Vikipediya:Kənd meydanı/Arxiv/Fevral/2025 — Vikipediya
Məzmuna keç
Vikipediya, azad ensiklopediya
Vikipediya:Kənd meydanı
Arxiv
Ən son rəy:
1 il öncə
, Gadir tərəfindən "
Təftişçilər seçkisində səsvermə müddəti
" adlı mövzuda
Bu, keçmiş müzakirələrin
arxividir
Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin.
Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müraciət etmək istəyirsinizsə,
əsas səhifədən
istifadə edə bilərsiniz.
Anonimlər tərəfindən yaradılan müzakirə səhifələri
Son rəy:
1 il öncə
10 şərh
Müzakirədə 7 nəfər
Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Salam. Son dəyişiklikləri izləyənlərin də bildiyi qədərilə, son zamanlar anonimlərin yaratdığı lazımsız müzakirə səhifələri çoxalıb. Bu səhifələrin əksəriyyətində heç bir sual olmur, sadəcə mövzu ilə əlaqəsiz yazılar olur. Təklif edirəm ki, anonim istifadəçilər tərəfindən yaradılan, ölçüsü 200 baytdan aşağı olan səhifələrin yaradılmasının qarşısını dəyişiklik süzgəci ilə alaq. 200 seçməyimin səbəbi demək olar ki, bütün bu səhifələrin 200-dən aşağı olmasıdır.
Nemoralis
müzakirə
17:02, 3 fevral 2025 (UTC)
Dəstəkləyirəm —
Bikar
müzakirə
17:09, 3 fevral 2025 (UTC)
👍🏻
Atakhanli
müzakirə
18:00, 3 fevral 2025 (UTC)
+ Hörmətlə,
Qədir
müzakirə
18:03, 3 fevral 2025 (UTC)
Nümunə olaraq
Xüsusi:AbuseFilter/45
yaratmışam. Süzgəc hələ ki, "lazımsız müzakirə" teqini əlavə edir.
Nemoralis
müzakirə
19:18, 3 fevral 2025 (UTC)
Artıq əngəlləyir.
Nemoralis
müzakirə
15:45, 5 fevral 2025 (UTC)
Kateqoriya yaratmağın qarşısını alacaq?
Unkillable
Demon King
10:32, 5 fevral 2025 (UTC)
Sadəcə müzakirə səhifələri.
Nemoralis
müzakirə
15:45, 5 fevral 2025 (UTC)
Dəstəkləyirəm +
Redivy
müzakirə
11:28, 5 fevral 2025 (UTC)
Nemoralis tərəfindən
45 nömrəli
süzgəc yaradıldı.--
Turkmen
müzakirə
05:01, 6 fevral 2025 (UTC)
Reminder: first part of the annual UCoC review closes soon
Son rəy:
1 il öncə
1 şərh
Müzakirədə 1 nəfər
My apologies for writing in English.
Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin
This is a reminder that the first phase of the annual review period for the Universal Code of Conduct and Enforcement Guidelines will be closing soon. You can make suggestions for changes through
the end of day
, 3 February 2025. This is the first step of several to be taken for the annual review.
Read more information and find a conversation to join on the UCoC page on Meta
. After review of the feedback, proposals for updated text will be published on Meta in March for another round of community review.
Please share this information with other members in your community wherever else might be appropriate.
-- In cooperation with the U4C,
Keegan (WMF)
talk
00:48, 3 fevral 2025 (UTC)
Mərkəzləşmiş səsvermə/müzakirə səhifəsinin yaradılması
Son rəy:
1 il öncə
13 şərh
Müzakirədə 11 nəfər
Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Salam hər kəsə. Hazırda inzibati hüquqların istifadəçilərə verilməsi barədə səsvermələri/müzakirələri ya hüququn öz səhifəsində, ya da alt səhifəsində aparırıq. Əslinə qaldıqda isə həmin səhifələrdə hüquqlara bağlı qaydalar olmalıdır. Məsələn,
VP:Bürokratlar
səhifəsində
VP:Bürokrat statusu
(intervikisi də qarışıb) qaydası olmalıdır. Həmçinin
VP:İnzibatçılar
səhifəsində müvafiq qayda olmalıdır. Təklif edirəm digər praktikalardakı kimi (
meta
commons
tr-viki
və s.) müzakirə/səsvermələr üçün mərkəzləşdirilmiş səhifə yaradaq. Bu həm istifadəçilərin müzakirələrdə iştirakını və müşahidəsini asanlaşdıracaq, həm pərakəndəliyi aradan qaldıracaq, həm də müvafiq səhifələrin təyinatı üzrə istifadəsinə icazə verəcək.
Vikipediya:İnzibati namizədliklər və səsvermələr
, istifadəyə veriləcək müvafiq səhifə.
Turkmen
müzakirə
12:42, 18 fevral 2025 (UTC)
Müzakirə
Lehinə
--
Turkmen
müzakirə
12:42, 18 fevral 2025 (UTC)
Lehinə
Atakhanli
müzakirə
13:11, 18 fevral 2025 (UTC)
Lehinə
Bikar
müzakirə
13:16, 18 fevral 2025 (UTC)
Lehinə
Sofia
müzakirə
13:43, 18 fevral 2025 (UTC)
Lehinə
Patriot
müzakirə
17:35, 18 fevral 2025 (UTC)
Lehinə
Nemoralis
müzakirə
19:49, 18 fevral 2025 (UTC)
Lehinə
Hörmətlə,
Qədir
müzakirə
00:01, 19 fevral 2025 (UTC)
Lehinə
--
Unkillable
Demon King
01:01, 19 fevral 2025 (UTC)
Lehinə
— Hörmətlə,
Vikotals
müzakirə
03:06, 19 fevral 2025 (UTC)
Lehinə
--
namikilisu
13:34, 19 fevral 2025 (UTC)
Lehinə
--
Araz Yaquboglu
müzakirə
04:45, 20 fevral 2025 (UTC)
Qəbul edildi
, xeyirli olsun.--
Turkmen
müzakirə
06:23, 24 fevral 2025 (UTC)
Müzakirə səhifələri
Son rəy:
1 il öncə
1 şərh
Müzakirədə 1 nəfər
Bu Müzakirə səhifələrinə sizləri dəvət edirəm:
Müzakirə:Azərbaycan Xalq Cümhuriyyəti
Şablon müzakirəsi:Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfirləri
Müzakirə:Azərbaycanın birinci xanımlarının siyahısı
Müzakirə:Məhəmməd Əmin Rəsulzadənin Amerikanın Səsi radiosundan Azərbaycan xalqına müraciəti
Yousiphh
müzakirə
14:32, 13 fevral 2025 (UTC)
Təftişçi
Son rəy:
1 il öncə
14 şərh
Müzakirədə 9 nəfər
Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Müvafiq mövzu ilə bağlı səsvermələr hal-hazırda davam edir:
Təftişçi seçkisi
Qaydaların təkmilləşdirilməsi
Salam, hörmətli dostlar və vikipediyaçılar! Adından da göründüyü kimi, bu müzakirəni
üzərində işləyib təkmilləşdirdiyim
təftişçi qaydalarının
ətraflı müzakirəsi və qəbulu üçün açıram. Lokal təftişçi mövzusu indiyə kimi bir neçə dəfə aktuallaşıb. Amma haqlı olaraq bu barədə narahatlıqlarımız yaranıb, bu da başadüşüləndir. Amma bu hüquqları etibarlı şəxslərə verməklə lokal təftişçi seçə bilərik. Ümumi olaraq və son vaxtlar da bu hüquqa ehtiyac yaranır və metaya müraciət etməli oluruq, nəticədə bir təftişin nəticəsi günlər çəkə bilir və əlimizdə dəqiq datalar olmur. Halbuki lokal təftişçimiz olsa daha operativ vəziyyət yaranar. Siyasətimiz qəbul olunsa,
müvafiq səhifəmiz
də artıq hazırdır.
Əlaqəli digər
səhifələrimiz də hazırdır, sadəcə qalır təftişçi seçib fəaliyyətə başlamaq. Xahiş edirəm, hamılıqla bu müzakirədə iştirak edək. Qaydaların da qəbulundan sonra özüm də daxil olmaqla aşağıdakı üç istifadəçini təftişçi namizədi kimi göstərməyi düşünürəm. Bu mövzunu aktuallaşdırdım, daha sonra istifadəçilərlə də bu barədə danışdım, onlar da bu öhdəlik üçün könüllü oldular. Say olaraq üç götürməyimin də ciddi səbəbləri var, belə ki, bir təftişçi hüquqdan hansısa səbəbdən məhrum olunsa, məcbur digərinin də statusu alınacaq və metadan asılı vəziyyətə düşəcəyik. Beləliklə, həm də bir-birilərinə daha yaxşı nəzarət edə biləcəklər. Hər üç istifadəçi də Azərbaycanca Vikipediyanın təkmilləşməsi naminə çalışır.
Gadir
Tam səslə inzibatçı seçilib
. Aktiv istifadəçi və inzibatçıyam. Bu mövzularda maraqlıyam və metaya müraciətlərim çox olur. Ümumiyyətlə, mən düşünürəm ki, məsələlərə kifayət qədər tərəfsiz yanaşa bilirəm, hər mövzuya, istifadəçiyə eyni ölçüdə davrana bilirəm. İstifadəçilərə mümkün olduğu qədər kömək olmağa çalışıram və haqqımda indiyə kimi də etibarsızlıq yaradacaq nə isə bir hadisə də baş verməyib. Bir sıra qaydaları təkmilləşdirmişəm və yazmağa da davam edəcəm.
Nemoralis
Tam səslə inzibatçı seçilib
. Aktiv istifadəçi və inzibatçıdır. Bu mövzuda maraqlıdır və fəaliyyətinin bir tərəfi Vikipediya qaydalarını pozan şəxsləri aşkarlamaqdan keçir. Bu alətlər də ona çox kömək olacaq. Eynilə, onun da fəaliyyətində etibarsızlıq yaradacaq hal baş verməyib. İstifadəçilərə əlindən gələn köməyi edir, layihə üçün də bacardığı töhfələri verməyə çalışır.
Turkmen
Tam səslə inzibatçı seçilib
. Aktiv istifadəçi, inzibatçı və bürokratdır. O da aktivdir və Azərbaycanca Vikipediyanın potensial stüard namizədidir. Onun da fəaliyyətində etibarsızlıq yaradacaq hal baş verməyib. İstifadəçilərə eyni ölçüdə davrana bilir və Azərbaycanca Vikipediyanın təkmilləşməsi yönündə çalışır. Bürokrat kimi fəaliyyətini şəxsən çox bəyənirəm və qaydaların təkmilləşməsində də danılmaz əməyi var.
Hörmətlə,
Qədir
müzakirə
01:20, 8 fevral 2025 (UTC)
Salam. Bu sistemin yaradılmasına çoxdan ehtiyac var idi. Hörmətlə,
Vikotals
müzakirə
04:43, 8 fevral 2025 (UTC)
Şərh:
Əslində az-vikidə son 5 ildə bu barədə müzakirələr olub. Elə bu səbəbdəndir ki, bir neçə ildir lokal qaydanı da icma olaraq təsdiqləmişik. Qaydanı daha təkmil hala gətirdiyiniz üçün təşəkkür edirəm. Mən şəxsən böyümə fonunda, nəzarəti təmin etməyimiz üçün təftişçilərin olmasını dəstəkləyirəm. Hal-hazırda da demək olar ki, tez-tez stüardlara müraciət edilir. Gözləmələr və imtinaları nəzərə alsaq, əgər bunu lokal olaraq özümüz daha aydın və sürətli həll edə biliriksə niyə də etməyək.
Turkmen
müzakirə
05:11, 8 fevral 2025 (UTC)
namizəd kimi göstərilən hər 3 istifadəçinin fəaliyyəti yaxşıdır, təcrübəlidirlər. ayrılıqda da hüquqları haqq edirlər. amma, məncə, azviki kimi kiçik və problemlərlə dolu icma üçün təftişçi lazım deyil. hələ 3 təftişçiyə ümumiyyətlə gərək yoxdur. təbii ki, seçim icmanın
Atakhanli
müzakirə
14:26, 8 fevral 2025 (UTC)
Bir neçə il əvvəl desəydiz, sizinlə razılaşardım. Amma düşünürəm ki, azvikidə stabil ortam yaranıb, hansı ki, hamı fikrini azad ifadə edə bilir və istifadəçilər lazım olduqda inzibatçılardan haqq-hesab sora bilirlər, əvvəl buna çəkinirdilər, çünki inzibatçı şəxsin xoşuna gəlməyəndə onu blok edirdi. İndi elə hallara demək olar rast gəlmirəm, həqiqətən müsbətə doğru inkişaf çoxdur. Eləcə də Vikipediya günü-gündən böyüyür, trollar, kukla hesablarla mübarizə aparırıq, təəssüf ki, meta tam datalar vermir və bununla da iş tam olmur. Yuxarıda Turkmen-in də dediyi kimi, özümüz sürətli həll etmə imkanına sahibiksə, lokal təftişçi niyə seçməyək? Hörmətlə,
Qədir
müzakirə
15:47, 8 fevral 2025 (UTC)
Üç nəfər məncə də çoxdur. Bilmirəm, bir nəfəri seçmək olursa Nemoralis-i seçək.
Sofia
müzakirə
15:52, 8 fevral 2025 (UTC)
Bir-birini təftiş etmək üçün minimum 2 olmalıdı —
Bikar
müzakirə
16:09, 8 fevral 2025 (UTC)
Atakhanli ilə həmfikirəm. Doğrudu, bəzən inzibatçılar üçün çətin (vaxt aparıcı) ola bilir, lokal təftişçilərimiz olsa qazana və itirə biləcəklərimizi müqayisə eliyib əleyhinə olduğum qərarına gəlirəm.
(kukla hesablarım çıxar biabırçılıq olar. sjsjk)
Bikar
müzakirə
16:14, 8 fevral 2025 (UTC)
Şərh:
Salam. Bu müzakirə həm də qaydanın qəbulu üçün açılıb, düşünürəm ki, bu təkmil qaydanı müzakirə edib qəbul etmək lazımdır. Təftişçi seçib-seçməyəcəyimizi də müzakirə edək. Narahatlıqlarınızı başa düşürəm, amma bu barədə narahatlıqları olanların açıq şəkildə səbəblər qeyd etməyini istərdim. @
Bikar
, fikirlərinizi daha açıq ifadə edin, lütfən. Bir az əvvəl
burada
belə bir hal baş verdi və operativ addımlar atıldı. Lokal təftişçilər olduğu təqdirdə bu kimi hallarda müdaxilə imkanlarımız daha geniş olacaq.
Düzü, məncə, say problem deyil, ikidə operativlik olacaq, üç təftişçidə isə daha çox operativlik, qərəzsizlik, tərəfizlik və bir-birlərinə nəzarət olacaq (nəzərə alsaq ki, bizdə
Arbitraj Komitəsi
fəaliyyət göstərmir, bu da bunu labüd edir). Məsələn, iki təftişçinin bir işə baxarkən üçüncü tərəfin də məsələyə göz gəzdirməsi ancaq faydalı ola bilər.
Buradan
da görüldüyü kimi, hər bir layihə iki təftişçiyə sahib deyil, eyni zamanda 3, 4 və 5 təftişçi olan layihələr də var. Həmçinin, dediyim kimi, iki təftişçidən birinin hüquqları hansısa səbəbdən alındıqda digər təftişçinin də hüquqları alınacaq və metadan asılı olacağıq. Nəzarət, operativlik, qərəzsizlik və tərəfsizlik baxımından da, düşünürəm ki, çox yaxşı olar, əgər icma bu şəxslərə etibar edirsə və icma indiyə kimi onlarla, onlara etibarla bağlı hansısa problem yaşanmayıbsa, problem olmayacağını düşünürəm.
İstifadəçilərə bir müddət güvənirik və onlar sonra inzibatçı olurlar, sonra da etimadları doğruldaraq daha yüksək hüquqlara namizəd olurlar, məncə, vəziyyət indi də elədir. Əgər belə davransaq, gərək heç onda inzibatçı da seçməyək, onların da müəyyən icazələri olur çünki. İstifadəçilərin şəxsi məlumatlarına da həssaslıqla yanaşırıq. Bu barədə özüm də daxil sözügedən istifadəçilərlə bağlı problem yaşadığımızı xatırlamıram. Metaya mütəmadi olaraq həm şəxsi, həm də ictimai müraciətlərimiz, danışıqlarımız olur, bunu hər halda faydalı şəkildə özümüz də yerinə yetirməyə malikik.
Açıq deyim, metaya hər dəfə yazmaq bir az da sıxıcı işdir, məsələn, mən
VP:ÖRDƏK
-ə əsaslanıb bir sıra hesabları bloklayıram, amma müəyyən hallar olur ki, təftiş funksiyası lazım olur, həmin datalar qaydalara uyğun olaraq bizə tam verilmir və mübahisəli hallarda müəyyənləşdirməkdə problem yaranır. Həmçinin bəzən kifayət qədər gözlənən və imtina edilən sorğular da olur. Həm rahatlıq baxımından, həm də dil baxımından (hər kəs ingiliscə bilməyə bilər), düşünürəm ki, istifadəçilər müraciətlərini edərkən daha rahat şəkildə özlərini ifadə edə biləcəklər.
Təftişçilər üçün xüsusi Vikimedia saytı da var ki (
checkuser.wikimedia.org
), bura sadəcə onlar giriş icazəsi əldə edirlər. Qeydlər aparmaq və digər mürəkkəb sui-istifadə və vandalizm hallarını burada digər təftişçilərlə müzakirə etmək üçün nəzərdə tutulub.
Hörmətlə,
Qədir
müzakirə
23:30, 8 fevral 2025 (UTC)
Lehinə
məncə də ehtiyac var və olsun. Zərəri yoxdur ki, xeyri var.
samral
müzakirə
18:51, 10 fevral 2025 (UTC)
Təftişçi bizə lazımdır.
Ayselhs
və ya
Nizami Aliyev
kimi nümunələri göstərə bilərəm. Bir ara SNS-də müzakirələri manipulyasiya etməyə çalışmaq üçün trol hesablar yaradan şəbəkə də ifşa edilmişdi. Yəni demək istədiyim odur ki, bizdə kifayət qədər normal işi pozmaq, kukla hesablarla trollinq etməyə çalışanlar var. Və dayanacaqlarını düşünmək də olmaz. Metaya müraciət edirik amma hər yeni təftiş müraciətində stüarda bütün vəziyyəti sıfırdan izah/tərcümə etmək məcburiyyətində qalırıq. Bəzən də elə olur ki, stüard göstərilən faktlardan razı qalmır. Lokal təftişçimiz olanda vəziyyəti sıfırdan izah etməyə ehtiyac qalmayacaq.
VP:IPBAO
kimi hüquqların verilməsi üçün də təftişçi yoxlanışı lazımdır. Qlobal siyasətə əsasən minimum 2 təftişçi olmalıdır, çünki, təftişçi jurnalına sadəcə təftişçilər baxa bilir. İkisi bir birinə nəzarət etsinlər deyə minimum 2-dir. Məncə 3 təftişçi daha yaxşı olacaq, təbii ki, qərar yenə icmanın.
"kiçik və problemlərlə dolu icma üçün təftişçi lazım deyil"
deyən birinin bu problemləri həll etmək üçün bir şey etdiyini görməmişəm, mən ümumiyyətlə düşünürəm ki, vacib səsvermələrdə səs verməkdən çəkinən birinin problemlərdən danışmağa haqqı yoxdur. Problemlərdən biri də indi yazdıqlarımdır, necə həll edək?
Nemoralis
müzakirə
00:04, 11 fevral 2025 (UTC)
Lehinə
. Məncə xeiri olar, ziyanı olmaz. Həmçinin, fikrimcə, 3 nəfər olmağı daha düzdür, nəinki 1 nəfər. Hər halda, bu yəgin ki könüllü işdir, və 1 nəfərə yükləmək düz olmaz. --
Zohrab Javad
müzakirə
09:59, 11 fevral 2025 (UTC)
Qeyd:
Qaydanın təkmilləşdirilməsi haqqında səsvermə başladıldı
Vikipediya:Səsvermə/Təftişçi qaydalarının təkmilləşdirilməsi
Turkmen
müzakirə
07:14, 13 fevral 2025 (UTC)
Qeyd:
İstifadəçilərə statusların verilməsi haqqında səsvermələr başladıldı
Vikipediya:Təftişçilər/Səsvermələr
--
Turkmen
müzakirə
09:22, 13 fevral 2025 (UTC)
Fransızca Vikipediyadakı açıq məktub
Son rəy:
1 il öncə
2 şərh
Müzakirədə 2 nəfər
Fransanın böyük jurnallarından biri olan
Le Point
fransızca vikidəki FredD adlı istifadəçini jurnalın viki məqaləsindəki redaktələrinə görə şəxsi məlumatlarını yaymaqda təhdid edib. İstifadəçinin şəxsi telefon nömrəsini tapıb zəng vurublar və işlədiyi yerə şikayət ediblər. Buna cavab olaraq fransızca viki icması açıq məktub yazaraq FredD-ə öz dəstəklərini ifadə edib. Məktubu artıq 687 nəfər imzalayıb. Ətraflı buradan oxuya bilərsiniz:
fr:Wikipédia:Lettre ouverte
: non à l'intimidation des contributeurs bénévoles/en
Bunu bizim icmaya bildirmək səbəbim bizim də bir neçə ay öncə belə təhdidlərlə üzləşməyimiz idi. Çalışaq ki, gələcəkdə (ümid edirəm yenə olmaz) belə hadisəylə üzlədikdə biz də açıq məktub yazaraq birliyimizi göstərək və icma üzvlərimizi qoruyaq. Yoxsa bəziləri kimi
mediada
, sosial şəbəkələrdə ağzına gələni danışmaq bu icmanın bütovlüyünü pozacaq. Eləcə də fürsətdən istifadə edib
yıxılana balta vurmağa çalışmaq
. Belə görürəm ki, bu keçid verdiyim müzakirəni açan istifadəçi gələn rəylərdən sonra daha heç nə yaza bilməyib başlıqda
:). Bu hadisələrdə məlum tərəfə böyük xidmətlər göstərmiş hər bir şəxs etdiyinin bəhrəsini görüb və görəcək.
Nemoralis
müzakirə
09:37, 19 fevral 2025 (UTC)
Möhtəşəmdir. Bizdə sadəcə az aktiv istifadəçi var və demək olar ki, bir neçəsindən başqa heç biri anonim deyil deyə belə çəkincələr olur, amma hər bir halda icma olaraq, vikifəlsəfəni dərk edən istifadəçilər olaraq həmrəy olmalıyıq. Qeyd etdiyiniz istifadəçi vaxtilə Bəhruz Səmədov məqaləsindən gizlənmiş versiyaları çıxararaq istifadəçiləri təhlükəyə atmışdı elə (mövzu aktual olan ərəfədə fb-da da bu barədə özü paylaşım etmiş və rəy yazmışdı; digər pozuntuları saymıram belə).
Namizədlikdə
"istifadəçi adlarının təhqir olduğu halda" gizlənilə biləcəyini yazır, amma təhlükəsizlik səbəbilə də belə şeylər normaldır və qlobal qaydalar buna icazə verir. Bəzi fəaliyyətləri əsl hesabından görməyə çəkindiyi üçün alternativ hesab yaradanlar da olur. Özü də namizədliyi nə üçün özü yekunlaşdırıb? Müzakirədə iştirak etməmiş, üçüncü tərəf tərəfsiz birinə buraxmalı idi. Mənim bu mövzuda tərəf olduğum düşünüləcəksə,
bu redaktəyə
nəzər yetirə bilərsiniz. Başa da düşə bilmirəm, hamı şikayət edir, amma heç bir addım atılmır. Nəyi gözlədiyimizi anlamıram, daha pis şeylər olmalıdı? Hörmətlə,
Qədir
müzakirə
11:05, 19 fevral 2025 (UTC)
"Wikisource 2025" konfransı
Son rəy:
1 il öncə
4 şərh
Müzakirədə 3 nəfər
Salam AzViki icması. Bildiyiniz kimi mən 14-16 fevralda
Balidə
keçirilən
"Wikisource 2025"
konfransında iştirak etdim. Təxminən 70 nəfər Vikimənbəçi iştirak edirdi. Çox maraqlı bir konfrans oldu. Hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Qışda 30 dərəcə isti olan bir yerə getmək də ayrı bir hiss idi. Qeyd edim ki, digər vikikonfranslardan fərqli olaraq bu konfrans 5 ildən bir keçirilir. AzViki icması üçün Vikimedia layihələri içərisində 2-ci aktiv layihə hesab edilən Vikimənbə digər dillərdə deyərdim ki, 1-cidir. 3-5 istifadəçinin, hətta çox vaxt 1-2 istifadəçinin fəaliyyəti ilə zənginləşdirilən AzVikimənbə çox geri qalıb desəm, səhv etmərəm. Aşığı mən belə təsəvvür etmirdim. Vəziyyəti qısaca belə dəyərləndirərdim: Qeyri dillərdəki Vikimənbə hazırkı AzVikinin səviyyəsindədir. Heç Avropa, Amerika dillərini demirəm, Pəncab, Hind, Bali, Malay, Filippin, Tamil və s. kimi dillərdə olan VikiMənbə bizlərdən çox-çox yaxşı inkişaf yolu keçiblər. Təsəvvür edin ki, bunların ayrıca Vikimənbə qrupları, təşkilatları var. Kitabxanalarla işləyib ən qədim kitabları belə yükləyiblər Vikimənbəyə. Hətta deyirdilər ki, kitabxanada kataloqa Vikimənbədəki kitabları əlavə edirlər və oxucu istədiyi kitabı seçir və Vikimənbəyə keçid edib oxuyur. Biri deyirdi ki, yüklənəcək kitablar bitmək üzrə olduğundan tarixi əlyazmaları yükləməyə başlamışıq. Onun üçün xüsusi proqlamlar hazırlayırlar. Bunlar 2000-3000 kitabdan söhbət edirdi. Bizdə isə cəmi
3 skan
olunmuş kitab yüklənib və təxminən də 30-40 kitab həcmində mətnimiz var. Acınacaqlı bir vəziyyətdəyik.
Dostlar, gəlin birlikdə
Azərbaycanca Vikimənbə
nin zənginləşməsində hamılıqla iştirak edək. Hər dəfə Vikipediyaya ayırdığınız vaxtın 1/3-ni Vikimənbəyə ayırsaz xeyli iş görmək olar. Orada bir neçə istifadəçiyə sual etdim ki, siz vikipediyada da yazırsınız? Dedilər yox, biz vikimənbədə yazırıq.
Araz Yaquboglu
müzakirə
15:26, 20 fevral 2025 (UTC)
Araz Yaquboglu
; Uğurlar, Araz müəllim! Təkcə Azərbaycanca Vikipediyanın deyil, Azərbaycanca Vikimənbənin də inkişafında əvəzsiz əziyyəti olan bir istifadəçi olaraq orada olmağı illər idi ki, haqq edirdiniz və seçildiniz. İştirakınız və icmamızı təmsil etdiyiniz üçün təşəkkür edirəm!
Sura Shukurlu
müzakirə
17:05, 20 fevral 2025 (UTC)
Araz Yaquboglu
, salam. Əvvəlcə təşəkkür edirəm. Məndə bəzi suallar yarandı. Məsələn onlar həm də kitabxana filan əməkdşaları idilər? Ya bizim kimi adi sıradan könüllülər? Digər bir məsələ, belə başa düşdüm ki, onlarda kitabxanalar birbaşa dəstək verir hə bu prosesə? Dövlətin də dəstəyi var? Ya biz AzVikini necə öz gücümüzə böyüdürüksə, onlar da eyni şəkildə VM-i genişləndirirlər?
samral
müzakirə
17:44, 20 fevral 2025 (UTC)
Samral, onlar kitabxana ilə əməkdaşlıq edir, oradan kitabları skan edib commonsa yerləşdirir və vikimənbədə onu mətnə çevirirlər. Amma deyim ki, Hindistandan 1 professor, ölkəsini unutduğum bir ölkədən də 1 Universitet müəllimi vardı. Hindistanlı deyirdi bəlkə Bakıda hansısa universitetdə işləməyə gəlmək fikrim var. Kitabxanalar bəli onlara dəstək verir və kitabxana da oxucusunu vikimənbəyə yönəldir. Dövlət dəstəyi yoxdur. Onlarda əməlli-başlı vikiyə maraq var. Yaşlı insanlar, qadınlar çox fəaldırlar.
Araz Yaquboglu
müzakirə
05:09, 21 fevral 2025 (UTC)
Upcoming Language Community Meeting (Feb 28th, 14:00 UTC) and Newsletter
Son rəy:
1 il öncə
1 şərh
Müzakirədə 1 nəfər
Hello everyone!
We’re excited to announce that the next
Language Community Meeting
is happening soon,
February 28th at 14:00 UTC
! If you’d like to join, simply sign up on the
wiki page
This is a participant-driven meeting where we share updates on language-related projects, discuss technical challenges in language wikis, and collaborate on solutions. In our last meeting, we covered topics like developing language keyboards, creating the Moore Wikipedia, and updates from the language support track at Wiki Indaba.
Got a topic to share?
Whether it’s a technical update from your project, a challenge you need help with, or a request for interpretation support, we’d love to hear from you! Feel free to
reply to this message
or add agenda items to the document
here
Also, we wanted to highlight that the sixth edition of the Language & Internationalization newsletter (January 2025) is available here:
Wikimedia Language and Product Localization/Newsletter/2025/January
. This newsletter provides updates from the October–December 2024 quarter on new feature development, improvements in various language-related technical projects and support efforts, details about community meetings, and ideas for contributing to projects. To stay updated, you can subscribe to the newsletter on its wiki page:
Wikimedia Language and Product Localization/Newsletter
We look forward to your ideas and participation at the language community meeting, see you there!
MediaWiki message delivery
08:28, 22 fevral 2025 (UTC)
İnzibatçı qaydalarının rəsmiləşdirilməsi
Son rəy:
1 il öncə
3 şərh
Müzakirədə 2 nəfər
Salam hər kəsə.
Bürokratlar

təftişçilər
haqqında qaydalarımız olsa da, uzun müddətdir ki, az-vikidə
inzibatçılar
barədə qaydalarımız yoxdur. Hərçənd ki,
seçkilər

fəaliyyətlə
bağlı qaydalar var (düzəlişlərə ehtiyac olsa belə). Qaydanı Commons
versiyasında
sadə formada hazırladım. Həmçinin digər vikilərdəki versiyalarla da tanış oldum. Bir çox layihədə qısa və ətraflı formada verilib. Həmçinin bizdə də belə sadə formada olmasının səbəbi inzibatçılar haqqında ayrı-ayrılıqda müfəssəl qaydaların olmasıdır. Standart məlumatların olmasını nəzərə alaraq birbaşa səsvermə başladıram.
Təklif edilən qayda
Rəsmiləşdirilməsi üçün səsvermə
Turkmen
müzakirə
09:33, 22 fevral 2025 (UTC)
səhifələri mühafizə etmək və mühafizə olunan səhifələrdə redaktə etmək;
-də
mühafizəni kənarlaşdırmaq
qalıb —
Bikar
müzakirə
16:48, 22 fevral 2025 (UTC)
Bikar
Turkmen
müzakirə
17:55, 22 fevral 2025 (UTC)
Səhifələrin mühafizəsi və mühafizədən kənarlaşdırılması səlahiyyətlərinin bizlərə də verilməsi təklifi
Son rəy:
1 il öncə
8 şərh
Müzakirədə 6 nəfər
Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Salam əziz və hörmətli həmkarlar. Belə bir təkliflə sizlərə müraciət edirəm. Hər hansısa səhifənin mühafizəsi və mühafizədən kənarlaşdırılması aktiv istifadəçilərə verilsə səlahiyyət inzibatçıların da yükünü azaltmış olarıq. Hörmətlə,
Vikotals
müzakirə
04:02, 23 fevral 2025 (UTC)
Əleyhinə
Razı deyiləm.
Nemoralis
müzakirə
05:12, 23 fevral 2025 (UTC)
Tam əleyhinə
Sofia
müzakirə
08:03, 23 fevral 2025 (UTC)
Əleyhinə
belə məsuliyyətli funksiya ancaq inzibatçılara verilməlidir.
Unkillable
Demon King
01:30, 24 fevral 2025 (UTC)
Əleyhinə
ehtiyac görmürəm. azvikidə çox tez-tez lazım olmur. olanda da hesab edirəm ki, inzibatçılar çox da ləng deyillər. istifadəçi hüququ vacib hesab edirsə inzibatçılığa namizəd ola bilər
Atakhanli
müzakirə
03:58, 24 fevral 2025 (UTC)
Onu deyim ki, mən (bildirişləri də aktiv etmişəm, həmçinin
KAT:İM
-dəki digər səhifələr də diqqətimdədir) və bir neçə inzibatçı mütəmadi
VP:İM
-yə diqqət yetirirlər. Sadəcə olaraq, gizlədiləsi versiyalar (sübut və əsaslandırmaları ilə MH pozuntuları, təhqir və böhtanlar), bloklama sorğuları və silmə tələbləri (sadəcə kütləvi olduqda, digər hallarda {{sil}} şablonu vasitəsilə) bu səhifəyə qeyd olunduqda müvafiq addımlar atılır. Qarşılaşdıqca müraciət etmək lazımdır, inzibatçılar bütün səhifələri birbaşa izləyə bilməzlər. Mühafizə üçün
{{
mühafizə
}}
şablonundan da istifadə edilər bilər. Sadəcə
belə sorğular
bir az ləngiyə bilər ki, o da normaldır. Belə fəaliyyətləri patrullar və digər istifadəçilər də təftiş edə və geri qaytara bilərlər. "Mühafizə etmə/silmə/bloklama" inzibatçılığın gətirdiyi üç əlavə funksiya və səlahiyyət olduğu və digər layihələrdə də bunun analoquna rast gəlmədiyim üçün təklifin əleyhinə olduğumu bildirirəm (baxmayaraq ki, yaxşı xatırlayıram, keçmişdə Atakhanli ilə mən də bir vaxtlar inzibatçı olmayanda belə bir hüququn gəlməsini istəyirdik
:) ifrat aktiv idik). Hörmətlə,
Qədir
müzakirə
04:24, 24 fevral 2025 (UTC)
Sadəcə "Twinkle" qadcetini işlək hala gətirmək lazımdır ki, bloklama sorğularını, mühafizə və gizləmə tələblərini və kütləvi silmə tələblərini də istifadəçilər avtomatik ora müraciət kimi əlavə edə bilsinlər. Problem qalmayacaq. Hörmətlə,
Qədir
müzakirə
04:34, 24 fevral 2025 (UTC)
Qəbul edilmədi
: İstifadəçilər təklif olunan fikirlə razılaşmadıqlarına görə müzakirəni vaxtından əvvəl yekunlaşdırmaq qərarına gəldim. Hörmətlə,
Vikotals
müzakirə
03:41, 25 fevral 2025 (UTC)
Muxtariyyatlar üzrə fəxri adlar
Son rəy:
1 il öncə
2 şərh
Müzakirədə 1 nəfər
Cənablar və xanımlar. Azvikidə Azərbaycan və Azərbaycan SSR üzrə fəxri adlar üçün ("Xalq artisti", "Əməkdar artisti") həm məqalələr, həm kateqoriyalar, həm şablonlar olmalıdır. Həmçinin Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti kateqoriyası var. Amma Naxçıvan Muxtar SSR əməkdar artisti üçün yoxdur. Naxçıvanın xalq artisti üçün kateqoriya ümumiyyətlə yoxdur - ümumiyyətlə olmalıdırmı? Hal hazırda kiminsə Azərbaycan fəxri adını almasını e-qanun saytından yoxlamaq olur. Bəs Naxçıvan Muxtar Respublikasının fəxri adları varsa, necə yoxlamaq olar? Fikrimcə müzakirə olunub sistemləşdirilməlidir.
Zohrab Javad
müzakirə
22:43, 22 fevral 2025 (UTC)
Görünür ki
, Naxçıvan MR üzrə əməkdar artistləri var, xalq artisti adında fəxri ad yoxdur.
Zohrab Javad
müzakirə
09:17, 26 fevral 2025 (UTC)
CEE Hub Microgrant Programme - 2025 round
Son rəy:
1 il öncə
2 şərh
Müzakirədə 2 nəfər
CEE Hub Microgrant programme
is open for submissions from the communities across Central and Eastern Europe (as well as Central Asia, and Farsi contributors that live in these regions).
The CEE Hub Microgrant programme will fund projects ranging from 50 to 700 EUR.
Please read the criteria and other details with the programme.
Application form
is accessible on the Meta page where you will need to answer a few simple questions.
You can find a list of the applications for the programme from 2024
on this page
, so you will get a sense of what other communities asked for funds.
If you have any questions, please let us know (
). We are waiting for your submissions!
--
MediaWiki message delivery
müzakirə
13:35, 24 fevral 2025 (UTC)
Tərcüməsi:
CEE Hub Mikroqrant proqramı Mərkəzi və Şərqi Avropadakı icmalardan (həmçinin Mərkəzi Asiya və bu regionlarda yaşayan farsdilli ianəçilər) müraciətlər üçün açıqdır.
CEE Hub Mikroqrant proqramı 50 avrodan 700 avroya qədər olan layihələri maliyyələşdirəcək.
Proqramla bağlı meyarları və digər detalları oxuyun. Ərizə formasını Meta səhifəsindən əldə etmək olar. Burada siz bir neçə sadə suala cavab verməlisiniz.
Siz bu səhifədə 2024-cü ildən proqram üçün müraciətlərin siyahısını tapa bilərsiniz. Beləliklə, başqa icmaların nə üçün maliyyə axtardığı barədə fikir əldə edəcəksiniz.
Hər hansı bir sualınız varsa, bizə bildirin (bizimlə əlaqə saxlayın). Yazılarınızı gözləyirik.––
samral
müzakirə
15:05, 24 fevral 2025 (UTC)
Təftişçilər seçkisində səsvermə müddəti
Son rəy:
1 il öncə
23 şərh
Müzakirədə 5 nəfər
Salam. Bizdə
Vikipediya:Səsvermə
prinsipinə görə
"Bütün səsvermələr mövzudan asılı olaraq 7–15–25 gün müddətinə keçirilir. Bu müddət səsverməni açan istifadəçi tərəfindən müəyyən olunur və açıq şəkildə elan edilir".
Bu gün bizim bürokratımız və təftişçi namizədimiz
Turkmen
-in
Vikipediya müzakirəsi:Təftişçi namizədliyi
səhifəsində cəmi 2-3 gün aparılan və az sayda vikipediyaçının qatıldığı müzakirəyə əsasən və bu müzakirəni ortaq qərar hesab edərək səsvermənin bitməsinə 1 gün qalmış
Vikipediya:Təftişçilər/Səsvermələr
səhifəsində səsvermə tarixini daha
15 gün müddətinə uzatdığını
gördüm. Bu bizim prinsipin pozulması deyilmi? Çünki bu günə qədər heç vaxt belə bir hal olmayıb, ən azından mən xatırlamıram. Dəfələrlə inzibatçı seçkisi keçirmişik, olub ki, cəmi 1-2 səs yetməyib seçilməyə və ya namizədin 1-2 səs fərqi ilə statusu alınıb. Amma heç vaxt o durumlarda seçki tarixi dəyişdirilməyib, uzadılmayıb. Bu presedent bundan sonra azvikidə keçirilən hər seçkinin istənilən və ya arzuolunan nəticə alınana qədər vaxtının uzadılmasına imkan yaratmayacaqmı? Məncə, seçki gedə-gedə onun əvvəlcədən elan olunmuş tarixini dəyişmək gələcəkdə də zərərli manipulyasiyalara imkan verəcək. Ortaq qərarla prinsiplərimizdə yazılanları heçə sayacağıqsa, onda bu prinsipləri niyə qəbul edirik? Bundan sonrakı hər seçkidə 4-5 nəfər yığılıb ortaq qərar çıxaracaq, seçkini istədiyi kimi yönləndirəcək. Məncə, 1 seçkiyə görə illərlə qüvvədə olan prinsiplərimizin üstündən xətt çəkməyək. Seçkini 5-6 aydan sonra təkrar da keçirmək olar, amma prinsip pozuldusa hər seçkidə problemlər yaşayacağıq. Hörmətlə: --
Sortilegus
müzakirə
08:16, 28 fevral 2025 (UTC)
Salam, bu məsələ lap "
Bomba hekayəsindəki
fraqmentə
bənzədi. Mən düşünmürəm ki, bu müzakirə nəyisə aydınlaşdırmaq üçündür. Çünki hərşeydən əvvəl nəyisə aydınlaşdırmaq üçün gərək birinci özümə sual verilə ki, "səsvermə niyə belə uzadılıb?". İkincisi qaydalara göz atılmalıdır, araşdırılmalıdır. Azərbaycanca Vikipediyada
VP:S
inzibati seçkilər üçün istifadə olunmur. İnzibati seçkilər üçün
VP:İBSQ

VP:TSQ
-yə müraciət edilir.
VP:İBSQ
konkret olaraq bizdən səsvermə üçün 15 gün vaxt standartı istəyir, yəni nə az, nə də çox. 15 günə hərşey müəyyən edilməlidir.
VP:TSQ
isə bizə vaxt tələbi qoymur.
Daha doğrusu uzadıla biləcəyinə icazə verir
. Hörmətli bürokratımız, hər şey bu qədər sadədir.
Turkmen
müzakirə
11:12, 28 fevral 2025 (UTC)
Turkmen
, nə deyim, hər şey göz qabağındadır. 13 fevral - 28 fevral tarixləri arasında
Vikipediya:Səsvermə/Təftişçi qaydalarının təkmilləşdirilməsi
səsverməsi keçirilir. Məntiqsiz
"Səsvermə müddəti 15 gün olmalıdır və bu müddət ərzində konkret nəticə əldə edilmədiyi halda müddət bürokrat tərəfindən uzadıla bilər."
bəndi və bir çox başqa bəndlər həmin təkmilləşdirməyə görə
Vikipediya:Təftişçilər
prinsipinə
Gadir
tərəfindən
28 fevralda (yəni dünən) əlavə olunur.
Amma
Vikipediya:Təftişçilər
prinsipində bu əlavələrin 28 fevral 2025-ci il tarixdə olunduğu qeyd edilmir. Sadəcə yazılıb ki, prinsip 22 noyabr 2018-ci ildən qüvvədədir. 2018-ci ildə qəbul olunan "Təftişçilər" prinsipinin mətni isə
→ buradadır
. Burada heç bir 15 gündən və bürokratın seçkini uzatmasından söhbət getmir. Gadir də
Vikipediya:Səsvermə/Təftişçi qaydalarının təkmilləşdirilməsi
əlavələrinin qəbulu üçün heç 28 fevralın tamamlanmasını gözləməyib, demək olar ki, 1 gün əvvəl səsverməni yekunlaşdırıb. Orada qeyd olunur ki
"Səsvermə 13 fevral - 28 fevral 2025 tarixləri arasında keçirilir".
Saat qeyd olunmadığı üçün
Gadir
gərək 28 fevralın bitməsini gözləyəydi və sonra səsverməni yekunlaşdırardı. Nəyə görə bunu edib? Çünki 13 fevral - 28 fevral tarixləri arasında
Vikipediya:Səsvermə/Təftişçi qaydalarının təkmilləşdirilməsi
prinsipinin səsverməsi ilə paralel olaraq həm də
Vikipediya:Təftişçilər/Səsvermələr
səhifəsində təftişçi səsverməsi keçirilib. Burada artıq 28 fevralda səsvermənin bitəcəyi saat yazılıb
(UTC vaxtı il 28 fevral 2025-ci il, saat 09:19-da səsvermə dayandırılacaq)
. Deməli, 28 fevralda
Vikipediya:Səsvermə/Təftişçi qaydalarının təkmilləşdirilməsi
prinsipinin səsverməsi Gadir tərəfindən qanunsuz olaraq vaxtından əvvəl yekunlaşdırılıb və onun mətni
Vikipediya:Təftişçilər
səhifəsinə əlavə olunub, bu əlavələrə əsaslanaraq isə artıq bürokrat elə səsverməsi 28 fevralda yekunlaşması olan
Vikipediya:Təftişçilər/Səsvermələr
səhifəsində səsvermənin müddətinə müdaxilə edib və onu uzadıb. Ortada qanunsuzluq olduğu gün kimi aydındır. Nə isə... Uğurlar!--
Sortilegus
müzakirə
22:06, 28 fevral 2025 (UTC)
Sortilegus
, görürsünüzmü, deyirəm axı, bu müzakirə prosesi aydınlaşdırmaq üçün açılmayıb. Siz arxa fonda yenə nə isə axtarırsınız. Şəxsən bu hərəkətlərinizi başa düşə bilmirəm. Çünki yenə də qaydalara göz atmırsınız, və ya qaydalarla tanış deyilsiniz. Qaydanın
keçmiş
forması
buradadır
və artırma müddətdi burda da qeyd olunub. Hətta Metadakı qlobal prinsipdə də
bu barədə
yazılıb. Hansi ki, təftişçi siyasəti qlobaldır, lokal icmalar onları sadəcə təsdiqləyir. Yuxarıda da, burda da sizə ətraflı və qaydalara uyğun cavab vermişəm. Görünür ki, müzakirələrdən uzaq duracağınızı bildirsəniz də, bu sizin problemli istifadəçi olduğunuz faktını dəyişmir. Uğurlar!
Turkmen
müzakirə
06:27, 1 mart 2025 (UTC)
Sortilegus
, qanunsuz heç nə yoxdur. Turkmen yuxarıda sizə bu barədə cavab verib artıq. Uğurlar! Hörmətlə,
Qədir
müzakirə
09:50, 1 mart 2025 (UTC)
Qanunsuzluqdan danışana bax :D Nə isə...
Nemoralis
müzakirə
20:22, 1 mart 2025 (UTC)
Turkmen
Vikipediya:Təftişçilər
prinsipi vikiicmanın səsverməsi ilə 22 noyabr 2018-ci ildə qəbul olunub. Təftişçilərin seçilməsi bəndini isə siz həmin prinsipə
bu redaktəniz ilə
4 may 2024-cü ildə əlavə etmisiniz. O əlavəni edərkən vikiicmanın rəyi soruşulubmu? Yəni deyək ki,
Vikipediya:Səsvermə/Təftişçi qaydalarının təkmilləşdirilməsi
kimi bir səsvermə keçirilibmi ki, prinsipə bu əlavənin edilməsi təklif olunur, yoxsa siz öz istəyinizə görə əlavə etmisiniz? Çünki səsvermə ilə qəbul olunan prinsipə dəyişikliklər də səsvermə yolu ilə olur, kim nə istədi əlavə edə bilməz. Əgər desəniz ki, təftişçilərin seçilməsi ilə bağlı qlobal qayda var, oradan götürmüsünüz bu bəndi və səsverməsiz əlavə etmisiniz, onda bu təkmilləşdirmə səsvermələri nəyə lazımdır? Elə o qlobal prinsipi tərcümə edək və ona əməl edək. Bəllidir ki, bu cür prinsiplərlə bağlı qlobal hansısa qayda əsas alına bilməz, böyük və ya kiçik olmasına bağlı olaraq lokal vikipediyaların daxili prinsipləri ilə tənzimlənir bunlar. Yəni bu prinsiplə, bu seçki ilə bağlı qanunsuzluqlar, manipulyasiyalar göz qabağındadır. Bürokratın istəyi ilə seçki uzadıla bilər? Onda deyək ki, siz özünüz namizəd olduğunuz seçkinin müddətini 15 marta qədər uzatdınız, lazım olan 25 səsi topladınız və təftişçi seçildiniz, amma məsələn,
Gadir
həmin tarixə qədər toplaya bilmədi, mən də deyək ki, Gadir-in seçilməsini istəyirəm, gəlib bürokrat kimi mən də bu uzadılmış seçkinin bitməsinə 1 gün qalmış onu yenə 15 gün uzada bilərəm ki, Gadir də lazım olan səsi toplasın? Axı prinsipdə yazılıb ki,
bürokratlar nəticələrin tam aydın olması üçün səsvermə müddətini uzada bilərlər
. Burada deyilmir ki, 1 bürokrat və cəmi 1 dəfə uzada bilər. Mən də deyərəm ki, nəticələr tam aydın deyil, hansısa namizədin lazımi səsi toplamasına 3-4 səs qalıb, bu dəfə də bürokrat olaraq mən uzadıram seçkini. Belə səsvermə olar? Bir də
nəticələrin tam aydın olması üçün
nə deməkdir? Bu bənd manipulyasiyalar etməyə o qədər geniş imkanlar açır ki.
P.S.
Turkmen
, mən sizin təftişçi namizədi olmanıza qarşı deyiləm, lehinizə səs də vermişəm,
Nemoralis
yuxarıda lağ eləsə də, mən hər şeyin qanunla olması tərəfdarıyam. --
Sortilegus
müzakirə
13:40, 2 mart 2025 (UTC)
Gadir
, zəhmət olmasa deyə bilərsinizmi ki,
Vikipediya:Səsvermə/Təftişçi qaydalarının təkmilləşdirilməsi
səsverməsini niyə 1 gün əvvəl yekunlaşdırmısınız? Yəni 28 fevral bitmədən?--
Sortilegus
müzakirə
13:40, 2 mart 2025 (UTC)
Əvvəla, orada saat qeyd edilməyib, ayın 28-i qeyd edilib və elə 28-ində də yekunlaşdırılıb.
səsvermə
qaydaları da bizdən dəqiq vaxt qeyd etməyi tələb etmir,
VP:İBSQ
-də bu qeyd edilsə də. Bir çox qayda səsvermələrində də dəqiq saat qeyd edilməyib,
arxivlərə
baxa bilərsiniz. Mən isə seçkilərin müzakirə ilə uzanmasından sonra səsverməni qaydalara uyğun vaxtında yekunlaşdırmışam. İkicisi, bu qədər illik fəaliyyətiniz olmasına baxmayaraq,
Vikipediyanın bürokratiya olmaması
ilə bağlı qaydanı görünür, ya unutmusunuz, ya da bilmirsiniz. Görünür, sizin məqsədiniz indi də daxili qarışıqlıqlar yaratmaqdır, çünki sizdən başqa heç kim etiraz etmir, çünki qanunsuz vəziyyət yoxdur. Yeri gəlmişkən, zəhmət olmasa, müzakirə səhifənizdə sizə ünvanladığım müraciətə cavab verin, sizin mənə qarşı olan ciddi və əsassız ittihamlarınıza hələ də sizdən cavab gözləyirəm. Hörmətlə,
Qədir
müzakirə
14:19, 2 mart 2025 (UTC)
Sortilegus
, siz 2018-ci ildə də Təftişçi söhbəti ilə bağlı müzakirə açıb etirazlar etmişdiniz. Həmin vaxt Cekli829 sizə dəstək olurdu. Ümumiyyətlə gün kimi aydındır ki, sizin bir bürokrat kimi təəssüf ki, qaydalara bələdliyiniz azdır. O vaxt da sizi başa sala bilmirdik ki, təftişçi seçkisindəki qaydaları lokal tənzimləmək olmur, sadəcə təsdiqləmək olur. İndi də müzakirəni açanda səhv qaydadakı (VP:Səsvermə) bəndlərdən bəhs edirdiniz. Mən bilmirəm konkret olaraq təftişçi ilə bağlı qorxunuz nədir, amma o seçki onsuz da nəticəsiz yekunlaşacaq. Narahat olmayın. Ümumiyyətlə sizə gəldikdə isə şəxsən son proseslərdə Vikipediyadan daha çox özünüzü qorumağa çalışmağınızı nəzərə alsaq, qayda-qanun söhbətlərinin manipulyasiya olduğunu düşünürəm. Hərçənd ki, qaydalarla bağlı ətraflı məlumat verildi. Bəlkə də, Gadir müzakirə səhifənizə yazıb haqqınızda müzakirə açacağını bildirdiyi üçün qorxuya düşüb belə hərəkətlər edirsiniz. Məna verə bilmirəm.
Turkmen
müzakirə
14:23, 2 mart 2025 (UTC)
Sortilegus
, səsvermənin uzaldılmasında nə kimi problem var? Mən şəxsən uzadılmasında heç bir problem görmürəm, 1 il uzadılmayıb ki. 15 gün müddətinə uzadılıb. Deyirsiz ki, Gadir səsverməni qanunsuz olaraq tez yekunlaşdırıb. Məgər orada saatla bağlı bir qeyd var idi? Nəzərə alsaq ki, səsvermə 13 fevral saat 11-də başladılıb, bitmə müddətini də 28 fevral saat 11 hesab edə bilərik (redaktə tarixçəsindəki saata əsasən deyirəm). Gadir isə cəmi 1 saat tez - saat 10-da yekunlaşdırıb. Burada indi cəmi 1 saatın söhbəti gedir? Hələ xatırladım ki, Təftişçilər səhifəsindəki namizədliklər sözügedən qaydanın səsverməsinin başladılmasından sonra başladılmışdı. İstənilən qayda qayda birinci olaraq qəbul edilməli idi.
Unkillable
Demon King
15:23, 2 mart 2025 (UTC)
Bu arada, mənə qarşı məlum əsassız ittihama gəlincə, çox da uzağa getməyək,
bu başlıqdan

Bəhruz Səmədov
məsələsindən xəbəri olan hamıya hər şey aydındır. Nə isə, bu destruktiv fəaliyyətlər bu başlığa aid deyil, ayrı müstəvidə icma tərəfindən müzakirə olunası mövzulardır. İnanıram ki, icma doğru qərarı verəcək. Hörmətlə,
Qədir
müzakirə
17:39, 2 mart 2025 (UTC)
Turkmen
, deyirsiz ki,
təftişçi seçkisindəki qaydaları lokal tənzimləmək olmur
, onda
Vikipediya:Təftişçilər
prinsipi,
Vikipediya:Səsvermə/Təftişçi qaydalarının təkmilləşdirilməsi
kimi əlavələr nəyə lazımdır? Yaxşı, azvikinin təftişçi fəaliyyəti ilə bağlı prinsipini qoyaq bir kənara. Siz indi də Metadakı
bu prinsipə
istinad edirsiniz. Əslində, bu cür istinadı mən doğru saymıram, amma lap tutaq ki, bütün bu müzakirələrimizdəki anlaşılmazlığın səbəbi budur. Metadakı prinsipdə də yazılıb ki,
In borderline cases, bureaucrats can extend the vote to allow for the consensus to become clear.
Yəni "səslər sərhəddə olanda bürokratlar konsensus üçün səsverməni davam etdirir". Hər halda siz bu prinsipə istinad edərək 28 fevralda səsvermənin vaxtını uzatmısınız. Baxın, seçkinin son günü 28 fevralda səsvermənin
→ vaxtını uzadanda
19 səs sizə verilib (17 lehinə, 1 əleyhinə, 1 bitərəf), 14 səs Nemoralis alıb (13 lehinə, 1 əleyhinə), 10 səs Gadir alıb (8 lehinə, 2 əleyhinə), 7 səs də Sura Shukurlu alıb (3 lehinə, 4 əleyhinə). Yəni faktiki səsvermədə kvorum olmayıb. Burada səslərin sərhəddə olması vəziyyəti yoxdur axı, ən az 25 səs alınması tələb olunur Metadakı prinsipdə, seçkinin son günü də ən yüksək səs sizdə olub - 19 səs. Yəni Metada istinad etdiyiniz prinsiplə də səsvermənin uzadılması qanunsuzdur. Məni özümü qorumağım, Gadirin mənim haqqımda müzakirə açacağının məni qorxutması iddialarınız əsassızdır. Özünü qoruyan heç bir qanunsuzluğa səsini çıxarmaz, necə ki, bəzi inzibatçılarımız bunu edirlər, "başım sağ, qulağım dinc" prinsipi ilə hərəkət edər. Mənim üçünsə fərqi yoxdur, kim olursa olsun, qanunsuzluğa yol verirsə mən buna etiraz edirəm, həmişə də etmişəm. Gadir də mənim haqqımda müzakirə başla bilər, onun məni hədəf alması, haqqımda müzakirə başlatması nə birinci, nə də sonuncu dəfədir. Onun haqqındakı fikirlərimi də açıq yazmışam. Təəssüf ki, obyektiv olmayan tərəfli inzibatçıdır.--
Sortilegus
müzakirə
23:16, 2 mart 2025 (UTC)
White Demon
, məsələ səsvermənin 1 ay, ya 15 gün uzadılmasında deyil. Nəyəsə əsaslanıb bu addım atılmalıdır. Yuxarıdakı şərhdə də yazmışam ki, bu əsaslandırma yoxdur. Qanuni olan heç bir şeyə mən etiraz etmərəm. İkinci məsələ ilə bağlı. Azvikidə səsvermədə əgər gün qeyd olunub saat qeyd olunmayıbsa, Bakı vaxtı ilə o günün tamamlanması gözlənilib həmişə. Lap 1 gün yox 1 saat tez yekunlaşdırıb, 15 dəqiqə tez yekunlaşdırıb - fərq etməz. Elə seçki ola bilər ki, son 1 saatda səs verənlərin səsi nəticəni dəyişə bilər. Yekunlaşdırma ilə bağlı manipulyasiya olub. Tələsik yekunlaşdırmanın səbəbini bilmirəm. Sadəcə tarixçələrə baxıram, Turkmen
Vikipediya:Təftişçilər/Səsvermələr
səhifəsində
→ 08:20, 28 fevral 2025
saatında səsvermənin vaxtını uzadıb, Gadir
Vikipediya:Səsvermə/Təftişçi qaydalarının təkmilləşdirilməsi
səsverməsini
→ 08:52, 28 fevral 2025
saatında xeyir-dua verərək yekunlaşdırıb, ona görə də cəmi yarım saat içində gerçəkləşən bu iki fəaliyyət arasında koordinasiya ola biləcəyini ehtimal edirəm.--
Sortilegus
müzakirə
23:16, 2 mart 2025 (UTC)
Sortilegus
, bəs bunu vaxtında deyin də. Mən müzakirə açılandan deyirəm ki, siz qayda ilə yox, arxa fondakı hərəkətlilik ilə maraqlanırsınız. Hansı ki, bunu "koordinasiya" deyə indi dilə gətirdiniz. Hansı ki, məhz Gadir sizin haqqınızda müzakirə başladacağını dedikdən sonra hərəkət etdiniz. Yəni yenə də biz dolayı yolla "qruplaşma" söhbətlərinə qayıdırıq. İnkar etsəniz də, statusunuz barədə qorxunuz sizi bu hərəkətlərə vadar edir. Bu aşkardır. Səsvermə barədə "kvorum" məsələsində isə özünüz deyib, sonra cavablayırsınız ki, yekunlaşdırılmalı idi. Haradan qərar verirsiniz? Bununla bağlı "şərtləri" təyin edən bir aparat, ya qayda varmı?
Səs çatmırsa, lokal qaydada yoxdursa, səsvermə qlobal qaydaya uyğun olaraq uzadılır.
Bu qədər sadədir hərşey. Yəni qalaq-qalaq şərhlər yazıb, müzakirəni sağa-sola çəkmək əvəzinə birbaşa deyin ki, göndərilməkdən qorxursunuz. Elə bir planım olsa bunu sizə deməkdən çəkinmərəm. Burda bürokrat olmaq, uğrunda bu hərəkətləri edəcək qədər ayrıcalıq deyil.
Turkmen
müzakirə
02:00, 3 mart 2025 (UTC)
Sortilegusun iddialarına cavab verməyə ehtiyac yoxdur, məqsədi onsuz da hamımıza bəllidir. "Qanunsuzluğa" səsini çıxartmasının Gadirin onun barəsində müzakirə başladacağını bildirəndən sonra baş tutması hər şeyi izah edir. Bu müzakirə də öz xəyali dünyasında qurduğu
Komitet 300
barəsində danışmağı üçündür,
əvvəllər də danışdığı kimi
. Görək yeni müzakirə başlayanda Sortilegus yenə utanmadan "məni çıxartmaq istəyirlər" adıyla müsahibə verəcək?
Nemoralis
müzakirə
02:14, 3 mart 2025 (UTC)
Yazmışam axı. Deyirəm ki, gördüm səsvermə uzadılıb, mən də başa çatdığı üçün qayda ilə bağlı səsverməni yekunlaşdırmışam. Bir də qayıdıram, nə səsvermədə, nə də
VP:Səsvermə
səhifəsində saat göstərilməli və elə yekunlaşdırımalıdır qeyd edilməyib. Heç
bu qaydada
da elə şey yazılmayıb. Gedin səsvermə səhifəsinin arxivlərinə baxın, orda saat qeyd edilməmiş başlıqları görəcəksiniz. Əslində, sizi narahat edən bu deyil. Qeyri-leqitim heç nə yoxdur, sizin narahatlığınız aydındır. Əsassız olan sizin ittihamlarınızdır. Mən sizin barənizdə indiyə kimi bircə dəfə müzakirə açmışam, o da əsaslandırılıb və
burdan
baxa bilərlər. Başqa xatırlamıram. Görünür, hərəkətlərinizə görə barənizdə müzakirə açacağımı qeyd etməyim sizi qəzəbləndirib və belə bir müzakirə açmağa qərar vermisiniz. Eybi yox, qoy sizə görə olmayım obyektiv, onsuz hamı hər şeyi görür. Hər şey açıqdır, görünür, yenə statusunuz barədə narahatsınız və bir növ "əlinizi gücləndirmək" üçün bu qərəzli müzakirəni açmısınız. Bu da qeyd edilənləri -sizin problemli istifadəçi olduğunuzu- bir daha təsdiqləyir. Hörmətlə,
Qədir
müzakirə
05:13, 3 mart 2025 (UTC)
Aydındır. Mən burda təftişçi seçimi səsverməsinin nə lokal, nə qlobal qaydalara uyğun olmadan uzadıldığından yazıram, təftişçi prinsipinə əlavələrlə bağlı səsvermənin zamanından tez yekunlaşdırılmasının qeyri-qanuni olduğunu deyirəm, bir-bir linklərlə istinadlar verirəm, mənə cavab yazan həmkarlar isə ancaq mənim haqqımda müzakirə açılacaqmış, özümü qoruyurmuşam yazırlar, ya rişxəndlə "Qanunsuzluqdan danışana bax" ifadəsini işlədirlər. Yəni problem qalır bir qıraqda, məsələ şəxsiləşdirməyə cəhd göstərilir. Mən öz fikrimdə qalıram, səsvermənin vaxtının uzadılmasını qanunsuz hesab edirəm, ona görə də orada 4 səsvermədən 3-də səs vermişəm, o səslərimi geri çəkirəm. Müzakirəni də uzatmağın mənasını görmürəm, çünki bu neçə gündə iradlarıma əsaslı cavab oxumadım, mənə qarşı səslənən bütün ittihamlar da şəxsi ittihamlardır. Amma bir şey deyim ki, bu cür presedentlər azvikidəki seçkilərdə gələcəkdə buna bənzər çox sayda qanunsuzluqların baş verməsinə əsas olacaq, onlar üçün istinad mənbəsi təşkil edəcək. Onda indi bu qanunsuzluqları müdafiə edənlər də bəlkə zərər görəcəklər, təbii ki, o zaman nəyisə düzəltmək artıq gec olacaq. Mənim məsələ ilə bağlı demək istədiklərim bu qədər. Burada şərhlərimə öz bacarıqlarına uyğun cavablar yazan həmkarlara da təşəkkürlər.--
Sortilegus
müzakirə
20:02, 3 mart 2025 (UTC)
Sortilegus
, 2007-ci ildən az-vikidə fəaliyyət göstərirsiniz. Hələ 1 dənə də qaydada imzanınızı görməmişəm. Az-viki qaydaları son 5-6 ildə təkmilləşdirilib. Son 6 ili çıxsaq adminlər, onların fəaliyyəti, seçkisini çıxmaqla ortada doğru-dürüst birşey olmayıb. Mən təzə gələndə burada admini yerindən tərpətmək mümkünsüz idi. Sanki konsey təşkil olunurdu bir nəfərin getməsi üçün. Adminə 2 kəlmə söz deyən 48 sutka bloka göndərilirdi. Budur da qurduğunuz "qayda-qanun"
:). Uzun müddətdir nə qaydalarda, nə az-vikinin inkişafı üçün texniki/digər məsələlərdə 1 dəfə də nə
məsləhətinizi
, nə də
imzanızı
görməmişik. İndi gəlib kiminsə səsverməni 20 dəqiqə tez yekunlaşdırmasına etiraz edirsiniz. Kim inanar bu söhbətə? Qəribəsi də budur ki, verilən izahları da "
bəyənmirsiniz
". Burda gələcək üçün qorxulası nə ola bilər?
İBSQ deyir ki, admin/bürokrat müzakirəsi 15 gün olmalıdır, TSQ də deyir ki, 15 gün keçir, aktivlik olmasa 15 gün də artır.
3 gündü müzakirə açmısınız 4 nəfərlə artıq qarşı-qarşıya gəlmisiniz. Təcrübə etibarı ilə hamımıza məsləhət verə, qaynayıb-qarışa biləcək dərəcədəsiniz amma gəlib burda aylar sonra müzakirə açıb camaatla dalaşırsınız. Burda uzun müddətdir fəaliyyət göstərən kifayət qədər istifadəçi/admin var. Heç biri sizin qədər istifadəçilərlə qarşıdurma yaşamır.
Turkmen
müzakirə
20:43, 3 mart 2025 (UTC)
Ümumiyyətlə qaydalardan danışıb, nəyisə boş yerə izah etməyin mənası yoxdur. Sizin probleminiz qayda deyil. Yuxarıda qaydalarla bağlı kifayət qədər izah verilib. Hansı ki, buna ehtiyac yox idi. Bu qədər. Başqa nəysə yazmaq fikrim yoxdur.
Turkmen
müzakirə
21:04, 3 mart 2025 (UTC)
Əgər səsvermənin uzadılmasına belə qatı qarşı idinizsə, niyə bunu
müzakirə müddətində
bildirmirdiniz?
:) Səsvermə uzadılan kimi gəlib burada belə bir başlıq açırsınız, özü də mən sizə müzakirə səhifənizdən haqlı olaraq ittihamlarınıza görə yazıb izahat istədikdən sonra. Bütün bunlar təsadüf ola bilməz. Hörmətlə,
Qədir
müzakirə
07:32, 4 mart 2025 (UTC)
Gəlib burda da belə ağsaqqal roluna girib məsləhət verməyə çalışması da olmaya da. Son bir neçə ayda nələr etdiyini görmədik elə bil. Turkmenin dediyi kimi bir ara inzibatçılar buranın mafiyalarına çevrilmişdi, hansı inzibatçıya gözün üstündə qaşın var deyirdinsə səni bloklayırdı o dəqiqə, Sortilegus da o vaxtlarda olduğu üçün indi bu vəziyyət ona xoş gəlmir. Amma hər şeyin bir sonu var.
Nemoralis
müzakirə
09:19, 4 mart 2025 (UTC)
İndi axı
VP:İMZ
adlı səhifə də yoxdu, ləğv olunub. Əvvəllər bəzi inzibatçılar özlərini digər istifadəçilərdən üstün görərək bəzi hallarda öz maraqlarına uyğun qərarlar qəbul edə bilirdilər, indi daha elə şey də yoxdu. Çox gülməlidir, hüquqdan, ədalətdən bəhs edirsiniz, onda istifadəçilərin fikir bildirmə hüquqları harda idi?
Ümumiyyətlə, icmaya qarşı açıq-aydın belə mövqedə olan birindən bunu gözləmək də əbəs işdir
Müstəqil fikirli olmaq və azad fəaliyyət göstərmək ayrı şeydi
. Hörmətlə,
Qədir
müzakirə
10:59, 4 mart 2025 (UTC)
Qanunla təhdid olmaz
" və "
Saxtakarlıqla məşğul olmayın
Son rəy:
1 il öncə
4 şərh
Müzakirədə 2 nəfər
Salam. Bu iki qaydanı hazırlamışam. Diqqət yetirməyinizi xahiş edirəm, əlavə ediləcək şey varsa, əlavə edək və səsverməyə çıxaraq. Hər ikisi də Vikipediya üçün çox vacib sütun qaydalardandır və gələcəkdə
Arbitraj Komitəsini
də işə salmaq üçün bu qaydaların qəbulu mütləqdir. Hörmətlə,
Qədir
müzakirə
16:31, 22 fevral 2025 (UTC)
Vikipediya:Saxtakarlıqla məşğul olmayın-da
saxtakarlıqlar yaymaq
ifadəsini doğru hesab etmirəm.
minlərcə insan tərəfindən inanılmış və uzun müddət inanılmış mövzular olmalıdır.
"və ya" yazılmayıbsa inanmağın biri yazılmalıdı. —
Bikar
müzakirə
17:09, 22 fevral 2025 (UTC)
Bilmirəm niyə doğru hesab etmirsiz, amma alternativi ilə əvəz etməyinizdə problem görmürəm, edə bilərsiniz. Digər məsələni həll etdim. Ümumiyyətlə, hər dəfə bildirmək əvəzinə belə kiçik dəyişiklikləri düzəliş izahı verərək də özünüz həll edə bilərsiniz. Çatışmayan şeylər varsa və ya xətalı hesab etdikləriniz varsa, bildirə bilərsiniz, müzakirə edək. Hörmətlə,
Qədir
müzakirə
19:51, 22 fevral 2025 (UTC)
Səsvermələr başladıldı:
Vikipediya:Səsvermə/Qanunla təhdid olmaz

Vikipediya:Səsvermə/Saxtakarlıqla məşğul olmayın
. Hörmətlə,
Qədir
müzakirə
17:41, 1 mart 2025 (UTC)
inzibatçıların & bürokratların siyahısı
Son rəy:
1 il öncə
44 şərh
Müzakirədə 9 nəfər
hallooooo!!! :3
Gadir
ilə birlikdə
bişirmişik
inzibatçıların

bürokratların
siyahısını cədvəl şəklində, bir qədər ətraflı məlumatla əks etdirən iki şablon hazırlamışıq. şablon
(lar)
türkcə vikipediyadakı ekvivalent
(lər)
indən
uyğunlaşdırılaraq və
özümüzünküləşdirilərək
yaradılıb. istifadəyə verilməsi ilə əlaqədar fikirlərinizi bilmək istərdik. minnətdarıq!! :3
əkrəm
19:55, 25 fevral 2025 (UTC)
əladır 👍🏻👍🏻 (yoxlamadım, düzgün işləyir? :D)
Atakhanli
müzakirə
20:04, 25 fevral 2025 (UTC)
Hə, bircə bot dəstəyi qalıb, onu da həll edəcəm. Hörmətlə,
Qədir
müzakirə
20:05, 25 fevral 2025 (UTC)
məndə son 1 ayda 100+ fəaliyyətim olub, amma aktiv yazılmayıb 🥲
Atakhanli
müzakirə
20:06, 25 fevral 2025 (UTC)
Sorry, siyahını hazırda əllə yazmışdım, səhvimi düzəldirəm indi (copy-paste edəndə düzəldmək yaddan çıxıb) :D Hörmətlə,
Qədir
müzakirə
20:08, 25 fevral 2025 (UTC)
uğurlar. təbii ki, əsas məsələ bot dəstəyidir. amma, bu da həll olunan məsələdir 👍🏻👍🏻 mən şəxsən çox bəyəndim. ayrı bir cədvəldə ümumi sayı da yazıla bilər (və ya yarı-aktiv yazısının kənarında mötərizədə sayı) amma, Türkmənin də qeyd etdiyi kimi, müzakirədən sonra əlavə olunsa daha məqsədəuyğun olar. misal bot məsələsi həll olunmayıbsa deməli hazır deyil hələki
Atakhanli
müzakirə
20:14, 25 fevral 2025 (UTC)
Atakhanli
buradan
ümumi statistikaya baxmaq olur onsuz da. Hörmətlə,
Qədir
müzakirə
20:20, 25 fevral 2025 (UTC)
bilirəm. sadəcə total say elə həmin cədvəldə də verilsə məncə daha yaxşı olar
Atakhanli
müzakirə
20:22, 25 fevral 2025 (UTC)
Razıyam, ola bilər, yazının aşağısında vermək olar, təkmilləşdirmə ərəfəsində elə mənim də ağlımda idi. Sadəcə texniki olaraq bu mümkündürmü ondan əmin deyiləm, @
Əkrəm Cəfər
, olar elə şey? Hörmətlə,
Qədir
müzakirə
20:33, 25 fevral 2025 (UTC)
şablona
|aktivsay=
parametri əlavə oluna və həmin parametr bot tərəfindən apdeyt edilə bilər :3
əkrəm
05:50, 26 fevral 2025 (UTC)
Bunu yeni bölmədə harda verək? Adı da ola bilər ki, "Son 30 gündə əməliyyatı sayı" (qısaltmaq olar).
Bu statistikanı
da aktivlik başlığındakı kimi istinad edib vermək olar. Statistika son 30 günü göstərsə yaxşı olar ki, rəqəmlər orada belə, burada isə belə yazmasın. 2 günə çox şey ola bilər. Hörmətlə,
Qədir
müzakirə
09:29, 26 fevral 2025 (UTC)
yeni bölməyə, məncə, ehtiyac yoxdur,
Aktiv (145 əməliyyat)
kimi vermək olar :3
əkrəm
09:34, 26 fevral 2025 (UTC)
Əkrəm Cəfər
, salam, təşəkkürlər. Lakin kök şablon Azərbaycan dilində deyil və aktivlik məsələləri az-viki standartlarına uyğun deyil. Üstəgəl şablon birbaşa inzibatçılar və bürokratlar səhifəsinə artırılıb. Mən şablonları çıxarandan və birini siləndən sonra müzakirənin açılması təəssüf edicidir. Bu səbəbdən tam struktura təsdiqlənənə və Azərbaycan dilinə uyğunlaşdırılanadək
əleyhinəyəm
Turkmen
müzakirə
20:08, 25 fevral 2025 (UTC)
Turkmen
, şablonu səhifəni hazırlayanda müvəqqəti mən əlavə etmişəm,
burdan da gördüyünüz kimi daha əvvəl də əlavə edib çıxarmışam
. Aktivlik sayı barədə müzakirə başlatmaq bəri başdan nəzərimizdə idi, onsuz o və digər inzibati hüquqlardan başqa ciddi əlavə edilməyib. "Azərbaycanca deyil" söhbətini isə anlaya bilmirəm, cümlədə lap bir-iki kiçik orfoqrafik səhv olanda nəyə görə elə deyirsiniz? Narahatlığa görə üzr istəyirəm, ümid edirəm ki, söhbət təklif üzərindən gedəcək. Hörmətlə,
Qədir
müzakirə
20:13, 25 fevral 2025 (UTC)
Bu şablonu mən keçən il yaratmışdım
, sadəcə tətbiqi üçün imkan tapa bilmirdim. Hörmətlə,
Qədir
müzakirə
20:17, 25 fevral 2025 (UTC)
salam, @
Turkmen
, məsələyə göstərdiyiniz diqqətdən ötrü minnətdaram ^^
şablondakı aktivlik göstəriciləri müvəqqəti,
placeholder
kimi əlavə edilmişdi, özümüz də həmin ədədlər barədə skeptik idik və burada müzakirə başlatmağı əvvəlcədən nəzərdə tutmuşduq — sizin şablonu silməyiniz, sadəcə, eyni bir zamana təsadüf elədi :3
şablonun azərbaycan dilində olmaması ilə bağlı iradınızı isə aydın qavraya bilmədim — trwiki-dən heç nəyi kopiyalamamışıq; sadəcə, oradakı cədvəli vizual olaraq təqlid eləmişik.
təməl şablon

onu işə salan modul
sıfırdan tərəfimizdən yazılıb; maraqlıdır, necə azərbaycan dilində olmaya bilər? əgər oradan götürməyimiz özü problem təşkil edirsə, onda azwiki-də bir modul, şablon qalmamalıdır :D fikrinizi bir qədər aydınlaşdırardınız, zəhmət olmasa. yenidən minnətdaram! ^^
əkrəm
05:48, 26 fevral 2025 (UTC)
Salam hörmətli @
Əkrəm Cəfər
. Kök şablonun və modulun adı dəqiqləşdirilməlidir. "Səlahiyyətli" Azərbaycan dilində deyil. Həmçinin səhifəyə əlavə edilən "
Şablon:İnzibatçıların siyahısı/Düzənləmə
" şablonunun adı da doğru deyil, düzənləmə sözü dəyişdirilməlidir. Aktivlik məsələləri də dəqiqləşdirilməlidir. Həmçinin "test"lərin birbaşa əsas səhifələrdə aparılmaması daha doğru olardı.
Turkmen
müzakirə
07:52, 26 fevral 2025 (UTC)
O şablonun adında, bəli, problem vardı, amma onlar keçən ildən qalma idilər və yeni formada tərtib edəndə artıq onlara ehtiyac qalmadı. Onları zatən siləcəkdim və gördüyünüz kimi artıq siliniblər. Hörmətlə,
Qədir
müzakirə
07:59, 26 fevral 2025 (UTC)
söhbət eyni azərbaycan dilindənmi gedir
, @
Turkmen
bəy? 😅
əkrəm
08:03, 26 fevral 2025 (UTC)
Əkrəm Cəfər
, bəli, eyni dildən gedir. Layihənin əsas məqsədi Azərbaycan dilində töhfə verməkdir. Yarı-türkçə, "abi dilindəki" sözlərin Azərbaycan dilinə keçməsi normaldır. Amma bu ümumişlək olmayan sözlərin istifadəsi və çıxış yolu kimi görünməsi doğru deyil. Həmçinin arqument gətirərkən və addəyişmə zamanı mütləqdir ki, yalnız "ensiklopedik" mənbələrdən keçidlər görsədilsin. Az-vikidən "data" idxal edən "Obastan" elmi-ensiklopedik və ikinci dərəcəli mənbə deyil.
Turkmen
müzakirə
08:14, 26 fevral 2025 (UTC)
səlahiyyətli
sözünü yalnızca
yetkili
sözünün kalkası kimi qiymətləndirirsinizsə, fikrinizlə razı olduğumu deyə bilmərəm.
bu sözdən istifadə edən nə tək bizik, nə də ki, dediyiniz, mənim də zəhləmin getdiyi o "abi" dili".
onu da qeyd edim ki, obastan özü lüğət buraxmır, amea-nın lüğətlərini saytda indeksləşdirərək əlçatan edir. göstərdiyim mənbə də məhz
amea-nın yayımladığı izahlı lüğətdən (səh. 77)
götürülüb. daha yaxşı variantınız varsa, işimizə destruktiv yox, konstruktiv töhfə verməyiniz daha xoş olardı :3
əkrəm
08:25, 26 fevral 2025 (UTC)
Əkrəm Cəfər
, qeyd etdiyiniz keçidləri sizdən əvvəl yoxlamışam. Hansi ki, müvafiq olaraq siz bu keçidləri "Obastan"dan əvvəl qeyd etməliydiniz, mən etiraz edəndən sonra yox. İlk öncə dəqiqləşdirək ki, destruktiv fəaliyyət nədir? Destruktiv fəaliyyət odur ki, Vikipediyanın icması tərəfindən təsdiqlənmiş rəsmi prinsip səhifələri sizin və Gadir tərəfindən "test" məqsədilə istifadə olunur. Nəyəsə etiraz etmək və dəqiqləşdirilməsini tələb etmək başqa birşeydir. Hansı ki, normal olaraq indi bunu edirəm. Yenilik gətirmək də yaxşı birşeydir amma əvvəlcə digərləri ilə məsləhətləşərək. Əsas mövzumuza qayıtdıqda isə "səlahiyyətlilər" ifadəsi və "səlahiyyətli" ifadəsi birləşmədə eyni mənada deyil. Onun əvəzinə düşünürəm ki, "inzibati qrupların siyahısı" daha doğru olar.
Turkmen
müzakirə
09:02, 26 fevral 2025 (UTC)
Sonuncu versiyaya oxşar bir şey tətbiq oluna bilər, dil barədə iradınızla razı deyiləm, amma baxmayaraq ki, adlandırma ilə bağlı mən də sizin kimi eynisini təklif etmişdim. Buna uyğun olaraq adlandırmaq olar:
Vikipediya:İnzibati namizədliklər və səsvermələr
. Hörmətlə,
Qədir
müzakirə
09:06, 26 fevral 2025 (UTC)
İnzibati hüquq olduğu üçün interfeys inzibatçısını da əlavə edə bilərik o zaman
. Hörmətlə,
Qədir
müzakirə
09:11, 26 fevral 2025 (UTC)
“obastan” dediyiniz keçid,
literally
, amea-nın lüğətidir, ən birinci onu verməyib nə etməli idim ki? iki saat pdf axtarmaqdan daha sürətlidir obastan :D
səlahiyyətlilər
ifadəsinə gəldikdə isə morfoloji olaraq
səlahiyyətli
sifətinin isimləşərək cəm şəkilçisi qəbul etmiş formasıdır — hansı ki, azərbaycan dili üçün ümumi qaydadır, sifətlər isimləşə bilir. ifadənin özü isə
səlahiyyətli istifadəçilərin siyahısı
-nın — şablonun ilkin adının ixtisarıdır.
vp fəzasındakı səhifələrdə test aparılması ilə bağlı fikrinizlə razıyam, şablon öz səhifəsində yoxlanılmalı idi. amma məhz bu səbəbdən şablonu silmək bir qədər
overreact
kimi gəlir mənə.
inzibati qrupların siyahısı
-na bir qədər şübhə ilə yanaşıram, çünki burada söhbət qruplardan yox, həmin qruplara məxsus istifadəçilərdən gedir :3
əkrəm
09:16, 26 fevral 2025 (UTC)
Salam. Mən də çox bəyəndim. Hər birinizə əziyyətiniz üçün təşəkkürlər. Mən son dönəmlər özümün ən passiv dönəmlərimdən birində olduğumu hiss edirdim, aktiv imişəm amma)) Bu arada
patrulların aktivliyi ilə bağlı cədvəl
də hazırlasanız və bot dəstəyi olsa maraqlı olar. Mən xeyli müddət əvvəl trvikiylə danışmışdım və mümkün olduğunu bildirmişdilər. Mümkündürsə bunu da diqqətdə saxlayarsınız. Bu arada, su çərşənbəniz də mübarək!
Sura Shukurlu
müzakirə
20:33, 25 fevral 2025 (UTC)
Dəstəkləyirəm. Yaxşı məlumat xarakterli görünür. Əlavə olaraq @
Sura Shukurlunün
də təklifini dəstəkləyirəm. Patrullar üçün də olsa əla olar.
Patriot
müzakirə
21:26, 25 fevral 2025 (UTC)
İnterfeys inzibatçıları da bura əlavə edilsin? Hörmətlə,
Qədir
müzakirə
23:01, 25 fevral 2025 (UTC)
Gözəldir, bəyəndim, passiv-qismən aktiv-aktiv temasını vurğulamaq yaxşıdır, buralı olmayan istifadəçilərin sual yarandıqda tez cavab əldə etmək üçün kimə yaza biləcəkləri barədə təəssüratları olacaq.
Unkillable
Demon King
11:06, 26 fevral 2025 (UTC)
Salam məndə bəyəndim.
Bunu
əladır. Keçən dəfə cədvəldə keçmiş inzibatçılarında adı var idi. Mən cədvəldən çıxartdım. Onların adlarını. Hörmətlə,
Vikotals
müzakirə
12:03, 26 fevral 2025 (UTC)
Kaş qaydaların tətbiqi barədə də belə fəal olardıq
:(
Yuxarıda
iki qayda barədə müzakirə açılıb. Səsverməyə çıxarılması üçün fikirləriniz vacibdir və daha sonra rəsmən qəbulu üçün səsvermələr başladılacaq. Hörmətlə,
Qədir
müzakirə
17:55, 26 fevral 2025 (UTC)
Salam. Bu yanaşmanı gördükdən sonra elə Xtools API vasitəsilə statistikaların avtomatik (bir neçə dəqiqədən bir) yüklənməsi ilə bağlı ideya ağlıma gəldi.
Xüsusi:BoşSəhifə/İnzibatçılar
səhifəsində yoxlaya bilərsiniz.
Toghrul R
14:44, 28 fevral 2025 (UTC)
Toghrul R
, qəşəngdir, yaratmısınız yenə
:) Təklif edirəm ki, əməliyyatlar jurnallara keçidlər versin, seçilmiş müddət arasındakı əməliyyatlara keçid versə lap yaxşı olar. Hörmətlə,
Qədir
müzakirə
14:50, 28 fevral 2025 (UTC)
əla alınıb, çox sağ olun!! :3
əkrəm
14:54, 28 fevral 2025 (UTC)
Əladır @
Toghrul R
bəyəndim. Hörmətlə,
Vikotals
müzakirə
14:56, 28 fevral 2025 (UTC)
Salam!!!
Əkrəm Cəfər
Atakhanli
Turkmen
Sura Shukurlu
Patriot Kor
White Demon
Toghrul R

Vikotals
skript demək olar hazırdır və botuna əlavə etməsi üçün
Nemoralisə
göndərilib, rəqəmlərlə bağlı fikirləriniz nədir? Hal-hazırda 0-4 arası əməliyyat "passiv", 4-49 arası əməliyyat "qismən-aktiv" və 50 və daha çox əməliyyat isə "aktiv" şəklində qeyd olunur. Bu statistika son 30 günə əsaslanır. Hörmətlə,
Qədir
müzakirə
16:14, 1 mart 2025 (UTC)
Gadir
bota nə ehtiyac var? Avtomatik işləyən səhifəmiz var artıq.
Toghrul R
19:55, 1 mart 2025 (UTC)
Toghrul R
, bu cədvəl, White Demon-un da qeyd etdiyi kimi, bu vəziyyətlərdə çox işə yaraya bilər. Həmçinin həm elə tam statistika səhifəmiz olsun, həm də siyasət səhifələrində bu əlavələr olsun. Sadəcə rəqəmlərlə bağlı bir razılığa gəlmək lazımdır. Hörmətlə,
Qədir
müzakirə
19:59, 1 mart 2025 (UTC)
Gadir
mənə görə bu,
tavtologiyadır
. Statistikanı verir, özü də interval limitsiz. Xtools 30 günə limitləyir ki, həmin səhifə o limiti "bypass" edir. Yəni ki, artıq əziyyətdən başqa bir şey deyil başqa statistika səhifəsi qurmaq.
Toghrul R
20:03, 1 mart 2025 (UTC)
Toghrul R
, əslində, daha çox cədvəldə istifadəçilərin statusu ilə bağlı bu şablonu inkişaf etdirmişdik, siz deyən statistika xtools-da da var onsuz. Statistikamız var, yaxşıdır, amma bəs inzibatçıların aktivlik vəziyyəti ilə bağlı qeydlər niyə olmasın? Hörmətlə,
Qədir
müzakirə
20:10, 1 mart 2025 (UTC)
Gadir
həmin cədvəli istənilən cür dəyişmək mümkündür. Lazım olsa, müəyyən interval təyin edib aktivlik üçü qeydlər də əlavə bilərik.
Toghrul R
20:16, 1 mart 2025 (UTC)
Toghrul R
Vikipediya:İnzibatçılar
səhifəsində cədvəldəki "Aktivlik" bölməsində son 30 gündəki əməliyyat sayına görə təyin edilən rəqəmlərə əsasən inzibatçıların statusunu cədvəldə əks etdirmək mümkündür? Bot bu fəaliyyəti görmədən orası aktual qala bilər? Hörmətlə,
Qədir
müzakirə
20:19, 1 mart 2025 (UTC)
Şablondakı aktiv və yarı-aktiv qeydi üçün ortalama çıxarsaq daha yaxşı olar. 1-ci gün kompüterə keçəndə, son 2 ilin ortalamasını çıxararam. Onun üzərindən baxarıq
Turkmen
müzakirə
22:57, 1 mart 2025 (UTC)
2023 və 2024-cü illərdəki statistikasını nəzərə alsaq
2023-cü ildə yuvarlaq
17.300
admin əməliyyatı olub. Həmin dövrdəki əməliyyat edən admin sayına (
28
) və ilin 12 ayına bölsək, ortalama 1 adminə yuvarlaq
51
əməliyyat düşür.
2024-cü ildə yuvarlaq
27.800
admin əməliyyatı olub. Həmin dövrdəki əməliyyat edən admin sayına (
31
) və ilin 12 ayına bölsək, ortalama 1 adminə yuvarlaq
74
əməliyyat düşür.
Amma bu dövrdə kütləvi məqalə, fayl silinmələrini unutmamaq lazımdır.
Həmçinin Sortilegus-un da bitki məqalələri üzərindəki əməliyyatlarını da nəzərə almaq lazımdır.
Bütün hallarda
50
hələlik yaxşı rəqəmdir. Yoxlaya bilərik. Layihədəki aktivlik tempini və kütləvi silmələri nəzərə alsaq
40
da ola bilər.
Turkmen
müzakirə
05:40, 3 mart 2025 (UTC)
Vikipediya:İcma qərarı olan mövzular
Son rəy:
1 il öncə
6 şərh
Müzakirədə 4 nəfər
Salam. İcma tərəfindən alınan qərarları sənədləşdirmək üçün belə bir vahid səhifə yaratdım. Bura ümumi müzakirə ilə müxtəlif mövzularda verilmiş qərarlar əlavə olunacaq. Siyahıya artıq icma qərarı ilə məhdudiyyətlər gətirilmiş bir neçə mövzunu əlavə etmişəm, araşdırıb əlavələr etməyə davam edəcəm, zəhmət olmasa, siz də nəzər yetirərsiniz. Hörmətlə,
Qədir
müzakirə
19:43, 26 fevral 2025 (UTC)
Salam. @
Gadir
bəy bura
Redaktə Liqasını
qeyd etmək olar? Çünki, icmanın qərarı olub ləğv edilməsi ilə bağlı
bunu
deyirəm. Hörmətlə,
Vikotals
müzakirə
03:29, 27 fevral 2025 (UTC)
İcma qərarı çox geniş mövzudur. Məsələn, yuxarıda səhifələrin mühafizəsi barədə bir müzakirə açılıb və mənfi yekunlaşıb, deməli o da bir icma qərarıdır.
Unkillable
Demon King
05:00, 27 fevral 2025 (UTC)
Salamlar. @
Vikotals
, əslində, səhifənin girişində də qeyd olunub, bu səhifədə məhdudiyyətlərin qeyd edilməsi nəzərdə tutulub, ki, bir növ sənədləşdirilsin və itməsin. Qeyd etdiyiniz icmanın qərarıdır, məhdudiyyəti yox, icma indiyə kimi bir çox qərarlar alıb, bunların hamısını qeyd etmək qeyri-mümkündür, onsuz səhifədə bu barədə (layihənin dayandırıldığı barədə) qeyd var və qərara keçid verilib. @
White Demon
, yuxarıda da qeyd etmişəm, bu səhifə bütün qərarları ehtiva etmir, məhdudiyyətləri ehtiva edir, icmanın bir mövzu barəsində məhdudiyyətlərlə bağlı verdiyi yekun qərarları və konsensusu ehtiva edir. Ona görə də mənfi/müsbət verilən bütün qərarlar bura əlavə edilməli deyil. Başlığı fərqli şəkildə adlandırmaq olar, təklifləriniz varsa, buyurun. Hörmətlə,
Qədir
müzakirə
12:32, 27 fevral 2025 (UTC)
Mən belə bir səhifənin olmasının əleyhinəyəm. Bütün qərarlar zamanla dəyişə bilər. Hər dəfə dəyişdikcə gərək burada da dəyişiklik edəsiniz? Deyək ki, bir qəbul olunmuş qərarın əleyhinə olmuş onlarla istifadəçi var. Deməli biz onların fikirlərini çox da önəmsəmirik? Bəli qərar qəbul olunub amma bu o demək deyil ki, bu qərar mütləq belə də qalacaq. Aydın məsələdir ki, bizim icma kiçik icmadır və heç kəs dana bilməz ki, öz fikiri olmayan xeyli aktiv istifadəçilərimiz var. Belə səhifənin, siyahının mövcudluğu bəzi istifadəçilə üçün, bəzi mövzuların artıq müzakirəyə açıq olmadığı fikrini yarada bilər, bəziləri də bu siyahıdan sui-istifadə edəcək ki, baxın sizin deməyinizlə deyil ki, nə vaxtsa belə bir qərar qəbul olunub. Bu da Vikipediyanın əsas prinsiplərindən birinə zidd olacaq. Mənim fikirimcə bütün qəbul edilmiş qərarlar haqqında vikipediyanı bilən istifadəçilər məlumat toplaya bilərlər. Belə bir səhifə müzakirəyə açıqlığı azaldacaq. Bu mənim subyektiv fikirimdir.
Patriot
müzakirə
15:12, 27 fevral 2025 (UTC)
Patriot Kor
, salam. Bəli, hər bir qərar hər zaman təkrar müzakirəyə açıqdır və bu siyahı da həm də buna xidmət edəcək. Dediyim kimi, sənədləşdirmə məqsədilə nəzərdə tutulub və bura daxil olub müvafiq müzakirələrlə tanış olan icma üzvləri əsaslandıraraq həmin mövzuda yeni müzakirə başlada bilərlər, çünki onlar ola bilər ki, bu barədə məlumatsız olsunlar və ya sonradan qatılmış olsunlar, ümumiyyətlə, bizdə sənədləşdirmə səhifələri demək olar yoxdur. Bu kimi təcrübələr digər layihələrdə də tətbiq olunur. Digər tərəfdən, ortada bir qərar var və bura sadəcə onlar qeyd edilir, hər mövzuda onsuz da əks mövqedə olan istifadəçilər var, bu da normaldır. Onsuz da qəbul edilmiş qərarlar faktiki tətbiq olunur, bu səhifə sadəcə onları sənədləşdirəcək. Zərərinin olacağını düşünmürəm,
VP:ASQ
kimi bunun da faydalı olacağına inanıram. Bəzi istifadəçilər barədə də fikriniz başadüşüləndir, amma bu, onların da bu icmanın bir üzvü olduğu gerçəyini dəyişdirmir. Hörmətlə,
Qədir
müzakirə
16:01, 27 fevral 2025 (UTC)
Mənbə — "
Vikipediya
Kənd meydanı/Arxiv/Fevral/2025
Mövzu əlavə et