Linux — Vikipediya
Məzmuna keç
Vikipediya, azad ensiklopediya
GNU/Linux
səhifəsindən istiqamətləndirilmişdir)
Linux
Tux
— Linux-un simvolik pinqvini
Yaradıcı
Linux cəmiyyəti
Yazılma dili
ƏS ailəsi
Unix-bənzəri
Bazası
Linux nüvəsi
Buraxılış tarixi
1991
Son versiya
3.18.4 — 27 Yanvar 2015
Dəstəklənən platformalar
Alpha, ARC, ARM, AVR32, Blackfin, C6x, ETRAX CRIS, FR-V, H8/300, Hexagon, Itanium, M32R, m68k, META, Microblaze, MIPS, MN103, OpenRISC, PA-RISC, PowerPC, s390, S+core, SuperH, SPARC, TILE64, Unicore32,
x86
, Xtensa
İnterfeys
Monolit
Linux nüvəsi
Lisenziya
GNU GPL və bir çox açıq kodlu lisenziyalar. Linux əmtəə nişanı
Linus Torvaldsa
məxsusdur.
Vəziyyəti
Aktiv
Veb-saytı
linuxfoundation.org
linux.com
kernel.org
Vikianbarda əlaqəli mediafayllar
Linux
– (
/ˈlɪnəks/ LIN-uks
və ya
/ˈlaɪnəks/ LYN-uks
kimi də tələffüz oluna bilər,
azərb
Linuks
açıq kodlu
, sərbəst paylanan,
Unix bənzəri
bir
əməliyyat sistemidir
. GNU GPL lisenziyası ilə əməliyyat sistemi pulsuz paylanıla, dəyişdirilə və istifadə oluna bilər. Linux sözünü ilk dəfə
5 oktyabr
1991
-də
internetdə
yayıımladığı bir mesajda
Linus Torvalds
tərəfindən işlədilib
. Linux
Unix bənzəri
bir
əməliyyat sistemi
olmasına baxmayaraq
Unix
ilə heç bir ortaq kodu yoxdur. Yəni, Linux sıfırdan yaradılıb.
Əslində Linux
əməliyyat sistemi
nüvəsidir
. Linux-un əsl adı GNU/Linux-dur. Deyilməsi rahat olduğu üçün hamı GNU/Linux yox, məhz Linux kimi təfəffüz edir.
Linux
superkompüterlərdə
masaüstü kompüterlərdə
, dizüstü kompüterlərdə, ağıllı telefonlarda,
planşetlərdə
, yeni nəsil televizorlarda və s. kimi bütün platformalarda işləyir. Dünayanın 10 ən sürətli
superkompüterində
Linux istifadə olunur
Linux nüvəsinin yaradıcısı,
Linus Torvalds
28 dekabr
1969
-cu ildə
Finlandiyanın
Helsinki
şəhərində anadan olmuşdur. O, on yaşında ikən babası ona
Commodore VIC-20
kompüterini almış və Linus da bu kompüterdə babasına bəzi statistikaları tutmaqda kömək etməyə başlamışdır. Beləliklə, kompüterlə bərabər gələn bəzi proqramların əl kitabçalarını oxuyaraq bir çox sadə proqramı öyrənmə fürsəti əldə etmişdir. Helsinki Universitetinin kompüter elmi bölümünə girdiyi vaxt isə artıq tam təşəkküllü proqramçı idi.
1991
-ci ildə "C" və
Unix
dərsləri aldığı vaxt özünə personal kompüter aldı. Kompüterlə bərabər gələn əməliyyat sistemini bəyənmədiyi üçün öz əməliyyat sistemini yazmağa qərar verən Linus, o vaxt bir hollandiyalı professor tərəfindən yazılan və mənbələri açıq olan
Minix
əməliyyat sistemi ilə maraqlanmağa başladı. Beləliklə Linux MINIX-dən daha yüksək standartlara cavab verə bilən və Linusun Minix-i kəlmələrindən yaranan Linux ortaya çıxdı.
Linus Torvalds öz əməliyyat sistemində
GNU
yaradıcısı olan
Riçard Stallmanın
da əməyinin keçdiyini söyləyir. Ona görə ki, Linux-un yaradılmasında GNU layihəsi tərəfindən yazılan proqramcıqlar istifadə edilmişdi.
Linux ictimaiyyətə açıqdır və istəyən hər kəs onu bir şərtlə işlədə bilər, o şərt, əlavə olunan bütün inkişafın gizli, ya da müəllif hüquqlu olmaması və mütləq sürətdə sərbəstliklə bölüşülməsidir. Linux-un günümüzdəki yeri bu fəlsəfənin bir meyvəsidir.
Hazırda Linux dedikdə onun nüvəsi nəzərdə tutulur. Bu nüvə sistemin əsas özəyidir və mütəmadi olaraq Linus Torvalds və onun tələbələri tərəfindən təkmilləşdirilir. Bu nüvənin əsasında distributivlər yığılır və bizim istifadə etdiyimiz əməliyyat sistemləri də bu distributivlərdəndir.
Linuksun rəsmi talismanı –
Tux
-dı.
Tarixi
redaktə
vikimətni redaktə et
1969-cu ildə
AT&T
şirkətinin proqramçıları Ken Tompson Denis Ritçi PDP-7 kompüteri üçün kiçik bir əməliyyat sistemi yaratdılar: UNIX. Lakin, AT&T şirkətinin planında bu əməliyyat sisteminin yayılması yox idi və şirkət onu ABŞ elmi müəssisələrinə simvolik qiymətə verdi. Demək olar ki, bütün universitetlərin hesablama mərkəzlərinin nümayəndələri bu əməliyyat sistemindən istifadə edirdilər və bir-birləri ilə bu əməliyyat sistemi vasitəsilə əməkdaşlıq edirdilər. Onlar özləri səhvlər yaradır, faydalı proqram və utilitlər yaradır və onları istifadə edirdilər. Onların işinin nəticəsi - Unix əməliyyat sisteminin tam versiyası oldu (1990-cı ildə). Bu versiyanın adı Unix System V Release 4 – SVR4 idi. Unix istifadəçi qruplarından biri Berklidə Kaliforniya universitetində idi. 1977-ci ildə bu elmi müəssisənin mütəxəssisləri 2BSD (Berkeley Software Distribution) əməliyyat sistemi ilə maqnit lentlərin yayılmasına başladılar. Lakin, hal-hazırda Unix-əsaslı əməliyyat sistemlərindən ən çox maraq cəlb edənləri açıq kodlu əməliyyat sistemləridir. Bu sistemlərdən biri də Linuxdur. Linux əvvəllər Unixin müstəqil yayılan versiyası kimi işlənmişdir. 1991-ci ildə Helsinki universitetinin tələbəsi Linus Torvalds Linuxun ilk versiyasını təqdim edir. O, Linuxu Minix ƏS-nin əsasında yaratmışdır. Minix – Unixin fərdi kompüterlər üçün yaradılmış məhdud analoqudur.
1992-ci ilin martında ilk “demək olar ki, səhvsiz” versiyanın buraxılmasından sonra dünyanın əksər proqramçıları bu əməliyyat sisteminin üzərində işləməyə başladılar və Linux əməliyyat sistemi inkişaf etməyə başladı.
Hal-hazırda Linux tamfunksiyalı, açıq və demək olar ki, pulsuz əməliyyat sistemidir. Lakin GNU layihəsi çərçivəsində proqram təminatı olmasaydı bu baş verməyəcəkdi. GNU – GNU’s not Unix, yəni, GNU Unix deyil deməkdir.
Linux – GNU-nun çoxlu utilitlərini özündə saxlayır: bir çox proqramlaşdırma dillərinin (C, C++, Fortran, Pascal, LISP, Ada, BASIC, SmallTalk, Perl, PHP və s.) translatorları, mətn redaktorları, çap utilitləri və başqaları.
GNU layihəsi azad yayılan proqram təminatı fondunun - Free Software Foundation (FSF) hesabına inkişaf edir.
Linux – Unixin analoqudur. Unix kimi o da azad yayılan çoxməsələli, çoxistifadəçili ƏS-dir. Linux xüsusi olaraq, Intel prosessorlu fərdi kompüter platforması üçün hazırlanmışdır və arxitekturanın üstünlükləri sayəsində məhsuldarlığın artırılmasına imkan verir. Həmçinin, Linux digər platformalara da keçdi.
Linux nüvəsinin yaradıcısı Linus Torvalds Linux haqqında ilk məlumatı 1991-ci il avqustun 25-də dünyaya çatdırdı. Linus Torvalds öz əməliyyat sistemində GNU yaradıcısı olan Richard Stallmanın da əməyinin keçdiyini söyləyir, ona görə ki Linux-un yaradılmasında GNU layihəsi
tərəfindən yazılan proqramlar istifadə edilmişdi.
Linux ictimayəyə açıqdır və istəyən hər kəs onu bir şərtlə işlədə bilər: əlavə olunan bütün inkişafın gizli ya da müəllif hüquqlu olmaması və mütləq sürətdə sərbəstliklə bölüşülməsidir. Hal hazırda Linux dedikdə əslində onun nüvəsi nəzərdə tutulur. Bu nüvə sistemin əsas özəyidir və mütəmadi olaraq Linus Torvalds və onun tələbələri tərəfindən təkmilləşdirilir. Bu nüvənin əsasında distributivlər yığılır və bizim istifadə etdiyimiz əməliyyat sistemləri də bu distributivlərdəndir.
Linux-dan istifadə edənlərin sayı 1991-ci ildən 2010-cu ilə kimi on dəfələrlə artdı. Lakin ən çox istifadə edilən əməliyyat sistemi deyil. Dünyada kompüterlərin cəmi 1 faizi Linuxdan istifadə edir. Linux proqram kodunun ölçüsü yarandığı gündən bu günə kimi əhəmiyyətli dərəcədə böyüyüb. Əgər 1995-ci ildə sistemdə 250 sətir proqram kodu var idisə, 2010-cu ildə bu rəqəm 14 milyon oldu.
Tezliklə sistem özünü müxtəlif sahələrdə, xüsusilə superkompüterlər seqmentində sınaqdan keçirdi. Hazırda dünya üzrə 500 aparıcı superkompüterlərdən 413-ü “Linux” əməliyyat sistemi əsasında işləyir.
dailycomm.ru saytının verdiyi məlumata görə, sistem fərdi kompüterlər sahəsində də olduqca fəaldır. Belə ki, əgər 1994-cü ildə “Linux" bazasında 37 milyon fərdi kompüter var idisə, 2010-cu ildə bu rəqəm 351 milyona çatdı.
Linux əməliyyat sisteminin nüvəsi monolit arxitekturaya aid olsa da o, eyni zamanda çoxmodullu nüvə elementlərindəndə istifadə edir. Belə ki, nüvənin kompilyasiyası zamanı nüvənin bir çox komponentlərinin- modullarının yüklənməsi (və ya bunun əksi) mümkündür.
Linuxun nüvəsi
redaktə
vikimətni redaktə et
Nüvə - Əməliyyat sisteminin əsasıdır. O, yaddaşın paylanması, proseslərin və perfieriya qurğularının idarə olunmasına cavab verir. Kompüterin fiziki yaddaşı ilə müqayisədə, operativ yaddaşın böyük həcminin dəstəklənməsi üçün, nüvə operativ yaddaşın səhifələrini sərt diskdə yerləşdirməklə, adaptiv yaddaşdan istifadə etməyə imkan verir.
Linuxun nüvəsi
FAT
və FAT32 də daxil olmaqla bir çox fayl sistemlərini dəstəkləyir. Linuxun öz fayl sistemləri (ext2 və ext3) disk yaddaşından optimal istifadə üçün hazırlanmışdır.
GNU utilitləri
Linux - GNU utilitlərini özündə saxlayır. Bu utilitlər olmadan əməliyyat sistemi ilə işləmək mümkün deyil.
X Window
Linuxda istifadəçinin qrafik interfeysi X Window vasitəsilə verilir. Müxtəlif pəncərə şəklində menecerlər (IceWM, WindowMaker, Fluxbox və s.), KDE və GNOME kimi qrafik vasitələr multimedia vasitələri ilə rahat işləməyə imkan verir.
DOS və Windows interfeysləri
Linux fərdi kompüterlər üçün yaradıldığından proqramçılar hesab edirlər ki, MS-DOS proqramları ilə uyğunluq yaratmaq olar. Linuxda distributivin bir hissəsi kimi DOS emulatoru təklif olunur. O, Linux vasitəsi ilə birbaşa olaraq DOS proqramını yerinə yetirməyə imkan verir.
Microsoft Windowsun proqramlarının işləməsi üçün bir neçə vasitə hazırlanmışdır. Onlardan ən çox tanınanı
Wine
-dır. Wine – Windows API-ın sərbəst realizə edilməsidir. Wine, həmçinin, Linuxun distributivlərinin çoxunda var.
Linux – DOS və Windows fayl sistemləri arasında faylların problemsiz ötürülməsinə icazə verir. Belə ki, bunu sərt diskin uyğun bölmələrinə müraciət etməklə həyata keçirir. Lakin, bu zaman bəzi tənzimləmələr etmək lazımdır.
Şəbəkəni dəstəkləməsi
TCP/IP – Unix və Linuxun istifadə etdiyi əsas şəbəkə sistemidir.
TCP/IP – internet üçün hazırlanmış protokollar yığımıdır. Yalnız lokal şəbəkəyə birləşmək üçün Unix maşını da TCP/IP istifadə edir. Həmçinin, Linux IPX/SFX, AppleTalks və s. bu kimi protokolları dəstəkləyir.
Linuxun üstünlükləri
redaktə
vikimətni redaktə et
Pulsuz olması. Linux Açıq Lisenziya Razılaşmasına əsasən pulsuz şəkildə yayılır. Bu, IT-də bir çox hüquqi məsələlərin qarşısını almağa və xərclərin əhəmiyyətli dərəcədə azalmasına imkan verir.
Etibarlılıq. Digər Unix əsaslı ƏS-ləri kimi Linux da yüksək etibarlılıqla xarakterizə olunur.
Təhlükəsizlik. Linuxu seçməklə siz kompüter viruslarını tamamilə unutmaq olar və həmçinin, heç bir antivirusa ehtiyac yoxdur. Çünki, Linux təhlükəsizdir.
Universallıq. Linuxun hər hansı distributivini seçməklə, yerinə yetirilən məsələlərdən asılı olaraq sistemi müxtəlif kompüterlərdə müxtəlif şəkildə tənzimləyə bilmək olar.
Məhsuldarlıq. Linuxu istənilən məsələnin həlli üçün tənzimləmək və beləliklə, maksimum məhsuldarlığa nail olmaq mümkündür. Buna ən yaxşı sübut Linuxun böyük hesablama qrupları və internet-serverlər üçün geniş istifadə olunmasıdır.
Linuxun mənfi cəhətləri
redaktə
vikimətni redaktə et
Linux-da ən vacib əskiklərdən biri – hal-hazırda əvvələ görə çox yaxşı vəziyyətə gəlmiş olsa da – oyunlardır. Linux-da əlbəttə bir çox pullu və pulsuz oyun var. Lakin bu oyunların sayı ən azından Windows-dakı qədər deyil hələlik. Ancaq bunun çox yaxında dəyişəcəyinə inanırıq. Əsasən
SteamOS
səbəbilə bir çox oyun Linux-a keçdi və keçirilir. Bundan başqa, Wine və PlayOnLinux kimi proqramlarla bir çox Windows və DOS oyun və proqramlarını işlətməniz mümkündür. Yəni qısaca, Linux hal-hazırda oyun barəsində Windows qədər yaxşı olmasa da əvvəllərə görə çox böyük irəliləyiş qət edib. Əgər ciddi bir oyunçusunuzsa bir müddət daha Linux sizə uzaq gələ bilər. Amma ən azından dual boot olaraq qurub, oyun xaric bütün işlərinizi Linux ilə həll edib, Windows-u sadəcə oyun üçün istifadə edə bilərsiniz.
Əksiklikləri
redaktə
vikimətni redaktə et
Oyun
redaktə
vikimətni redaktə et
Əvvəllər böyük oyun firmaları sadəcə
Windows
üçün oyun istehsal edirlər. Lakin bu artıq belə deyil. Artıq bir çox oyun şirkətləri çarpaz platformalı oyunlar istehsal edirlər. Bundan əlavə Linux istifadəçiləri Windows proqramlarını
Steam
, Wine, virtual maşın (
VirtualBox
VMware
və s.) kimi proqramların köməyi ilə işlədə bilərlər.
Distributivlər
redaktə
vikimətni redaktə et
Əsas məqalə:
Linux əməliyyat sistemləri
Lin.az
redaktə
vikimətni redaktə et
Azərbaycanın istehsalı olan bir distributivdir. Linux Mandrake 9.2-nin əsasında qurulmuşdur.
Fedora Linux
redaktə
vikimətni redaktə et
RedHat şirkəti RedHat 9 versiyasından sonra RedHat Linuxu iki versiyaya ayırdı: pulsuz və pullu. Pulsuz versiyası Fedore Core oldu, Pullusu Redhat Enterprise.
Rəsmi saytı:
www.fedoraproject.org
Gentoo Linux
redaktə
vikimətni redaktə et
(jentu,gentu – oxunur) – GNU/Linux əməliyyat sistemlərin bir növü. Güclü Portage texnologiya ilə təmin olunub. Ən sürətli Linux distributivlərindən biridir. Adını Pygoscelis papua adlı pingvinlərdən götürüb. Ginnes Rekord kitabına əsasən, bu növ pinqvinlər ən sürətli sayılır(36
km/saat). Meta distributivlərə aiddir. Daniel Robinson tərəfindən 1999-ci ildə qurulub.
Mandriva
redaktə
vikimətni redaktə et
Fransiz kampaniyasi Mandriva(Mandrakesoft)tərəfindən istehsal olunub.
Ubuntu
redaktə
vikimətni redaktə et
ubuntu
8.04
İstifadəsi çox asan və rahat olan distributivdir. Çox yığcam və rahatdır. Debian əsasında yaradılmışdır. Mənası Zulu dilində "insanlıq" deməkdir.
Linux Mint
redaktə
vikimətni redaktə et
DistroWatch
saytının verdiyi statistikaya görə ən çox yüklənilən Linux əməliyyat sistemidir.
Kubuntu
redaktə
vikimətni redaktə et
Ubuntu distributivinin KDE ilə olan analoqudur.
Rəsmi saytı:
openSUSE
redaktə
vikimətni redaktə et
Almaniyada hazirlanan SuSE (
Gesellschaft für Software und Systementwicklung mbh
) bu gün ən dəstəklənən və ən mükəmməl distributivdir.
Rəsmi saytı:
Knoppiks
redaktə
vikimətni redaktə et
Knoppiks digər Linux versiyalarından qurulma tələb etməməsi ilə fərqlənirdi. Knoppiks CD-dən birbaşa çalışan yeganə Linux sistemi idi.
Debian
redaktə
vikimətni redaktə et
Dünyaca məşhur, pulsuz paylanan əməliyyat sistemidir.
Corel Linux
redaktə
vikimətni redaktə et
Corel firmasının çıxartdığı çox gözəl qrafikləri olan pulsuz Linux versiyasıdır. Debian sistemi üzərində inkişaf etdirilmişdir.
Pardus
redaktə
vikimətni redaktə et
Türkiyədə hazırlanan və çox keyfiyyətli Linux distributivdir.
Rəsmi saytı
Pardus.org.tr
Rəsmi kömək saytı
Özgürlük İçin.com
Troya Linux
redaktə
vikimətni redaktə et
Türkiyə istehsalı olan Linux distributivdir.
Rəsmi saytı
Xarici keçidlər
redaktə
vikimətni redaktə et
Vikikitabda
Linux
mövzusuna dair mətn var.
Azərbaycan Linuks İstifadəçiləri Qrupu
Arxivləşdirilib
2010-12-22 at the
Wayback Machine
Qafqaz Linuksu
Arxivləşdirilib
2015-03-24 at the
Wayback Machine
Kernel.Org
Linux.Org
www.myscript.biz Linux-a aid olan Azərbaycan dilində bloq.
Arxivləşdirilib
2012-06-06 at the
Wayback Machine
İstinadlar
redaktə
vikimətni redaktə et
"Linus Torvaldsın Linux əməliyyat sistemini yayımlaması"
18 yanvar 2012 tarixində
arxivləşdirilib
İstifadə tarixi:
1 fevral
2015
"Arxivlənmiş surət"
31 may 2020 tarixində
arxivləşdirilib
İstifadə tarixi:
1 fevral
2015
Linux
Linux
Linux Fondu
Windows ilə müqayisə
Nüvə
Tux
Əməliyyat sistemləri
Linux əməliyyat sistemləri
Debian
Ubuntu
Slackware
Fedora Linux
openSUSE
Linux Mint
İstifadəçi interfeysi
Əmr sətiri
GNOME
KDE
Xfce
Cinnamon
Unity
Şəxslər
Linus Torvalds
Riçard Stallman
İan Mördok
Daşına bilən
Android
Bada
Maemo
Firefox OS
Ubuntu Touch
Linux paylanmaları
Android
/e/
Android-x86
CalyxOS
Celadon
ColorOS
DivestOS
EMUI
Fire OS
GrapheneOS
HarmonyOS
LineageOS
MIUI
One UI
Paranoid Android
PixelExperience
Replicant
Resurrection Remix OS
OmniROM
Arch
ArchBang
ArchLabs
Artix
Asahi
BlackArch
EndeavourOS
Frugalware
Garuda
Hyperbola GNU
LinHES
Manjaro
Parabola GNU
SteamOS
(3.0 onwards)
SystemRescue
Debian
Ubuntu
Rəsmi:
Edubuntu
Kubuntu
Lubuntu
Ubuntu Budgie
Ubuntu Cinnamon
Ubuntu Kylin
Ubuntu MATE
Ubuntu Studio
Ubuntu Unity
Xubuntu
Törəmə versiyaları:
Bodhi Linux
elementary OS
Emmabuntüs
KDE neon
Linux Lite
Linux Mint
LXLE Linux
Peppermint OS
Pop! OS
Trisquel
Ubuntu Touch
Uruk
Zorin OS
Digər
antiX
Astra
Bharat Operating System Solutions
BlankOn Linux
deepin
Devuan
Elive
Endless OS
Kaisen
Kali
Knoppix
MX Linux
Parrot OS
PureOS
Raspberry Pi OS
Q4OS
Slax
SparkyLinux
SolydXK
SteamOS
(1.0-2.0)
Tails
UOS
Fedora
AlmaLinux
CentOS Stream
ClearOS
EulerOS
Linpus Linux
MIRACLE LINUX
Oracle Linux
Qubes OS
Red Hat Enterprise Linux
Red Star OS
Rocks Cluster Distribution
Rocky Linux
Sailfish OS
Tizen
Ultramarine Linux
Gentoo
Calculate Linux
ChromiumOS
ChromeOS
Nova OS
Slackware
Austrumi Linux
Porteus
Salix OS
VectorLinux
Zenwalk
Mandriva
ALT Linux
Mageia
OpenMandriva Lx
PCLinuxOS
ROSA Linux
SUSE
openSUSE
SUSE Linux Enterprise
SUSE Studio Express
GeckoLinux
Digər
4MLinux
Alpine
CHAOS
Chimera Linux
Clear Linux OS
CRUX
Kwort
GoboLinux
Guix SD
KaiOS
KaOS
NixOS
Puppy
Source Mage
Solus
T2 SDE
Tiny Core Linux
Void
Dayandırılmış
Debian
Ubuntu:
Asturix
Black Lab Linux
Cub Linux
Gobuntu
gOS
Linux Caixa Mágica
LinuxTLE
Pinguy OS
Sabily
Ubuntu GNOME
Digər:
BackTrack
Corel Linux
CrunchBang Linux
Damn Small Linux
DoudouLinux
Dreamlinux
Feather Linux
gNewSense
HandyLinux
Kurumin
Libranet
Musix GNU+Linux
Parsix
Sunwah Linux
Gentoo
Container Linux
Incognito
Sabayon Linux
xB Machine
Red Hat
Fedora
BLAG Linux and GNU
CentOS
Korora
Linux for PlayStation 2
Scientific Linux
Think Blue Linux
Turbolinux
Vine Linux
Yellow Dog Linux
Slackware
Damn Vulnerable Linux
KateOS
Kongoni
NimbleX
Platypux
TopologiLinux
Digər
Antergos
Caldera OpenLinux
Chakra
CyanogenMod
DemoLinux
Familiar Linux
Firefox OS
B2G OS
Floppyfw
Foresight Linux
Immunix
Jurix
Linux Router Project
MCC Interim Linux
MeeGo
Mer
Mobilinux
Nitix
OpenELEC
Red Hat Linux
Remix OS
Softlanding Linux System
Sorcerer
Splashtop OS
Turkix
Siyahı
Müqasiyə
Kateqoriya
Lüğətlər və ensiklopediyalar
Böyük katalan
Böyük norveç
Britannica (onlayn)
Brockhaus
Normativ yoxlama
BNF
124906479
GND
4337730-0
LCCN
n94087892
Microsoft
517481932
NKC
ph117043
NLG
51688
SUDOC
034116125
VIAF
185985901
WorldCat VIAF
185985901
Mənbə — "
Kateqoriyalar
Əlifba sırasına görə əməliyyat sistemləri
Linux
Kompüter
1991-ci ildə yarananlar
Çarpaz platformalı proqram təminatı
Gizli kateqoriyalar:
Vikipediya:Şəkil kartoçkasında viki-işarə olan məqalələr
Vikipediya:URL modulu qarışıq olan səhifələr
Linux
Mövzu əlavə et