İlahiyyat — Vikipediya
Məzmuna keç
Vikipediya, azad ensiklopediya
Teologiya
yun.
θεος
, theos, "Tanrı", +
yun.
λογος
, logos, "bilim") — hər hansı bir
dinin
, xüsusi mənada isə
xristianlığın
təliminin sistemləşdirilməsi. Bu sahə ilə məşğul olan insanlar
teoloq
adlanır.
Ümumi məlumat
redaktə
vikimətni redaktə et
Bir qayda olaraq
Bibliyaya
, ümumdünya
kilsə məclislərinin
qərarlarına və (
protestantlardan
başqa) "kilsə atalarının" təlimlərinə ("
Müqəddəs Yazıya" və "Müqəddəs Ənənəyə
") əsaslanan xristian teologiyasının tarixi nisbətən yenidir. XVIII əsrə qədər ilahiyyatçılar adətən
Bibliya
mətninin tarixi, ədəbi kontekstinə əhəmiyyət vermədən sitat gətirərək təlim vermişlər.
Bibliya teologiyası müstəqil bir elm olaraq XVIII əsrdə protestant kilsəsində meydana gəldi. Protestantlar, ümumiyyətlə, Müqəddəs Ənənənin avtoritetini qəbul etmədikləri və yalnız Bibliyanı vəhy saydıqlarına görə, sistematik teologiyanı yaradan protestantların başlıca üsulu "Bibliyanı Bibliya vasitəsilə şərh etmək" qaydasından ibarət idi. Müqəddəs Ənənəyə böyük əhəmiyyət verən pravoslav və katolik teoloqları əvvəllər protestantlığın təsirindən ehtiyatlanaraq belə teologiyaya bir qədər şübhə ilə yanaşmışlar. Lakin sonra elmi üsullara əsaslanan teologiyanın təkcə protestant deyil, pravoslav və katolik təliminə də tətbiq edilməsinin mümkünlüyünü və zərurətini görmüşdürlər.
Xristianlıq teologiyası
redaktə
vikimətni redaktə et
Xristianlığın əsas ehkamlarında eyni mövqeyi tutan
pravoslav
katolik
və
protestant
kilsələri bir çox detallarda fərqli təlimlərə etiqad edirlər, buna görə də bir məzhəbin içində belə sistematik teologiyanın bir neçə variantı ola bilər. Protestant müəlliflərin arasında P. Tillix
, U. Qrudəm
kimi müəlliflərin sistematik teologiya əsərləri xeyli yayılmış və başqa dillərə tərcümə olunmuşdur. Rus
baptist
ilahiyyatçısı M. V. İvanovun "Sistematik teologiyanın əsasları" əsərində baptist təlimləri öz əksini tapmışdır.
Pravoslav kilsəsində V. N. Losskiyin "Doqmatik teologiya" adında sanballı əsəri şöhrət qazanmışdır.
Teologiya bir çox sahələrdən ibarət olan mürəkkəb elmdir. Müxtəlif xristian məzhəblərində teologiyanın sahələrə, fənlərə bölünməsi fərqlidir, lakin ümumiyyətlə xristian teologiyasında aşağıdakı əsas sahələri qeyd etmək olar:
Allah
haqqında təlim olaraq "xüsusi teologiya" (o cümlədən
Üç Üqnum
, Allahın adları və sifətləri),
vəhy
, yaradılış, teodiseya (şərin mövcudluğunu izah edən elm),
Bibliya antropologiyası
, hamartiologiya (günah haqqında təlim),
xristologiya
(Məsihin şəxsiyyəti haqqında təlim), pnevmatologiya (Müqəddəs Ruh haqqında təlim), soteriologiya (xilas haqqında təlim), ekklesiologiya (kilsəni tədqiq edən elm), missiologiya, esxatologiya (dünyanın axırı haqqında təlim), sakramentologiya (
vəftiz
və
Rəbbin süfrəsi
kimi "sakramentlər" (müqəddəs mərasimlər) haqqında təlim), patrologiya (kilsə atalarını tədqiq edən elm), angelologiya və demonologiya (mələkləri və cinləri tədqiq edən elm).
Xristian teologiyası, dəyişməz təməl əqidələri sabit qaldığı halda, daim inkişaf edən və dəyişən bir hadisədir. Ehkamçı teologiya bütün dövrlərin mütəfəkkirləri tərəfindən tənqid edilmişdir. Bu səbəbdən xüsusilə son əsrlərdə teoloqların elmə və tənqidə daha çox açıq olmaları teologiyanı getdikcə ifrat ehkamçılıqdan uzaqlaşdırır, məzhəblər və dinlər arasında sağlam dialoqun artmasına zəmin yaradır.
İstinadlar
redaktə
vikimətni redaktə et
Paul Tillich.
Systematic Theology
. (3 volumes). Rus dilinə tərcümə bax:
Wayne Grudem (1995).
Systematic Theology
. Zondervan. (
ISBN 978-0-310-28670-7
). Rus dilinə tərcümə bax:
Arxivləşdirilib
2016-03-12 at the
Wayback Machine
Bax:
Arxivləşdirilib
2022-03-27 at the
Wayback Machine
Bax:
Arxivləşdirilib
2016-03-04 at the
Wayback Machine
Mənbə
redaktə
vikimətni redaktə et
Мень А. протоиерей "Библиологический словарь в 3-х т.". Москва: Фонд имени Александра Меня, 2002. "Богословие Библейское"
Din fəlsəfəsi
Din konsepsiyaları
Ağıllı dizayn
Dini inanc
Möcüzə
Ölümdən sonrakı həyat
Ruh
Şər problemi
Tanrı konsepsiyaları
Bəhailikdə Allah
Demiurq
Müqəddəs Ruh
Pandeizm
Tanrı
Tanrının varlığı
Daş paradoksu
Dini plüralizm
Xristoloji mübahisələr
Okkam ülgücü
Rasselin çaydanı
Şər
Teologiya
Akosmizm
Aqnostisizm
Animizm
Ateizm
Deizm
Demonologiya
Dharma
Ekzistensializm
Fideizm
Fundamentalizm
Henoteizm
Humanizm
İnklüzivizm
Kreasionizm
Qnostisizm
Mistisizm
Monizm
Monoteizm
Nyu-eyc
Pandeizm
Panenteizm
Panteizm
Politeizm
Şamanizm
Teizm
Transsendentalizm
Din filosofları
Qədim dövr
və
orta əsrlər
Akvinalı Foma
Anselm Kenterberili
Avqustin Avreli
Boesi
I Ceyms
Covanni Piko della Mirandolla
Efesli Heraklit
İbn Rüşd
İbn Sina
Maymonid
Şankara
Vilyam Okkam
Erkən müasir dövr
Benedikt Spinoza
Blez Paskal
Devid Yum
İmmanuel Kant
İohann Qottfrid Herder
Qotfrid Leybnits
Pol Anri Holbax
Rene Dekart
Rotterdamlı Erazm
1800–1850-ci illər
Georq Hegel
Karl Marks
Lüdviq Andreas Feyerbax
Sorn Kyerkeqor
Tomas Karleyl
Vilyam Vel
1880–1900-cu illər
Ernst Hekkel
Fridrix Nitsşe
Pavel Florenski
Vilyam Ceyms
1920–1950-ci illər
Antoni Flu
Bertran Rassel
Martin Buber
Martin Linqs
Mirça Eliadi
Rene Genon
Vilyam Alston
1970–2010-cu illər
Alvin Plantinqa
Əlaqəli
Din tarixi
Din
Elm və din
Verifikasiya prinsipi
Portal
Kateqoriya
Lüğətlər və ensiklopediyalar
Böyük katalan
Böyük katalan
Böyük norveç
Böyük rus
Kruqosvet
Laruss ensiklopediyası
Pravoslav
Britannica (11-ci)
Britannica (onlayn)
Brockhaus
Treccani
Universalis
İsveçrə tarixi
Normativ yoxlama
BNE
XX526172
BNF
11951726r
GND
4059758-1
LCCN
sh2001008984
LNB
000049095
Microsoft
27206212
NDL
00571020
NKC
ph116425
Mənbə — "
Kateqoriyalar
İlahiyyat
Teologiya
Yunan dilində sözlər və ifadələr
Xristianlıq
Dini fəlsəfə
Xristian terminologiyası
Gizli kateqoriya:
ISBN sehrli keçidlərinin istifadə olunduğu səhifələr
İlahiyyat
Mövzu əlavə et
US