Klassik Xalq Cebhesi Partiyası: İnsan Haqları
ƏSAS
KXCP
ELÇİBƏY
BAB
YAZARLAR
ƏLAQƏ
Aktual mövzular:
III Qurultay
Seçki 2015
İnsan Haqları
etiketine sahip kayıtlar gösteriliyor.
Tüm kayıtları göster
İnsan Haqları
etiketine sahip kayıtlar gösteriliyor.
Tüm kayıtları göster
01 Ağustos, 2015
KXCP III Qurultayının Sənədsiz evlər və onların qeydiyyat probleminə dair Bəyanatı
Sənədsiz evlər, onların qeydiyyatı məsələləri uzun müddətdir Azərbaycan cəmiyyətinin diqqət mərkəzində olan, rəsmi qurumların vaxtaşırı müraciət etdiyi, lakin həlli bu günə qədər mümkün olmayan problemlərdən biridir.
Rəsmi dövlət qurumlarının verdiyi məlumata görə təkcə Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sayı 500 min civarında göstərilir. Bu rəqəm yuvarlaq hesablama ilə 2 milyondan artıq ölkə vətəndaşının mənafeyinə toxunan və həll olunmadıqca ciddi fəsadlar törənməsinə, sosial və mlkiyyət sahəsində münaqişələrin yaranmasına səbəb olan problem kimi görünməkdədir. Müəyyən layihələrin həyata keçirilməsi zamanı bəzi yaşayış məntəqələrinin sökülməsi, əhalinin həmin ərazilərdən köçürülməsi, kompensasiyaların həcminin müəyyən edilməsində bu problem daha çox gündəmə gəlsə də sonradan Azərbaycan cəmiyyəti üçün aktual olan bu mövzu arxa plana keçirilir və bir növ unutdurulur. Çünki aparılan araşdırmalar göstərir və ölkədə sənədsiz evlərin mövcudluğu və problemin həllinin uzadılması bəzi qurumların, məsul şəxslərin, iş adamlarının manevr imkanlarını genişləndirməklə onların maraq dairəsindədir və korrupsiya mənbəyidir.
“Sənədsiz evlər” problemi ictimaiyyət tərəfindən müzakirə olunan, hələ sovet dönəmindən miras qalmış, ciddi sosial gərginlik mənbəyi, həmçinin uzun müddət həll olunmamış problemə çevrildiyindən, bəzi dövlət proqramlarının icraası zamanı kütləvi korrupsiya və büdcə mənimsəmələrinə şərait yaradacaq fəaliyyyət olduğundan, problemin çəkisini və əhəmiyyətini nəzərə alan KXCP aşağıdakıları təklif edir:
“Sənədsiz evlər” probleminin həlli zamanı insanların uzun illər boyu istifadəsində olduğu YAŞAYIŞ VƏ QEYRİ-yaşayış sahələri onların faktiki mülkiyyət hüququ kimi qeyd-şərtsiz tanınsın;
ölkə başçısının bu istiqamətdə müvafiq orqanlara müraciətləri, sərəncam və başqa hüquqi sənədlərinin icrasının monitorinqi aparılmalı, bu sahədə laqeydlik, ictimai maraqlara etinadsızlıq və ya birbaşa sabotaj etmək cəhdləri ciddi şəkildə araşdırılsın və qanunsuzluğa yol vermiş şəxslər cəzalandırılsın;
Problemin həlli üçün mərkəzi və yerli icra hakimiyyətləri qarşısında icraat üçün son müddət qoyulsun;
Problemin həlli təcrübəsində maraqlı rəsmi qurumların qeyri-səmimi və xırda özəl maraqlardan şıxış eməsini nəzərə alaraq geniş səlahiyyətli, cəmiyyətin müxtəlif sektorların nümayəndələrinin iştirakı ilə ictimai komissiya yaradılsın;
məsələnin büdcə və müxtəlif maliyyə vəsaitlərin silinməsi üçün cəlbedici olmaqla, geniş ictimai maraq kəsb etdiyindən yerli və mərkəzi icra strukturlarına, bələdiyyələrə, dövlət şəhərsalma və xəritəçəkmə orqanlarına, müvafiq ekspertlərin, media və QHT nümayəndələrinin iştirakı ilə evlərin, yaşayış və qeyri-yaşayış sahələrinin dəqiqi reyestrini hazırlayaraq geniş ictimaiyyətə təqdim etmək, bu məqsədlə müasir texnika və texnoloqiyalardan istifadə edərək müvafiq elektron xidmətlərin (sayt, qeydiyyat səhifələri) yaradılması, bütün şəffaflıq mexanizmlərindən istifadə olunması məqsədəuyğun sayılsın;
İstifadədə olan sənədsiz evlərin və qeyri- yaşayış sahələrinin sənədləşməsinin asanlaşdırmaq və bu sahədə korrupsiyanın qarşısını almaq üçün Dövlət Reyester Xidmətinin nəzdində “bir pəncərə sistemi” yaradılsın;
01 avqust 2015- ci il, Bakı şəhəri
tarix:
Cumartesi, Ağustos 01, 2015
Hiç yorum yok
Bunu E-postayla Gönder
BlogThis!
X'te paylaş
Facebook'ta Paylaş
Pinterest'te Paylaş
Labels:
III Qurultay
İnsan Haqları
Mülkiyyət
Qurultay
KXCP III Qurultayının İraq Türkmənləri ilə bağlı Qətnaməsi
5 min ildir ki, indiki İraq ərazisində yaşayan İraq Türkmənləri bizim eramızın X əsrindən başlayaraq Səlcuqlular, Atabəylər, Xarəzmşahlar, İlxanlılar, Cəlayirlilər, Teymurlular, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər və Osmanlılarla, Xorasan, Orta Asiya, Azərbaycan və Türkiyə Türkləri ilə bərabər yaşamışlar.
Devamı »
tarix:
Cumartesi, Ağustos 01, 2015
Hiç yorum yok
Bunu E-postayla Gönder
BlogThis!
X'te paylaş
Facebook'ta Paylaş
Pinterest'te Paylaş
Labels:
Demokratiya
III Qurultay
Iraq türkmənləri
İnsan Haqları
Kərkük
Kərkük türkmənləri
Partiya
Qətnamə
Qurultay
Klassik Xalq Cəhbəsi Partiyası III Qurultayının Azərbaycanda İnsan haqları ilə bağlı vəziyyətə dair qətnaməsi
Azərbaycanda insan haqları ilə bağlı vəziyyət son illər pisləşməkdə davam edib. Bəzi qanunvericilik aktlarına edilən muhafizakar dəyişikliklər bu sahədə olan vəziyyətin məhdudlaşdırılması və pisləşdirilməsi üçün baza rolunu oynayıb.
Devamı »
tarix:
Cumartesi, Ağustos 01, 2015
Hiç yorum yok
Bunu E-postayla Gönder
BlogThis!
X'te paylaş
Facebook'ta Paylaş
Pinterest'te Paylaş
Labels:
III Qurultay
İnsan Haqları
Mülkiyyət
Qətnamə
Qurultay
Seçki
Vətəndaş Cəmiyyəti
KXCP III Qurultayının Güney Azərbaycan Türkləri ilə bağlı Dünya İctimaiyyətinə müraciət
KXCP III Qurultayı - Dünya İctimaiyyətinə bildirir ki, 40 milyonluq Güney Azərbaycan Türkü:
Yaşadığı ərazilərdə öz milli sərvətinə sahib şıxmaq və bu sərvətdən özü yararlanmaq istəyir;
Hüquqlarını məhdudlaşdıranlara qarşı müqavimət göstərərək, onlara qarşı mübarizə aparır;
Öz ana dilində oxumaq, yazmaq istəyir;
Öz tarixini, öz ədəbiyyatını, öz musiqisini, öz mədəniyyətini öz dilində öyrənmək, öyrətmək, yaşatmaq, inkişaf etdirmək istəyir;
Din, vicdan, inanc və düşüncə azadlığı istəyir;
Siyasi təşkilat yaratmaq və sərbəst toplaşmaq azadlığı istəyir;
Öz-özünü idarə etmək və öz müqəddaratını özü təyin etmək istəyir;
Bütöv Azərbaycan Dövləti yaradıb vahid bir xalq kimi yaşamaq istəyir.
Bütün bunların demokratik tələblərə və BMT nizamnaməsinə tam uyğun olduğunu nəzərə alaraq KXCP III Qurultayı - Dünya İctimaiyyətini Güney Azərbaycan Türklərinin bu istəklərinin yerinə yetirilməsinə hər cür yardım göstərməsini xahiş edir.
01 avqust 2015-ci il, Bakı şəhəri
tarix:
Cumartesi, Ağustos 01, 2015
Hiç yorum yok
Bunu E-postayla Gönder
BlogThis!
X'te paylaş
Facebook'ta Paylaş
Pinterest'te Paylaş
Labels:
Güney Azərbaycan
III Qurultay
İnsan Haqları
Müraciət
Qurultay
KXCP III Qurultayının Güney Azərbaycan Türkləri ilə bağlı Qətnaməsi
Qacar Türklərinin hakimiyyətdən uzaqlaşdırılması ilə 90 ildir ki, fars şovinizmi “İran” adlandırdığı məmləlkətdə ermənilər xaric, fars olmayan xalqları və etnik qrupları “İran milləti” adı altında assimiliyasiyaya uğratmaqda, ənənəvi fars şovinizmini “Şiə məzhəbi” üzərində bina edərək digər xalqları bütün doğal haqlardan məhrum etməkdədir. Bunun üçün fars şovinistləri hakimiyyət rıçaqlarından maksimum istifadə edərək ölkənin yerli əhalisinin əsasını təşkil edən, min illərlə bu ərazidə yaşayan xalqları, o cümlədən də farsları idarə edərək heç bir milli ayrıseçkiliyə yol verməyən, dünya mədəniyyəti xəzinəsinə öz unikal töhvələrini bəxş edən Güney Azərbaycan Türklərini ən adi insan haqlarından belə məhrum edir, buna qarşı çıxanlara isə dünyada analoqu olmayan işgəncələr verirlər.
Devamı »
tarix:
Cumartesi, Ağustos 01, 2015
Hiç yorum yok
Bunu E-postayla Gönder
BlogThis!
X'te paylaş
Facebook'ta Paylaş
Pinterest'te Paylaş
Labels:
Güney Azərbaycan
III Qurultay
İnsan Haqları
Qətnamə
Qurultay
KXCP III Qurultayının Uyğur Türklərinin vəziyyəti ilə bağlı Qətnaməsi
Qədim Türk dünyasının təfəkkür və mədəniyyət qaynaqlarından olan Doğu Türküstanda min illərdir yaşayan və bu ərazidə onlarla dövlət quran Uyğur Türkləri artıq bir əsrdir ki, şovinist Çin hakimiyyəti tərəfindən repressiyaya uğradılmaqdadır.
1947-ci ildə əhalinin siyahıya alınmasına görə, Şərqi Türküstan (indiki Sincan – Uyğur Muxtar Vilayəti) əhalisinin 87 faizi Uyğur Türkü, yalnız 4 faizi çinli olduğu halda Çinin hakim dairələri mərhələ- mərhələ zorla bölgəyə çinli əhali köçürərək bölgənin etnik yapısını dəyişmiş, artıq çinli əhali ilə Uyğurların sayını demək olar ki, bərabərləşdirmişdir.
Devamı »
tarix:
Cumartesi, Ağustos 01, 2015
1 yorum
Bunu E-postayla Gönder
BlogThis!
X'te paylaş
Facebook'ta Paylaş
Pinterest'te Paylaş
Labels:
III Qurultay
İnsan Haqları
Qətnamə
Qurultay
Uyğur Türkləri
30 Eylül, 2014
KXCP Ali Məclisinin vətəndaş cəmiyyəti və insan haqlarının vəziyyəti ilə bağlı bəyanatı,
09 oktyabr 2013- cü il prezident seçkilərini total saxtalaşdıraraq hakimiyyəti yenidən qanunsuz zəbt etmiş Əliyev rejimi iqtidarını qorumaq üçün vətəndaş cəmiyyəti fəallarına qarşı total repressiyalar həyata keçirməkdədir. Son bir neçə ayda bu repressiyalar artan xətt üzrə davam edir.
Tanınmış hüquq müdafiəçiləri Leyla və Arif Yunuslar, İntiqam Əliyev, Rəsul Cəfərovun həbslərinin ardınca bir çox QTH-lərin bank hesabına həbs qoyulub. Aparılan təqib və təzyiqlər nəticəsində bəzi QHT rəhbərləri ölkəni tərk ediblər. Bir sıra təşkilatların qrant layihələri səbəbsiz yerə Ədliyyə nazirliyi tərəfindən qeydiyyata alınmır, əsassız süründürməçiliyə yol verilir.
Mediya əməkdaşlarının həbsləri günü-gündən artır. Bir neçə gün öncə jurnalist- Kanal 13 internet televiziyasının əməkdaşı, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Tovuz rayon şöbəsindən Ali Məclis üzvü Vüqar İsmayılov Nəqliyyat nazirliyinin əməkdaşlarının qondarma şikayəti ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Vüqar İsmayılov 2013- cü il seçkilərində Milli Şuranın namizədi Cəmil Həsənli ilə bağlı keçirilən imza kampaniyasında iştirak etdiyinə görə 7 sutka inzibati həbs cəzasına məruz qalmışdı.“Azadlıq” qəzetinin əməkdaşların Seymur Həzi qondarma cinayət işi ilə həbs edilib.
Təəssüf doğuran haldır ki, iqtidar rəqiblərinə qarşı sərgilədiyi qanunsuz mübarizəni qeyri-sivil və anti-bəşəri metodlarla aparır. KXCP sədrinin müavini Oqtay Gülalıyevin ötən il-prezident seçkiləri ərəfəsində-döyülərək ağır bıçaq xəsarətinə məruz qalan azyaşlı oğlu Əli Gülalıyev zərərçəkən olmasına baxmayaraq bir ildən sonra ona qarşı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsi tərəfindən AR CM-nin 221.1-ci maddəsi qaldırılan cinayət işi ilə bağlı artıq məhkəmə prosesi başlayıb.
Hakimiyyət ictimai siyasi fəallara qarşı təzyiqləri təkcə azadlıqda olan insanlara deyil, azadlığı məhdudlaşdırıımış, həbs etdiyi siyasi məhbuslara qarşı dəmir barmaqlılar arasında da davam etdirir. Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) 200-dən çox iş göndərmiş və hazırda 50-dən yuxarı şikayətlə bağlı iş üzrə iddiaçıların qanuni nümayəndəsi olan İntiqam Əliyevə adı çəkilən qurumla kommunikasiya qurmasına imkan verilmir. Onun saxlanma şəraitində, vəkilləri ilə sərbəst və konfidensial ünsiyyət saxlamağəna, özünün müdafiə taktikasının qurulmasında problemlər yaradılır.
Qanunsuz həbsdə olan tanınmış hüquq müdafiəçisi Leyla Yunusa qarşı hakimiyyətin işgəncələri və psixoloji təzyiqlər davam etdirir. Ona qarşı dəfələrlə cinayət törətmiş bəzi dustaqlar və həbsxana işçiləri vasitəsi ilə zorakılıq edilir, psixoloji təzyiqlər göstərilir, dərman və digər diabet xəstəsi üçün lazım olan yeməklərlə təmin olunmasına maneçilik yaradılır. Bu barədə həbsxana rəhbərliyinə şikayət edilsə də rəhbərlik təzyiq göstərənləri deyil, Leyla Yunusu cəzalandırır.
Daxili İşlər Nazirliyinə ünvanladığı rəsmi müraciətə görə Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev sözü gedən nazirliyin rəhbəri Ramil Usubov tərəfindən “Diffamasiya haqqında Qanun”-un tələblərinə zidd olaraq məhkəməyə verilib.
Baş verən hadisələr göstərir ki, hakimiyyət Anar Məmmədlinin timsalında QHT rəhbərlərini, “NİDA”-çıların simasında gəncləri, İntiqam Əliyev nümunəsində hüquq müdafiəçilərini, Leyla xanımın şəxsində qadınları, Eldəniz Quliyevə münasibətdə ziyalıları və beləliklə bütün cəmiyyəti susdurmaq üçün 1937-ci il repressiyalarını bərpa etməyə çalışır.
Azərbaycanda vətəndaş cəmiyyətinə olan represiyalarla bağlı Avropa Parlamenti kimi nüfuzlu təşkilatların qətiyyətli mövqeyi, hətta insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı sanksiyaların gündəliyə gətirilməsi, ABŞ prezidentinin Azərbaycanda QHT-lərin fəaliyyətini inanılmaz dərəcədə çətinləşdiyini vurğulaması vəziyyətin dözülməz hala gəldiyini göstərir. Bütün bunların Avropa Şurası Nazirlər Komitəsinə rəhbərlik edən bir ölkədə baş verməsi isə vəziyyətin nə qədər təhlükəli olduğudan xəbər verir.
Klassik Xalq Cəbhəsi Partiyası bir daha vətəndaş cəmiyyəti institutlarına, ictimai siyasi fəallara qarşı həyata keçirilən repressiyaları qətiyyətlə pisləyir, bu siyasətin dayandırılmasını və həbsdə olan bütün vicdan və siyasi məhbusların qeyd- şərtsiz azad olunmasını tələb edir.
tarix:
Salı, Eylül 30, 2014
Hiç yorum yok
Bunu E-postayla Gönder
BlogThis!
X'te paylaş
Facebook'ta Paylaş
Pinterest'te Paylaş
Labels:
Ali Məclis
Ali Məclisinin Bəyənatı
Bəyənat
İnsan Haqları
Önceki Kayıtlar
Ana Sayfa
Kaydol:
Yorumlar
Atom
ANASƏHİFƏ
KXCP
ELÇİBEY
BAB
ALİ MECLİS
İDARE HEYETİ
PARTİYA
Sədr
Ali Məclis
İdarə Heyəti
Sədr Aparatı
Rayon Şöbələri
M. Nəzarət Təftiş
Gənclər Komitəsi
Qadınlar Şurası
ELÇİBEY
Biografiya
Elçibey
Bütöv Azerbaycan
Ali Meclis
İdare Heyeti
Manşetler
III Qurultay
Dövlət Baxçalı ilə görüş
III Qurultay Qətnamələri
Azad və Şəffaf Seçki
Qarabağın işğalı
Güney Azərbaycan
Uyğur Türkləri
Güney Azərbaycan
İnsan haqları
İraq Türkmənləri
Suriya Türkmənləri
US