Kobalt — Vikipediya
Məzmuna keç
Vikipediya, azad ensiklopediya
27
dəmir
kobalt
nikel
Co
Rh
dövri cədvəl
Ümumi
Ad
İşarə
Nömrə
kobalt, Co, 27
Qrup
Dövr
Blok
9, 4, d
Xarici görünüşü
Atom kütləsi
58.933195 q/mol
Elektron formulu
[Ar] 4s
3d
Fiziki xassələr
Halı
Sıxlığı
(0 °C, 101,325 kPa)
q/L
Ərimə temperaturu
1495
(1768
, 2723
Qaynama temperaturu
2927
(3200
, 5301
Elektromənfiliyi
1,88
Oksidləşmə dərəcəsi
Spektr =
İonlaşma enerjisi
kCmol
-1
Kobalt
Co
), tarixi Azərbaycandilli mənbələrdə
Zırnıxdaşı
az.-əski
زرنخ داشى
adlanırdı – D.İ. Mendeleyevin
elementlərin dövri sistemində
27-ci element.
Adı
redaktə
vikimətni redaktə et
Kobalt
sözü almanca kobold (
damdabacaya
bənzər bir varlıq) sözündən gəlmişdir. Bu ad mədənçilər tərəfindən bəzi batil inanclara görə verilmişdir.
Azərbaycanca tarixi mənbələrdə isə bu kimyavi elementin adı
Zırnıxdaşı
az.-əski
زرنخ داشى
deyə keçir. Zırnıx əslində
Sıçanotu (Arsenic)
deməkdir və ərəbcə əl-Zərnix (الزرنيخ) sözündər gəlir; bunun səbəbi kobaltın ilkin filizləri tərkibində həmişə arsen (arsenik) olmasıdır, filizin əridilməsi arseni yüksək zəhərli və uçucu arsen oksidinə oksidləşdirir və filizin əhəngini artırır.
Tərkibi
redaktə
vikimətni redaktə et
Kobalt (Co) elementi B12 vitamininin tərkibinə daхildir. Dalaqda 3,5 mq%, qaraciyərdə 2,5 mq%, əzələ toхumasında 2,5 mq%, qanın tərkibində 60 mq%
kobalt vardır. Diabet, qanazlığı, qanın rakı və immunitet səviyyəsinin azalmasında (SPID-də) tərkibində (B12 vitamini) kobalt və
manqan
olan məhsullar yemək məsləhətdir. Kobalt və manqan saçın çoх erkən tökülməsinin qarşısını alır və onun vəziyyətini yaхşılaşdırır.
Kobalt qanın əmələ gəlməsi prosesini stimullaşdırır, nuklein turşularının sintezini artırır. Ona görə də hər gün kobaltla zəngin olan məhsullar yemək lazımdır. Həftədə ən azı bir dəfə qaraciyər və böyrək, hər gün turşudulmuş süd məhsulları (süd, kefir, asidofilin, yoğurt), 17-20 qram kərə yağı, soya yağı, yumurta (sarısı çiy, ağı bişmiş), cücərmiş buğda və
buğda kəpəyi
, qarabaşaq və qarğıdalı yarması yeyilməlidir. Bu məhsullar əsasən termiki emaldan keçirildikdən sonra yeyilir. Çalışmaq lazımdır ki, qida rasionunda təzə "canlı" meyvə-tərəvəz 3 dəfə onlardan çoх olsun. Kobaltla zəngin olan məhsulları tərkibində B12 vitamini və manqan olan məhsullarla birlikdə qəbul etmək daha yaхşıdır.
Bitkilər arasında kobaltın miqdarı ən çox olanlar yosunlardır: təxminən 0,00025% (kütlə ilə). Tərəvəz bitkilərindən kobalt ilə daha zən-gin olanlar sarımsaq, kartof, paxlalılar və dənli bitkilərdir. Əksər dərman bitkiləri, xüsusən itburnu, meşə gilası kobaltı toplayır. Kobaltın disbalan-sının korreksiyası üçün ən yaxşı mənbə itburnu növlərinin hamısıdır.
Kobalt bitkilərdə azotlu birləşmələrin və karbohidratların toplanmasına kömək edir, onların vegetativ orqanlardan generativ orqanlara axınını intensivləşdirir, nəfəsalmanın və fotosintezinin intensivliyini gücləndirir, xlorofillin əmələ gəlməsinə və onun sutkanın qaranlıq vaxtlarında tökülməsinin azalmasına kömək edir. Bitkilərdə suyun ümumi miqdarını artırır, xüsusən də quraqlıq vaxtı, kök yumrusu bakteriyalarının çoxalması və onların azotufiksasiyası üçün mütləq vacibdir. Bitkilərdə bu elementi ion formasında və B12 vitamininin tərkibində (4,5%-ə qədər) rast gəlir.
Bitkilər də heyvanlar kimi özləri B12 vitaminini sintez etmir. O, kökümeyvəli bitkilərin bakteroidləri tərəfindən istehsal olunur və metio-nın sintezində iştirak edir. Təbii şəraitlərdə kobalt çatışmazlığı səbəbindən bitkilərin böyüməsinin zəifləməsi praktiki olaraq müşahidə olunmur.
Bitkilərdə kobalt çatışmazlığı bu elementin otlaq heyvanları üçün vacibliyi ilə əlaqədar olaraq baxılır.
Yemlərdə kobalt çatışmazlığı onun miqdarının torpaqda 2,5mq/kq-dan az olduğu hallarda müşahidə edilir.
Otlaq heyvanlarının qidalanmsaı üçün kobaltın miqdarının kritik həddi 0,008-0,10mq/kq (quru kütlyə görə) həddindədir.
Kütləsi 70 kq olan insan bədənində 14mq-a yaxın kobalt olur. Günədlik tələbat 0,007-0,015mq-dır. Göyşəyən heyvanlarda bu tələbat çoxdur, məsələn, qoyunda 1mq, sağmal inəkdə isə 20mq-a qədər. Rasionda kobalt çatışmadıqda heyvanların məhsuldarlığı azalır,
maddələr mübadiləsi
və qanəmələgəlmə pozulur, göyşəyən heyvanlarda endemik xəstəliklər – akobaltozlar yaranır
Əvvəllər belə xəstəliklər müxtəliv ölkələrdə rast gəlirdi. Avstriyada və İsveçrədə naməlum xəstəliyi bataqlıq, kolluq, sahil boyu, digər ölkələrdə suxotka adlandırırdılar. Heyvanlar iştahı itirirdi və arıqlayırdı, onların yunları parıltılı olmurdu, selikli qişaları solğun olurdu, hemoqlobinin miqdarı kəskin azalırdı. Xəstəliktörədiciləri tapa bilmirdilər. Amma, onun yayılması tam epizootiya (eyni zamanda heyvanların kütləvi xəstələnməsi) təəssüratı yaradırdı. Əgər xəstəlik düşmüş rayona sağlam heyvanlar gətirilirdisə, onda bir-iki il sonra həmin heyvanlar da xəstələnirdi. Eyni zamanda “epidemiya” ərazisindən çıxarılan heyvanlar onlarla təmasda olan heyvanları yoluxdurmurdu və özləri də tezliklə sağalırdır. Bu vəziyyət xəstəliyin səbəbini qidada axtarmağa məcbur edirdi və çox böyük həcmli tədqiqatlar aparılaraq müəyyən edildi ki, səbəb orqanizmdə kobalt çatışmazlığıdır – akobaltoz. Heyvanların daxilinə kobalt duzları daxil etməklə onları müalicə etmək mümkün oldu. Bu duzlar heyvanların özlərinə yox, bağırsağın mikroflorası və çoxkameralı mədəyə lazımdır ki, onlar kobaltı mənimsəsinlər və B12 vitaminin sintezində istifadə etsinlər.
Kobaltın bioloji aktivliyi onun B12 vitaminin və onun koferment forması olan transkarboksilazanın qurulmasında iştirakı ilə əlaqədardır. O, bir sıra fermentlərin aktivlik göstərməsi üçün lazımdır,
zülal
, nuklein turşusu sintezinə, karbohidratların və piylərin mübadiləsinə, oksidləşmə - reduksiya reaksiyalarına təsir edir.
Kobalt – qanəmələgəlmənin və eritropoetinlərin güclü aktivatorudur, qalxanabənzər vəzin hormonlarının əmələ gəlməsində aktiv iştirak edir, böyrəklərin su ayırmasına kömək edir, dəmirin mənimsənilməsinə və hemoqlobin sintezinə kömək edir. Ümumiyyətcə, heyvanlarda və insanlarda qanəmələgətirmə prosessi üç bioelementin – kobalt, mis və dəmirin normal təsiri ilə mümkündür. Məlumdur ki, kobalt qırmızı sümük beyninə daxil edildikdə cavan qırmızı qan hüceyrələrinin – eritrositlərin və hemoqlobinin əmələgəlməsi artır.
Kifayət qədər kobalt istifadə olunmadıqda mərkəzi sinir sisteminin funksiyasının bəzi pozulmaları, qan azlığı, iştahın azalması baş verir.
Kobaltın orqanizmdə üzvi əlaqələnmiş formada – B12 vitamini çatışmazlığı formasında daha xarakterik özünü göstərməsi anemiyadır. Kobalt orqanizmə kifayət qədər daxil olmadıqda qadınlarda menstrual tsikl pozulur, onurğa beynində degenerativ dəyişiklik, əsəb, simptomları, dərinin giperpiqmentləşməsi müşahidə olunur. Kobalt çatışmalığı orqanizmin əldən düşməsinə (zəifləməsinə), qan xərçənginə və hətta ölümə səbəb ola bilər.
B12 vitamininin dərman forması siankobalamin təbiətdə rast gəlmir.
Təbabətdə şişlərin şüa ilə müalicəsi və medikamentlərin sterilləşməsi üçün süni radioaktiv və yarımparçalanma dövrü 5,27 il olan 60Co izotopu istifadə olunur. O, həmçinin buğda və tərəvəzdə həşəratları məhv etmək və qida məhsullarının konservləşdirilməsi üçün istifadə olunur. Digər radioaktiv izotoplar - 56Co (T42 – 77 sutka), 57Co (T1/2 – 270 sutka) və 58Co (T1/2 – 72 sutka) daha az təhlükəli izotoplar kimi heyvan-ların orqanizmində kobaltın paylanmasını tədqiq edərkən istifadə olunur.
İstinadlar
redaktə
vikimətni redaktə et
Sultan-Məcid Qənizadə, Lüğət rusi və türki, 1909, Bakı (s.139)
Sultan-Məcid Qənizadə, Lüğət rusi və türki, 1909, Bakı (s.139)
Dennis, W. H.
Cobalt
// Metallurgy: 1863–1963. AldineTransaction. 2010. 254–256.
ISBN
978-0-202-36361-5
V.M Abbasov, A.M. Tağıyeva, Z.Ə. Həsənov, Ş.V. Salmanzadə. "Kimya və həyat", Bakı 2011, səh.232
Musayev N.Х. "Ərzaq malları əmtəəşünaslığının nəzəri əsasları". Dərslik. Bakı, "Çaşıoğlu" nəşriyyatı, 2003 – 368 səh.
Xarici keçidlər
redaktə
vikimətni redaktə et
Lüğətlər və ensiklopediyalar
Böyük norveç
Kanada
Britannica (9-cu)
Britannica (11-ci)
Britannica (onlayn)
Brockhaus
Treccani
Universalis
Normativ yoxlama
BNF
119794179
GND
4070047-1
LCCN
sh85027513
LNB
000216325
Microsoft
515602321
NDL
00566072
NKC
ph543047
Həmçinin bax
redaktə
vikimətni redaktə et
Kimyəvi elementlərin dövri cədvəli
Qrup
10
11
12
13
14
15
16
17
18
Dövr
He
Li
Be
10
Ne
11
Na
12
Mg
13
Al
14
Si
15
16
17
Cl
18
Ar
19
20
Ca
21
Sc
22
Ti
23
24
Cr
25
Mn
26
Fe
27
Co
28
Ni
29
Cu
30
Zn
31
Ga
32
Ge
33
As
34
Se
35
Br
36
Kr
37
Rb
38
Sr
39
40
Zr
41
Nb
42
Mo
43
Tc
44
Ru
45
Rh
46
Pd
47
Ag
48
Cd
49
In
50
Sn
51
Sb
52
Te
53
54
Xe
55
Cs
56
Ba
57
La
72
Hf
73
Ta
74
75
Re
76
Os
77
Ir
78
Pt
79
Au
80
Hg
81
Tl
82
Pb
83
Bi
84
Po
85
At
86
Rn
87
Fr
88
Ra
89
Ac
104
Rf
105
Db
106
Sg
107
Bh
108
Hs
109
Mt
110
Ds
111
Rg
112
Cn
113
Nh
114
Fl
115
Mc
116
Lv
117
Ts
118
Og
58
Ce
59
Pr
60
Nd
61
Pm
62
Sm
63
Eu
64
Gd
65
Tb
66
Dy
67
Ho
68
Er
69
Tm
70
Yb
71
Lu
90
Th
91
Pa
92
93
Np
94
Pu
95
Am
96
Cm
97
Bk
98
Cf
99
Es
100
Fm
101
Md
102
No
103
Lr
Açar
Metallar
Metalloidlər
Qeyri-metallar
Təsirsiz qazlar
Lantanoidlər

Aktinoidlər
Mənbə — "
Kateqoriya
Kobalt
Kobalt
Mövzu əlavə et