и вопросы хозяйства // "Калан", Издательство Главного управления по заповедникам при Совете Министров РСФСР, Москва, 1947
Erxleben, Johann Christian Polycarp
Systema regni animalis per classes, ordines, genera, species, varietates: cvm synonymia et historia animalivm: Classis I. Mammalia, Impensis Weygandianis, Leipzig, 1777
Linné C.
Systema naturae, ed. X, Stockholm, 1758
Elektron variant
Peter Simon Pallas
Zoographia rosso-asiatica, sistens omnium animalium in extenso Imperio rossico, et adjacentibus maribus observatorum recensionem, domicilia, mores et descriptiones, anatomen atque icones plurimorum; Petropoli, in officina Caes. academiae scientiarum impress., 1811–1831.
John Fleming
. The philosophy of zoology; A general view of the structure, functions, and classification of animals. A. Constable, Edinburgh, 1822.
Beddard F. E.
Mammalia, Macmillan and co., London — New York, 1902
Pohle H.
Die Unterfamilie der Lutrinae, Archiv fr Naturgeschichte, Bd. 85, 1919
Oken, Lorenz
Lehrbuch der Naturgeschichte. Zoologie. August Schmid und Comp., Jena, Germany, 1916
Constantin W. L. Gloger
Bemerkungen über ein paar Schlesische Säugthierarten // Nova Acta Academiae Caesareae Leopoldino Carolinae Germanicae Naturae curiosorum, 1827
Stejneger, Leonhard
The fur seals and fur-seal islands of the North Pacific ocean, Govt. Printing Office, Washington, 1898–99
Elektron variant (eng.)
Lesson, R. P.
Manuel de Mammalogie, Roret, Paris, 1827
Lichtenstein, Hinrich
Darstellung neuer oder wenig bekannter Säugethiere in Abbildungen und Beschreibungen von fünf und sechzig Arten auf fünfzig colorirten Steindrucktafeln nach den Originalen des Zoologischen, Museums der Universität zu Berlin, Berlin, 1827–1834
Peter Morrison, Mario Rosenmann, James A. Estes Metabolism and Thermoregulation in the Sea Otter // Physiological Zoology. — Chicago: The University of Chicago Press, 1974. — Вып. 47. — № 4. — С. 218–229.
James A. Estes Enhydra lutris // Mammalian Species. — American Society of Mammalogists, 1980. — Вып. 133. — С. 1–8.
Radinsky L. B.
Evolution of somatic sensory specialization in otter brains // The Journal of Comparative Neurology, vol. 134, Issue 4, 2004
van Zyll de Jong
A phylogenetic study of the Lutrinae (Carnivora; Mustelidae) using morphological data. Canadian Journal of Zoology, № 65, 1987
Wilson, Don E.; Bogan, M. A.; və b.
"Geographic Variation in Sea Otters, Enhydra lutris"
. Journal of Mammalogy. 72 (1). fevral 1991: 22–36.
doi
10.2307/1381977
ISSN
0022-2372
JSTOR
1381977
Merriam, C. H.
A new sea otter from southern California // Proceedings of the Biological Society of Washington № 17, 1904
Фишер Д., Саймон Н., Винсент Д. Красная книга. Дикая природа в опасности / пер. с англ., под ред. А. Г. Банникова. — М.: Прогресс, 1976. — С. 103–105. — 478 с.
Sea otter researcher Karl W. Kenyon, after whom the subspecies is named, was never convinced that
E. l. kenyoni
was a distinct subspecies.
"Soundings: The Newsletter of the Monterey Bay Chapter of ACS"
(PDF)
. American Cetacean Society Monterey Bay Chapter. iyun 2007.
5 sentyabr 2009 tarixində
orijinalından
(PDF)
arxivləşdirilib
İstifadə tarixi:
22 yanvar
2008
Wilson, D. E., M. A. Bogan, R. L. Brownell, Jr., A. M. Burdin, and M. K. Maminov
Geographic variation in sea otters,
Enhydra lutris
. //Journal of Mammalogy, № 72, 1991
Лех С.
Некоторые наблюдения о морском бобре, водящемся у о. Медного Командорских островов // Записки Общество изучения Амурского края, Х, 1907
"Enhydra Lutis"
. Animal Diversity Web. University of Michigan Museum of Zoology.
18 avqust 2011 tarixində
orijinalından
arxivləşdirilib
İstifadə tarixi:
24 noyabr
2007
Кусто Ж. И., Паккале И.
Лососи, бобры, каланы, Гидрометеоиздат, Ленинград, 1983
The Oxford English dictionary. 2nd edition, Oxford University Press, New York, 1989
ISBN 0-19-861186-2
10
11
12
13
14
15
16
17
18
19
Барабаш-Никифоров И. И., Мараков С. В., Николаев А. М.
Калан (морская выдра), Издательство "Наука", Ленинград, 1968
"Sea Otter, Enhydra lutris at MarineBio.org"
18 avqust 2011 tarixində
arxivləşdirilib
İstifadə tarixi:
23 noyabr
2007
Нгуен Ню Хиен
Биолого-морфологический анализ особенностей черепа хищных млекопитающих семейства куньих. Автореферат кандидатской диссертации, Москва, 1964
Dəniz samurunun xəzi
"YARADILIŞ MÖCÜZƏSİ, Dəniz samurunun xəzi"
8 iyul 2023 tarixində
arxivləşdirilib
İstifadə tarixi:
8 fevral
2018
"Suda yaşayıb islanmayan bir canlı: Dəniz samuru"
22 yanvar 2017 tarixində
orijinalından
arxivləşdirilib
İstifadə tarixi:
8 fevral
2018
Snow H. I.
In forbidden seas; recollection of Sea-Otter Hunting in the Kurils. London, 1910
Степан Петрович Крашенинников
Описание земли Камчатки, Санкт-Петербург, 1786
Марголина А.
Куда исчезают каланы?
Arxivləşdirilib
2007-12-28 at the
Wayback Machine
// Наука и жизнь, № 8, 2007
"Sea Otter, Enhydra lutris at Defenders of Wildlife"
18 avqust 2011 tarixində
arxivləşdirilib
İstifadə tarixi:
1 dekabr
2007
"Sea Otter"
. Defenders of Wildlife.
18 avqust 2011 tarixində
arxivləşdirilib
İstifadə tarixi:
23 noyabr
2007
Решеткин В. В. Шидловская Н. Н.
Акклиматизация морской выдры или калана // "Калан", Издательство Главного управления по заповедникам при Совете Министров РСФСР, Москва, 1947
Шидловская Н. Н.
Инструкция по кормлению самца калана и уходу за ним // "Калан", Издательство Главного управления по заповедникам при Совете Министров РСФСР, Москва, 1947
Basketbol oynayan dəniz samuru izlənmə rekordu qırdı — VİDEO
ölü keçid
"Bu heyvanlar çox romantikdir – İNANILMAZ FAKTLAR"
14 dekabr 2017 tarixində
orijinalından
arxivləşdirilib
İstifadə tarixi:
7 fevral
2018
Гептнер В. Г., Наумов Н. П., Юргенсон П. Б., Слудский А. А., Чиркова А. Ф., Банников А. Г.
Млекопитающие Советского Союза. В 3 т. Т.2, Ч.1. Морские коровы и хищные. М.: Высшая школа, 1967, С.901.
Кусто Ж. И., Паккале И.
Лососи, бобры, каланы. — Л.: Гидрометеоиздат, 1983, С.216.
R. Smolker, A. Richards, R. Connor, J. Mann, P. Berggren Sponge carrying by dolphins (Delphinidae, Tursiops sp.): A foraging specialization involving tool use? // Ethology. — Berlin, Hamburg, 1997. — Вып. 103. — № 6. — С. 454–465.
"Vancouver Aquarium's oldest sea otter, Nyac, passes"
20 noyabr 2008 tarixində
orijinalından
arxivləşdirilib
İstifadə tarixi:
7 fevral
2018
"Arxivlənmiş surət"
3 fevral 2017 tarixində
arxivləşdirilib
İstifadə tarixi:
7 fevral
2018
"The Other Side of Otters
: Discovery News"
28 aprel 2013 tarixində
arxivləşdirilib
İstifadə tarixi:
23 aprel
2013
Савелий Лаврентьевич Ваксель
Вторая Камчатская экспедиция Витуса Беринга, Издательство «Главсевморпуть», Москва, 1940
"Aquatic Species at Risk - Species Profile - Sea Otter"
. Fisheries and Oceans Canada.
30 sentyabr 2004 tarixində
arxivləşdirilib
İstifadə tarixi:
29 noyabr
2007
Корнев С. И., Бурканов В. Н., Бедных А. М.
Хищничество бурых медведей на лежбищах каланов // Тезисы докладов IX Всесоюзного совещания по изучению, охране и рациональному использованию морских млекопитающих. Архангельск, 1986
Корнев С. И.
Хищничество бурых медведей на лежбищах каланов // Современное состояние, перспективы изучения, охраны и хозяйственного использования популяции калана Камчатской области. Материалы I зонального совещания, Петропавловск-Камчатский, 1987
Тихменев П.
Исторический обзор Российско-Американской компании и действия её до настоящего времени, Санкт-Петербург, 1861–1863
Brass E.
Aus dem Reiche der Pelze, Bd III, Berlin, 1911
Riedman, M.L. and James A. Estes.
"The sea otter (Enhydra lutris): behavior, ecology, and natural history"
. U.S. Fish and Wildlife Service Biological Report. Washington, D.C. 1990. 126.
22 iyul 2011 tarixində
arxivləşdirilib
İstifadə tarixi:
27 sentyabr
2010
Rogall, Gail Moede.
"Sea Otters Can Get the Flu, Too"
. U.S. Department of the Interior, U.S. Geological Survey. 8 aprel 2014.
13 aprel 2014 tarixində
arxivləşdirilib
İstifadə tarixi:
11 aprel
2014
Long J. A., Larson S. E., Wasser S. K.
Safeguarding Diversity: Challenges in Developing a Genome Resource Bank for the California Sea Otter // Endangered Species Updated, Vol. 13, No 12, 1996
Elektron variant (eng.)
Arxivləşdirilib
2008-01-02 at the
Wayback Machine
Fischer E. M.
Habits of the southern sea otter // Journal of Mammalogy v. 20, 1939
USGS 2007.
Spring 2007 California Sea Otter Surveys
United States Geological Survey
. Site Web
Arxivləşdirilib
2016-03-03 at the
Wayback Machine
. (consulté en octobre 2007).
R. J. Jameson et S. Jeffries, 2005,
Results of the 2005 survey of the reintroduced sea otter population in Washington State
, Rapport non publié, 6 pages, cité par le "
Programme de rétablissement de la loutre de mer (Enhydra lutris) au Canada
" de 2007.
United States Fish and Wildlife Service
, 2008,
Stock Assessment Report: Sea otters (Enhydra lutris): Southeast Alaska stock
, 5 pages, Site web
(consulté en avril 2008).
United States Fish and Wildlife Service
, 2008,
Stock Assessment Report: Sea otters (Enhydra lutris): Southcentral Alaska stock
, 5 pages, site web
(consulté en avril 2008).
United States Fish and Wildlife Service
, 2008,
Stock Assessment Report: Sea otters (Enhydra lutris): Southwest Alaska stock
, 6 pages, site web
(consulté en avril 2008).
Sea otter population declines in the Aleutian archipelago
", A. M. Doroff, J. A. Estes, M. T. Tinker, D. M. Burn et T. J. Evans,
Journal of Mammalogy
, 2003, N°84, pages 55–64.
A. Burdin, communication personnelle, 2003, cité par le "
Programme de rétablissement de la loutre de mer (Enhydra lutris) au Canada
" de 2007.
Sea otter conservation
, rapport du sixième atelier conjoint États-Unis – Russie sur la loutre de mer, par C. S. Gorbics, G. R. VanBlaricom, B. E. Ballachey, N. J. Thomas et M. M. Staedler, novembre 1997, publié en 2000, Forks, Washington, 61 pages.
Murie O.
Notes on the sea otter // Journal of Mammalogy, vol. 21, № 2, 1940
Ляпунова Р. Г.
Музейные материалы по алеутам. // Сборник Музея антропологии и этнографии АН СССР, том XXI, 1963
Ədəbiyyat
redaktə
vikimətni redaktə et
Heptner, V. G.; Sludskii, A. A.
Mammals of the Soviet Union. Vol. II, part 1b, Carnivores (Mustelidae and Procyonidae)
. Washington, D.C.
: Smithsonian Institution Libraries and National Science Foundation. 2002.
ISBN
90-04-08876-8
Kenyon, Karl W.
The Sea Otter in the Eastern Pacific Ocean
. Washington, D.C.: U.S. Bureau of Sport Fisheries and Wildlife. 1969.
ISBN
0-486-21346-3
Love, John A.
Sea Otters
. Golden, Colorado: Fulcrum Publishing. 1992.
ISBN
1-55591-123-4
OCLC
25747993
Nickerson, Roy.
Sea Otters, a Natural History and Guide
. San Francisco, CA: Chronicle Books. 1989.
ISBN
0-87701-567-8
OCLC
18414247
Silverstein, Alvin; Silverstein, Virginia and Robert.
The Sea Otter
. Brookfield, Connecticut: The Millbrook Press, Inc. 1995.
ISBN
1-56294-418-5
OCLC
30436543
Middleton, John.
Maritime Activities And Their Perception Today. California Academy of Science's Member Newsletter October/November 2001. San Francisco,California: California Academy of Science. 2001.
ISSN
1531-2224
Farris, Glenn.
Mains'l Haul, a Journal of Pacific Maritime History, Vol 43. San Diego, California: Maritime Museum of San Diego. 2007.
ISSN
1540-3386
Mathes, Michael.
The Russian-Mexican Frontier
. Jenner, California: Fort Ross Interpretive Association, Inc. 2008.
ISBN
978-1-60643-951-7
VanBlaricom, Glenn R.
Sea Otters
. Stillwater, MN: Voyageur Press Inc. 2001.
ISBN
0-89658-562-X
OCLC
46393741
Жизнь животных. Том 6. Млекопитающие или звери. Под редакцией С. П. Наумова и А. П. Кузякина. — М.: "Просвещение", 1971.
Барабаш-Никифоров И. И.
Калан (
Enhydra lutris L.
), его биология и вопросы хозяйства // Калан. — М.: Изд-во Главного управления по заповедникам при Совмине РСФСР, 1947.
Барабаш-Никифоров И. И.
Мараков С. В.
Николаев А. М.
Калан (морская выдра). — Л.: "Наука", 1968.
Кусто Ж. И.
Паккале И.
Лососи, бобры, каланы. — Л.: Гидрометеоиздат, 1983.
Дёжкин В. В.
Мараков С. В.
Каланы возвращаются на берег. — М.: "Мысль", 1968.
Mənbə
redaktə
vikimətni redaktə et
Live HD Web Cam of Sea Otters in the wild.
The Otter Project
– Nonprofit organization
Friends of the Sea Otter
— Nonprofit organization
Otter 501
– Sənədli film
Field notes by Georg Wilhelm Steller, 1742
(PDF)
Live sea otter webcam – Monterey Bay Aquarium
Live sea otter webcam – Vancouver Aquarium
Otters holding hands
– The popular YouTube video
Precipice of Survival: The Southern Sea Otter
Arxivləşdirilib
2008-04-22 at the
Wayback Machine
(video)
Smithsonian Institution – North American Mammals: Enhydra lutris
Позвоночные животные России: Калан
Arxivləşdirilib
2018-07-21 at the
Wayback Machine
Dəniz samurlarının təsviri Ferret. Ru saytında
Arxivləşdirilib
2017-11-09 at the
Wayback Machine
Həmçinin bax
redaktə
vikimətni redaktə et
Takson
eyniləşdirmələri
Enhydra lutris
Wikidata
Q41407
Wikispecies
Enhydra lutris
ADW
Enhydra_lutris
BOLD
103566
EoL
46559130
EUNIS
17297
Fossilworks
46078
GBIF
2433670
iNaturalist
41860
IRMNG
10198728
ITIS
180547
IUCN
7750
MSW
14001090
NCBI
34882
SeaLifeBase
69195
Species+
7275
TSA
6496
WoRMS
242598
Mustela lutris
Wikidata
Q109646717
GBIF
5218825
ITIS
203540
ZooBank
A43A7CBC-9760-4208-881E-1D38E1273DFF
Mənbə — "
Kateqoriyalar
Vikipediya:Əlifba sırasına görə seçilmiş məqalələr
Enhydra
Yaponiya məməliləri
Kanada məməliləri
1758-ci ildə təsvir edilən məməlilər
Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər
Asiya faunası
Şərqi Asiya faunası
Dəniz məməliləri
Haloarktik fauna
Gizli kateqoriyalar:
ISBN sehrli keçidlərinin istifadə olunduğu səhifələr
Vikipediya:Kartoçkasında yanlış aləm göstərilən biologiya məqalələri
Vikipediya:Vikidatada mənbələri olan məqalələr
Vikinövlərə istinadı olmayan məqalələr
Takson şablonu istifadə olunan məqalələr
Vikipediya:İstinadları istinad şablonları ilə göstərilməli məqalələr
Taxonbars with automatically added original combinations
Kartographer uzantısından istifadə edən səhifələr
Dəniz samuru
Mövzu əlavə et
US