Naqpur — Vikipediya
Məzmuna keç
Vikipediya, azad ensiklopediya
Naqpur
नागपूर
21°08′59″ şm. e. 79°04′50″ ş. u.HGYO
Ölkə Hindistan Hindistan
Ştat Maxaraştra
Tarixi və coğrafiyası
Əsası qoyulub 1702
Sahəsi
  • 218 km²
Mərkəzin hündürlüyü 310 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 2.405.665 nəf. (2021)
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 440 001 – 440 037
Digər
nagpur.gov.in
Xəritəni göstər/gizlə
Naqpur xəritədə
Naqpur
Naqpur
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Naqpur (ing. Nagpur; marathi नागपूर) — Hindistanın mərkəzi hissəsində, Maxaraştra ştatında yerləşən şəhərdir. Nag çayı üzərində yerləşir. Nagpur sürətlə inkişaf edən meqapolisdir. Əhalisinin sayına görə Maharashtra ştatında üçüncü şəhərdir (MumbayPunadan sonra) və Hindistanın ölçüsünə görə 13-cü şəhər aqlomerasiyasını təşkil edir. Mühüm sənaye və siyasi mərkəzdir.

Naqpur, Maharaştra ştatının Qanunverici Məclisinin qış sessiyasının keçirildiyi yerdir. Həmçinin Naqpurda Hindistan millətçi təşkilatı “Raştriya Svayamsevək Sanqh”ın və buddist dirçəliş hərəkatı olan “Dalit Buddist Hərəkatı”nın qərargahı yerləşir.

ABP News–Ipsos araşdırmasına görə, Nagpur yaşayış keyfiyyəti, ekoloji vəziyyət, ictimai nəqliyyatın inkişaf səviyyəsi və səhiyyə sistemləri baxımından Hindistanın ən yaxşı şəhəridir[1][2][3].

Şəhər XVIII əsrin əvvəllərində salınmış və qısa müddət sonra maratha knyazlıqları koalisiyasına daxil olmuşdur; maratha Bxonsle sülaləsindən olan racalar tərəfindən idarə olunan dövlətin paytaxtı idi. 1853-cü ildə bu dövlət Britaniya imperiyası tərəfindən anneksiya edildi və şəhər müstəmləkə Hindistanının ən mühüm mərkəzlərindən birinə, mərkəzi əyalətlərin paytaxtına çevrildi.

XIX əsrin ikinci yarısında Naqpurda pambıq sənayesi inkişaf etdi; 1877-ci ildə burada Hindistanda fabrik fəhlələrinin ilk tətili baş verdi.

1950–1956-cı illərdə Nagpur Madhya-Pradeş ştatının paytaxtı olmuşdur.

  1. "Nagpur tops in 4 categories, bags ABP News Best City Award". ABP News Bureau. Newsbullet.in. 9 mart 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2013.
  2. "List of winners at ABP News Best City Awards". ABP News Bureau. Newsbullet.in. 10 mart 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2013.
  3. "Best City Award goes to Nagpur". ABP News Bureau. Newsbullet.in. 10 mart 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2013.