Perl Bak — Vikipediya
Məzmuna keç
Vikipediya, azad ensiklopediya
Perl Bak
ing.
Pearl Comfort Sydenstricker Buck Walsh
Doğum adı
Pearl Comfort Sydenstricker
Təxəllüsü
John Sedges
Doğum tarixi
26 iyun
1892
1892-06-26
[…]
Doğum yeri
Xilsboro
[d]
Qərbi Virciniya
ABŞ
Vəfat tarixi
6 mart
1973
1973-03-06
[…]
(80 yaşında)
Vəfat yeri
Danby
[d]
Vermont
ABŞ
Vəfat səbəbi
ağciyər xərçəngi
Uşaqları
(Caroline Grace Buck, Janice Comfort Walsh daxil olmaqla)
Təhsili
Kornell Universiteti
Fəaliyyəti
tərcüməçi
romançı
avtobioqraf
[d]
insan hüquqları fəalı
ssenarist
jurnalist
uşaq ədəbiyyatı yazıçısı
yazıçı
missioner
nasir
Fəaliyyət illəri
1930-cu ildən
Əsərlərinin dili
ingilis dili
ərəb dili
Janr
bioqrafiya
Üzvlüyü
Amerika İncəsənət və Ədəbiyyat Akademiyası
[d]
Mükafatları
Vikianbarda əlaqəli mediafayllar
Perl Bak
, doğum soyadı
Saydenstriker
ing.
Pearl Sydenstricker Buck
; Çin adı
çin.
赛珍珠
pinyin
Sài Zhēnzhū
, hərfi mənası: "Say Çjençju"
26 iyun
1892
[…]
Xilsboro
[d]
Qərbi Virciniya
6 mart
1973
[…]
Danby
[d]
Vermont
) — amerikalı yazıçı,
Ədəbiyyat üzrə Nobel mükafatı
laureatı (1938).
Həyatı
redaktə
vikimətni redaktə et
XX əsrin 30-cu illərində Amerika müəllifləri üç dəfə Nobel mükafatına layiq görülmüşdülər. Üçüncü mükafatın sahibi qadın yazıçı Perl Komfort (Saydenstriker) Bak olmuşdu. O, Qərbi Virciniyada, missioner fəaliyyəti ilə məşğul olan amerikalı presvetrian din xadiminin ailəsində doğulmuşdu. Atası İncili yunancadan Çin dilinə tərcümə edən sərt, quru və qapalı adam idi. Anası isə ədəbiyyat və sənət bilicisi kimi tanınırdı. Perl üç aylıq olanda atasının missiya başçısı təyin edilməsi ilə əlaqədar ailə Çinin Jenjianq əyalətinə göndərilmişdi.
Nəticədə Perl Çin dilini doğma ingilis dilindən əvvəl öyrənmişdi. Kiçik yaşlarında özünü çinlilərdən qətiyyən fərqləndirmirdi. 1899-cu ildə Çindəki xristian missionerlərinə qarşı Bokser üsyanı başlayanda və imperatriçə "ağ adamları" edam etmək əmri verəndə Saydenstiker ailəsi çinli dostlarının yardımı ilə Şanxaya qaçmış, 1901-ci ildə isə San-Fransiskoya qayıtmışdı. Yalnız nisbi sakitlik yaranandan sonra yenidən geriyə dönə bilmişdilər.
Perl Bakın ilk təhsili ilə anası və Konfutsi rahibi məşğul olmuşdu. 15 yaşında onu Şanxaya, pansiona göndərmişdilər. 1910-cu ildə Perl ABŞ-yə qayıdıb Virciniya ştatındakı Randolf-Manson qadın kollecində psixoligiya üzrə təhsil almışdı. 1914-cü ildə o, artıq yenidən Çində idi və presvetrian missiyasında müəllimlik edirdi. 25 yaşı olanda Perl missiyada aqronom vəzifəsində çalışan Con Lossinq Baka ərə getmiş və Nobel laureatı kimi də ərinin soyadı ilə məşhurlaşmışdı.
Əvvəlcə kiçik Çin kəndlərindən birində yaşayan Bak ailəsi 1921-ci ildə Nankin şəhərinə göçmüşdü. Perl burada yerli kollecdə ingilis-amerikan ədəbiyyatından, əri isə kənd təsərrüfatı ixtisasından dərs deyirdilər.
Perl Bak yazmağa erkən başlamışdı. Yeniyetmə və gənclik dövrünün yazıları ingiliscə çıxan "Şanxay Merkuri" jurnalında çap olunmuşdu. 20-ci illərin əvvəllərində o, artıq özünün ilk romanı üzərində işləyir və ABŞ mətbuatı üçün Çin mövzusunda məqalələr yazırdı. Amerikada yaşadıqları dövrdə Perl Bak Kornell universitetindən humanitar elmlər üzrə magistr dərəcəsi almışdı. Yeganə qızları əqli cəhətdən qüsurlu olduğundan Jenis adlı yetim bir qızı övladlığa götürmüşdülər.
Bak ailəsi 1927-ci ildə yenidən Çinə qayıdanda burada vətəndaş müharibəsi tüğyan edirdi. Onların evləri dağıdılmış, özləri bir neçə gün labüd ölüm təhlükəsi altında yaşamışdılar. Perlin ilk romanının əlyazması həmişəlik məhv olmuşdu. Təhlükəsizlik məqsədi ilə amerikan missiyasının üzvlərini əvvəlcə Şanxaya, sonra isə Yaponiyaya köçürmüşdülər. Gəmidə ikən Perl Bak "Şərq küləyi, qərb küləyi" adlı ikinci romanını yazmağa başlamışdı. Ənənəvi məhəbbət mövzusundan bəhs edən əsər 1930-cu ildə ABŞ-də çap olundu.
Romandakı hadisələr XIX əsrin sonlarında, Çində cərəyan edirdi. Naşirlər əvvəlcə mövzunun amerikan oxucusunda maraq doğurmayacağını əsas gətirərək kitabın çapından boyun qaçırırdılar. Lakin ilk nəşr o qədər böyük uğur qazandı ki, eyni kitabı bir il ərzində üç dəfə çap etməli oldular. Bestsellerə çevrilən "Torpaq" romanı (1931) isə elə həmi il
Pulitser mükafatı
aldı. Perl Bak yaxşı bələd olduğu Çin mövzusunu davam etdirərək "Oğullar" (1932) və "Bölünmüş ev" (1935) adlı daha iki roman yazdı. Trilogiyada əski Çin ədəbi ənənələrindən də istifadə olunmuşdu.
Yaradıcılığının intensiv dövrü olan 30-cu illərdə Perl Bak "Ana" (1934), "Qovulma" (1936), "Vuruşan mələk" (1936), "Məğrur ürək" (1938) romanlarını da yazmışdı. İlk üç əsər daha çox avtobioqrafik səciyyə daşıyır, müəllifin uşaqlıq və gənclik həyatını işıqlandırırdı. Eyni dövrdə Perl Bak Çin klassik ədəbiyyatının diqqətəlayiq nümunəsini — iki cildlik "Şuy-xu-Xuan" romanını ingilis dilinə çevirib, "Bütün insanlar qardaşdır" adı altında ABŞ-də çap etdirmişdi.
1938-ci ildə Perl Bak Amerika qitəsində Nobel alan ilk qadın oldu. Mükafat ona "Çin kəndlilərinin həyatının çoxtərəfli, həqiqi epik təsvirinə və yaratdığı bioqrafik şedevrlərə" görə verilmişdi.
İsveç Akademiyası
Çin haqqında yazan amerikalı müəllifin əsərlərini xalqlar arasındakı dil və mədəniyyət maneələrini aradan qaldırdığına, insanların qarşılıqlı ünsiyyətinə yol açdığına və ümumbəşəri idealın təntənəsinə xidmət etdiyinə görə də yüksək qiymətləndirmişdi.
"Bu mükafat təkcə məni deyil, bütün amerikan yazıçılarını ruhlandıracaqdır. Bizim ölkədə qadının Nobel mükafatı almasının son dərəcə böyük önəmi var" – deyə Perl Bak cavab nitqində yaradıcılığına verilən yüksək qiymətə görə İsveç Akademiyasına, əsərlərinin qəhrəmanı kimi isə Çin insanlarına dərin təşəkkür və minnətdarlığını bildirmişdi.
Bir sıra laureatlar kimi Perl Bakın Nobel mükafatına layiq görülməsi də ədəbi dairələrdə birmənalı qarşılanmamışdı. Əleyhdarları onun istedadlı yazıçı olması faktını inkar etmirdilər. Lakin
sentimentalizm
və didaktika ünsürləri ilə zəngin yaradıcılığının əhəmiyyət və miqyas baxımından bu qədər yüksək qiymətə layiq görmürdülər. Belə düşünənlərin iradəsindən asılı olmayaraq Perl Bakı oxuyurdular, o isə yorulmaq bilmədən yazırdı. Yazıçı qadın təxminən 40 illik yaradıcılığı dövründə müxtəlif janrlarda 80-dən çox əsər çap etdirmişdi.
1933-cü ildə Perl Bak həmişəlik ABŞ-yə qayıtmışdı. 1935-ci ildə isə birinci ərindən ayrılıb naşiri Riçard Uolsla ailə qurmuşdu. Onlar Şərq-Qərb Assosasiyasının qurucuları və fəal üzvləri idilər. Xeyriyyəçilik işləri ilə məşğul olur, Asiya-Afrika mənşəli uşaqları övladlığa götürmək istəyənlərə yardım göstərirdilər. Özləri də bir neçə çinli uşağı övlad kimi ailələrinə qəbul etmişdilər.
Perl Bak bir sıra Amerika universitetlərinin fəxri doktoru idi. 1951-ci ildə isə Amerika Elm və İncəsənət Akademiyasının üzvü seçilmişdi.
İstinadlar
redaktə
vikimətni redaktə et
Blain
V.
Grundy
I.
Clements
P.
The Feminist Companion to Literature in English
(ing.)
: Women Writers from the Middle Ages to the Present.
1990. P.
154.
Краткая литературная энциклопедия
(rus.)
Москва
Советская энциклопедия
, 1962. Т.
1.
Bibliothèque nationale de France
BnF identifikatoru
(fr.)
: açıq məlumat platforması.
2011.
Бак Перл //
Большая советская энциклопедия
(rus.)
: [в 30 т.].
3-е изд.
Москва
Советская энциклопедия
, 1969.
Pearl S. Buck //
Encyclopædia Britannica
(ing.)
Yazıçının çin adı ingiliscə adına tam uyğun gəlir: "Say" — Saydenstriker soyadının transkripsiyasıdır. Çin dilində soyad əvvəlcə yazılır. "Çjençju" çincədən tərcümədə "mirvari" mənası verir.
Mənbə
redaktə
vikimətni redaktə et
Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.
Xarici keçidlər
redaktə
vikimətni redaktə et
Sosial şəbəkələrdə
(ing.)
Tematik saytlar
AllMovie
Česko-Slovenská filmová databáze
Discogs
Filmportal
Internet Broadway Database
IMDb
MusicBrainz
Qutenberq layihəsi
Internet Speculative Fiction Database
Lüğətlər və ensiklopediyalar
Böyük katalan
Böyük norveç
Böyük rus
Qısa ədəbi
Kruqosvet
American National Biography
Britannica (onlayn)
Brockhaus
Notable Names Database
Prabook
Treccani
Şəcərə və nekropolistika
Find a Grave
WikiTree
Normativ yoxlama
BAV
ADV12220040
BIBSYS
90155030
BNC
a10751762
BNE
XX1155316
BNF
11894443w
CALIS
n2004247124
CiNii
DA00818862
CONOR
6870115
EGAXA
vtls000854834
GND
118516817
GTAA
87146
ICCU
VIAV000486
ISNI
0000000121435319
0000000368645414
LCCN
n79026662
LNB
000046425
NDL
00434713
NLC
000061262 ·
NKC
jn19990001184
NLA
35023364
NLG
64021
NLP
a0000001205483
NSK
000100325
NTA
068535201
NUKAT
n94005493
PTBNP
17906
РГБ
000157426
LIBRIS
179612
SUDOC
026758083
VIAF
91868694
WorldCat VIAF
91868694
Həmçinin bax
redaktə
vikimətni redaktə et
Ədəbiyyat üzrə Nobel mükafatı laureatları (1926-1950)
1926
1950
1926
Qrasiya Deledda
1927
Anri Berqson
1928
Siqrid Unset
1929
Tomas Mann
1930
Sinkler Lüis
1931
Erik Karlfeldt
1932
Con Qolsuorsi
1933
İvan Bunin
1934
Luici Pirandello
1935
: verilməmişdir •
1936
Yucin O'Nil
1937
Roje Marten dü Qar
1938
Perl Bak
1939
Frans Emil Sillanpaa
1940
1943
: verilməmişdir •
1944
Yohannes Yensen
1945
Qabriela Mistral
1946
Herman Hesse
1947
Andre Jid
1948
Tomas Eliot
1949
Uilyam Folkner
1950
Bertran Rassel
Digər
Laureatlar (1901-1925)
Laureatlar (1951-1975)
Laureatlar (1976-2000)
Laureatlar (2001-Günümüzə qədər)
Tam siyahı
Mənbə — "
Kateqoriyalar
26 iyunda doğulanlar
1892-ci ildə doğulanlar
Qərbi Virciniyada doğulanlar
6 martda vəfat edənlər
1973-cü ildə vəfat edənlər
80 yaşında vəfat edənlər
Vermontda vəfat edənlər
Kornell Universitetinin məzunları
Amerika İncəsənət və Ədəbiyyat Akademiyasının üzvləri
Ədəbiyyat üzrə Nobel mükafatı laureatları
Pulitser mükafatı laureatları
Əlifba sırasına görə yazıçı və şairlər
ABŞ yazıçıları
Amerikan Nobel mükafatı laureatları
Nobel mükafatlı qadınlar
Almanəsilli amerikalılar
Hollandəsilli amerikalılar
ABŞ-nin qadın yazıçıları
XX əsrin ABŞ romançıları
Gizli kateqoriya:
Vikipediya:Vikidatada mənbələri olan məqalələr
Perl Bak
Mövzu əlavə et